Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-621/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: VÖEN-i olan şəxsin müavinət hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2053/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur.
2. İddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Daha sonra təyin edilmiş müavinət dayandırılmışdır.
3. İddiaçı dayandırılmanın səbəbini müəyyən etmək məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xidməti yoxlama zamanı iddiaçının adına xx.xx.2018 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN aşkar edildiyindən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5043,06 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Eyni zamanda iddiaçının fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırıldığı üçün ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində olmaqla bərpa edilmişdir. Daha sonra qeyd edilmişdir ki, cavabdeh tərəfindən sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 5043.6 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq sosial müavinətindən tutulmağa başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci i nstansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitlərin iddiaçıya geri ödənilməsi, artıq ödəmənin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Sonradan xx.xx.2021-ci il tarixindən dayandırılmış və xx.xx.2022-ci ildən bərpa edilərək 180 manat ödənilməyə başlanılmışdır, 2022-ci ilin əvvəlindən müavinətdən tutulmalar edilmiş, hal-hazırda isə 20 faiz yəni 36 manat tutulmaqda davam etdirilir. Bununla əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət edərək bildirmişdir ki, tutulmanın səbəbi barədə ona rəsmi məlumat verilməsi və bunu ləğv edərək onun 180 manat ödənişini bərpa etsin. Cavabdeh **********2 nömrəli məktubla onun ərizəsinə cavab olaraq qeyd etmişdir ki, adına VÖEN olmuş və bu səbəbdən də sosial müavinətin ödənişində artıq ödəmə baş vermiş və onun aradan qaldırılması üçün isə hər ay müavinətdən tutulmalar ediləcəkdir. Bununla bağlı qərar qəbul edilmişdir. Qeyd edir ki, onun adında VÖEN olması o demək deyil ki o, aktiv vergi ödəyicisidir, onun istifadəsində olan ünvan 1 ünvanda yerləşən “iki qardaş” kafesindən xx.xx.2018-ci il tarixində oğurluq hadisəsi baş vermiş və obyekt dağıdılmış və ona bunun nəticəsində 2160 manat ziyan dəymişdir. Bundan sonra o, fəaliyyət göstərməmişdir. VÖEN isə formal olaraq açıq qalmış və heç bir ödəniş edilməmişdir, çünki artıq iş yeri olan kafe dağıdılmış və oğurlanması ilə əlaqədar olaraq fəaliyyəti dayanmışdır. Suraxanı RPİ -nin 31-ci PB -də bununla əlaqədar olaraq iş açılmışdır və ona arayış təqdim edilmişdir. Cavabdehin məktubu və qərarı tamamilə əsassızdır. Bu səbəbdən qərar ləğv edilməli ondan tutulmuş vəsaitlər geri qaytarılmalıdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “xx.xx.2022-ci il tarixli 5515 nömrəli və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 5515 nömrəli qərarla tutulmuş 320.52 manatın və xx.xx.2022-ci il tarixli qərarla hazırki günədək tutulmuş pul vəsaitlərinin iddiaçının hesabına geri ödənilərək bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokola qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-3326/2023 saylı qərarı ilə (hakim X6) iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli 5515 nömrəli və xx.xx.2022ci il tarixli nömrəli qərarlar ləğv edilmiş, xx.xx.2022-ci il tarixli 5515 nömrəli qərarla tutulmuş 320.52 manatın və xx.xx.2022-ci il tar ixli qərarla hazırki günədək tutulmuş pul vəsaitlərinin iddiaçının hesabına geri ödənilərək bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, qanunverici cavabdeh inzibati orqan tərəfindən artıq ödəniş məbləğinin tutulması haqqında qərar (inzibati akt) qəbul edilərkən müavinət alan şəxsin razılığının olmasını şərtləndir. Belə razılıq olmadıqda, yəni ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxıla bilər. Hazırkı iş üzrə müavinət alan şəxs (iddiaçının) artıq ödənilmiş məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarılmasından imtina olunması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən məhkəməyə müraciət etmək hüququndan da istifadə etməmişdir. Eyni zamanda cavabdeh orqan mübahisələndirilən qərar qəbul edilərkən eyni zamanda “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət etməmiş, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən şəxsi inzibati icraata dəvət etməmiş, inzibati icraat barəsində maraqlı şəxsə (iddiaçıya) məlumat verməmiş və sosial müavinətin təyin edilməsi barədə inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2053/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-ci il ta rixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-3326/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2, 11.1.2, 12.1-ci maddələrinə, eləcə də “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.3, 24.4, 67.1, 67.2, 67.7-ci maddələrinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
16. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-2053/2023 nömrəli qərarında qeyd edilmişdir ki, iş materiallarından iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN olması müəyyən edilsə də, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Arayışında göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesinin xx.xx.2018-xx.xx.2022-ci illər ərzində, o cümlədən məktubun tarixinə (xx.xx.2022-ci il tarixinə) kimi fəaliyyətsiz olması təsdiq edilmiş, qeyd edilən dövrlərdə gəlirinin olmasına da ir isə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qərarında da qeyd edildiyi kim müəssisənin fəaliyyətsiz olmasına baxmayaraq, iddiaçıya məxsus aktiv VÖEN olması müəyyən edilmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçıya münasibətdə artıq ödəmənin yaranma əsasları ilə bağlı məsələyə lazımi hüquqi qiymət vermədən, iddiaçıya məxsus VÖEN-in aktiv olmasının səbəbləri araşdırılmadan, yalnız inzibati icraatla bağlı formal (prosessual) pozuntuları əsas gətirərək qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə
4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; Maddə
7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; Maddə
11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; Maddə
12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş ver dikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlar ına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məh kəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İş materiallarında olan cavabdehin iddiaya etirazından, apelyasiya və kassasiya şikayətlərindən görünür ki, iddiaçıya ödənilmiş sosial müavinətin dayandırılma və sonradan hər ay 20% olmaqla tutulma səbəbi iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN hesabının aşkar edilməsi ilə bağlıdır.
27. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, şəxsin hələ VÖEN-ə malik olması onun akt iv sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, eləcə də gəlir əldə etməsinə dəlalət etmir.
28. İddiaçının mübahisəli dövrlərdə gəlir əldə etməməsi və aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəaliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyətinin bərpa edilməsi, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2 018ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir.
29. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işin inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən mübahisə doğurmayan halı iddiaçının sahibkarlıq fəaliyyətini kafe vasitəsi ilə həyata keçirməsi ilə əlaqədardır. Başqa sözlə iddiaçı sahibkar kimi kafe işlətməklə müəyyən gəlir əldə etmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının sahibkarlıq fəaliyyətini reallaşdırdığı obyektin fəaliyyət göstərmədiyi qeyd edilmişdir. Həmin arayışda göstərilmişdir: “Verilir ünvan 3 ünvanda yaşayan vət. İddiaçı ondan ötəri ki, o, xx.xx.2018-ci i l tarixdə PB-nə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesindən oğurluq hadisəsi baş vermiş və nəticədə təxminən 2160 manat maddi ziyan vurulduğunun aşkar edildiyini bildirmişdir. Həmin kafe hal-hazırda da fəaliyyətsizdir.
30. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN:**********) xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəaliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə dövriyyə məbləği 1.371,00 manat, ödənilmiş vergi məbləği isə 20,0 manat təşkil etmişdir.
31. Bundan əlavə iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə müraciət edərək iddiaçının xx.xx.2018-xx.xx.2022-ci illər ərzində vergi fəaliyyəti olması, vergi bəyənnamələri təqdim etməsi, qeyd edilən xx.xx.2018xx.xx.2022-ci illər ərzində gəlirləri barədə vəziyyətin necə olması barədə məlumatın təqdim olunması xahiş olunmuşdur.
32. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN:**********) xx.xx.2022-ci il tarixə vergi qeydiyyatı ləğv olunduğundan qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamışdır.
33. Beləliklə, iş materiallarından iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək VÖEN olması müəyyən edilsə də, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesinin xx.xx.2018-xx.xx.2022-ci illər ərzində, o cümlədən məktubun tarixinə (xx.xx.2022-ci il tarixinə) kimi fəaliyyətsiz olması təsdiq edilmiş, qeyd edilən dövrlərdə gəlirinin olmasına dair isə hər hansı sübut təqdim edilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2053/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxla