Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-625/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ (İş № 2-1(102)-625/2022) Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, prosessual müddət. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2252/2021 saylı qərarından iddiaçının verdiyi şikayətə əsasən kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli RPŞ-də çalışdığı müddətdə Bakı şəhərinə ezam olunduğu 2008-2019-cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul olunmasənı xahiş etmişdir.
4. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayə t vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
94. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının din lənilmə hüququ təmin olunmalıdır...
7. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
8. Avropa Məhkəməsi Avropa İnsan Hüquqla rı Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiyanın mümkünlüyü, kassasiya məhkəməsinin mövqeyi
9. İddiaçı kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiyanın mümkünlüyü məsələsinə baxılması 4 aprel 2022-ci i l tarixə təyin edilmiş, bu barədə, iddiaçı və onun vəkilinə 17 fevral 2022-ci il tarixli məhkəmə bildirişi göndərilməklə 4 aprel 2022-ci il tarixədək prosessual müddətin buraxılmadığını təsdiq edən sübutların və ya ötürülmüş müddətin bərpası barədə əsaslandırılmış vəsatət təqdim olunması təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir.
10. Bundan sonra iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya məhkəməsinin qərarını poçt vasitəsi ilə 22 noyabr 2021-ci il tarixdə aldıqlarını, kassasiya şikayətinin poçta 21 dekabr 2021-ci il tarixdə təqdim edildiyini bildirmişdir.
11. Məhkəmə tərkibi iddiaçının vəkilinin ərizədə göstərdiyi dəlili (apellyasiya məhkəməsinin qərarının iddiaçıya 22 noyabr 2021-ci il tarixdə təqdim edilməsi barədə) əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsinin qərarı 04 noyabr 2021-ci il tarixdə tərəflərə göndərilmiş, SS754996852AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən, həmin qərardad 19 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə ona təqdim olunmuşdur (iş.v.124).
12. İddiaçının vəkilinin ərizəyə əlavə etdiyi qəbzə əsasən kassasiya şikayətinin 21 dekabr 2021-ci il tarixdə poçta təhvil verildiyi müəyyən edilir. İddiaçı tərəf də bu halı mübahisələndirmir.
13. Beləliklə, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericilklə müəyyən edilmiş 1( bir) ay şikayət vermə müddətini ötürmüşdür. Kassasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, yuxarıda qeyd olunan pr osessual hüquq normalarına əsasən kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
14. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.