Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrası, məhkəmənin hüquqi mövqeyinin nəzərə alınması, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə cərimə tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Tələbkar İddiaçı2 borclu Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəmə qərarının icra olunmamasına görə cərimənin tətbiq edilməsi ilə bağlı müraciətinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-452/2022 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 yanvar 2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
2. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Şəki İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarından çıxarışı icra edilməsi üçün borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabil itasiya Agentliyinə göndərmiş, qərarın icra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay müddət müəyyən etmiş, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etmişdir. İşdəki poçt xəbərnaməsindən görünür ki, sözügedən məktub 15 avqust 2022-ci il tarixdə borcu inzibati orqan tərəfindən qəbul edilmişdir.
3. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş 1 (bir) aylıq müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrasını təsdiq edən sənədlər Şəki İnzibati Məhkəməsinə təqdim olunmamışdır.
4. Tələbkar 27 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyini bildirmiş və qərarı icra etməyən vəzifəli şəxsin cərimə olunmasını xahiş etmişdir.
5. İcraya nəzar ət edən məhkəmə borclu inzibati orqan barəsində cərimənin tətbiqi məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixə məhkəmə iclası təyin etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bu barədə məlumat verilmişdir.
6. Bundan sonra borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə qərarının icrası məsələsinə dair 25 oktyabr 2022-ci il tarixli məktubu 02 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********6 nömrəli çağırışla E.Ramazanzadə əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün tibbi sənədlərlə birgə əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunsa da, vətəndaş əyani müayinə üçün Agentli yə müraciət etməmişdir.
7. Borclu tərəfindən göndərilən və məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş elektron məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarının icrası ilə bağlı Ramazanzadə Elvin Sabir oğluna aid sonuncu Forma 88 yenidən qiymətləndirilmiş və məhkəmə qərarı icra olunmuşdur.
8. Borclunun göstərilən məktubuna xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial Ekspert Komissiyasının qərarının surəti əlavə edilmişdir. Həmin qərardan görünür ki, Ramazanzadə Elvin Sabir oğlunun dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin i ştirakı olmadan qiymətləndirilmiş, göndəriş əsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün olmadığı və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların tezliyinin və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin aparılması üçün əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. Tələbkar məhkəməyə müraciət edərək bildirmişdir ki, borclu müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını icra etməkdən qəsdən boyun qaçırır. Belə ki, cavabdehin hazırkı mübahisə ilə bağlı əvvəllər verdiyi imtina qərarı məhkəmə tərəfindən ləğv olunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətlən dirməli, yəni uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi. Qeyd edilənlər nəzərə alınmaqla borclunun və onun məhkəmə qərarını icra etməli olan vəzifəli şəxsinin cərimə olunması barədə qərar verərək, Ali Məhkəmənin qərarının icra edilməsinin təmin olunması xahiş edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərardadı (hakim V.K.Qasımov) ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiq edilməsindən imtina olunmuşdur.
11. Birin ci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən cavabdehin üzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndərişə yenidən baxmaq öhdəliyi borclu tərəfindən icra edilmiş, bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.
12. Tələbkar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehə Ali Məhkəmənin qərardadını icra etməməyə görə cərimə tətbiq olunmasın ı xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-452/2022 nömrəli 15 dekabr 2022-ci il tarixli (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-75/2021 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Tələbkar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
16. Apellyasiya instansiyası məhkə məsinin qərardadı İnzibati Prosessual Məcəllənin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, cavabdeh orqan özünün Ali Məhkəmə tərəfindən ləğv edilmiş qərarının eynisini çıxartmaqla Ali Məhkəmənin qərarını məhkəmənin qərarda qeyd etdiyi hüquqi mövqeyini nəzərə alaraq icra etmək kimi qiymətləndirilə bilməz. Bu, sadəcə olaraq göndərişə baxaraq eyni qərarı qəbul etməkdir. Ali Məhkəmə göstəriş vermişdir ki, uşağın xəstəliyinə dair göndərişə məhkəmənin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxılsın. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, cavabdeh lazımi araşdırmalar aparsın. Göndərişdə yazılanların natamam olması barədə cavabdeh tərəfindən heç bir fikir bildirilməmişdir. Buradan görünür ki, cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli və Ali Məhkəmənin qərarın da göstərilən göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən qərar qəbul etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh 0256003AAJ7T nömrəli Ramazanzadə Elvin Sabir oğluna aid göndərişə Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeyin nəzərə almaqla deyil, əksinə Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmadan baxılmışdır. Bu da Ali Məhkəmənin qərarının icra olunması kimi qəbul oluna bilməz. Buna görə də, qərardad ləğv edilərək cavabdeh barəsində cərimə tətbiq edilməlidir ki, cavabdeh Ali Məhkəmənin qərarını düzgün icra etsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Borclu tərəfindən kassasiya şikayətinə dair etiraz verilərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin mübahisələndiri lən qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, cavabdeh orqan Ali Məhkəmənin qərarını düzgün icra etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 120.1 Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qa nuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2 bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3 Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4 Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarları nın icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı “1. Azə...
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında ö hdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsus i hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərə kətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə mübahisə üzrə mühüm əhəmiyyətə malik olan işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamış və qiymətləndirilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
23. Belə ki, işin hallarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb i-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 16 yanvar 2020-ci il tarixdə Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanları məhdudluğunu səhiyyə müəssisəsinin 14 yanvar 2020-ci il tarixli, 0256003AAJ7T nömrəli göndərişi əsasında qiymətləndirmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar vermişdir.
24. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdeh orqanın 16 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. Həmin iddia tələbi üzrə yekunda çıxarılmış məhkəmə aktı ilə - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)1058/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 yanvar 2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddi a qalan hissədə təmin edilməmişdir.
26. Hazırda tərəflər arasındakı mübahisə Ali Məhkəmənin sözügedən qərarının icra olunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.
27. Agentlik Ali Məhkəmənin qərarının onun tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə icra olunduğunu bildirir və özünün bu mövqeyini onunla əsaslandırır ki, E.Ramazanzadə əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün tibbi sənədlərlə birgə əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunsa da, vətəndaş əyani müayinə üçün Agentliyə müraciət etməmişdir. Buna görə də, dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, göndəriş əsasında sağlamlıq imkanl arı məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün olmadığı və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların tezliyinin və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin aparılması üçün əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir.
28. Tələbkarın mövqeyinə görə isə Ali Məhkəmənin qərarı borclu tərəfindən icra olunmamışdır. Belə ki, cavabdeh orqan özünün Ali Məhkəmə tərəfindən ləğv edilmiş qərarının eynisini çıxartmışdır. Borclu inzibati orqan xx.xx.2022-ci il tarixli qərar qəbul edərkən göndərişə Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeni nəzərə almaqla deyil, əksinə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almadan baxmışdır. Bu isə Ali Məhkəmənin qərarının icrası kimi qiymətləndirilə bilm əz. Tələbkar hesab edir ki, cavabdehin hazırkı mübahisə ilə bağlı daha əvvəl verdiyi imtina qərarı məhkəmə qərarı ilə ləğv olunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi.
29. Beləliklə, qiymət verilməli məsələ ondan ibarətdir ki, borclu tərəfindən xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi forma və məzmun etibarilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının icrası kimi qəbul edilə bilərmi?
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öh dəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən cavabdehin üzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndərişə yenidən baxmaq öhdəliyi borclu tərəfindən icra edilmişdir, bu səbəbdən də borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.
31. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
32. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə q ərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.
33. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.
34. Kollegiya nəzərə alır ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdursa, borclu inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra baş tutmuş sayılır. Lakin əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın qəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda, cavabdeh iddiaçının müraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edərkən məhkəmə tərəfindən artıq bəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır. Bu vəziyyətdə qiymətləndirilmə olan əsas məsələ ondan ibarətdir ki, iddiaçının müraciətinə yenidən baxarkən cavabdeh məhkəmə qərarında məsələyə dair bildirilmiş hüquqi mövqelərdən irəli gələn qaydada inzibat i icraat və hüquqi dəyərləndirmə aparmışdırmı? Cavabdehin bu qaydada davranıbdavranmadığını müəyyən etmək üçün isə onun qəbul etdiyi yeni qərarın məzmun və mahiyyəti təhlil olunmalıdır.
35. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxarkən cavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır. Cavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən məhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat nəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni aparıb.
36. Qeyd edilənlər baxımından kolle giya hesab edir ki, Ali Məhkəmənin qərarından irəli gələn icranın baş tutub-tutmadığı məsələsinə qiymət verərkən apellyasiya məhkəməsi sözügedən qaydada təhlil və qiymətləndirmə aparmamışdır. Ona görə də, qərardad ləğv edilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
37. Cavabdehin 10 noyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, orada yalnız iki halda məhkəmə aktına əhəmiyyətsiz istinad var. Cavabdeh həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(102)-1058/2022 nömrəli qərarının icrası qaydasında qəbul etsə də, hətta məhkəmə aktının formasına da yanlış istinad edib – qərar əvəzinə qərardad, qərarın zəruri rekvizitləri ümumiyyətlə göstərilməyib. Ali Məhkəmənin həmin qərarındakı hüquqi mövqelərindən irəli g ələn qaydada araşdırma və qiymətləndirmə nəinki aparılmayıb, ümumiyyətlə, belə mövqelərin mövcudluğu belə xatırlanmayıb. Digər tərəfdən isə cavabdehin əvvəlki xx.xx.2020-ci il tarixli qərarındakı əsaslandırma ilə məhkəmə qərarından sonra çıxarılmış 10 noyabr 2022-ci il tarixli qərarındakı əsaslandırma da demək olar ki, eynilik təşkil etmişdir (bax - i.v.42-44 və 235-236-cı səhifələr). Halbuki sonrakı qərar məhkəmə qərarının icrası qaydasında qəbul edildiyi üçün mütləq məhkəmənin hüquqi mövqelərinə münasibət əks olunmalı, onlardan irəli gələn araşdırma və qiymətləndirmə aparılmalı idi.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə borclu inzibati orqan tərəfindən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul e dilmiş 10 noyabr 2022-ci il tarixli qərarın “formal icra” olubolmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 21(107)-452/2022 nömrəli qərar dadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.