Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-624/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı X1, vəkili X2 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli, 2-1(103)-2042/2020 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün və özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə ə mək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli 2-1(112)-4524/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
5. İddiaçı hə min qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli, 2-1(103)-2042/2020 saylı qərardadı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxt dan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmış və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərarın birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək, iddianın həmin hissədə mümkün sayılması haqqında qərar qəbul etməklə baxılması üçün göndərilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi də Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərarın qismən, yəni “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə də mümkün sayılmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏ HKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayətində göstərilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının iki tələbdən ibarət olan və bir cavbdehə qarşı yönəlmiş iddia tələbinin ikinci hissəsinin mümkünlüyü məsələsinə qiymət verərkən nəzərə almamışdır ki, DSMF-nin 30.04.2019-cu il tarixli əmrinə əsasən güzəştli şərtlərlə pensiya təyinatına dair məsələlərin 10.05.2019-cu ildən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, habelə pensiya təyinatının aparılması səlahiyyətlərinin həmin orqana ötürülməsi mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının başqa cavabdeh orqana qarşı məhkəmədə yeni iddia qaldırmaq imkanını istisna etmir. Eyni zamanda pensiya təyinatı səlahiyyətlərinin bir inz ibati orqandan digərinə ötürülməsi iddianın mümkün sayılmamasına əsas ola bilməz. Hər iki inzibati orqanın ayrı-ayrılda qanunla müəyyən edilmiş səlahiyyətlərində pensiya təyin etmək məsələsi hal-hazırda da onların fəaliyyət istiqamətlərinə aid vəzifələr kimi nəzərdə tutulmuşdur. Bu vəzifələr ilə yanaşı, hüquqları və tətbiq etdikləri müvafiq qanunların və digər normativ hüquqi aktların tələblərinin pozulmasına, eləcə də yerinə yetirdikləri hərəkətlərin nəticələrinə görə məsuliyyət halları da müəyyən edilmişdir. Həmçinin pensiya təyin edən həmin orqanların hər birinin ayrıayrılıqda hüquqi şəxs hüquqlarına malik cavabdeh inzibati orqan olmaları və birinin digərinin etdiyi hərəkətlərə və qəbul etdiyi inzibati aktların nəticələrinə görə məsuluyyət daşımaması, eləcə də bu inzibati orqanların haz ırkı halda birinin digərinin hüquqi varisi olmaması ona əsas verir ki, bu inzibati orqanlardan hər hansı birinə qarşı qaldırılmış iddia yeni iddia kimi qiymətləndirilsin. Bu iddianın mümkün sayılması da məhz inzibati və mülki prosessual qanunvericilikdə təsbit olunmuş cavabdehlik inistutunun mahiyyətindən və qanunun bununla bağlı müvafiq tələblərindən irəli gəlir. Həmin hallar işə baxan hər iki məhkəmə instansiyasının pensiya təyinatı ilə bağlı müvafiq səlahiyyətlərin sonradan başqa orqana (DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə) ötürülməsi barədə gəldiyi nəticə ilə də bir daha təsdiq olunur. Habelə hər iki məhkəmə instansiyası iş üzrə müvafiq qərardadlarında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin başqa orqan olduğunu qəbul etmiş olsalar da, iddiaçı tərəfindən İPM-nin 35.1-ci və 37-ci maddələrinin tələblərinə uyğun olaraq başqa inzibati orqana qarşı qaldırılmış yeni iddia tələbi, sonda inzibati prosessual qanunvericiliyin tələbləri pozularaq, həmin orqana qarşı eyni əsaslarla və eyni predmet üzrə yenidən qaldırılmış iddianın məhkəmə müstəvisində mahiyyəti üzrə baxılması üçün əsas sayılmaması kimi qiymətləndirilmiş, onun məhkəmədə baxılmış əvvəlki iddia tələbi üzrə proses iştirakçısı olmuş DSMF-nin Nəsimi rayon şöbəsi ilə, yeni iddia tələbi üzrə cavabdeh inzibati orqan olan Xüsusi Şərtlərlə Təyinat İdarəsinin eyni cavabdeh inzibati orqan olması barədə yanlış və əsassız nəticəyə gəlinmişdir. Bütün bunlar isə bir daha onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə baxılarkən buraxılmış səhvlər və yol verilmiş qanun pozuntus u halları apelyasiya instansiyası məhkəməsi tərəfindən də iddiaçının iddia tələbinin ikinci hissəsinə münasibətdə təkrarlanmış və bunun nəticəsində Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli düzgün olmayan qərardadı, apelyasiya instansiyası məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərardadı ilə həmin hissədə dəyişdirilmədən saxlanılmış və bununla bağlı iddiaçının qanunla qorunan qazanılmış hüquqları, habelə İPM-nin 78-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, İPM-nin 78-ci maddəsinin tələbinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Bu normanın mənasına görə, mübahisə predmeti kimi burada söhbət iddianın predmetindən yox, inzibati mübahisənin predmetindən gedir. Konkret halda da, iddiaçının əvvəllər DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı məhkəmədə baxılmış iddia tələbi üzrə inzibati mübahisənin predmetini həmin inzibati orqan tərəfindən qəbul edilmiş 02.12.2016-cı il tarixli 14/5087 nömrəli inzibati akt, hazırkı yeni iddia tələbi üzrə inzibati mübahisənin predmetini isə başqa inzibati orqan - Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müvafiq təyinat ərizəsinə əsasən əmək pensiyası təyin olunmasından imtina barədə qəbul edilmiş 04.02.2020-ci il tarixli **********6 nömrəli inzibati akt və bununla bağlı həmin cavabdeh orqanın ona münasibətdə hərəkətsizliyi və hüquqlarının pozulmasına aşkar şəkildə müdaxilə etməsi təşkil edir.
11. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçının cavabdeh filiala qarşı tələbi Baş prokurorluga qarşı olan tələbi ilə e yni məzmunludur, yeganə fərq cavabdeh seçimidir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı işin halları baxımından cavabdehin dəyişmiş olması, iddianın mümkün sayılması üçün əsas deyildir. b. Kassasiya şikayətinə etirazın dəlilləri
12. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı öz kassasiya şikayətinin məzmununa uyğun yazılı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və onun vəkili onların kassasiya şikayətinin təmin edilməsini, cavabdehin kassasiya şikayəinin isə rədd olunmasını xahiş etdilər.
14. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan R espublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə bi rlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul e dilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36 Tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 78 Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 90.1. Apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab ve rməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibat i orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti mümkün hesab edilmişdir.
21. Cavabdehin kassasiya şikayəti isə mümkün sayılmamalıdır. Çünki İPM-nin 96.2ci maddəsində məhkəmədən kassasiyanın mümkünlüyü əsaslarının yoxlanılması tələb edilir və kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-nin 94-cü maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və həmin normada müəyyən olunmuş tələblərə riayət olunması, İPM-nin 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür.
22. Həmçinin kassasiya şikayətinin forma və məzmununa aid Azərbaycan Respublikası MPM-nin 67.1 və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlərə cavab verməsi də kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
23. Çünki İPM-nin 90.3-cü maddəsi göndərici norma olmaqla, göstərir ki, bu fəsildə başqa qayda müəyyən edilmədiyi hallarda, Azərbaycan Respublikası MPM-nin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir.
24. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsi müəyyən edir ki, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
25. Bu normalarda müəyyən olunmuş kasasiyanın mümkünlüyü şərtləri baxımından işin halları araşdırıldıqda görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı, prosessual məsələ olan iddianın mümkünlüyünün həllinə aiddir və iddianın mümkünlük məsələlərini tənzimləyən İPM-nin 35-ci maddəsində iddianın mümkün sayılması barədə qərardaddan deyil, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət vermək hüququ müəyyən edilmişdir.
26. İPM-nin 90.2-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin aktından məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ müəyyən edilmişdir və həmin normanın hazırki prosessual vəziyyətə cavabdehin kassasiya şikayətinə tətbiqi, kassasiyanın mümkünsüzlüyünü şərtləndirir. Çünki apelyasiya instansiyası məhkəməsinin qərarı, cavabdehin tələbinin təmin olunmaması barədə de yildir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın “özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” hissəsinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə qərardad prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və iddiaçının kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv o lunması üçün əsas vermir.
28. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqla rının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayara q özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
30. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
31. İddianın mümkünlük şərtlərindən biri də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı, proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
32. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçının “1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməmliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ilə əvvəllər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi 14 fevral 2017-ci il tarixli, 2-1(81)-1004/2017 saylı qərarla iddianı təmin etmişdir. Həmin qərardan cavabdehin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli, 21(103)-1031 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.09.2 017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmişdir.
33. İşin bu vəziyyəti, hazırki iş üzrə iddianın bu hissədə mümkün sayılmamasını şərtləndirir və apelyasiya instansiyası məhkəməsi iddianı bu hissədə mümkün saymamaqda haqlı olmuş, gəlinən nəticə İPM-nin 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.
34. Belə ki, İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
35. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
36. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
37. Pensiya təyin edən dövlət orqanına qarşı iddia üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra bu orqanın adının dəyişməsi, mübahisəli pensiya münasibətində subyektin dəyişməsi kimi qiymətləndirilmir və qüvvəyə minmiş qərarda göstərilən proses iştirakçısı olmaması (eyni tərəf olmaması) əsası ilə əvvəlki tələbə yenidən baxılmasına imkan vermir. 38.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Cavabdehin kassasiya şikayəti mümkün sayılmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-c i il tarixli, 2-1(103)-2042/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.