Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-621/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş tikiliyə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2020-ci il 05 noyabr tarixli, 2-1(103)-1498/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona kompensasiyanın ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 06 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyi məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət et məsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən alınması ilə əlaqədar olaraq müvafiq kompensasiya məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinə görə, köçürülmə xərci 1000 manat da daxil olmaqla 139015 manat kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 8 otaqdan ibarət hissəsinə dair 2011-ci il 14 sentyabr tarixdə, ********** nömrəsi ilə mülkiyyət hüquqları qeydiyyatdan keçmiş, buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonu ərazisində söküntü işləri aparılır. 2018-ci il 1 dekabr tarixdə ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi dayandırılmış, 2018-ci il 3 dekabr tarixdə onlar evi tərk etmişlər. 2018-ci il 05 dekabr tarixdə ev yerlə yeksan edilmişdir. Evi ölçməyə gələnlər yalnız 1 otağı ölçmüşdür. Çünki, orada onların yaşamalarına icazə ve rdikləri qadın yaşayırdı. O, həmin otağı ölçdürmüşdür. Odur ki, inventarlaşdırma başa çatmamış evi sökülmüşdür. Həmin fərdi yaşayış evinin sökülməsi ilə bağlı digər mülkiyyətçilərə kompensasiya verilməsinə baxmayaraq, ona məxsus hissəyə görə kompensasiya ödənilməmişdir. Bununla bağlı cavabdehə ərizə ilə və şifahi olaraq müraciət edilmiş, lakin, cavabdeh tərəfindən müraciəti bu günədək cavablandırılmamış, komissiyanın sədri isə şifahi olaraq ona bildirmişdir ki, 5 ildə analoqu olmayan hadisə baş vermiş, inventarlaşdırma başa çatmamış evi sökülmüşdür. cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, həmin iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasın ın Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 4 ünvanda yerləşən həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 2018-ci il 16 fevral tarixli qərarın təsirinə düşür. İş materiallarından məlum olmuşdur ki, iddiaçının ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 8 otağına dair mülkiyyətini təsdiq edən dövlət reyestrindən çıxarışı mövcuddur. Lakin, cavabdehin əməkdaşları tərəfindən sözügedən evə baxış keçirilən və fərdi yaşayış evinin sahəsi ölçülən zaman məlum olmuşdur ki, faktiki olaraq iddiaçının istifadəsində yalnız 2 otaqdan ibarət yaşayış sahəsi var və həmin yaşayış sahəsinin ümumi sahəsi 27,37 kv. metr ölçüsündədir. İddiaçıya 37402 manat məbləğində kompensasiya ödənilməsi təklif olunub, lakin iddiaçı kompensasiya almaqdan könüllü şəkildə imtina edibdir. İddiaçı iddia ərizəsində yalnız 1 otağın ölçülərinin götürülməsini, əlavə olaraq 27,9 kv me tr zirzəminin də olmasını iddia etmişdir ki, bu da həqiqətə uyğun deyil. Daşınmaz əmlaka kompensasiya hesablanarkən, onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Əgər ətrafdakı yaşayış sahəsinə yüksək kompensasiya hesablanırsa, bu həmin sahənin təmir vəziyyəti (mövcud şəraiti) və digər xüsusiyyətlərinə görə daha yüksək qiymətləndirilməsini və həmin əmlaka sosial ədalət prinsipi əsasında yanaşmanı zəruri edir. Belə olan halda hər bir daşınmaz əmlaka onun xüsusiyyətləri nəzərə alınmaqla, qiymətləndirmə aparılır. Odur ki, hüquqmüəyyənedici sənəddə iddiaçının mülkiyyətində 8 otaq olması göstərilsə də, ölçülmə işləri aparılan zaman faktiki olaraq istifadəsində yalnız ümumi 27,37 kv. metr olan yaşayış sahəsi aşkar olunmu şdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 8 otaqdan ibarət olan hissə iddiaçı tərəfindən “Daşınmaz əmlakın alınması qrupu”na təqdim edilməmiş, yəni qeyd olunan ünvanda iddiaçının faktiki istifadəsində, yaxud sahibliyində 8 otaq deyil, yalnız 2 otaq və köməkçi sahələrdən ibarət yaşayış sahəsi qeydə alınmışdır.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 2018-ci il 29 dekabr tarixli qərarı ilə x ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətl əndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Həmin ünvanda mövcud olan yaşayış sahələri isə müvafiq qaydada qiymətləndirilmişdir və iddiaçıya ədalətli kompensasiya təklif olunmuşdur ki, iddiaçı bu kompensasiyanı almaqdan könüllü imtina etmiş və yenidən onun xeyrinə müvafiq kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia ərizəsi əsas sızdır və təmin olunmamalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli 2-1(81)1437/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçıya 138.015 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan çıxarışlar, alğı-satqı müqavilələri və qiymətləndirmə hesabatlarından çıxarışlarla müəyyən edilmişdir ki, fərdi yaşayış evinin ümumi sahəsi 300.1 kv.m olmuş, digər payçılara məxsus sahələri evin ümumi sahəsindən çıxıldıqda, iddiaçının mülkiyyətində əsas və köməkçi sahə ilə birlikdə 137.9 kv.m sahə qalır. Həmin sahədən isə 45.89 k v.m hissəsini iddiaçı, X2 istifadəsinə vermiş və buna dair cavabdehlə sonuncu arasında alğı-satqı müqaviləsi bağlanmış və 45.89 kv.m-in hər kv.m-ə görə 1500 manat hesablanmaqla, X3 68.835 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin hissəyə dair alğı-satqı müqaviləsi bağlanmasına və X1 məbləğinin ödənilməsinə iddiaçı etiraz etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat müəyyən edildiyindən, iddiaçıya faktiki olaraq cavabdeh tərəfindən qanuni ödənilməli olan kompensasiya məbləğindən az kompensasiya məbləği təklif olunmuşdur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar olaraq, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq (əsas və köməkçi sahələrlə birlikdə 137.9 kv.m) hissəyə görə cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alğısatqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq, 137.9 kv.m hissəyə görə ödənilməli olan 206.850 (137.9×1500= 206.850 (iki yüz altı min səkkiz yüz əlli)) manat kompensasiya məbləğindən X3 ödənilmiş 68.835 manat (6.98351.000 (köçürülmə xərci)=68.835) kompensasiya məbləği çıxılmaqla ümumilikdə 138.015 manat (206.850-68.835=138.015) məbləğində kompensasiya ödənilməlidir. İddiaçı 1.000 manat pul vəsaitinin köçürülməyə görə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçıda köçürülmə halı olmadığından iddia həmin hissədə əsassızdır.
10. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 09 oktyabr tarixli, 2-1(103)-2333/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 iyun tar ixli, 2-1(102)-314/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi qeyd edilməsə də, yaşayış sahəsi kimi 8 otaq göstərilmişdir. İşdə olan sənədlərdə mənzilin köməkçi və yardımçı sahələri olması və həmin sahələrə görə digər payçılara kompensasiya ödənilməsi mübahisə doğurmur. Lakin iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 noyabr tarixli, 2-1(103)-14 98/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi cavabdeh tərəfindən söküldüyü üçün iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olmasının müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Eyni zamanda, kollegiya qeyd etmişdir ki, nə qədər ki, Nazirlər Kabinetinin 572 nömrəli, 2018-ci il 29 dekabr tarixli qərarı ilə əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat qiymətləndirilir, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda qeyd olunmuş sahədən digər şəxslərə məxsus paylar çıxıldıqdan sonra iddiaç ıya məxsus sahəyə görə 138.015 manat kompensasiya məbləğinin ödənilməsi əsaslıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası işin obyektiv araşdırılması üçün sözügedən ünvanda yerləşən fərdi yaşayış sahəsinin bütün payçılarının mülkiyyətində olan yaşayış və yardımçı sahələrinin ölçüsü və ya İddiaçıya məxsus 8 otağın hansı ölçüdə olması və iddiaçının mülkiyyə tində yardımçı sahələrin olub olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərməli olduğu halda bunu etməmişdir və nəticədə səhv qərar qəbul etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, məhkəmə iddiaçıya məxsus sahəni müəyyən etmək üçün Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* və ******* nömrəli Çıxarışlarına və AN-İ seriyalı, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələrini rəhbər tutmuşdur. Lakin, iş materiallarında olan və hər iki instansiya məhkəmələrinin istinad etdiyi AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində göstərilmişdir ki, X5 mülkiyyətində 13,8 kv.m yaşayış və 11 kv.m yardımçı sahə olmuşdur. Lakin, məhkəmə payçıların sahəsini hesablayaraq Məmmədova İradənin yalnız yaşayış sahəsini, yəni 13,8 kv.m sahəsini nəzərə almışdır. Bu da onu bir daha sübut etmişdir ki, məhkəmə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əvvəlki tarixdə verilmiş çıxarışlara istinad etmişdir və Reyestrin yeni məlumatlarından xəbərsiz olmuşdur.
21. Apellyasiya Məhkəməsi işin obyektiv araşdırılması üçün bütün lazımi araşdırma üsullarından istifadə etməmişdir, beləliklə də, kassasiya instansiya məhkəməsinin göstərişini lazımınca yerinə yetirməyərək, yetərli araşdırma aparmadan və kifayət qədər sübutlar toplamadan, daşınmaz əmlaka dair hüquqları dövlət qeydiyyatına alan orqana müvafiq sorğular verilmədən, digər payçıların faktiki istifadəsində yardımçı sahələrinin o lub olmamasını araşdırmadan, 137,9 kv.m sahənin daxilində 8 otaq olan əsas sahə ilə yanaşı köməkçi sahənin olmasını müəyyən etmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq kobud pozuntuya yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
23. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Məcəllə: Maddə 140 (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası): Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata a lınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 25. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Maddə 35.2. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Maddə 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasın ın qanunvericiliyinə uyğun olaraq bağlanan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Maddə 44.2. Bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və onlara məxsus tikililərin sökülməsi qadağandır.
26. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 30. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barə də 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir.
31. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. 32. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür.
33. İddiaçı istisna olmaqla digər mülkiyyətçilərlə cavabdeh arasında alğı-satqı müqavilələri bağlanmış və digər mülkiyyətçilər alğı-satqı müqavilələri əsasında paylarını cavabdehə satmışlar. İşdə olan alğı-satqı müqavilələrində satılan payların sahələri (həm yaşayış, həm də qeyri yaşayış sahələri) ayrıca qeyd edilmişdir. İddiaçıya 2 otaq mənzilə görə 37.402 manat təklif edilmiş, iddiaçı bu təklifdən imtina etmişdir. Fərdi yaşayış sahəsinin 8 otağının iddiaçının mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır, həmin çıxarış qüvvədədir. 34. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati o rqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
35. Cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, iddiaçının əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
36. Ödənilməli kompensasiyanın məbləğinə gəldikdə, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilin çıxarışda qeyd edildiyi kimi deyil, 2 otaq olmasını bildirmiş və bu səbəbdən ona 37.402 manat kompensasiya təklif etmişdir. İddiaçının mülkiyyətində olan otaqların sayı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrıayrı tarixli çıxarışlarda 8 otaq olması qeyd edilmişdir. Mübahisəli yaşayış sahəsi cavabdeh tərəfindən söküldüyündən apellyasiya instans iyası məhkəməsində təkrar icraat zamanı iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olmasının müəyyənləşdirilməsi mümkün olmamışdır.
37. Cavabdeh iddiaçının mülkiyyətində yalnız 2 otaq olması ilə bağlı məhkəmələrə hər hansı sübut-dəlil təqdim etməməklə yanaşı, “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsində qeyd edilən mötəbərlik prezumpsiyasını da nəzərə almadan dövlət orqanı tərəfindən verilmiş reyestrdən çıxarışı şübhə altına almağa çalışmışdır.
38. Mülki Məcəllənin 140-cı maddəsinin (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) tələbindən də göründüyü kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
39. Digər mülkiyyətçilərlə yanaşı, iddi açının adına aparılmış qeyd və qeydə alınmış daşınmaz əmlakın texniki göstəricilərinə dair məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur.
40. Digər tərəfdən, cavabdeh evin ümumi paylı mülkiyyətçisi olan iddiaçı ilə razılaşma əldə edilmədən, qanunla müəyyən edilmiş müqavilə bağlanmadan və razılaşdırılmış kompensasiya ödənilmədən iddiaçıya məxsus tikilini sökmüş, lakin iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən və mübahisənin düzgün həlli üçün zəruri olan - evin sökülmə anına naturada vəziyyətinə dair sübutları (məsələn, tərəflərin tərtib və təsdiq etdikləri aktlar, fotoşəkillər, videoyazılar və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmələrin daşınmaz əmlakın qeydiyyat və texniki sənədlərində təsbit olunan və mötəbər liyi şübhə doğurmayan məlumatlara istinadla gəldikləri nəticənin əsassızlığına, iddiaçıya məxsus tikilinin yalnız iki otaqdan ibarət olduğuna dair cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 noyabr tarixli, 2-1(103)-1498/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov