Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-622/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil illərinin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyası təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı oğunun, vəkili X2 və cavabdehin vəkili X6 oğlunun işt irakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1583/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçının əmək kitabçasında, texniki-peşə təhsili haqqında diplomda və hərbi biletində əksini tapmış məlumatlara əsasən, o, 01.09.1971-ci ildən 22.07.1974- cü ilədək 10 saylı PTU-da təhsil almışdır. 26.07.1974-cü ildə X7 UİM BBT-də 3-cü dərəcəli dəzgahda işləyən xarrat vəzifəsinə qəbul olunmuş, 13.11.1974-cü ildə Sovet Ordusu sıralarına xidmətə çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. 15.11.1974-cü ildən 05.11.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 28.12.1976-cı ildə Xarrat sexinə dəzgahda işləyən 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul olunmuşdur. 22.12.1977-ci ildə bu sexdə 3-cü dərəcəli yapışdırıcı xarrat vəzifəsinə keçirilmişdir. 16.11.1978-ci ildə Bu sexdə 4-cü dərəcəli yapışdırıcı xarrat vəzifəsinə keçirilmişdir. 01.01.1983-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 72 saylı 11.11.1982-ci il tarixli Sərəncamına, Bakı şəhər sovetinin 05/980 saylı 15.11.1982-ci il tarixli Sərəncamına və Baş Bakıtikinti idarəsinin 532 1s saylı 24.11.1982-ci il tarixli əmrinə müvafiq olaraq X7 Baş Bakıtikinti idarəsinin “Tikinti şöbəsinin” tabeliyinə keçirilmişdir. 01.09.1987-ci ildə Baş Bakıtikinti idarəsinin 248 saylı 25.08.1987-ci il tarixli əmrinə əsasən müvafiq olaraq X7 Baş Bakıtikinti idarəsinin AEİB (Ağac Emalı üzrə İstehsalat Birliyinin) tabeliyinə keçirilmiş və Baş Bakıtikinti idarəsinin X7 AEİB adlanır. 17.06.1991-ci ildə çoxişlənən istehlak malları sahəsinə keçirilmişdir. 03.07.1997-ci ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 383 saylı 03.07.1997-ci il tarixli Sərəncamına əsasən BBTİ-nin X5 bazasında “xxxx” ATSC adlandırılmışdır. 05.01.2007-ci ildə dülgərlik sexinin geniş tələbat sahəsinin işçisi olaraq öz xahişi ilə işdən azad edilmişdir.
3. İddiaçı cavabde h Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyinə müraciət edərək, təhsil aldığı illərin və işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə yaşa görə pensiya ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh bundan imtina etmiş və 28.11.2019-cu il tarixli **********7 №li məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminat ına imkan vermədikdə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququnun olduğu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklərə əsasən 22-1.1-ci maddəsində 2019-cu il yanvar ayının 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablandığı, fərdi hesabının yığım hissəsində heç bir pensiya kapitalı qeydə alınmadığından 2006-cı il tarixədək olan sosial sığorta stajının 25 il kimi hesablana bilmədiyi, həmçinin 21.07.1997-ci ilədək ümumi sosial sığorta stajının 22 il 9 ay 12 gün təşkil etdiyi, 21.07.1997-ci il tarixdən 05.01.2007-ci il ta rixə qədər işlədiyi “xxxx” ASC tərəfindən sosial sığorta haqları ödənilmədiyindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə alına bilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 21.01.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, onun 01.09.1971-ci il tarixdən 22.07.1974-cü ilədək Bakı şəhər 10 saylı orta texniki peşə məktəbində təhsil aldığı və 21.07.1997-ci il tarixdən 01 yanvar 2006-ci il tarixədək “xxxx” ATSC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona 63 yaş 6 ayının tamam olduğu 05 may 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, 01.09.1971-ci il tarixdən 22.07.1974-cü il tarixədək 10 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 26.07.1974-cü il tarixdən 13.11.1974-cü il tarixədək X7nda dülgər-dəzgahçı vəzifəsinə qəbul edilmişdir. 15.11.1974cü il tarixdən 05.11.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. 28.12.1976-cı il tarixdən 05.01.2007-ci il tarixədək X7nda müxtəlif peşələrdə əmək fəaliyyətini davam etdirmişdir və 05.01.2007-ci il tarixdə işdən azad olunmuşdur. 03.07.1997-ci il tarixdən X5 bazasında “Bakı X7” ATSC yaradılmışdır. Yaşa görə əmək pensiyası hüququ yarandığına görə cavabdehə müraciət etmiş, cavabdeh ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Onun cəmi cəmi 34 il 01 ay 27 gün (01.09.1971-22.07.1974 = 2 il 10 ay 21 gün texniki peş ə məktəbi, 26.07.1974-13.11.1974 = 0 il 3 ay 17 gün X7, 23.11.197405.11.1976 = 01 il 11 ay 12 gün hərbi xidmət, 28.12.1976-05.01.2007-ci il = 30 il 27 gün X7 olmaqla) əmək stajı vardır. Onun 01.09.1971-ci il tarixdən 22.07.1974-cü il tarixədək Bakı şəhəri 10 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(112)-2364/2020 saylı qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı 01.09.1971-ci il tarixdən 22.07.1974-cü ilədək Bakı şəhər 10 saylı orta texniki peşə məktəbində təhsil aldığı və 21.07.1997-ci il tarixdən 01 yanvar 2006-ci il tarixədək “xxxx” ATSC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona 63 yaş 6 ayının tamam olduğu 05 may 2018-ci il tarixd ən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 01 yanvar 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir;Həmin maddənin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir; Həmin maddənin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir.
9. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1583/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin a pelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində deyilir ki, iddiaçımnın fərdi hesabının yığım hissəsində heç bir pensiya kapitalı toplanmamışdır və 21.07.1997-ci ilədək ümumi sosial sığorta stajı 22 il 9 ay 12 gün təşkil edir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sübutlar məhkəmə tərəfindən düzgün qi ymətləndirilməmişdir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən işəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Lakin DSMF Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubuna əsasən, “xxxx” ASC tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda vətəndaş İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sisteminin Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Məhz bu fakt ona əsas verir ki, 2006-2007-ci ilin hesabatlarında adı mövcud olmayan, dolayısı ilə əmək haqqından heç bir ödəniş tutulmayan vətəndaşın işlədiyi müəssisə tərəfindən 2006-cı ildən əvvəlki tarixdə də dövlət büdcəsinə ödənişlər həyata keçirilməmişdir. Əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Digər tərəfdən “xxxx”ASC-nin 21.07.1997-ci ildən 05.01.2007-ci ilədək dövr üzrə fəaliyyət göstərib-göstərməməsi və qeyd olunan dövrdə işçilərə ödənilən əmək haqqından tutulan vergilər üzrə büdcəyə ödənişlərin həyata keçirilib- keçirilməməsi barədə Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd olunduğu kimi həmin müəssisə1999-cu ildə vergi uçotuna alınmışdır. Həmçinin, “xxxx” ASC tərəfindən təqdim edilmiş 15.01.2018 tarixli arayışda vətəndaşın əmək haqqı barədə qeydlər öz əksini tapmamışdır. Bununla yanaşı Milli Arxiv İdarəsinin 26.02.2020 tarixli sorğuya cavab məktubunda “xxxx” ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmənin istinad etdiyi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06.03.2018 tarixli Qanuna gəlincə, Qanunun məzmunundan da görünür ki, 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci il 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən hər hansı formada kompensasiya edilməmişdir, sadəcə silinmişdir. Üstəlik, qeyd olunan Qanunun 3-cü maddəsinə əsasən, 2015-ci ildən etibarən məcburi dövlət sosial sığorta borclarına görə tətbiq edilmiş maliyyə sanksiyaları müəyyən şərtlər daxilində öz qüvvəsini saxlamışdır. Borcların silinməsi faktı yaşa görə pensiya təyin edilməsi üçün əsas deyil. Çünki pensiya təyinatı məhz həmin əmək haqqından tutulan və dövlət büdcəsinə keçirilən ödənişlər hesabına həyata keçirilir. b. Kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İddiaçı və onun vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə
2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə d ə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 21.1. Qanunvericiliklə müə yyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
19. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 20. "Vətəndaşların pensiya təminatı haqqında" Qanun (1974-cü ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım ola n qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 22. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcb uri şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hal larda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, iddia tələbinin hüquqi əsasını “Əmə k pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır.
28. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs:
1. Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.
29. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
30. İddiaçının əmək kitabçasında, hərbi biletində və peşə təhsili haqqında diplomda göstərilmiş məlumatlara əsasən, onun sosial sığorta stajı 25 ildən çoxdur (34 il 2 ay). Pensiya təyin edən orqana müraciət etdiyi vax t pensiya təyin olunması üçün zəruri sosial sığorta stajı olduğuna görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olub-olmamasının araşdırılmasına ehtiyac qalmırdı. Yəni iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərt mövcuddur.
31. Lakin cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş 26.07.197413.11.1974-cü, 15.11.1974-05.11.1976-cı və 28.12.1976-01.01.1992-ci illərə aid sosial sığorta stajını (17 il 3 ay 10 gün) nəzərə alır. İddiaçının peşə təhsili aldığı 01.09.197122.07.1974-cü il dövrü qanunla nəzərdə tutulmadığını əsas gətirməklə, “xxxx” ASC-də işlədiyi 21.07.1997-01.01.2006-cı il dövrü isə, sosial sığorta haqları ödənilmədiyini əsas tutaraq staja daxil etməkdən imtina edir.
32. Apelyasiya instansiyası məhkəməsi iddiaçının əmək fəaliyyətinin əmək kitabçasında əksini tapmış məlumatlar əsasında müəyyən edilməsinin mümkün olduğu, habelə peşə təhsili aldığı illərin sosial sığorta stajına daxil edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə əsaslıdır.
33. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, cavabdehin dəlilləri də həmin qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki «“Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyalarl haqqında” Azərbaycan Respublikası qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.03. 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcu olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələn dirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və y a bu kitabçada müvafiq qeydlər olmasın.
34. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır.
35. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir.
36. Baxılan işdə iddiaçının əmək kitabça sında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir.
37. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
38. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əs aslardan biri də əmək kitabçasıdır.
39. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir.
40. İddiaçının “xxxx” ASC-də işlədiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin sığorta stajının hesablanması üçün əsas şərt kimi müəyyən olunduğu barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, hazırda qüvvədə olan «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1 və 3.2.1-ci bəndlərində, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qaz anılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
41. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial sığorta haqlarına istinadən mübahisələndirilən əmək stajının 01.01.2006-cı ilədək olan dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır.
42. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təmin atı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
43. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələri nə müvafiq olaraq hesablanmalıdır.
44. Bu normadan hərəkətlə iddiaçının 21.07.1997-01.01.2002-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 01.01.200201.01.2006-cı illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda iddiaçının əmək stajı 25 ildən çox təşkil edir. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, işə baxmış məhkəmələr iddiaçının peşə təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının peşə təhsili aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
45. Məhkəmə kollegiyası qeyd olunan əsaslardan çıxış etməklə hesab edir ki, apelyasiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instansiy ası məhkəməsinin qərarının ləğvi üşün əsaslar müəyyən olunmur.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.