Məhkəmə qərarları › İş №2-1(102)-623/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-623/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Sumqayıt şəhər Kooperativ Cəmiyyətinin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: Vergi münasibətləri ilə bağlı mübahisələr, ümidsiz borcun silinməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin nümayəndəsi Ruslan Musayevin və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Kooperativ Cəmiyyətinin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddiaçının şəxsi hesab vərəqəsindən vergi orqanının tələb etmə hüquqi keç miş 11856,40 manat məbləğində borcun silinməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-517/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Kooperativ Cəmiyyəti cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddiaçının şəxsi hesab vərəqəsindən vergi orqanının tələb etmə hüququ keçmiş 11856,40 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsi ilə müəyyən olunur ki, 2010-cu ildən olan dövr üçün cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 11856,40 manat məbləğində vergi, faizlər və maliyyə sanksiyaları hesablanmışdır. Cavabdeh tərəfindən 2013-cü ilə kimi olan borclar tələbetmə müddəti keçməsinə baxmayaraq, şəxsi hesab vərəqəsindən silinməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş, cavabdeh ona rəsmi cavab verməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-382/2019 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Sumqayıt şəhər Kooperativ Cəmiyyətinin şəxsi hesab vərəqəsindən vergi orqanının tələb etmə hüququ keçmiş 10402,96 manat məbləğində borc un silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-517/2019 nömrəli (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, N.Nəsibov və H.Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Ca vabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən işin faktiki halları və iş üzrə mövcud olan sübutlar düzgün araşdırılmamış, habelə qanunvericiliyin tələbi nəzərə alınmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinin «Əmlaka yönəldilən məbləğ üzrə vərəqə» hissəsində 10194,03 manat vergi borcunun cəmiyyətə məxsus olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış hərracda satılmasından əldə olunan vəsait hesabına ödənilməsini qət etmiş 5 ədəd məhkəmə qətnaməsi qüvvədədir. Qeyd olunan qətnamələr cavabdehin iddiaya qarşı etirazı ilə birlikdə məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcuddur. Hazırda həmin qətnamələr üzrə qismən ödənişlər edildiyindən ümumilikdə 10194,03 manat öd ənilməmiş vergi borcu şəxsi hesab vərəqəsində qalmışdır. Lakin birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən nədənsə qeyd olunan məhkəmə qətnamələri nəzərə alınmamış, başqa sözlə desək qanuni qüvvəyə minmiş məhkəmə qərarına zidd qərar qəbul edilmişdir. Qeyd olunan məhkəmə qərarında əks olunmuş hüquqi mövqeyə əsasən «qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur». Bundan əlavə məhkəmə 208,93 manat borcun isə 2012-ci il və 2013-cü ilin aprel ayına qədər olan borcları təşkil etdiyini bildirsə iddianın bu hissə ilə bağlı da şəxsi hesab vərəqəsindəki məlumatları tam araşdırmamışdır. Belə ki, məhkəmə bu hissəyə qiymət verdiyi zaman şəxsi hesab vərəqəsinin göstərilən tarixlərdən sonra büdcəyə olan ödənişləri (məs., xx xxxxxx 2017-ci il tarixdə 95,0 manat ödəniş) və azalma, silinmə əməliyyatlarını, o cümlədən bunlarla əlaqədar vergi borclarının ödənilmə ardıcıllığını müəyyən edən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini nəzərə almalı olduğu halda bunları etməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Analoji iş olan iddiaçı «Bakı şəhər X1 Rayonlararası Bölməsi» MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı tutulması məhkəmə qərarı ilə təmin olunmuş vergi borcunun ümidsiz borc qismində silinməsi ilə bağlı qaldırdığı iddia ərizəsi birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən təmin olunmamış və qeyd olunan qərarlar Ali Məhkəmənin İnzibati-İqt isadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim – Azər Hüseynov) qüvvədə saxlanılmışdır. Bundan sonra «Bakı şəhər X1 Rayonlararası Bölməsi» MMC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmiş və şikayət edilən məhkəmə aktı ilə MMC-nin hüquq və azadlıqlarının pozulması müəyyən edilmədiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Konstitusiya işinin icraatına xitam verilmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin mövcud normalarında məhkəmə qərarı ilə təmin edilmiş vergi öhdəl iyinin icrası müddəti müəyyən edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilmiş vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmadığından, mübahisələndirilən məhkəmə aktları ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması müəyyən edilməmişdir». Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(105)-517/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-517/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Musayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)517/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Hacı Hacıyev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzg ün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-517/2019 saylı qərarla, cavabdeh 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(085)-382/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə, Vergi Məcəlləsinin 3.2, 3.8, 3.11, 85.4, 89.15, 90.1, 93.1.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarına istinad edərək, belə hesab etmişdir ki, bi rinci instansiya məhkəməsinin hesablanmış əsas vergi məbləği üzrə 208,93 manat məbləğində vergi borcunun 2012-ci il və 2013-cü ilin aprel ayına, əmlaka yönəldilən məbləğ üzrə isə 10194,03 manat məbləğində vergi borcunun 2007–2009-cu illərə olan borcunun vergi orqanının tələb etmə hüququ keçmiş borc məbləği kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinməli olması, digər borcların isə 2014-cü ildən sonra yaranmış olduğuna görə həmin borc məbləğinə vergi orqanının tələb etmə hüququ keçməməsi və ona görə də iddiaçının 2014-cü ildən sonra yaranmış borcuna vergi orqanının tələb etmə hüququ olduğuna görə iddia tələbinin həmin hissədə təmin oluna bilməməsi barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbu l etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-517/2019 saylı qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı Sumqayıt şəhər Kooperativ Cəmiyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsindən vergi orqanının tələb etmə hüququ keçmiş 11856,40 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsi ilə 2010-cu ildən olan dövr üçün cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 11856,40 manat məbləğində vergi, faizlər və maliyyə sanksiyaları hesablandığı müəyyən olunur. Cavabdeh tərəfindən 2013-cü ilə kimi olan borclar tələbetmə müddəti keçməsi nə baxmayaraq, şəxsi hesab vərəqəsindən silinməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş, cavabdeh ona rəsmi cavab verməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarının müddəaları ilə tam təkzib olunur. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Kommersiya hüquqi şəxslərinin Dövl ət reyestrindən» çıxarışın, «Dövlət qeydiyyatı haqqında» Şəhadətnamənin və Nizamnamənin surətlərinə əsasən, Sumqayıt şəhər Kooperativ Cəmiyyəti xx xxxxxx 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 2007-ci il tarixli 1441/3-431 saylı qiyabi qətnamənin, xx xxxx 2008-ci il tarixli 21078/2008 saylı, xx xxxxxx 2009-cu il tarixli 2(85)-731/2009 saylı, xx xxxx 2007-ci il tarixli 887/2-206 saylı qətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehin iddiaçıya qarşı iddiaçının 424,40 manat borca görə 600 manat dəyərində, xx xxxxxxxx 2007-ci il tarixə yaranmış 241,33 manat borcuna görə 300 manat dəyərində, xx xxx 2009cu il tarixə 1298,23 manat borca görə 18500 manat dəyərində və 1467,58 manat borca görə 1500 manat dəyərində əmlaklarının siyahıya alınaraq ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbləri təmin edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən şəxsi hesab vərəqəsindən vergi orqanının tələb etmə hüququ keçmiş 11856,40 manat məbləğində borcun silinməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, hesablanmış əsas vergi məbləği üzrə 208,93 manat məbləğində vergi borcu 2012-ci il və 2013-cü ilin aprel ayına (iddia ərizəsinə etirazda əsas vergi borcunun tərkibindən müəyyən olunur), əmlaka yönəldilən məbləğ üzrə isə 10194,03 manat məbləğində vergi borcu 2007–2009-cu illərə olan borcdur. Digər borcları isə 2014-cü ildən so nra yaranmış borc məbləği təşkil edir və iddiaçının vergi orqanının tələb etmə hüququ keçmiş borc məbləği Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinməlidir, digər borclar 2014-cü ildən sonra yaranmış olduğuna görə həmin borc məbləğinə vergi orqanının tələb etmə hüququ keçməmişdir, ona görə də iddiaçının 2014-cü ildən sonra yaranmış borcuna vergi orqanının tələb etmə hüququ olduğuna görə iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış mübahisə ilə bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq cavabdehin apelyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, həmin Vergi Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqan ları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda silinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli Qərarı ilə hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməsinin mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz Qərarında qeyd etmişdir ki, Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması ü çün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6–23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi qanunvericiliyinə əsasən vergi orqanları vergiyə cəlb edilən h esabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfa t fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət həmçinin Vergi Məcəlləsinin 89.15-ci maddəsində göstərilən hallara da şamil olunmalıdır. Vergi Məcəlləsinin 89.15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilən, lakin özəlləşdirilm əsi barədə qərar qəbul edilməmiş və ya özəlləşdirilməsi başa çatmamış vergi ödəyicilərinin əmlakının siyahıya alınması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir. Vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında banka və ya digər kredit təşkilatına sərəncam verilən gündən 15 gün müddətində vergi orqanı, bu maddədə göstərilən əmlakın siyahıya alınmasına razılıq bildirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət edir. Əmlakın siyahıya alınmasına bir ay müddətində razılıq verildikdə, siyahıya alınma vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, həmin maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi ödəyicilərinin əmlakının siy ahıya alınmasına razılıq verilmədiyi halda vergi orqanları onların əmlakını siyahıya ala bilməz. Göstərilən hallarda isə vergi orqanları məhkəməyə müraciət etmək hüququndan da məhrum olunurlar. Belə ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə görə siyahiya alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93-cü maddəsində vergi borcunun ümidsiz hesab olunması üçün vergitutma müddətinin bitməsi əsas kimi nəzərdə t utulmasa da, vergi orqanlarında yuxarıda göstərilən hallarda qanunla müəyyən olunmuş qaydada vergi qalıqlarının tutulması üçün real imkan olmadığına görə borc silinməyə məruz qalır. Nəticədə Konstitusiya Məhkəməsinin Plenumu hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunacaq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsini qərara almışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 201 9-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-517/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar