Məhkəmə qərarları › İş №2-1(102)-621/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-621/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-621/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı. cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-621/2022) (Açar sözlər: əmrin ləğv edilməsi; işə bərpa edilmə) Hakimlər: Zakir Quliyev - məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, 20.04.2022 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi) “əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 11 noyabr 2021-ci il tarixli, 2-1(103)-2433/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi – AZE ********,, FİN kodu xxxxxxx, doğum tarixi - 12 mart 1993-cü il, doğum yeri - Azərbaycan, Ağdaş ş., yaşayış yeri - Bakı ş., Nizami ray., yat/na, Rüstəmov küç., ev 13) Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Nizami RPİ-nin 20 fevral 2019-cu il tarixli 16 ş/h saylı əmri ilə Bakı şəhəri Nizami RPİ-nin X10 polis nəfəri, kiçik serjant kimi işə qəbul edilmişdir.

2. İddiaçının narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün poliklinikada ekspress-test üsulu ilə dərinləşdirilmiş tibbi müayinə aparılmış, komissiya üzvlərin in iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuş, ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən iddiaçının sidiyinin tərkibində “opiy” qrupuna aid (“Morfi t” pozitiv ) narkotik vasitə aşkar edilmişdir.

3. İddiaçı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində: “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli, 2749/K nömrəli ekspert aktı tər tib edilmişdir.

4. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarına xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 28 aprel 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2020-ci il 6 fevral tarixli əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsini, iddiaçının işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

6. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, iddiaçı Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Nizami RPİ-nin 20 fevral 2019-cu il tarixli, 16 ş/h saylı əmri ilə Bakı şəhəri Nizami RPİ-nin X10 polis nəfəri, kiçik serjant kimi işə qəbul edilmişdir. İşlədiyi müddətdə rəhbərliyin tapşırıq və göstərişlərini icra edərək, heç bir nöqsana yol verməmişdir. Ali təhsilli polis nəfərlərinin bölgələrdə zabit kimi işə qəbul olunması ilə bağlı Daxili işlər nazirinin müvafiq əmrinə əsasən o, 2019-cu ilin noyabr ayında öz təşəbbüsü ilə Ağdaş Rayon Polis Şöbəsində işə qəbul olunmaq üçün sənədlərini təqdim etmişdir. Yoxlama zamanı bütün sınaqlardan uğurla keçərək verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 3 noyabr 2019-cu il tarix həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq o, həmin gün növbədə olmuşdu r və bu zaman onda kəskin diş ağrısı yaranmışdır. Həmin gün o, növbədə olmalı idi, iş yoldaşı ilə birgə müvafiq ərazidəki diş kabinetinə yaxınlaşaraq, orada olan diş həkiminə müraciət etmişdir. Həkim məsələnin ciddi olduğunu bildirmiş və lazım olan tədbirləri görmüşdür (iynə vuraraq, onun iki dişini çəkmişdir). Həmin gün o, bir neçə saat sonra ağrılarla əlaqədar aptekdən ketanol adlı dərman tabletini qəbul etmişdir. Bundan sonra o, xidmət etdiyi Nizami rayonu ərazisində olan təcili tibbi yardım stansiyasına çatdırılmışdır. Orada müayinədən sonra ağrıkəsici iynə vurmuş, ağrıkəsici dərman vermişdir. Ertəsi gün də, səhhəti normallaşmamışdır. Ona bildirilmişdir ki, 5 noyabr 2019-cu il tarixdə Nazirliyin inzibati binasında olmalıdırlar. Zərurət yarandığından, gün ərzində “nimecil”, “pentalgin ”, “smazmalqon”, “paraferin” kimi dərman preparatları alaraq qəbul etmişdir. Lakin səhhəti yaxşılaşmadığından, saat 12 radələrində 103 xidməti vasitəsi ilə yaşadığı ünvana təcili tibbi yardım çağırmışdır. Növbətçi həkim ona bir neçə dərman vasitələrini qarışdıraraq ağrıkəsici iynə vurmuşdur. Ertəsi gün iddiaçı Daxili İşlər Nazirliyinə getmişdir. Nazirliyin göstərişi ilə DİN 2 saylı Poliklinikasında müayinədən keçmişdir. Müayinədən sonra bildirilmişdir ki, qan analizlərində hansısa maddə aşkar edilmişdir. Sonradan DİN-in Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və təkrar tibbi müayinələrdən keçmək üçün Respublika Xəstəxanasına aparılmışdır. O, lazımi tibbi müayinələrdən keçərək analizlər vermişdir. Bir neçə gün sonra analizlərin nəticələri çıxmışdır, lakin bu barədə ona heç bir məlumat ve rilməmişdir. O, 28 yanvar 2020-ci il tarixdə DİN-in Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və İdarədə ondan izahat alınmışdır. İddiaçı yuxarıda qeyd edilənləri izahat şəklində yazaraq təqdim etmişdir. 2020-ci ilin təxminən fevral ayının əvvəllərində DİN-in Daxili Tədqiqatlar İdarəsinə yenidən dəvət olunmuş və ona bildirilmişdir ki, barəsində aparılan araşdırmaların nəticəsi olaraq, onun narkotik istifadəçisi olduğu müəyyən edilmişdir, tibbi rəy üzrə analizlərdə aşkar edilən “kodein”, “analgin” və “napraksin” maddələrinin narkotik tərkibli maddələr kateqoriyasına aid edildiyi, bu səbəbdən də onun narkotik istifadəçisi olmasına şübhələr yaranmışdır. O, yenidən xidmətə qayıtmış, lakin bir müddət sonra ona işdən azad olunduğu bildirilmişdir. Müraciəti əsasında əmək kitabçasını alsa da, əmr bu günədək ona verilməmişdir. O, hüquqlarını bərpa etmək məqsədi ilə 6 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Onun əmək kitabçasında işə qəbul tarixi 20 fevral 2019-cu il, işdən çıxma tarixi 8 fevral 2020-ci il kimi göstərilmiş, lakin işdən çıxmanın səbəbi qeyd edilməmişdir. Onun işdən azad olunması «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsində göstərilən hallardan hər hansı hallardan birinə uyğun gəlməmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisinin raportu əsasında 2020ci ilin yanvar ayında aparılmış xidməti təhqiqatla müəyyən olunmuşdur ki, iddiaçı 5 noyabr 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsində “opiy qrupu”na aid narkotik maddə (morfin) aşkar olunmuş və bu barədə 5 nömrəli akt tərtib edilmişdir. Həmin tarixdə iddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli, 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir. Qeyd olunan hərəkətlərə yol verdiyinə görə iddiaçı Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli, Ə138- 001-20 nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı 2019-cu ildən 2020-ci ilədək daxili işlər orqanlarında xidmət etmiş, xidmət dövründə 1 dəfə mükafatlandırılmış, 1 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. İPM-in 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində saldırıla bilməsi göstərilmişdir. Göstərilənlərdən məlum olmuşdur ki, iddiaçı iddia müddətini ötürməklə 70 gündən çox müddətdən sonra qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Bel əliklə iddia rədd olunmalıdır.

8. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli, 2-1(112)-900/2021 nömrəli qərarı (hakim: X7) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi 28 aprel 2020-ci il tarixdə məhkəməyə daxil olsa da, inzibati aktın 28 mart 2020-ci il tarixdən əvvəlki dövrdə ona təqdim edilməsini təsdiqləyən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, iddia “iddia müddəti” buraxılmaqla qaldırılmış sayıla bilməz. Məhkəmə qeyd olunanlarla yanaşı, iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı digər halın mövcud olmamasını da nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. İddiaçının xidmətdə olduğu dövrdə keçirilmiş müayinələrdə qanında və sidiyində tiryək qrupuna aid olan maddələrin (kadein, napro ksen və analgin) aşkar olunması işdə olan (inzibati icraatda toplanmış) rəylərdə öz əksini tapmışdır. İddiaçı isə, nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında inzibati orqanın bu halı təkzib edən heç bir sübut gətirməmiş, həmin tərkibli maddələri yaxın ərəfədə səhhəti ilə bağlı həkim vasitəsi və məsləhəti ilə qəbul etməsi ilə əsaslandırmışdır. Lakin onun bu mövqeyi heç bir tutarlı sübutlara söykənmədiyindən, özünümüdafiə cəhdi təəssüratı yaratmış olur. Bu halın təkzibi həmin ərəfədə həkimin müvafiq dərman preparatlarının qəbulu tövsiyəsini əks etdirən sənəd, təcili yardım xidmətindən iddiaçının müraciəti ilə bağlı məlumatlı şəxsin izahatı, təkrar müayinə və s. vasitəsilə mümkün ola bilərdi. Müvafiq hərəkətlərin baş verməsindən və onun qiymətləndirilməsindən xeyli müddət keçməsi məhkəmə icraatında yenidən həmin sübutların toplanmasını mümkünsüz etmişdir. Cavabdehin apardığı inzibati icraat üzrə qəbul etdiyi 6 fevral 2020-ci il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi baxımından, mütənasib sayılmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə qulluq dövründə iddiaçının belə hərəkətlərini cavabdeh inzibati orqan haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətləndirilmişdir. Beləliklə, Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli, Ə138001-20 nömrəli əmri qanuna zidd sayıla bilməz. Odur ki, əmrin ləğv edilməsi tələbi əsassızdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməs indəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2-1(103)-2433/2021 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən), X8 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə bildirilmişdir ki, iddiaçı məhkəməyə Bakı şəhər Təcili və X2 Stansiyasının 22 may 2020-ci il tarixli, 578 saylı və 16 sentyabr 2020-ci il tarixli vəkil bürosuna ünvanlanmış məktubları və sahə həkimi üçün xəbərdarlıq vərəqəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daxili işlər orqanının əməkdaşı olaraq iddiaçı diş ağrısı və onu çəkdirməsi ilə bağlı səhhətində baş verənlərlə əlaqəd ar qeydiyyatda olduğu və daxili işlər orqanının əməkdaşı kimi vaxtaşırı yoxlanıldığı və müvafiq müayinələrdən keçdiyi - Daxili İşlər Nazirliyinin Poliklinikasına müraciət etməli və həmin tibb müəssisində müalicə almağa borclu idi. Məhz, həmin tibb müəssisəsinin müayinəsinin nəticələri və həkim diaqnozu, iddiaçının konkret halda şərh etdiyi halların mötəbərliliyi üçün əsas yaranmış ola bilərdi. Bu baxımdan, iddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilən halların, cavabdeh tərəfindən onun barəsində aparılmış tədqiqatın nəticələri ilə eyniləşdirilməsi və onların işin həqiqiliyini əks etdirən hallar kimi qiymətləndirilməsi istisna edilir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş materiallarına cavabdeh orqan tərəfindən əlavə olunan ekspertizanın nəticələri barəsində tərtib olunan aktın 3-cü səhifəsinin nəticələr hissəsində qeyd olunur ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrup alkoloidlərinə aid olan Kodein, Naproksen və Analgin aşkar edildi. Daha sonra isə qeyd hissədə bildirilmişdir ki, Kodein bir çox dərmanların tərkibində (pentalgin və.s) geniş istifadə olunur. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan Səhiyyə Nazirliyi Analitik X6 Hüquqi Şəxsi tərəfindən göndərilən 17 avqust 2021-ci il tarixli məktubun 2-ci abza sında qeyd olunmuşdur ki, Analgin dərman preparatinin tərkibində narkotik və ya psixotrop maddələr mövcud deyil. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Təcili və X2 Stansiyasının 4 noyabr 2019-cu il tarixli xəbərdarlıq vərəqəsindən də görünür ki, ona həkim tərəfindən Analgin, Dimedrol və Atropine inyeksiya edilmişdir. Yuxarıda qeyd olunan abzasda isə məhkəmə tərəfindən qeyd olunur ki, Kadein, Naproksen və Analgin tipli maddələrin həkim məsləhəti əsasında qəbulunu sübut edən dəlillər məhkəməyə təqdim olunmamışdır. 15. 2019-cu ilin sentyabr ayında polisdə 6 aydan bir tibbi yoxlama proseduru çərçivəsində iddiaçı tibbi müayinələrdən keçərək analiz vermiş və onun analizləri normal olmuşdur. Bu hal özü də sübut etmişdir ki, iddiaçı narkotik istifadəçisi olsa idi daha əvv əllər də analiz nəticələrində yuxarıda qeyd olunan alkoloidlərdən hər hansısa biri aşkar olunmalı idi. Həmçinin Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 135-ci maddəsinə 9-cü bəndinə əsasən Daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Bildirilməlidir ki, iddiaçı heç bir ləyaqətsiz hərəkətə yol verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən bu barədə ən kiçik sübut belə təqdim olunmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Polis haqqında” Qanun: Ma ddə

13. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Maddə

33. İİİ. Polis təhsil müəssisələrində bu maddənin İİ hissəsində göstərilən intizam tənbeh növlərindən başqa növbədənkənar xidmət naryadını təyin etmə və polis təhsil müəssisəsindən xaric etmə tənbeh növləri tətbiq edilə bilər.

18. Azərbaycan Respublikasının 9 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Bənd

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdik də

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi" Maddə

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə

2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə

11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Maddə

13. Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cav ablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Maddə

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Nizami RPİ-nin 20 fevral 2019-cu il tarixli, 16 ş/h saylı əmri ilə Bakı şəhəri Nizami RPİ-nin X10 polis nəfəri, kiçik serjant kimi işə qəbul edilmişdir. İddiaçının narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün poliklinikada ekspress-test üsulu ilə dərinləşdirilmiş tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarına xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

25. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan Səhiyyə Nazirliyi Analitik X6 Hüquqi Şəxsi tərəfindən göndərilən 17 avqust 2021-ci il tarixli məktubun 2-ci abzasında qeyd olunmuşdur ki, Analgin dərman preparatinin tərkibində narkotik və ya psixotrop maddələr mövcud deyil.

26. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2 saylı Polikl inikasının 5 noyabr 2019-cu il tarixli, 5 nömrəli protokolda təsbit olunur ki, iddiaçının narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün poliklinikada ekspress-test üsulu ilə dərinləşdirilmiş tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress – test üsulu ilə piy və marixuana alkoloidlərinin olubolmaması yoxlanılmış və müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuşdur.

27. Həmçinin 2 saylı Poliklinikanın 5 noyabr 2019-cu il tarixli 5 nömrəli müayinə aktından müəyyən olunur ki, iddiaçının sidiyinin tərkibində “opiy” qrupuna aid (“Morfi t” pozitiv) narkotik vasitəsi və iddiaçının sidiyində və qanında tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin ” aşkar olunmuşdur. Eyni zamanda, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində: “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir.

28. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında qanunda göstərilə n Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələrin siyahısının 5-ci bəndində “Kodein” narkotik vasitə kimi qeyd edilmişdir.

29. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 8 aprel 2005-ci il tarixli, 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"-nin 11-ci maddəsinə əsasən sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.

30. Göründüyü kimi, iddiaçının qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələn vəzifələrini yerinə yetirməməsi və polis adına ləkə gətirən hərəkətlərə yol verməsi onun xidmətdən xaric edilməsinin əsasını təşkil etmişdir.

31. İddiaçının digər dəlili ondan ibarətdir ki, 2019-cu ilin sentyabr ayında polisdə 6 aydan bir tibbi yoxlama proseduru çərçivəsində iddiaçı tibbi müayinələrdən keçərək analiz vermiş və onun analizləri normal olmuşdur. Bu hal özü də sübut etmişdir ki, iddiaçı narkotik istifadəçisi olsa idi daha əvvəllər də analiz nəticələrində yuxarıda qeyd olunan alkoloidlərdən hər hansısa biri aşkar olunmalı idi.

32. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı hesab etmir. Belə ki, 2019-cu ilin sentyabr ayından sonra yuxarıda qeyd olunan narkotik vasitələr və psixotrop maddələrin iddiaçı tərəfindən istifadə edilməməsi sübuta yetirilmir. Belə ki, 2019-cu ilin sentyabr ayında iddiaçının tibbi müayinələrdən keçərək narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi barədə analiz verməsi və onun analizlərinin nəticəsi onun daha sonra narkotik və ya psixotrop maddələrinin istifadəsini istisna etmir.

33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, müəyyən olunmuş hallara maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, qərarının tətbiq ed ilən hüquq hissəsində göstərilənlər hüquq normalarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 21(103)-2433/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar