Məhkəmə qərarları › İş №2-1(102)-626/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-626/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-626/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iş üzrə Açar söz: (2010-cu ildən sonra təyin olunmuş pensiyanın orta aylıq əmək haqqına əsasən hesablanmasının yolverilməzliyi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı və vəkili, cavabdehin vəkili iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiyanın məbləğində hal-hazıradək yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1961-ci il təvəllüdlü iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 01.06.2016-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya 2013-cü ilin fevral ayından pensiya təyin edilmişdir. İddiaçı pensiyasının qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş və Statistika Komitəsinin müəyyən etdiyi norma üzrə hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 14 fevral 2019-cu il tarixli, ******** saylı məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə 01.01.2010cu il tarixdən dəyişiklik edilməsinı əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının 1976-1979cu illərdə X SSRİ-nin Qafan rayonunda X 21-də tokar vəzifəsində, 1982-1983-cü illərdə Qafanda mədəndə təcrübəçi işləməyi, 1983-1984-cü illərdə 4-cü dərəcə qazmaçı, 1988-ci il tarixədək 6-cı dərəcə qazmaçı vəzifəsində işləməyini və 1988-ci ildə məlum hadisələrlə bağlı X SSRİ-dən öz dədə baba torpaqlarından məcburi şəkildə qeyri qanunu olaraq qovulmağını nəzərə alaraq X SSRİ-nin Qafan rayonunda mədəndə işlədiyi dövrləri Dövlət Statiska Komitəsinin 2007-ci ildən hər il üçün təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq işçilərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələbləri rəhbər tutulmaqla, yenidən hesablanması və pensiyanın məbləğində hal-hazıradək yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-722/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qəra rdan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-722/2019 saylı, 30 may 2019cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.02-ci maddəsi 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq qanundan çıxarılmışdır. Qanundan da göründüyü kimi, pensiya hesabatı zamanı 01.01.2006-cı ilədək təqdim olunmuş heç bir əmək haqqından pensiya hesablana bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi idarə X ərazisində yerləşdiyindən məlum səbəblərə görə orta aylıq əmək haqqı barədə sənədlərin onun tərəfindən təqdim edilməməsi onun təqsiri kimi qiymətləndirilə bilməz və onun konstitusion hüququnun pozulmasına səbəb ola bilməz. Bundan əlavə, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Kassator İPM-nin 33.1, 33.2, 68, 73.1, 91, 96.5-ci maddələrinə istinad e dərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edi r. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.1961-ci il təvəllüdlü iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 01.06.2016-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya 2013-cü ilin fevral ayından pensiya təyin edilmişdir. Qeyd olunan bu hallar işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İddiaçının hazırkı iş üzrə tələbi X SSRİ-nin Qafan rayonunda mədəndə işlədiyi dövrləri Dövlət Statiska Komitəsinin 2007-ci ildən hər il üçün təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq işçilərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələbləri rəhbər tutulmaqla, yenidən hesablanması və pensiyanın məbləğ ində hal-hazıradək yaranmış məbləğ fərqinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsidir. Məhkəmə kollegiyası bununla bağlı əlaqədar qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2006-cı il tarixdə qüvvəyə minməklə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əmək pensiyalarının hesablanmasının yeni qaydaları müəyyən edilmiş, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27.10.2009-cu il tarixli 904-IIIQD saylı Qanunu (01.01.2010-cu il tarixdə qüvvəyə minmişdir) ilə əmək haqqına istinad olunmaqla pensiyanın hesablanmasına dair norma ləğv edilmiş, əmək pensiyasının sosial sığorta haqları əsasında hesablanması qaydası müə yyən edilmişdir. Başqa sözlə, pensiya hüququ 01.01.2010-cu il tarixdən sonra yaranan şəxslərin pensiyasının orta aylıq əmək haqqına istinad edilməsi ilə hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.02-ci maddəsi 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq qanundan çıxarıldığından iddia tələbi əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)567/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar