Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus diploma, hərbi biletə və əmək kitabçasına əsasən o, 01.09.1983cü ildən 17.07.1986-cı ilədək 177N-li orta texniki peşə məktəbində təhsil almış, oktyabr 1986-cı ildən 12 noyabr 1989-cu ilə qədə Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 05.03.1990-cı ildən 01.05.1993-cü ilə qədər ET və EAKT sexində 3-cü dərəcəli elektrik montyoru, 16.11.2000-ci ildən 01.12.2007-ci ilə qədər həmin sexdə 4-cü dərəcəli elektrik montyoru vəzifələrində işləmişdir, 01.12.2007-ci ildən hal-hazıradək Elektrik Təchizatı və Elektrik Avadanlıqları sahəsində 5-ci dərəcəli elektrik montyoru işləyir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 10-61 №-li, 20.11.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətəndə 05.03.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək N.Nərimanov adına NQÇİ-nin Elektrik Təchizatı və X1 Təmir sexində Neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib və ha l-hazırda həmin peşədə işləyir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a19861. Güzəştli staj ixtisasa əsasən 15 il 09 ay 26 gün. Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı 15 il 09 ay 26 gün təşkil edir. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. AR NK-nin 12/Vİ-93-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir.
4. İddiaçı 22.11.2019-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh **********6 saylı, 29 2019-cu il tarixli məkt ubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil edir, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 noyabr 2019-cu il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuşdur və hazırda xxxx-də yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 17 iyul 1986cı ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. 31 oktyabr 1986 - 21 noyabr 1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 mart 1990-cı ildə Nəriman Nərimanov adına NQÇİ-də prokat-təmir sexində elektrik montyoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O vaxtdan hal-hazır adək idarə daxilində işlədiyi sexin müəyyən vaxtlarda müxtəlif cür adlandırılması nəzərə alınmaqla eyni vəzifədə əmək fəaliyyətini davam etdirməkdədir. Əmək fəaliyyəti dövründə üst-üstə 35 ildən çox ümumi, 21 ildən çox güzəştli iş stajı olmaqla, bu stajın 01 yanvar 2006-cı ilə qədər olan dövründə 21 ilə yaxın ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı 05 mart 1990 - 01 yanvar 2006-cı il tarixlərində Nəriman Nərimanov adına NQÇİ-də elektrik montyoru vəzifəsində topladığı iş stajıdır. 01 yanvar 2006-cı ilə qədər ümumilikdə 21 il ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə əsasən Azərbaycan R espublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə pensiya təyin edilməsi üçün tələb olunan 52 yaşa çatdıqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd edilən 1 saylı Siyahının 10.2-ci bölməsində onun işlədiyi vəzifənin şifrəsi 1100000a— 19861-dir. Lakin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsassız olaraq onun 01 yanvar 2006-cı il tarixinə kimi əldə etdiyi pensiya hüququnu pozmuşdur. Cavabdeh hansı səbəblə onun ümumi iş stajının topl anmadığını izah etmədiyi üçün, o, belə hesab edir ki, cavabdeh onun 01 sentyabr 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddəti ümumi iş stajına daxil etmədiyi üçün 01 yanvar 2006-cı ilə qədər onun ümumi iş stajının (hərbi xidmət dövrü nəzərə alınmaqla) 19 il 11 ay 24 gün təşkil etdiyini göstərmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 12 noyabr 2019cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi “elektrik montyoru” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının X Bölməsinin 2-ci bəndinin 1100000a-19861 şifrinə - bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsinə uyğun olmaqla o 01.01.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 21 il 9 ay 24 gün ümumi və 15 il 9 ay 26 gün güzəştli iş stajına malik olduğundan, onun 52 yaşı tamam olduğu tarixdən, yəni 12.11.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ yaranmışdır.
11. Yaranmış fərqin birdəfəlik olaraq ödənilməsi hissəsində isə iddiaçının tələbini əsassız hesab edən məhkəmə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud olmadığından iddia həmin hissədə əsassızdır.
12. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, Ba kı İnzibati Məhkəməsinin 2-1(112)-2585/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının pensiya hüququnun 01 yanvar 2006-cı ilədək yaranmadığı aşkardır. Çünki, 01 yanvar 2006-cı ilədək iddiaçının pensiya yaşı hələ tamam ol mamışdır. Deməli, sığorta hadisəsi də reallaşmamışdır. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi isə pensiya hüququ 01.01.2006-cı ilədək yaranmış şəxslərə münasibətdə tətbiq edilə bilməz.
17. Eyni zamanda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının çıxışı dinlənilmədən b axıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta staj ına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. A xırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliy ində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.9 Qanunun 9.8-ci madd əsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir;
25. Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
31. Cavabdehin şi kayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində olan şərtlər mövcud olmamış, həmçinin 9.8-ci maddəsində nəzərdə tutulan 20 il ümumi və 10 il güzəştli stajı 01.01.2006-cı ilə qədər toplanmamışdır.
32. Məhkəmə kollegiyası qeyd edir i, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iki element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
33. İddiaçı 01.09.1983-cü ildən 17.07.1986-cl ilə qədər 177 nömrəli peşə məktəbində, oktyabr 1986-cı ildən 12 noyabr 1989-cu ilə qədər hərbi xidmətdə qulluq müddətləri də nəzərə alınmaqla, əmək kitabçasının məlumatlarına əsasən, 01.01.2006-cı ilə qədər 20 ildən az olmayan (21 il 9 ay 24 gün) ümumi sığorta stajına malik olmuşdur.
34. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 10-61 №-li, 20.11.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən də 05.03.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək N.Nərimanov adına NQÇİ-nin Elektrik Təchizatı və X1 Təmir sexində Neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib və hal-hazırda həmin peşədə işləyir. İxtisas 1 say lı Siyahıya əsasən güzəştli sayılır. Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a19861. Güzəştli staj ixtisasa əsasən 15 il 09 ay 26 gün. Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı 15 il 09 ay 26 gün təşkil edir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X Bölməsinin 2-ci bəndinin 1100000a-19861 şifrinə - bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları uyğundur.
36. Beləliklə, iddiaçı 52 yaşının tamam oldu ğu 12 noyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışması təsdiq olunmuşdur.
37. Apelyasiya şikayətində olduğu kassasiya şikayətində də cavabdeh qeyd edir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
38. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi il ə bağlı kassasiya şikayətinin dəlilinə qiymət verərkən qeyd edir ki, iddiaçıya münasibətdə 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır.
39. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 21 il 9 ay 24 gün ümumi və 15 il 9 ay 26 gün güzəştli iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2020 saylı iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.