Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-624/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X11) “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)-442/2022 nömrəli qərardadından iddiaçının kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Yasamal RİH-in başçısı 26 yanvar 1993-cü il tarixli Qanuna əsasən 9 dekabr 1993-cü il tarixdə Əzizbəyov küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 65,0 kv.m olan mənzilin təmənnasız olaraq X3 verilməsi barədə 216/23 nömrəli sərəncam, 5 mart 1994-cü il tarixdə isə Əzizbəyov küçəsi, ev 20 ünvanında yerləşən ümumi sahəsi 49,0 kv.m olan mənzilin X5 adına özəlləşdirilməsi barədə 043/25 nömrəli sərəncam qəbul etmişdir. X10 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 41 kv.m olan 5 saylı mənzilin sonuncuya (İddiaçı) satılması barədə 22 oktyabr 1996-cı il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 6 fevral 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin yaşayış sahəsi 65,8 kv.m, yardımçı sahəsi 8,12 kv.m, ümumi sahəsi 73,9 kv.m olan, 3 otaqdan ibarət 1 saylı mənzilinə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Notarial qaydada rəsmiləşdirilmiş 166955 nömrəli,08 may 2013-cü il tarixli “M ənzilin bağışlama müqaviləsi”nin surətindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinin 25,7 kv.m sahəsi olan 1 otağını X7 bağışlamışdır. Bundan başqa, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyul 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin yaşayış sahəsi 65,8 kv.m, yardımçı sahəsi 8,1 kv.m, ümumi sahəsi 73,9 kv.m olan 3 otaqdan ibarət 1 saylı mənzilinə paylar aşağıdakı kimi müəyyənləşdirilməklə, X2 və X6 ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır: X4 2 otaq 40,1 kv.m, X11 1 otaq 25,7 kv.m. İş materiallarında olan 31 yanvar 2013-cü il tarixdə DƏDRX-in Bakı şəhər Əraz i İdarəsi tərəfindən Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinə dair X2 adına tərtib edilmiş texniki pasportun surətindən sözügedən mənzilin, sahəsi 65,8 kv.m olan 3 yaşayış otağından və sahəsi 8,1 kv.m olan mətbəxdən ibarət olduğu görünür. İş materiallarında olan 5 dekabr 2017-ci il tarixdə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 5 saylı mənzilinə dair İddiaçı adına tərtib edilmiş texniki pasportun surətindən görünür ki, sözügedən mənzil, sahəsi 40 kv.m olan 2 yaşayış otağından və sahəsi 9 kv.m olan mətbəxdən ibarətdir. 28 aprel 2021-ci il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ. Səfərli küçəsi, 20 saylı 2 mərtəbəli binanın 1 və 5 saylı mənzilləri binanın 1-ci mərtəbəsində bir- birinə nisbətən yaxın məsafədə yerləşirlər. Mübahisəli sahə X3 məxsus yaşayış otaqlarının qarşısından keçən dəhlizin sonunda sağ tərəfdə yerləşir. Həmin sahənin divarının arxa tərəfində İddiaçı məxsus otaqlara yaxın olan kiçik ölçüdə başqa köməkçi sahə də mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 06 avust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 adına cavabdeh tərəfindən 31 yanvar 2013-cü il tarixdə verilmiş, **********75-06101-093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 1 saylı mənzilinə dair texniki pasportun və reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı barədə qərar qəbul olunmasını xahiş etmiş, sonradan iddianın dəyişdirilərək “üçüncü şəxs Gülzar Ramazanovanın adına Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) və texniki pasportun 8,12 kv.m mətbəx hissəsində ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Gülzar Ramazanovaya, Tamilla Məmmədovaya, üçünçü şəxs Yasamal rayon 42 saylı MKİS-in mühəndisinə qarşı Bakı şəhəri, İ.Səfərli küçəsi, ev 20, 5 saylı kommunal mənzilin ümumi paylı mülkiyyət hüququ ilə otaq mülkiyyətçilərinə məxsus ümumi istifadəsində olan həyətində mənzilinin qarşısında cavabdeh Gülzar Ramazanova tərəfindən özbaşın a tikilmiş evin (artırmanın) cavabdeh Gülzar Ramazanova tərəfindən sökülməsi, mənzili ilə ona məxsus hamamın arasında hörülmüş divarın cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahəsi 9,8 kv.m olan hamamın və sahəsi 15 kv.m olan dəhlizin və digər sahənin, cəmi 50 kv.m sahənin ona qaytarılmasına dair rayon məhkəməsində iddia qaldırmışdır. Gülzar Ramazanova qarşılıqlı iddia verərək cavabdehin üzərinə mülkiyyətində olan Bakı şəhəri, İ.Səfərli küçəsi, ev 20, mənzil 1-ə aid olan, sahəsi 8.12 kv.m olan mətbəxin əvvəlki vəziyyətə gətirilərək, dəhliz boyu tikilmiş daş divarı sökərək ona təhvil verilməsi, faktiki istifadəsində olan 1.7 kv.m və 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan istifadəsini mümkün etmək üçün öz evinin qarşısındakı dəhlizə giriş divarını sökmək və oradan qapını çıxarmaq öhdə liyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 saylı iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə dair texniki pasport və reyestrdən çıxarış məhkəmə iclasında sübut kimi tədqiq olunarkən məlum olmuşdur ki, mənzilin texniki pasportunda 8,12 kv.m olan mətbəx qeyd edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticələ ri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2020-ci il tarixli, 31591 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Gülzar Ramazanovanın adına tərtib olunmuş texniki pasporta əsasən istifadəsinə verilmiş ünvan 2 mənzilə aid sahəsi 8,12 kv.m olan mətbəx mövcuddur, lakin həmin mətbəx arakəsmə hörülməklə iki hissəyə bölünərək, sahəsi 2,53 kv.m olan (1,15 m x 2,2 m) hissəsi onun, qalan hissəsi İddiaçı istifadəsindədir. Məhkəmə qarşılıqlı iddianı həmin hissədə qismən təmin edərək, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir. Gülzar Ramazanovanın m ülkiyyətində olan və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 31 yanvar 2013-cü il tarixdə qeydiyyatdan keçirilmiş ünvan 2 mənzilə dair texniki pasportun və reyestrdən çıxarışın surəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 29 iyun 2020-ci il tarixdə ərizə ilə müraciət olunaraq əldə edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq texniki pasportu və çıxarışı (inzibati aktı) mübahisələndirir. Gülzar Ramazanova həmin ünvandakı 1 saylı mənzili 1994-cü ildə almış və mənzilə dair ona qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzilə dair 1994-cü il tarixdə verilmiş texniki pasportda sahəsi 8.12 kv.m göstərilmiş mətbəx dəhlizin girişində, birinci otağın qarşısında olmuşdur. X1 evində təmir işləri aparmış, ümumi həyətdə özbaşına qanunsuz ikimərtəbəli artirma tikmiş, nəticədə həmin qanuni mə tbəxi sökərək mənzilin ümumi istifadəsində olan dəhlizə əlavə etmişdir. Əgər üç ailəyə aid ümumi istifadədə olmuş kommunal mənzilə dair 1994-cü ildə verilmiş texniki pasport sübut kimi məhkəməyə təqdim edilsə, onda Gülzar Ramazanovanın və digər qonşunun mənzillərinə dair mətbəxlərin yeri açıq aydın görünər. Gülzar Ramazanovanın mənzilinə dair 6 fevral 2013-cü il tarixdə reyestrdə qeydiyyatdan keçmiş texniki pasportda 8,12 kv.m mətbəx kimi qeyd edilmiş sahə ümumi istifadədə olan sanitar qovşaq olmuşdur. Həmin sahə 1994-cü ilin texniki pasportunda olmamışdır. Əvvəlki mülki iş üzrə İddiaçı iddia etdiyi sahələr Gülzar Ramazanova tərəfindən 2011-ci ildə zəbt edilmişdir. Təmir işləri 2011-ci ildə aparılmış və ara həmin tarixdə hörülmüşdür. Ara hörüldükdən sonra Gülzar Ramazanovanın mənzilinə d air 1994-cü il tarixdə verilmiş texniki pasportda qeyd edilməyən, ümumi istifadədə olan sanitar qovşağın bir hissəsi İddiaçı mənzilinin ərazisində qalmışdır. Mənzillərin arası hörüldükdən iki il sonra 2013-cü il tarixdə Gülzar Ramazanova DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları ilə sövdələşməyə girərək ümumi istifadədə sanitar qovşaq olmuş, bir hissəsi İddiaçı mənzilinin ərazisində qalmış sahəni mətbəx adı ilə zəbt edərək mənzili üçün yeni qanunsuz texniki pasport tərtib etdirmiş və reyestrdən çıxarış alaraq mənzilini genişləndirmişdir. Belə ki, DƏDRX əməkdaşları ara 2011-ci ildən hörülü olduğu halda, İddiaçı mənzilinin ərazisində qalmış sahəni görmədən, ölçü aparmadan, ümumi istifadədə sanitar qovşaq olmuş, bölgü nəticəsində bir hissəsi İddiaçı mənzilinin ərazisinə verilmiş sahə ni mətbəx kimi Gülzar Ramazanovanın texniki pasportuna əlavə etmiş və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində saxta texniki pasport və çıxarış tərtib edilmişdir. Beləliklə, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə dair 1994-cü il tarixdə verilmiş əsl texniki pasport və çıxarışla, 2013-cü il tarixlərdə verilmiş texniki pasport və çıxarış arasında uyğunsuzluq var. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin mənzilə aid olan sahəsi 8,12 kv.m mətbəx arakəsmə hörülməklə iki hissəyə bölünərək, sahəsi 2,53 kv.m olan (1,15 m x 2,2 m) hissəsi Gülzar Ramazanovanın, qalan hissəsi İddiaçı istifadəsindədir. İki qonşunun mənzillərinin arası 2011-ci il tarixdə hörülü olsa da, sahəsi 8,12 kv.m olan mətbəx kimi qeyd edilmiş, əslində kommunal mənzilin ümumi istifadəsində sanitar qovşaq olmuş sahənin bir hissəsi qonşunun mənzilinin ərazisində qaldığı halda, yuxarıda qeyd edildiyi kimi, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları qanunsuz texniki pasport və çıxarış tərtib etmişlər. Beləliklə, Gülzar Ramazanova ümumi istifadədə sanitar qovşaq olmuş, lakin bölgü nəticəsində bir hissəsi qonşu İddiaçı verilmiş sahəni və əvvəlki mülki iş üzrə cəmi 50 kv.m ərazini zəbt etmiş, DƏDRX əməkdaşları vasitəsilə ilə mənzilinə yeni qanunsuz texniki pasport çəkdirmiş və çixarış əldə etmişdir. Mübahisəli sahə (8,12 kv.m) İddiaçı adına 2011-ci il tarixdə verilmiş, Yasamal rayon 42 saylı MKİS-nin mühəndisinin (Ş.Feyzullayevanın) imzası ilə təsdiq edilmiş eskizdə öz əksini tapmışdır. Qeyd edildiyi kimi, məhkəmə qarşılıqlı iddianı həmin hissədə qismən təmin edərək, Gülzar Ramazanovanın mənzilinə aid sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir (qətnamədən şikayət verilmişdir). Beləliklə, Gülzar Ramazanova mənzilinə aid qanunsuz yolla əldə etdiyi texniki pasport və çıxarışdan istifadə edərək, İddiaçı mənzilinə aid sahəni sökdürərək zəbt etmək istəyir. Onun adına DƏDRX tərəfindən 31 yanvar 2013-cü il tarixdə **********75-05101093003 nömrəsi ilə reyestrdə qeydiyyatdan keçirilmiş, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 3 otaqlı mənzilə dair texniki pasport və çıxarış qanunsuz olduğundan, İddiaçı mənafeyinə toxunduğundan ləğv olunmalıdır.
4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
5. X4 məhkəmə icraatında üçüncü şəxs qismində iştiraka cəlb edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1346/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli saylı qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
6. Üçüncü şəxs G.G.Ramazanova iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Belə ki, «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra inzibati orqanların hərəkət və hərəkətsizliyi, qərarlarının mübahisələndirilməsi ilə bağlı iddialar artıq inzibati prosessual qaydada baxılmağa qəbul edildi. Həmin dövrədək, bu cür iddialara Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə müəyyən edilmiş qaydada baxılırdı. Həmin Məcəllənin həmin dövrdə qüvvədə olan 298-ci maddəsində deyilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı 1996-cı ildə hazırda mülkiyyətində olan mənzili alıb və sənədlərşdimə zamanından ona məlum olub ki, hazırda mübahisələndirdiyi hissə Gülzar Ramazanovanın mülkiyyətində olub. Belə ki, həmin 8.12 kv.m sahə hələ o zaman ona verilmiş texniki pasportda mülkiyyətində olan sahə kimi göstərilib. Onu mübahisələndirmək üçün, 1 ay vaxtı olsa da, indiyədək belə iddia qaldırmayıb. İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia ərizə si mümkünsüz sayılmalıdır. Subyektiv hüquqla bağlı – İddiaçı hazırda qonşuluqdakı mənzili 1996-cı ildə alqı-satqı yolu ilə alıb. Gülzar Ramazanovanın isə, mübahisəli sahə üzərində mülkiyyət hüququ 1994-cü ildə qeydiyyata alınıb. Belə olan halda, onun bu sahə üzərində mülkiyyət hüququnu mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Əvvəlki mülkiyyətçilər Gülzar Ramazanovanın bu hüququnu mübahisələndirməyib. Nəhayət, iddiaçı hesab edir ki, 2013-cü ildə Gülzar Ramazanovaya yeni reyestrdən çıxarış verilən zaman artıq 8,12 kv.m olan vanna otağı yarıdan bölünmüşdü, DƏDRX-nin əməkdaşı bunu müəyyən etməli, ona (G.Ramazanovaya) imtina verilməli idi. Əvvəla, həmin dövrdə belə bir bölgü, vanna otağının həmin arakəsməsi mövcud olmayıb. İkincisi, həmin otaq üzərində onun (G.Ramazanovanın) mülkiyyət h üququ hələ 1994-cü ildə tanınıb. 2013-cü ildə ona ilk dəfə hüquq tanınmayıb ki, ilkin hüquq müəyyənedici sənədlər arasındakı uyğunsuzluq araşdırılsın. Təkrar qeydiyyat zamanı qeydiyyat obyektinə baxış keçirilməsi vacib deyil, çünki, bu dəfə yeni hüquq deyil, artıq qeydə alınmış hüququn rəsmiləşdirilməsinin forması dəyişir. Gülzar Ramazanova hər hansı sahəni zəbt etməmişdir. Əksinə, iddiaçının mənzilinin qarşısında yerləşən, biri 1.7 kv.m və digəri 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan və hazırda iddiaçı tərəfindən zəbt edilərək, ön hissəsi daş divarla hörülmüş dəhlizdən ümumi istifadə edilir. İddiaçı həmin sahəni aldıqdan sonra, kiçik sahitar qovşaqların arasını açaraq, öz əmlakına daxil edib. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, Gülzar Məmmədova onun bacıs ı ilə xəbərsiz şəkildə 5 saylı mənzilin istifadədə olan sahələri üzrə saxta sənəd tərtib edərək, bölgü aparmış və həmin bölgü əsasında 42 saylı MKİS-nin mühəndisi eskiz tərtib etmişdir. Halbuki, bunu birlikdə razılıq əldə olunaraq həyata keçirmişlər və həmin eskiz iradə ifadəsini razılaşdırılmış formada əks etdirir. Bu razılıq isə, onun müxtəlif dövlət orqanlarına illərlə yazdığı məktublardan sonra, məcburiyyət qarşısında qalmaqla əldə olunmuşdur. Binanı mübahisə edilən hazırkı vəziyyətə iddiaçı özü gətirib. Belə ki, iddiaçı əvvəlcə Gülzar Ramazanovanın mülkiyyətində olan, 8.12 kv.m olan mətbəxi onun istifadəsinə verməyi təklif edib. Həmin mətbəxə dəhlizdən girişi divar çəkməklə bağlayıb, dəhlizi biri 1.7 kv.m və digəri 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan təcrid edib, mətbəxi və sanit ar qovşaqları öz mənzilinə təlqin edən dəhliz yaradaraq, həmin sahələrə girişi mümkünsüz edib. Əvəzində isə, hazırda tələb etdiyi 7 kv.m sanitar qovşağı onların təkbaşına istifadəsinə verib. Hazırda onun dəhlizin bayır hissəsinə çəkdiyi daş divar Gülzar Ramazanovanın mülkiyyətində olan mətbəxə günəş işığının düşməsini məhdudlaşdırır. Bununla yanaşı, mətbəxin qapısını çıxararaq, onu öz şəxsi yataq otağı kimi istifadə edir. Bununla da, Gülzar Ramazanovanın mülkiyyətindən istəyinə uyğun istifadəsinə maneçilik törədir. Həmçinin ilkin iddia ərizəsində qeyd edilmişdir ki, Gülzar Ramazanova ona məxsus 9,6 kv.m olan hamamı, hamama gedən dəhlizi və digər sahələr daxil 50 kv.m olan ərazini zəbt etmiş və ona məxsus hamama geden dəhlizdə divar hömüşdür. Onun bu iddiası aralarında olan razılaşmanı tami mlə təkzib etmişdir. Razılığa uyğun olaraq, mətbəx ona (G.Ramazanovaya) aid edilmiş, hamam isə həmin binada yaşayan digər insanların ümumi istifadəsinə verilmişdir və Gülzar Ramazanova da özünə aid razılaşdığıqları hissədən mənzilinə gedən istiqamətdə divar hörmüşdür. İddiaçı isə, həmin hamama geden yolu bağlamış, beləliklə də digər mənzillərdə yaşayanların həmin hamamdan istifadəsinə əngəl olmuşdur. Odur ki hamama gedən həmin dəhliz açılmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-1346/2021 nömrəli qərarı ilə (hakim R. Kərimli) iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X3 və X7 məxsus mənzilə dair aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun 8,1 kv.m ölç üdə yardımçı sahə hissəsində ləğv edilməsi və reyestrdə müvafiq düzəlişin edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsinin iddia ilə bağlı vəsatətində göstərilən “iddianın mümkün sayılmaması” mövqeyi ilə razılaşmır. Bu qənaət ondan irəli gəlir ki, hazırkı iddia daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mübahisələndirilməsi barədə olsa da, həmin qeydiyyat inzibati akt sayılmadığından, iddia “məcburetmə haqqında” deyil, “öhdəliyin icrası haqqında” iddialara aiddir və bu qəbildən olan mübahisələrdə qanunvericilik iddia müddətinin tətbiqini nəzərdə tutmur. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə qeyd edir ki, üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı əvvəlki q eydiyyat sənədləri, o cümlədən Yasamal RİH-in 9 dekabr 1993-cü il tarixli, 216/23 nömrəli sərəncamı əsasında aparılmışdır və həmin sənəddə Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı binanın 5 saylı mənzilinin ümumi sahəsi 65 kv.m göstərilsə də, sonradan cavabdeh inzibati orqan tərəfindən heç bir mötəbər sənəd (sübut) olmadan həmin mənzilin ölçüsü 8,1 kv.m ölçüdə yardımçı sahə – mətbəx əlavə olunmaqla artırılmaqla reyestrdə qeydiyyat aparılmış və müvafiq texniki pasport tərtib olunmuşdur. Mübahisəli 8,1 kv.m ölçüdə yardımçı sahənin üçüncü şəxsə məxsus mənzildən tam təcrid olunmuş şəkildə və müəyyən qədər başqa şəxsə (iddiaçıya) məxsus mənzilə yaxın olması, eləcə də texniki pasportlara əsasən hər iki mənzildə sanitar qovşaqların nəzərdə tutulmaması həmin 8,1 kv.m yardımçı sahənin ümumi istifadə dəki sahə olması qənəatini yaradır. Bu hal, üçüncü şəxsin (nümayəndəsinin) iddiaya qarşı yazılı etirazında vurğulanan “iddiaçı və onun ailə üzvü (bacısı) ilə şifahi razılaşma olması” xüsusatı ilə bir daha təsdiqlənir.
9. Bundan başqa nəzərə alınmalıdır ki, üçüncü şəxsin (üçüncü şəxslərin) ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilə hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqan tərəfindən aparılan inzibati icraata maraqlarına toxunulan şəxs kimi hazırkı İddiaçı da cəlb olunmalı idi, lakin inzibati orqan bu cəlbetməni təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 24, 36-cı maddələrinin tələblərini pozmuşdur.
10. Üçüncü şəxslər apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində i craat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-442/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov-məruzəçi, H.Ü.Həmidov və A.Ə.Hüseyn) birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır.
12. Apellyasiya instansiyası bu barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi ilə bağlı tələbə əməl etməməsi, cavabdehin müraciətlə bağlı imtinasının olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın (tam və ya qismən) ləğv edilərək yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, daşınmaz əmlak üzrə dövlət qeydiyyatı müvafiq inzibati orqanda, daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılır. Həmin inzibati orqanın daşınmaz əmlakın qeydiyyatını ləğv etmək səlahiyyəti yoxdur. Daşınmaz Əmlak üzərində qeydiyyata alınmış hüquq məhkəmədə mübahisələndirilə bilər və mübahisə məhkəmə qaydasında həll edilə bilər. Buna görə müvafiq inzibati orqana müraciət etməyə ehtiyac yoxdur. Çünki, hüquqların dövlət qeydiyyatının ləğvi inzibati orqanın səlahiyyətində deyildir. Məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət edilsə idi belə, inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinin tələbinə əsasən imtina verməli idi. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən Qanunun qeyd olunan maddələrinin tələblərinə əhəmiyyət verməmişdir.
15. Bundan başqa, şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət edilərək Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhər Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin X2 adına qeydiyyatdan keçmiş mənzilinə dair aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun 8.12 kv.m olan yardımçı sahə (mətbəx) hissəsində ləğv edilməsi və reyestrdə müvafiq düzəlişin aparılması xahiş olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli məktub ilə iddiaçının müraciətindən imtina etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏB HÜQUQ
17. İnzibati P rosessual Məcəllə (İPM):... Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.... Maddə 58.
7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:...
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və orada şikayətçinin tələbi göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrin in şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, xüsusilə də iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı tam və hərtərəfli araşdırılmanın aparılması təmin edilmişdir. Ona görə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndinə görə, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-a yrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
25. Kassasiya şikayətinin əsas və yeganə dəlilinə görə, cavabdeh inzibati orqan daşınmaz əmlakın qeydiyyatını ləğv etmək səlahiyyətinə malik deyildir. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq məhkəmədə mübahisələndirilə bilər və mübahisə məhkəmə qaydasında həll edilə bilər. Buna görə müvafiq inzibati orqana müraciət etməyə ehtiyac yoxdur. Çünki, hüquqların dövlət qeydiyyatının ləğvi inzibati orqanın səlahiyyətində deyildir.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın hər hansı məsələ üzrə qərar qəbul etmək səlahiyyəti, eyni zamanda həmin orqan tərəfindən qəbul edilmiş qərarın qanunla müəyyən olunmuş şərtlər daxilində həmin qərarı ləğv etmək səlahiyyətini də ehtiva edir. Bu qayda inzibati orqanların faktiki xarakterli hərəkətlərinə də şamil (qərarın və ya hərəkətin əsasında duran faktiki və hüquqi hallar baxımından, qərara və ya faktiki xarakterli hərəkətlərə münasibətdə qeyd edilən şərtlər fərqli ola bilər) olunur. Konstitusion hüquqi dəyərlər və hakimiyyətlər bölgüsü prinsipinə əsasən ümumi yanaşma ondan ibarətdir ki, məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etməyə və belə hallarda icra hakimiyyəti orqanını əvəz etməyə haqlı deyildir. Məhkəmə, bir qayda olaraq, mübahisənin mövcud olduğu hallarda həmin orqanların mübahisəl əndirilən qərar və hərəkətlərinin qanunauyğunluğunu yoxlamağa haqlıdır.
27. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə də inzibati orqan, maraqlı şəxsin ona müraciəti əsasında həmin qeydiyyatın ilkin hüquqmüəyyənedici sənədlərə uyğunluğunu müəyyən etməyə və həmin qeydiyyatın ilkin hüquqmüəyyənedici sənədlərə uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görməyə borcludur. Başqa sözlə, qeyd olunan məsələlərin həlli cavabdehin məsuliyyət sferasına və səlahiyyət dairəsinə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə məhz cavabdeh reyestr xidməti reyestrdə qeydə alınmış məlumatların həqiqiliyinə məsuldur. Cavabdeh həmin səlahiyyət çərçivəsində şəxsin müraciəti üzrə onun tələbini təmin etməkdən imtina etdiyi və bununla bağlı mübah isə yarandığı hallarda, şəxs hüquqi müdafiə üçün məhkəməyə müraciət etməyə haqlıdır.
28. Beləliklə, apelyasiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərini prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının müvafiq tələblərini nəzərə almaqla qiymətləndirmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mümkünlüklə bağlı normaların tətbiqi üzrə qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 21(103)-442/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidi