Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-623/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkil təyin edilməsinin əsasları, kassasiya icraatının mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “2-ci qrup əlilliyin təyin edilməsi və ödənişlərin bərpa edilməsi üçün sənədlərin Tibbi-Sosial Ekspe rt Komissiyasına göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-441/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlilliyin təyin edilməsi və ödənişlərin bərpa edilməsi üçün sənədlərin Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 31 avqust 2021-ci il tarixli, 21(81)-1783/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynovsədrlik edən və məruzəçi, H.Ü.Həmidov və A.Ə.Hüs eyn) 2-1(103)-441/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. İddiaçıya 22 fevral 2022-ci il tarixli məhkəmə bildirişi göndərilməklə qeyd edilən çatışmazlıqlar nəzərinə çatdırılmış, 11 aprel 2022-ci il tarixədək göstə rilən çatışmazlığın aradan qaldırılması ona təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
10. İddiaçı 3 mart 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin hesabına pulsuz vəkillə təmin olunmasını xahiş etmişdir.
11. Ərizədə qeyd edilmişdir ki, hüquqlarının keyfiyyətli müdafiəsi üçün onun vəkilə ehtiyacı olsa da, maddi vəziyyəti ilə əlaqədar olaraq öz hesabına vəkillə müqavilə bağlaya bilmir. TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
13. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi: Maddə 14.5 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2 Bu Məcəllə ilə vəkilin pro sesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayə ndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1 İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edi lmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqd a Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. İddiaçı tərəfindən verilmiş ərizənin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin əsasları bu qərarın 13-cü bəndində istinad edilən MPM-in 14.5, 67.2 və 121.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin norm aların dispozisiya şərtlərindən görünür ki, hüquqi yardıma ehtiyacı olan şəxs pulsuz dövlət hesabına vəkillə o zaman təmin edilə bilər ki, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxs olması sübuta yetirilsin.
17. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin «Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir». 18. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, ş əxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
19. Göründüyü kimi, qanunvericilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin, məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.
20. Hazırkı halda ərizəçi aztəminatlı şəxs statusuna aid olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasına dair mötəbər sübutlar təqdim edə bilmədiyindən, ona dövlət vəsaiti hesabına vəkil təyin edilməsi üçün qa nunvericiliklə müəyyən edilmiş əsasların mövcud olması qənaətinə gəlmək mümkün deyil. Ona görə də ərizə əsassız olduğundan rədd edilməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, kassasiya şikayəti tərtib olunması üçün əsassız olaraq dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilmədiyindən və hazırkı kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadığından, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyindən şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
24. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRAR ALDİ: İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-441/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.