Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğvi, üçüncü şəxs qismində cəlb edilmə və icraatın təzələnməsi barədə ərizənin rədd olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2907/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair” iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi ünvanında yerləşən reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2041/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-98/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. X2 vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun üçüncü şəxs kimi icraata cəlb edilməsini, Məhkəmənin 2-1(112)-2150/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planölçü sənədi verilmişdir. Bir n eçə gün əvvəl vətəndaş İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən və onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsinə gələrək orda tikinti işləri aparmağa cəhd etmiş, tikintiyə başlamaq niyyətini oğlu Abbasov Vüqara bildirmiş və artıq həmin torpaq sahəsində ev tikintisi üçün ilkin qazma işlərinə belə başlanmışdır. V.Abbasov mülkiyyət hüququ ilə ona məxsus olan, plan-ölçüsü olan torpaq sahəsinə dair ona da, plan-ölçünün verilməsinə dair əlində Bakı Apellyasiya Məhkəməsinin qərarı olduğunu X8 oğluna bildirmiş, həmin qərarın surətini də X8 oğluna vermişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının məzmunu ilə tanış olarkən ona məlum olmuşdur ki, iş üzrə cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı etiraz məktubunda göstərilmişdir ki, e lektron kadastr məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. O, daimi olaraq Bərdə rayonu İmirli kəndində yaşayır, sözügedən məhkəmə mübahisələri barədə onun heç bir məlumatı olmamış, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cəlb edilməmiş, eləcə də qəbul edilmiş qərarlar barədə ona heç bir məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, cavabdeh inzibati orqan məhkəməyə ünvanlanmış etirazında açıq və tam anlaşılan şəkildə göstərmişdir ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşd üyündən müraciətin təmin edilməsi mümkün olmamışdır. Elə həmin etirazda da, iş üzrə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 0,015 ha hissəsinin mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi ilə, digər 0,015 ha hissəsinin isə oğluna məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü əks olunmuşdur. Yəni, iddiaçı tərəfindən məhz ona və oğluna məxsus torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək verilməsi inzibati orqandan istənilmişdir. Qərardan görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahənin digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyünə istinad etmişdir. Həmin əsas isə icraatın iştirakçısı olmayan şəxsə/şəxslərə aiddi rsə, deməli, həmin əsaslar aid olduqları şəxsin/şəxslərin iştirakı ilə yoxlanılmalı və qiymətləndirilməli idi. Lakin, həmin şəxslərdən biri olaraq o, məhkəmə instansiyaları tərəfindən icraata cəlb olunmamışdır. Məhkəmə işin araşdırılması üçün vacib olan iki əsas məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsinin bir hissəsinin mülkiyyətçisi kimi onun məhkəmə icraatının iştirakçısı olaraq üçüncü şəxs kimi işə cəlb olunmamasıdır. İkinci məqam isə torpaq sahəsinin plan-ölçüsünü verilməsi tələb edilən, iddiaçı tərəfindən yerində göstərilən torpaq sahəsinin iddiaçıya aid olub-olmadığına aydınlıq gətirilməməsidir. Mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə dair iş üzrə iddiaçıya da eyni torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. Onun mübahisəli iş üzrə hüquq v ə mənafeyi nəzərə alınmamışdır. Bundan əlavə, cavabdeh orqan tərəfindən ünvanlanmış 24 may 2023-cü il tarixli məktubla da, ona məxsus torpaq sahəsinin digər fiziki şəxsin adına olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş inzibati orqan tərəfindən məhkəmə qərarının icra edilərək tərtib edilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinin plan ölçüsünə vizual baxdıqda belə həmin torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək olur. Bu fakt iddiaçının özünə də, məlumdur və özü tərəfindən də inkar edilmir. Bu faktların mövcudluğu özlüyündə məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələməsini zəruri edir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhk əmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalı olduğu halda bunu etməmişdir. İlkin olaraq qeyd edir ki, iddiaçının plan-ölçünün verilməsini tələb etdiyi torpaq sahəsinin digər şəxslərə, ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcudluğu əslində işə birinci instansiya məhkəməsində baxılarkən də, məhkəməyə məlum olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından da görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində də iddiaçının göstərdiyi, iddia etdiyi torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən digər şəxslərin adına daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü göstərilmişdir. Lakin məhkəmə xidməti vəzifəsinə əsasən onu məhkəmə icraatına cəlb etməmişdir. Bununla da, qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur...”
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) ərizə təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları ilə artıq hazırki mübahisənin X2nun və eləcə də X6 hüquqi marağına toxunmadığına qiymət verilmiş, həmin qərarlarda cavabdeh tərəfindən X10 plan və ölçü sənədi verilərkən (yəni məhkəmə qərarının icrası zamanı) yanlışlığa yol verilməsi, əsassız olaraq iddiaçının torpağı nın əvvəlki mülkiyyətçisi X3 mülkiyyətində olan torpaq sahəsinin koordinatlarına uyğun X12 və X7 plan və ölçü sənədi verilməsi, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli olduğu və aradan qaldırmalı olduğu halda, əksinə olaraq, iddiaçının müraciətinin icrasından imtina etməsi, situasiyanı araşdırmaması, ziddiyyətli vəziyyəti həll etməməsi, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaratması, nəticə olaraq bütün ziddiyyətli vəziyyəti yaradanın cavabdeh qurumun hərəkəti olması bildirilmişdir.
8. Ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)2150/2020 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. c) apellyas iya instansiya məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2907/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixdə məhkəmə qərarı əsasında cavabdeh tərəfindən adıçəkilən digər şəxslərə plan ölçü verildiyi halda, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair eyni koordinatlarla plan-ölçü torpağın əvvəlki mülkiyyətçilərinin də, müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli plan-ölçülər mövcud olmuşdur (İşdən görünür ki, G.Əhmədova həmin torpaq sahəsini O.Bayramovaya, bu sonuncu isə İddiaçı satmış, və sonuncu alqı-satqı müqaviləsi əsasında həmin torpağa çıxarış almışdır). İş materiallarından da aydın olur ki, iddiaçılar X12 və X6 cavabdeh DƏDRX-in ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 0,015 ha olan torpaq sahəsinin plan və ölçüsünün çəkilərək onlara verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbləri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1465/2012 saylı 28 dekabr 2012-ci il tarixli qərarı ilə təmin edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-709/13 saylı 23 may 2013-cü il tarixli qərarı ilə, həmin qərar da AR Ali Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-2(102)-865/2013 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi ərizəçi A.Abbasov ona münasibətdə məhkəmə qərarının düzgün icrasını tələb etmək əvəzinə, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini üstün tutmuşdur. Halbuki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı məxsus torpaq sahəsinin plan-ölçü koordinatlarının başqa şəxslərin (X12 və X11) torpaq sahələrinin plan-ölçü koordinatları ilə üst-üstə düşmədiyi artıq müəyyən olunmuşdur.
11. Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2907/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı iddia etdiyi və X2nun qanuni istifadəsində və faktiki sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən 0,015 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ üzrə hazırkı iş üzrə X2nun adına reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, hazırkı iş üzrə X2nun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “sözügedən torpaq sahəsinə dair plan və ölçünün verilməsi” barədə iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)-1465/2012 saylı qərarı ilə təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)1465/2012 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 21inz(103)-709/2013 saylı qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 saylı qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiy a şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-865/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)-1465/2012 saylı qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək həmin məhkəmə qərarı əsasında xx.xx.2014-cü il tarixdə X2nun adına torpaq sahəsinin dəqiq koordinatları qeyd edilməklə və torpaq sahəsinin naturada sərhədləri dəqiqləşdirilməklə torpaq sahəsi planı və ölçüsü verilmiş dir. İş materiallarında olan məhkəmə aktlarından da aşkar görünür ki, sözügedən fakt cavabdeh inzibati orqan tərəfindən də təsdiq edilmişdir. Lakin qeyd olunan danılmaz faktlar qərəzli olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən görməzdən gəlinmiş və X2nun xeyrinə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları qanunsuz olaraq nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasına sədrlik edən hakim tərəfindən qanunsuz və əsassız olaraq adıçəkilən məhkəmə qərarının guya cavabdeh inzibati orqan tərəfindən düzgün icra edilmədiyi iddia edilmişdir. Lakin ərizəçi tərəfindən Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasına sədrlik edən hakimdən qeyd olunan mövqeyini təsdiq edəcək hər hansı sənədin və ya sübutun iş materiallarında olub-olmaması soruşulduqda bunu təsdiq edəcə k heç bir sənədin və ya faktın olmadığı məlum olmuşdur. Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamışdır. Belə ki, mütəxəssis rəyi alınsa və ya ekspertiza keçirilsəydi asanlıqla müəyyən etmək olardı ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ərizəçi A.Abbasovun mülkiyyətində olan torpaq sahəsi ilə eyni yerdir. Odur ki, qəbul edilmiş məhkəmə qərarının ərizəçinin qanuni maraqlarına toxunması aşkar və təkzib edilməzdir. Məhkəmənin ərizəçiyə məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyətinin olmamasına dair gəlmiş olduğu qənaət yanlış olmuşdur, bunu təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibat i məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli Qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair” iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi ünvanında yerləşən reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-98/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)2150/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
22. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsi ilə hazırkı iş üzrə icraat başa çatmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəsini almış və həmin qərar cavabdeh tərəfindən icra olunaraq iddiaçıya onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi ünvanında yerləşən re yestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçü sənədi verilmişdir.
23. Daha sonra isə X2 vəsatətlə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri tərəfindən vəsatət təmin olunmamışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahis ənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətd ə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə işt irakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....”
25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq ərizəçinin, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının pozulan şəxs kimi qiymətləndirilməsi üçün prosessual əsasların mövcudluğu sübuta yetirilmir.
26. Belə ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, hazırkı məhk əmə mübahisəsinin predmetini cavabdeh orqan tərəfindən iddiaçıya onun mülkiyyətində olan torpaq sahəsinə plan-ölçünün verilməsindən imtinası təşkil etmişdir. İmtinanın əsası isə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçü koordinatları elektron kadastr məlumatlarına əsasən digər şəxslərin adına qeydə alınmış (konkret halda X12 və X6) torpaq sahələri ilə üst-üstə düşür.
27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, cavabdehin imtinasında qeyd etdiyi digər şəxslərə (X12 və X7) məxsus torpaq sahələrinin iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
28. Xüsusilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-2041/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 28 və 33-cü bəndlərində göstərilmişdir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər X4 və X3 adına müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında və kassasiya şikayətində qeyd etdiyi digər şəxslərə (X12 və X7) məxsus torpaq sahələrinə dair torpaq sahəsinin plan və ölçüsü isə məhkəmə qərarının icrası ilə əlaqədar xx.xx.2014-cü il tarixdə, yəni iddiaçının mülkiyyətində olan torpağın əvvəlki mülkiyyətçilərinə (X1 və X5) plan və ölçünün verilməsindən sonra hazırlanmışdır. Başqa sözlə, xx.xx.2014-cü il tarixdə cavabdeh digər şəxslərə plan və ölçü sənədi tərtib edərkən, X3 qanuni mülkiyyətində olan torpaq sahəsi nin qüvvədə olan və ləğv edilməmiş plan və ölçüsünün (eyni zamanda, həmin sənəddə əks olunmuş koordinatların) mövcudluğu ona bəlli olmuş, buna baxmayaraq məhkəmə qərarının icrası zamanı digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını X3 torpaq sahəsinin koordinatlarının üzərinə işlənilmişdir... X12 və X7 məxsus torpaq sahələri ilə iddiaçının torpaq sahəsi fərqli olduğundan, hazırki işin nəticəsi onların hüquqi marağına toxunmur. 29. xx.xx.2014-cü il tarixdə məhkəmə qərarı əsasında cavabdeh tərəfindən adıçəkilən digər şəxslərə plan ölçü verildiyi halda, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair eyni koordinatlarla plan-ölçü torpağın əvvəlki mülkiyyətçilərində müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli plan-ölçülər möv cud olmuşdur (işdən görünür ki, G.Əhmədova həmin torpaq sahəsini O.Bayramovaya, bu sonuncu isə İddiaçı satmış və sonuncu alqı-satqı müqaviləsi əsasında həmin torpağa çıxarış almışdır).
30. İş materiallarından da müəyyən olunur ki, iddiaçılar X12 və X6 cavabdeh DƏDRX-in ünvan 2 ünvanında yerləşən, hər birinin sahəsi 0,015 ha olan torpaq sahəsinin plan və ölçüsünün çəkilərək onlara verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbləri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1465/2012 saylı 28 dekabr 2012-ci il tarixli qərarı ilə təmin edilmiş və qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)709/13 saylı 23 may 2013-cü il tarixli qərarı ilə, həmin qərar da AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2013-cü il tarixli 2- 2(102)-865/2013 saylı qərarı ilə də yişdirilmədən saxlanılmışdır.
31. Odur ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, ərizəçi ona münasibətdə məhkəmə qərarının düzgün icrasını tələb etmək əvəzinə, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini üstün tutmuşdur.
32. Halbuki məhkəmə qərarları ilə iddiaçı B.İsgəndorova məxsus torpaq sahəsinin plan-ölçü koordinatlarının başqa şəxslərin (X12 və X6) torpaq sahələrinin plan-ölçü koordinatları ilə üst-üstə düşmədiyi artıq müəyyən olunmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiy a instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 21(103)-2907/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.