Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-622/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 21(107)-184/2022 nömrəli qərarından üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpasına dai r ərizəyə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X3 və onun ailə üzvü X1 mülkiyyətinə verilmişdir.
2. İddiaçı xx.xx.2008-ci ildə mülkün anasının adına sənədləşdirilməsinə razılıq vermiş, cavabdeh inzibati orqan fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini anası X2 adına qeydiyyata almışdır.İddiaçı hesab edir ki, qeyd olunan torpaq sahəsinin yarısı onun mülkiyyətində olmuş, torpaq sahəsinin onun tərəfindən anasına bağışlanması və ya alqısatqı qaydasında verilməsi baş tutmamışdır. O yanlız evin anasının adına sənədləşdirilməsinə razılıq vermişdir.
3. Daha sonra iddiaçı çıxarışın ləğv edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan çıxarışın ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “X2 adına verilmiş **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 6 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, X1 iddia etdiyi X2 adına verilmiş 6 may 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli verilmiş reyestrdən çıxarışın ləğv edilməsi DƏDRX-nin 9 sa ylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Qeyd edilmişdir ki, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçı X1 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında X2 adına rəsmiləşdirilmişdir. X2 adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak "xxxx" ASC-nin Ağdaş filialında ipoteka ilə yüklü edilmiş və hal-hazırda da həmin yüklülük qüvvədədir. Bu səbəbdən də məhkəmə prosesinə "xxxx" ASC-nin Ağdaş filialı da 3-cü şəxs kimi cəlb edilməlidir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-702/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov ) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə X2 adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 06 may 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda iddiaçı X1 adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
9. Üçüncü şəxs "xxxx" ASC həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(116)-702/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün s ayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-184/2022 nömrəli qərarı ilə (sədrlik edən – R.Rəfiyev, hakimlər – V.Məlikov və M.Əsədli) üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-702/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs "xxxx" ASC buraxılmış prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti verərək, şikayət vermə müddətinin bərpa edilməsini, eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tar ixli, 2-1(107)184/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. MÜDDƏTİN BƏRPA OLUNMASİ BARƏDƏ ƏRİZƏNİN DƏLİLLƏRİ a) Ərizənin dəlilləri
13. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və “LPO “AGBank ASC: ‘X2 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(116)-702/2ö2Q nömrəli qərarından iş üzrə üçüncü şəxs LPO “AGBank" ASC tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il t arixli 2-1 (107)-184/2022 saylı qərarına əsasən təmin edilməmişdir. Həmin qərar LPO "AGBank” ASC tərəfindən poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixdə “AGBank" ASC müvafiq məhkəmə qərarı ilə müflis elan edilmiş, ləğv prosesi başlanılmış və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Həmçinin, Nazirlər Kabinetinin qərarını nəzərə alaraq, işçi sayı Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılmışdır və karantin rejimi dövründə məhdud sayda əməkdaşlar işə cəlb edilmiş. Bu səbəbdən şöbədə işçi sayının az olması, şöbənin işçilərindən birinin işdən çıxması, digərinin analıq məzuniyyətində olması qərardan şikayət verilməsi müddətinə təsadüf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin ə əsasən Şəki Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(107)-184/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəblərdən ötürülmüşdür.Hazırda kassasiya şikayəti, ona əlavə edilmiş sənədlər şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə birlikdə Sizə göndərilir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət müha kiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
15. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidi r. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış pros essual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (-). Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şika yəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Kasasiya instansiyası məhkəməsinin mövqeyi
17. Üçüncü şəxs 21 sentyabr 2022-ci il tarixli qərardan kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 07 aprel 2023cü il tarixə təyin edilmiş, bu barədə iddiaçıya 16 fevral 2023-cü il tarixli məhkəmə bildirişi göndərilmişdir.
18. İşdə olan poçt göndərişinin verilməsi haqında xəbərnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsini n 21 sentyabr 2022-ci il tarixli qərarı 3 oktyabr 2022ci il tarixində üçüncü şəxs tərəfindən alınmışdır (səh.207).
19. Üçüncü şəxs qərardan kasasiya şikayətini 15 dekabr 2022-ci il tarixdə elektron qaydada təqdim etmiş və qanunda nəzərdə tutulan 1 aylıq şikayət müddətini buraxmışdır.
20. Üçüncü şəxs məhkəmə kollegiyasına göndərdiyi vəsatətində şikayət üzrə müddətin bərpa olunmasını xahiş etmişdir.
21. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
22. Üçüncü şəxs kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxılmasına dair mötəbər sübut təqdim etməmişdir. Pandemiya ilə bağlı 2022-ci ilin oktyabr, noyabr aylarında idarə və müəssisələrin fəaliyyətinin tam məhdudlaşdırılması, vəkillərin və poçt xidmətinin fəaliyyətinin hər hansı şəkildə məhdudlaşdırılması barədə dövlət orqanları tərəfindən qərar qəbul edilmədiyindən iddiaçının dəlilləri müddətin bərpası üçün əsas sayıla bilməz.
23. Kasasiya şikayəti üçüncü şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, vəsatət təmin edilməməlidir.
24. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(107)-184/2022 nömrəli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.