Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-625/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (İİ qrup əliliyə görə pensiya, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynova Sevda Əziz qızı Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı işlədiyi dövrlər sosia l sığorta stajına daxil edilməklə əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-578/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışına əsasən, 1960-cı təvəllüdlü İddiaçıxx.xx.2019-cu il tarixdən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı (bundan sonra mətndə iddiaçı) on a əlilliyə görə pensiya təyini üçün Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi sosial sığorta stajının yoxlanılması mümkün olmamışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməs i vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ******* saylı əmək kitabçasında xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi qeyd edilmişdir. Bu səbəbdən cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 8 ay sosial sığorta stajı və 21120 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirili r. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1979 - xx.xx.1993-cü il tarixədək olan dövrün sosial sığorta stajının yoxlamaq zərurəti yaranmışdır. Həmin dövrün arxiv sənədləri işğal zonasında qaldığından vətəndaşın sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən 23 il 4 ay sosial sığorta stajı və 14570,40 manat pensiya kapitalı toplanılmışdır. İddiaçı tələb olunan pensiya kapitalı toplanmadığından əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliklə mümkün deyildir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(85)- 928/2019 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi öz əksini tapmışdır. İddiaçının həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-578/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(85)- 928/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1 Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı. 3.1.2 Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Əvvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci- yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən qanunvericilik aktlarından da məlum olur ki, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə və tələb olunan sığorta stajı olduqda təyin edilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 8 ay sosial sığorta stajı və 21120 manat pensiya kapitalı tələb olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarımın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1979 - xx.xx.1993-cü il tarixədək olan dövrün sosial sığorta stajının yoxlanılmasına zərurət yaranmış, lakin həmin dövrün sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 23 il 4 ay sosial sığorta stajı və 14570,40 manat pensiya kapitalı toplanılmışdır. İddiaçı tələb olunan pensiya kapitalı toplanm adığından əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliklə mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanun da göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (maddə 3, 4, 21) “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərba ycan Respublikasının Qanununa əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçıdövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər: istənilən şəxs, təşkilat və ya xüsusi mülkiyyət hüququna əsaslanan müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək və s. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə hər bir iştirakçı dövlət malik olduğu resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə beynəlxalq əməkdaşlığa can atmaqla bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə tətbiq olu nan öhdəliklərdə ziyan vurmadan bu hüquqların tam realizə olunmasına tədricən nail olmaq üçün tədbirlər görməlidirlər (maddə 4). İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər (maddə 5). İştirakçı dövlətlər ədalət məhkəməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində düzünə və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar. Əlillərin ədalət məhkəməsindən istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət məhkəməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər (maddə 13). İştirakçı dövlətlər əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən əlillərin sosial müdafiə hüququnu və ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi və mükafatlandırılması üçün zəruri tədbirləri görür, o cümlədən: əlillərin təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları və əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi; əlillərə, xüsusilə əlil qadınlara, qızlara və yaşlı insanlara sosial müdafiə və yoxsulluğun miqyasının azaldılması proqramlarından istifadə etmək imkanının təminatı; yoxsulluq şəraitində yaşayan əlillərə və onların ailələrinə zəruri tə hsil, məsləhət, maliyyə yardımı və müvəqqəti patronaj xidməti kimi əlilliklə bağlı məsrəflərin dövlət tərəfindən qarşılanması imkanından istifadənin təminatı; əlillərin dövlət yaşayış proqramlarından istifadəsinin təminatı; əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadəsinin təminatı (maddə 28). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı normanın mənasına görə iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, ən azı 5 il sığorta stajına malik olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimu m məbləğindən az olmayan qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçının toplamalı olduğu minimum sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan maddənin tələbinə görə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 14 il 8 ay (59 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=44 yaş x 4 ay =176 ay: 12 ay = 14 il 8 ay) sığorta stajı olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 1993-cü il tarixdən 2017-ci ilə kimi müəllimə kimi işlə təmin olunmadığına görə məcburi köçkün kimi orta aylıq əmək haqqı verilmiş və bu məbləğdən müvafiq məcburi sosial sığorta ödənişləri tutulmuş, cavabdeh inzibati orqan həmin dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almış və inzibati orqan tərəfindən iddiaçının 23 il 4 ay sosial sığorta stajı və 14570,40 manat pensiya kapitalı toplanması müəyyən olunmuşdur. Hazırki halda cavabdehin kassasiya şikayətində iddiaya qarşı etirazının əsas dəlili iddiaçının qanunla tələb olunan pensiya kapitalına malik olmadığı təşkil edir. Yəni cavabdeh iddiaçının toplamalı olduğu sosial sığorta stajını deyil, pensiya kapitalını mübahisələndirmişdir. Bu isə o deməkdir ki, əgər iddiaçı qanunla tələb olunan pensiya kapitalına malik olmuş olsaydı ona pensiya təyin oluna bilərdi. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək onun xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cav abdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və dig ər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçının adına açılmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qubadlı rayon Təhsil şöbəsi tərəfindən təsdiq olunmuş əmək kitabçasının təkrarından görünür ki, iddiaçı 01,09.1979-cu il tarixdə M.Əzizbəyov adına Şuşa pedaqoji məktəbini bitirib Qubadlı şəhər 1 saylı orta məktəbə müəllim təyin edilmiş, xx xxxxxx 1986-cı il tarixə kimi həmin məktəbdə işləmiş, xx xxxxxx 1986-cı il tarixdən isə Qubadlı şəhər 2 saylı or ta məktəbə müəllim dəyişdirilmişdir. Əmək kitabçasındakı növbəti qeyddən görünür ki, xx.xx.2018-ci il tarixdə şəhər 1 saylı orta məktəbin orta aylıqda olan müəllimi ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanılmış əmək müqaviləsi ləğv olunmuş və ona verilən orta aylıq əmək haqqı dayandırılmışdır. İşə əlavə edilmiş 187924 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 1993-cü il tarixdə Qubadlı rayonunu tərk etmişdir. İşə əlavə edilmiş 003687 saylı diplomdan görünür ki, X2 1975-ci ildə M.Əzizbəyov adına Şuşa pedaqoji məktəbinə daxil olmuş və 1979-cu il tarixdə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrd ə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” xx xxx 1994-cü il tarixli, 181 №-li qərarının 2-ci bəndində qeyd olunub ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Beləliklə də müəyyən olunur ki, iddiaçı təhsilini bitirdikdən sonra xx.xx.1979-cu il tarixdə ilk öncə Qubadlı şəhər 1 saylı məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, daha sonra 2 saylı məktəbində fəaliyyətini davam etdirmiş, sonra məlum səbəblərdən Qubadlı şəhərindən köçkün d üşmüş və ona 1993-cü il tarixdən 2017-ci ilə kimi müəllimə kimi işlə təmin olunmadığına görə məcburi köçkün kimi orta aylıq əmək haqqı verilmişdir. Yuxarıda istinad olunan qərardan göründüyü kimi, orta aylıq əmək haqqı isə Azərbaycan Respublikasına edilmiş hərbi təcavüz nəticəsində işğal altında qalmış torpaqlarda işləyən və iş yerlərindən məhrum olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək məqsədilə verilmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə kimi Qubadlı rayon 1 və 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsində məhkəmələr düzgün n əticəyə gəlmişlər. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh həmçinin iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 21120 manat pensiya sığorta kapitalına qarşı, fərdi hesabının sığorta hissəsində 14570,40 manat pensiya sığorta kapitalının olması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Başqa sözlə, iddiaçının çatışmayan pensiya kapitalı 21120-14570,40=6,549.6 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilmək lə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi qanunverici, “qazanılmış hüquq” konsepsiyasını t ətbiq etməklə 2006-cı il yanvarın 1-dək sığortaolunanlara, qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi hüququnu vermişdir. Hazırda da iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1993-cü il tarixədək işlədiyi müddət 14 il 8 ay təşkil edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 27.1-ci maddəsinin tələbinə görə, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan işlədiyi hər il üçün 14 il x hər il üçün 722,52 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2018-ci ilə məbləği) = 10,115.28 manat təşkil edir. Bu məbləğ isə ona pensiya təyini üçün çatışmayan pensiya kapitalından artıq olduğu üçün (çatışmayan məbləğ 6,549.6 manat təşkil edir) onun əlilliyə görə pensiya hüququ yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hes ab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassız olmuş və bu hissədə də iddiaçının tələbini təmin edən məhkəmələr düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə sinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)578/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-625/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-625/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver