Məhkəmə qərarları › İş №2-1(102)-624/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-624/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-624/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)481/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı * 1975-ci ildə anadan olmuşdur. Onun atası X3 27 oktyabr 2018-ci ildə vəfat etmişdir. İddiaçı uşaqlıqdan əlil olsa da, ona əlillik dərəcəsi 18 yaşından sonra təyin edilmiş, laki n əlillik səbəbi uşaqlıqdan qeyd edilmişdir. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür 1975-ci il təvəllüdlü iddiaçıya 07.01.1994-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin arayışda “əlilliyin səbəbi” qrafasında “uşaqlıqdan” sözləri qeyd olunmuşdur. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 16 noyabr 2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, buna əsas kimi “Əmək pensiyaları haqqında” Qanuna görə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu, iddiaçıya isə əlilliyin 18 yaşı tamam olduqdan sonra, yəni 07.01.1994-cü ildən təyin edildiyi göstərilmişdir. İddiaçı cavabdehə qarşı 10 dekabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, atası vəfat etdiyindən və ona tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik dərəcəsi yetkinlik yaşına çatdıqdan sonra verilsə də, uşaqlıqdan əlil olduğundan, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillər. İddiaçının təqdim etdiyi sənədlərə əsasən ilkin əlillik dərəcəsinin 07.01.1994-cü ildə, yəni 19 yaşında müəyyən olunduğu məlum olmuşdur. İddiaçının əlilliyi 18 yaşından yuxarı müəyyən edildiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(85)-386/2019 saylı iş) 19 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun sonradan müəyyən olunması, ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdeh qərardan apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən iddiaçının atası mərhum X1 pensiyaçı olub-olmaması ilə bağlı məlumat almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X3 DSMF-nin Abşeron rayon şöbəsindən yaşa görə əmək pensiyası almış (pensiya işi №050064) və həmin pensiya vətəndaşın ölümü tarixindən (11.12.2018-ci il tarixdən) dayandırılmışdır. Sumqayıt İnzib ati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X8 və X9, 2-1(105)-481/2019 saylı iş) 25 oktyabr 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əlillik o yetkinlik yaşına çatdıqdan sonra təyin edilsə də, əlilliyin uşaqlıqdan olduğu müəyyən edilmişdir, sonradan əlillik dərəcəsi təyin edilməsi isə əlilliyin həmin tarixdən yarandığı qənaətinə gəlməyə əsas vermir. İddiaçının atasının yaşa görə əmək pensiyası alması müəyyən olunmuşdur. Cavabdeh 26 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddi anın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün pensiya təyin edilməli olan şəxsin sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt müəyyən edilməsi deyil, nə vaxt yarandığı əhəmiyyət kəsb edir. Məhkəmə iddiaçının əlilliyinin 18 yaşından sonra təyin edilsə də Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 093264 saylı arayışda iddiaçının əlilliyinin uşaqlıqdan yarandığı qeyd edildiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli olduğu qərarına gəlmişdir. İşin faktiki hallan ondan ibarətdir ki, 1975-ci il təvəllüdlü iddiaçıya 07.01.1994-cü il tarixdə, yəni 19 yaşı olduqda müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” 14.1.1.2.-ci maddəsinə əsasən vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan aydın olur ki, qanunvericiliyə əsasən pensiya təyin edilərkən sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt yaranması yox məhz hansı tarixdə müvafiq orqan tərəfindən müəyyən edilməsi əsas götürülməlidir. Hazırkı iş üzrə iddiaçının əlilliyinin yaranma səbəbi “uşaqlıqdan” qeyd edilsə də, şəxsə tibbi sosial ekspert komissiyası tərəfindən əlillik dərəcəsi məhz o 19 yaşı olduqda verilmiş, bu səbəbdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməməlidir. H əmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2 nömrəli Əlavəsinin 2.6.5-ci bəndində qeyd edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) İ və ya İİ qrup əlil olması, barədə tibbi-sosial ekspert komissiyasının qərarı təqdim edilməlidir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı * 1975-ci ildə anadan olmuşdur. Atası 2018-ci ildə vəfat etmişdir. İddiaçının əlillik arayışında əlilliyin səbəbi uşaqlıqdan qeyd edilmişdir, lakin ona əlillik dərəcəsi 18 yaşından sonra təyin edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə uşaqlıqdan əlil kimi əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu, iddiaçıya isə əlilliyin 18 yaşı tamam olduqdan sonra, yəni 07.01.1994-cü ildən təyin edildiyi göstərilmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası h aqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. İddiaçı ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 17-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci m addəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçı uşaqlıqdan sağlamlığı məhdud olan şəxs olduğunu bildirib ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 2-ci qrup uşaqlıqdan əlilliyə görə tibbi arayışı 18 yaşı tamam olduqdan sonra verildiyindən, o, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sırasına daxil deyildir. Əvvəllər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilir di ki, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Həmin Qanunun 2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq orqanizminin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bunda sonra sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşına dək uşaqdır. Həm əvvəllər qüvvədə olmuş, həm də hazırda qüvvədə olan normalara görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İddiaçıya aid 18 yaşınadək olan sənədlərdə “əlil” sözünün yazılması vacib deyil və bu qanunvericilikdə də nəzərdə tutulmamışdır. İddiaçıya aid sənədlərdə onun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq yazılması, onun uşaqlıqdan əlil olması üçün kifayət edir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladl arı: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Qanunverici vəfat etmiş şəxslərin o övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququnu müəyyən etmişdir ki, onlar ya 18 yaşına çatmamış olmalıdırlar, ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmalıdırlar, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil almaqla, 23 yaşına çatmamalıdırlar. Hazırkı, işdə iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmasına (Qanunun 14.1.1.2-ci maddəsi) istinad edərək ona ailə başçısını itirm əyə görə pensiya təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmamasına dair məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. İşdə olan sənədlərə əsasən iddiaçının atası yaşa görə əmək pensiyası almış və onun ölümü ilə 22 dekabr 2018-ci ildən dayandırılmışdır. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, atası vəfat edərkən əmək pensiyaçısı olduğundan onun vəfat etmiş ailə başçısının öhdəsində olan şəxs kimi pensiya almaq hüququ olmuşdur. Odur ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh o lunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)481/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar