Məhkəmə qərarları › İş №2-1(102)-623/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-623/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-623/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarını n 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2-1(104)-635/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il xəstəlik tarixindən çıxarışda iddiaçının diaqnozu “Baş beyin silkələnməsi” kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixind ən çıxarışda “F48.0-Nevrastaniya” kimi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, iddiaçının diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2023-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, iddiaçının diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14464 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) il ə iddiaçının aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33.1 kq/m2 " diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2023-cü tarixli xəstəlik tarixindən çıxarışlardan görünür ki, iddiaçının diaqnozu “Əsas xəstəlik - F07.0Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞnin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli, 11305 nömrəli tibbi rəyi ilə iddiaçının diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamədəki qeydə əsasən).

7. İddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Nevrastaniya. Üzvi dissosiativ pozuntu. Üzvi emosional-labil pozuntu. Partlayış travması. KBT n əticəsində posttravmatik ensefalopatiya. Qıcolma tutmaları (ayda 9-10 dəfə). Sol yan araxnoidal kista (24 mm)” diaqnozu üzrə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir.

9. İddiaçının əlilliyi növbəti dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi ” diaqnozu üzrə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

10. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2389/2023 nömrəli qərar qəbul edilmişdir.

11. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti t əyin etməməsi barədə qərar qəbul edilmişdir.

12. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19101/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Hal-hazırda xəstəlik əlamətləri aşkar olunmur. Simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır.

13. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüş əməliyyatl arında iştirak etmiş, “Cəbrayılın azad olunması” (xx.xx.2020), “Laçının azad olunması” (xx.xx.2020), “Qubadlının azad olunması” (xx.xx.2020), həmçinin “Vətən müharibəsi iştirakçısı” (xx.xx.2022) medalları ilə təltif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İl Qarabağ müharibəsinin iştirakçısıdır, xx.x x.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Lakin həmin vaxt ona yalnız ilkin tibbi yardım göstərilmiş, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədən qayıtdıqdan sonra onda tez-tez qıcolmalar olmuş, uzunmüddətli stressli hallar yaşamış, intihara meyllilik yaranmış, bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Gəncə şəhər Psixiatriya Xəstəxanasında “Partlayış travması. Çoxsaylı qəlpə yaralanmasından (xx.xx.2020) sonra yaranan ağır depressiya, intihar cəhdi ilə davranış pozuntuları, şəxsiyyətin nəzərə çarpan dəyişikliyi” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrar müayinə üçün Psixi Sağla mlıq Mərkəzinə göndərilmiş, Mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” diaqnozu təyin edilmişdir. O, əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona əlillik təyin olunmasından imtina edilmişdir. Həmin tarixdə komissiyadan keçməmiş, müalicə məqsədi ilə Rusiya Federasiyasında olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Komissiyadan noyabr ayının sonlarında keçmişdir. Ondan sonra komissiyanın rəyini gözləmiş, lakin cavab uzun müddət gəlmədiyindən 2024-cü ilin yanvar ayında xəstəxana ilə bu barədə maraqlananda, sistemə daxil olaraq ona bildirmişlər ki, xx.xx.2023-cü ildə guya ki, o, müayinədə olmuşdur və ona əlillik verilməsindən imtina edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 09 iyul 2024-cü il tarixli 21(114)-1814/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnozlardan “F43.1 – Posttravmatik stress pozuntusu” ona əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Belə ki, həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilm əsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntu aralığında əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14464 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə iddiaçının aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verə n xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

18. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 16 sentyabr 2024-cü il tarixli, 2-1(104)-635/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində həmin diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, ona əlillik təyina tı aparılsın. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla, yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxs barəsində əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci i l 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.... 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.... 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir ) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yan aşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli say da və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.

32. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmişdir. O, şəhadətləndirilən dövrdə və hazırda “F43.1-Posttravmatik stress pozğunluğu” diaqnozlu xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmişdir və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 7.5.1.1-ci bəndində qeyd edilənlərə əsasən orqanizmin funksiyalarının 3560 faiz pozulması olmaqla, əlilliyin 2 il müddətinə müəyyən edilməsinə əsas verir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi il ə razılaşmayaraq ilk növbədə onu qeyd edir ki, iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli imtina cavabı verilərkən onun əlilliyi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00137476XFJ nömrəli göndəriş əsasında qiymətləndirilmişdir.

34. Qeyd olunan göndəriş iş materiallarında (səh.53), eləcə də, “Elektron Məhkəmə” informasiya sistemində olsa da, göndəriş tam həcmdə təqdim edilməmiş, “TSEK-ə göndəriş zamanı əsas olmuş diaqnoz: a) Əsas diaqnoz, b) Ağırlaşma, c) Yanaşı xəstəliklər” bölməsi olan səhifə əlavə edilməmişdir.

35. Apellyasiya məhkəməsi isə işin bu halını nəzərə almamış, iş üzrə əlavə heç bir araşdırma aparmadan iddiaçıya “F43.1-Posttravmatik stress pozğunluğu” diaqnozu əsasında əlilliyin təyin edilməsi qənaətinə gələn birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, göndərişdən iddiaçının F43.1 kodlu xəstəlik əsasında davamlı olaraq ambulator və stasionar müalicələr aldığı görünsə də, hazırkı halda H00137476XFJ nömrəli göndərişdə ona TSEK-ə göndəriş zamanı konkret olaraq hansı diaqnozların qoyulduğu müəyyən edilmir. 37. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir. 38. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi ti bbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

39. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

40. Bu baxımdan, işə təkrar baxı larkən apellyasiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, H00137476XFJ nömrəli göndəriş tam həcmdə tələb olunub tədqiq edilməlidir.

41. İş materiallarında iddiaçıya F43.1 kodlu ”Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” diaqnozunun qoyulması barədə ixtisaslaşdırılmış tibb müəssisələrinin rəyləri (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanası, SN Psixi Sağlamlıq Mərkəzinin X5) olsa da, işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının müayinəsi zamanı onun psixi vəziyyəti mütəxəssislər tərəfindən “simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar edilməmişdir.

42. Lakin qeyd olunan hal nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

43. Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır.

44. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı da məhz diaqnozun əlillik əlaməti təyin etməməsi barədə olmasına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubda bununla bağlı xüsusi göstərişlər olmasına baxmayaraq, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətini n qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, göndərişdə qeyd olunan xəstəliklərin növündən asılı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi və yaxud Məhkəmə Psixiatriya Mərkəzindən ekspert rəyi alınmamışdır.

45. Nəzərə almaq lazımdır ki, şəxsin sosial uyğunlaşması və səhhətinin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasında psixi xəstəlik və əqli pozuntularının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizanın alternativi kimi məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi zəruridir.

46. Hazırkı halda da, H00137476XFJ nömrəli göndərişdə “X1 XBT-10”–nin “Psixi pozğunluqlar və davranış pozğunluqları (F00–F99)” bölməsinə aid xəstəliklərin qeyd olunduğu (F43.1 və s.) aşkar edildiyi təqdirdə, həmin xəstəliklərə münasibətdə iş üzrə ekspertizanın keçirilməsi bu sahədə ixtisaslaşmış Məhkəmə Psixiatriya Mərkəzinə həvalə edilməlidir.

47. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya F43.1 (posttravmatik stres pozuntusu) kodlu xəstəlik əsasında “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin etmiş, apellyasiya məhkəməsi də həmin qərarla razılaşaraq onu qüvvədə saxlamışdır.

48. Meyarların tələbindən görünür ki, F43.1 kodlu xəstəlik 7.5.1.1-ci bənddə qeyd olunan hallarda (2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinlik lərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə, 7.5.1.2-ci bənddə qeyd olunan hallarda (2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət) isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.

49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın ekspertləri cəl b edilmədən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməli və ekspert qarşısında iddiaçıda onun barəsində tərtib edilmiş H00137476XFJ nömrəli göndərişdə qeyd edilən xəstəliklərin aşkar edilib-edilmədiyi, eləcə də, göndərişdə F43.1 kodlu xəstəlik olduğu təqdirdə, həmin xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-7.5.1.2-ci bəndlərinin tələblərinə əsasən iddiaçıda hansı qiymətləndirmə meyarına uyğun olduğu ilə bağlı suallar qoyulmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçıda aşkar edilən F43.1 kodlu xəstəlik Meyarların 7.5.1.2-ci bəndinə uyğun gəldiyi halda, ona tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilməlidir.

50. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir. QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2-1(104)-635/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar