Məhkəmə qərarları › İş №2-1(102)-625/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-625/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-625/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ona aid hissədə ləğv olunması və sair tələblərə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx.xx.2022-ci il tarixli 97/k nömrəli “Əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrinə əsasən Xidmətdə qulluq keçən dövlət qulluqçularının, o cümlədən əmrin 1.12-ci bəndinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli 97/k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrin ona aid hissədə ləğv olunması, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər hər ay üçün məcburi işburaxmaya görə ort a aylıq əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5683/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı (hakim A.Almazova) ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... Agentliyin mülkiyyətində hər-hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İddiaçı iddia müddətini ötürmüşdür. Hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avt omobil Nəqliyyatı Xidməti haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməs inə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.... Dövlət qulluqçusu olmuş iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən iddia tələbi mübaisələndirmə iddiasıdır. Qeyd edilən qanunlardan göründüyü kimi, məhkəmələrə müraciət etməmişdən əvvəl ancaq kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesinin keçirilməsini məcburi şərt kimi nəzərdə tutulsa da, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin, o cümlədən mübaisələndirmə haqqında iddialar üzrə mediasiya məcburi şərt kimi nəzərdə tutulmamışdır. Məhz bu səbəbdən iddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə əmrin verilməsindən 80 gün sonra, yanı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Hətta mediasiya prosesinin tətbiq edildiyi müddət məhkəmə tərəfindən üzrlü hesab edilsə belə (hal bu ki, qeyd edilən müddət üzrlü hesab edilə bilməz) nəzərə alınsa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə verilmiş və həmin əmr ona sənədlərin təqdim edilməsi qeydiyyatının aparıldığı kitabda imzalamaqla xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Əmrin verildiyi xx.xx.2022-ci il tarixdən 23 gün sonra, yanı xx.xx.2022-ci il tarixdə İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 29 dekabr 2022-ci il tarixdə isə ona mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 40 gün ərzində davam etmiş və bu müddət mediatoru iddiaçıya verdiyi arayışla başa çatdığından iddia müddətinin axımı davam etmişdir. İddiaçı mediasiyanın tətbiqi müddətini 40 gün uzatmaqla “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən Mediasiyanın ümumi müddəti 30 gündən artıq olmamalı (İlkin mediasiya sessiyası ən uz ağı 17 dekabr 2022-ci il tarixdə bitməli idi), bu müddət ancaq tərəflərin razılıqları ilə uzadıla bilər. Qeyd edilən pozuntularda iddiaçıya güzəşt edilsə belə (halbuki bunun hərhansı bir qanuni əsası yoxdur) iddiaçı iddia müddətini 7 gün ötürmüşdür. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə məhkəməyə müraciət etməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər-hansı bir sübut təqdim etməmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Səmədov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə 97/k nömrəli əmr xx.xx.2022-ci il tarixdə verilmiş və həmin əmr iddiaçıya sənədlərin təqdim edilməsi qeydiyyatının aparıldığı kitabda imzalamaqla xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddia ərizəsi isə 12 yanvar 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Apelyasiya şikayətində isə müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı dəlil göstərilməmiş, o cümlədən apelyasiya baxışı zamanı bunun la bağlı hər hansı sübut təqdim edilməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

8. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, iddianın mümkün sayılmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi məhkəməyə elektron kabinet vasitəsi ilə 30 dekabr 2022-ci il tarixdə verilmişdir, məhkəmə isə həmin iddianı elektron kabinet vasitəsi ilə 12 yanvar 2023-cü il tarixdə qəbul etmişdir. 2 saylı Mediasiya Təşkilatının 29 dekabr 2022-ci il tarixli mediasiya arayışına görə isə, mediasiya təklifi cavabdehə 17 noyabr 2022-ci il tarixdə verilmiş, mediasiya prosesi 17 noyabr 2022-ci il ta rixdən başlanmış və mediasiya arayışı 29 dekabr 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddia müddətinin axımı 17 noyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixə kimi dayanmışdır. İddia müddəti keçməmiş, yəni 30 dekabr 2022-ci il tarixdə iddiaçı tərəfindən elektron qaydada məhkəməyə müraciət edilmiş, prosessual müddət ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri onun iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eyni olmuş, etirazda şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır; İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 13. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

28. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən; Maddə

35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur; 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 15. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı: Bənd

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil N əqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra Agentlik) publik hüquqi şəxs yaradılsın; Bənd

3. Müəyyən edilsin ki: 3.1. Agentlik a vtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; 3.2. bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir.

16. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”: Bənd

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündə n 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra - Mərkəz) məlumat verməlidir; Bənd

3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər; Bənd

5. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır.

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati o rqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dər əcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər; Maddə 38.4. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; Bənd 6.1. İddia nın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; Bənd 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır; Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli Qərar); ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir (Hiro Bala ni işi üzrə xx.xx.1994-cü il tarixli Qərar). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü

20. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

21. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. c) İşə baxılması qaydası

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulduğu, habelə işin faktiki halları tam araşdırılmadığı üçün, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. İlk olaraq, məhkəməyə müraciət hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müva fiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

25. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

26. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.

27. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlx alq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

29. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

31. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır.

32. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.

33. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə t ərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

34. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır.

35. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar.

36. İddianın xüsusi mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmasıdır. Başqa sözlə, müddət baxımından iddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, iddiaçı qeyd olunan müddət çərçivəsində hərəkət edərək, iddia ərizəsini məhkəməyə təqdim etmiş olsun.

37. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımın dan mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

38. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, müddət şərti də iddiaçı tərəfindən yerinə yetirilmiş olmalıdır.

39. İş materialları nəzərdən keçirildikdə məlum olur ki, iddiaçı hazırkı mübahsiləndirmə növündə iddianı qaldırarkən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük prosessual müddəti ötürməmişdir və aşağı instansiya məhkəmələri tərəfindən onun iddiası məhz bu xüsusi mümkünlük şərtinə iş üzrə əməl olunduğu üçün mümkün sayılmalı idi. Belə ki, iddianın mümkün sayılma ması barədə qərardadlar qəbul edən hər iki instansiya məhkəməsinin aktlarından müəyyən edilir ki, həmin məhkəmələr qeyd olunan qənaətə gələrkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, həmin halları İPM-in 38.4-cü və “Mediasiya haqqında” Qanunun 35-ci maddələrinin tələbləri baxımından təhlil etməmiş, hətta iddianın xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə saat 17:17-də EMİS-ə yükləndiyinə də diqqət etməmiş, bu səbəbdən də yekunda səhv nəticəyə gəlmişlər.

40. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətinin müddətlə bağlı dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.

41. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insa n və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arq umentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X1rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).

42. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yarat maqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

43. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

44. Bu kontekstdə, işə birinci instansiya məhkə məsində mahiyyəti üzrə baxılarkən hazırkı Qərarda (§35-39) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, eyni zamanda: 1) Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı (§15) ilə müxtəlif idarə və təşkilatların, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında hazırkı iş üzrə cavabdehin (Cavabdeh PHŞ) yaradılmasının, habelə sonuncunun, avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, bu sahədə Azərbaycan Respublik asının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxs olmasının, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əmlakının cavabdehin balansına keçməsinin, eləcə də cavabdehin dövlət qeydiyyatına alındığını təsdiq edən Publik hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********897500 nömrəli çıxarışda onun 11 oktyabr 2021-ci il tarixli Fərmanda (§15) sadalanan idarə və təşkilatların hüquqi varisi olmasının göstərilməsinin Cavabdeh PHŞ-nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olub-olmamasına dəlalət edib-etmədiyinə; 2) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əvvəllər malik olduğu hüquq, vəzifə və funksiyaların (fəaliyyət istiqamətlərinin) hazırda Cavabdeh PHŞ tərəfind ən həyata keçirilib-keçirilmədiyinə; 3) Azərbaycan Respublikası Prezidentinin 2011ci il 1 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın (§16) 2-ci bəndi ilə nəzərdə tutulan analoji vakant vəzifəyə təyin edilmədə üstün hüquqların ləğv edilən dövlət orqanının bazasında publik hüquqi şəxs yaradılan hallara da şamil olub-olunmadığına, hüquqi qiymət verilməlidir.

45. Hazırkı inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ba kı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-3514/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayəti təmin edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar