Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MTK-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Loakal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçı MTK-nın vəkili Vəkil1, cavabdeh Departamentin nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin 24 noyabr 2017-ci il tarixli **********128708 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliəyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş № 2-1(82)-695/2018) iddianın tə min edilməsi; cavabdeh Departamentin 24 noyabr 2017-ci il tarixli **********128708 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliəyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayilov; iş № 21(103)-1715/2018) cavabdeh Departament tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı MTK kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməs inə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MTK-nın kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, iddiaçı MMC-nin dəlillərinə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri Cavabdeh Departament kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı MTK-nin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MTK-nın vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi Nümayəndə vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi laqqında” 16 noyabr 2016-cı il tarixli **********058542 saylı qərarına əsasən iddiaçı MTK-da 2014-2016-cı illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması aparılmışdır. Həmin yoxlamanın nəticələri **********085586 saylı, 24 oktyabr 2017-ci il tarixli “Səyyar vergi yoxlaması Aktı” ilə rəsmiləşdirilmişdir ki, bu Akt əsasında vergi orqanı tərəfindən iddiaçı MTK barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.11.2017-ci il tarixli **********128708 saylı qərar qəbul edilmişdir. Araşdırılan qər ardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı MTK hazırki iddiasında vergi orqanın yuxarıda qeyd edilən 24.11.2017-ci il tarixli qərarı mübahisələndirib, məhkəmədən onun ləğv edilməsini xahiş etsə də, cavabdeh Departament tərəfindən məhkəməyə ünvanlanmış **********660700 saylı, 25 oktyabr 2018-ci il tarixli yazılı vəsatətdən, ona əlavə edilən, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş “"Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğv edilm əsi haqqında” qərarın ləğvi haqqında” 22.10.2018-ci il tarixli **********264700 saylı qərardan, habelə iddiaçı MTK-ya aid olan şəxsi hesab vərəqəsindən aydın olur ki, hazırki iddianın predmeti olan 24 noyabr 2017-ci il tarixli Vergilər nazirinin müşaviri-Vergi Auditi Departamentinin baş direktoru tərəfindən ləğv edilmişdir. Eyni zamanda mübahisələndirilən qərarla iddiaçı MTK-ya hesablanmış vergi borcu və tətbiq edilmiş maliyyə sanksiyaları onun şəxsi hesab vərəqəsindən azaldılmış, vergi ödəyicisinin 460,57 manat məbləğində artıq ödəməsi yaranmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası vergilər nazirinin **********152000 saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi auditi Departamentinin Əsasnaməsi»nin 6.1.11-ci bəndində nazirin müşaviri-baş dirpektorun əsasən səyyar vergi yoxlamalarının keçirilməsi barədə qəbul edilmiş qərarların ləğv edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı MTK-nın məhkəmədə mübahisələndirdiyi qərar artıq cavabdeh Departamentin yuxarı orqanı tərəfindən ləğv edilərək, həmin qərarla hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmişdir. İddiaçı MTK mübahisəli dövrün təkrar yoxlanılmasının həyata keçirilməsi səbəbindən işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etsə də, inzibati orqanının iddiaçı MTK üçün hüquqi nəticə doğuran, hazırda mübahisələndirilən inzibati aktı ləğv olunduğundan, həmin aktla bağlı mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edil miş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Ona görə də, işin apellyasiya baxışı zamanı cavabdeh Departamentin yuxarı orqanı tərəfindən mübahisələndirilən yoxlamanın nəticələri ləğv edildiyindən və həmin yoxlama ilə bağlı tərəflər arasında mübahisə olmadığından, hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçı MTK-nın kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. İddiaçı MTK-nın kassasiya şikayətində qeyd edilən mövqeyindən, yəni apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respubli kası İPM-nin 67.2 və 67.3-cü maddələrinə əsaslanmaqla, iş üzrə icraat xitam verilməsi səlahiyyətinin olmaması, bu səlahiyyətin yalnız 1-ci instansiya məhkəməsində, yekun qərar qəbul olunana qədər olan müddətdə nəzərdə tutulduğunu göstərməsindən fərqli olaraq, məhkəmə kollegiyası hesab edir ki, istinad edilən iş üzrə icraata xitam verilməsi səlahiyyəti prosessual qanunla nəinki, 1-ci instansiya, həm də apellyasiya və kassasiya instansiya məhkəmələri üçün də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qər ardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-623/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-623/2019
19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver