Məhkəmə qərarları › İş №2-1(102)-626/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-626/2021

21.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-626/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı «qərarların surətlərinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli 2-1(103)-1370/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasında cəza çəkərkən, həbsxana müdiriyyətinin qərarları əsasında barəsində tənbeh tədbirləri tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, saxlanıldığı həbsxanada onun barəsində həbsxana rəisləri tərəfindən 200 4-cü il tarixdən 2019-cu il tarixə qədər qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ədliyyə Nazirliyi Kollegiyasının 30.06.2015-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Pentensiar müəssisələrində həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat işinin təşkilinə dair” təlimata əsasən şəxsi iş məxfi hesab edildiyindən orada toplanmış sənədlərin məhkuma təqdim edilməsi məqsədə müvafiq hesab olunmur. Qeyd olunan Təlimatın tələblərinə əsasən məhkum İddiaçı şəxsi işindəki bəzi sənədlərlə ona xidməti otaqda oxunması yolu ilə tanış edilə bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.12.2011 -ci il tarixli, 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”nda məhkum barəsində tənbeh tədbiri tətbiq edilən zaman həmin qərarın məhkuma elan edilməsi nəzərdə tutulduğundan məhkumun qərarla tanış olmasına şərait yaradılır.

4. Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli 2-1(112)-3279/2020 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddia tələbi mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətləri ilə iddiaçının subyektiv hüququ pozulmamışdır.

6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli 21(103)-1370/2020 nömrəli qərardadı ilə (hakimlər M.Tagızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və V.Ağayev) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmələr bu nəticəyə gələrkən səhv etmiş və bununla da həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən cavab dehin etirazında göstərdiyi fikirlərinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2011ci il tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X1 24.1-ci bəndinə istinad etmişdir. Cavabdeh öz etirazında bildirir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 30.06.2015-ci il tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Penitensiar müəssisələrində həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat işinin təşkilinə dair Təlimat”a əsasən şəxsi iş məxfi hesab edildiyindən orada toplanmış sənədlərin məhkuma təqdim edilməsi məqsədəmüvafiq hesab olunmur və qeyd olunan “Təlimafın tələblərinə əsasən məhkum İddiaçı şəxsi işindəki bəzi sənədlərlə ona xidməti otaqda oxunması yolu ilə tanış edilə bilər.

11. Ancaq bu belə deyildir. Ə gər sənəd, o cümlədən şəxsi iş məxfidirsə, bu halda qanun, qaydalar və ya təlimat imperativ qaydada həmin sənəd, o cümlədən də şəxsi işlə tanış olmağı qadağan edir və eyni zamanda məxfi sənəd, o cümlədən şəxsi işlə tanış olmaq hüququ olan vəzifəli şəxslərin dairəsini müəyyən edir. Cavabdeh öz məqsədinə çatmaq və məhkəməni yanlış yola yönləndirmək üçün öz etirazında qanunun tələblərini təhrif edilmiş formada özündən uyduraraq demişdir və ona görə də, Təlimatın hansı bəndinin bu məsələni tənzimlədiyini göstərməmişdir.

12. Əslində göstərilən məsələni tənzimləyən Təlimatın 5.26-cı bəndinin tələbi belədir: “Qeydiyyat qurumunun rəhbəri məhkuma şəxsi işindəki hökmlərin və qərarların məzmunu, eləcə də xasiyyətnamə, barəsində tərtib olunmuş mülahizə və digər sənədlərlə (özümün qeydi: o cümlədən məh kum barəsində tənbeh tədbirlərinin tətbiq edilməsi barədə olan qərar və əmrlərlə) tanış olmağa şərait yaradır. Məhkumun bu sənədlərlə tanış edilməsi xidməti otaqda həmin sənədlərin məhkuma oxunması və ya surətinin verilməsi yolu ilə həyata keçirilir. Bu barədə həmin sənədlərdə müvafiq qeydlər edilir”.

13. Bundan başqa “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə görə qadağan olunmuş əşyaların siyahısı, tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilən əşyaların, malların və ərzaq məhsullarının siyahısı, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyaların həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasın məhv edildiyi hallar da X2 ilə müəyyən olunur”.

14. Cavabdeh daha sonra etirazında əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”nda məhkum barəsində tənbeh tədbiri tətbiq edilən zaman həmin qərarın məhkuma elan edilməsi nəzərdə tutulduğundan məhkumun qərarla tanış olmasına şərait yaradılır.

15. Ancaq məhkum İddiaçı ilk əvvəldən öz iddia ərizəsində göstərir ki, həbsxanada saxlanıldığı 16 il ərzində barəsində dəfələrlə ona tənbeh tədbirləri tətbiq edilmiş, ancaq bu tənbeh tədbirlərinin tətbiq edilməsi barədə olan əmr və qəbul edilmiş qərarlar ona təqdim edilməmişdir. Halbuki bu əmr və qərarlar ona tanış olmaq üçün təqdim edilməli və o da bu sənədlərlə tanış olması barədə həmin sənədlərdə imza etməli idi. Bundan başqa, ona bu sənədlər təqdim edilərkən şikayət vermək hüququ izah edilməli idi. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10.2.7-1-ci maddəsinə görə cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək hüquqları vardır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərərk, şikayətin təmin olunmasını xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasın a gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi Maddə

109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası 109.1. Tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir. 109.2. Tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər. Bu Məcəllənin 109.2-1-ci maddəsinə əsasən tənbeh tədbir inin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır. 109.2-1. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. Cəzaçəkmə müəssisələrinin X2 Həvəsləndirmə və tənbeh tədbirləri və onların tətbiqi qaydası Həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər

258. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulan həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna cəzaçəkmə müəssisələrinin rəisləri və ya onlar ı əvəz edən şəxslər malikdirlər. Həvəsləndirmə və tənbeh tədbirlərinin qeydiyyatı qaydası

259. Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya müvafiq olaraq, həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi cəzaçəkmə müəssisəsi rəisinin və ya onu əvəz edən şəxsin qərarları (əlavə 32, 33) və ya əmrləri ilə rəsmiləşdirilir. Qərarlar və əmrlərdən çıxarışlar məhkumların şəxsi işlərinə əlavə edilir.

260. Həvəsləndirmə və tənbeh tədbirlərinin fərdi qeydiyyatını dəstə rəisləri (baş tərbiyəçilər, tərbiyə işi üzrə baş təlimatçılar) aparırlar. Dəstələr (bölmələr) və cəzaçəkmə müəssisələri üzrə həvəsləndirmə və tənbeh tədbirlərinin ümumi qeydiyyatı cəzaçəkmə müəssisələri rəislərinin islah işləri və sosial müdafiə üzrə müavinləri tərəfindən aparılır.

265. Tənbeh tədbiri qismində cərimə (intizam) təcridxanasına keçirilmə barədə qərar məhkuma cəzaçəkmə müəssisəsinin rəisi və ya onu əvəz edən şəxs, yaxud onun tapşırığı ilə müəssisənin digər əməkdaşı tərəfindən elan edilir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

18. Apel yasiya instansiya məhkəməsi qərarında iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, qanunvericilliklə, cəzaçəkmə müəsssisəsi daxilində məhkuma tətbiq edilən xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin məhkuma verilməsi vəzifəsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddiçının tələb etdiyi sənədləri təqdim etməməsi ilə iddiaçının subyektiv hüququnun pozulması baş verməmişdir.

19. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsipləri, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Cəzaların İcrası qanunvericiliyinin tələblərinə müvafiq müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilmə mexanizmi isə “Cəzaçəkmə müəssisələrinin X2” ilə müəyyənləşdirir.

20. Həmin aktların baxılan mübahisəyə aid hesab edilən yuxarıda qeyd olunmuş normaları, cəzaçəkmə müəssisələrinin rəisləri və ya onları əvəz edən şəxslərə tənbeh tədbirlərinin tətbiqi barədə bilavasitə qərarın məhkuma təqdim olunması vəzifəsini müəyyən etmir.

21. Eyni zaman da məhbusların hüquqları ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərdə - “Məhbuslarla rəftarın Əsas Prinsipləri”, “Məhbuslarla rəftarın minimal Standart qaydaları” və “Avropa Penitensiar qaydaları”nda da bu cür öhdəlik müəyyən olunmamışdır.

22. Məhbusun saxlandığı şəraitin spesifikliyi baxımından bu cür qərarın ona rəsmən elan olunması və qərarın və ya ondan çıxarışın şəxsi işlərinə əlavə edilməsi qaydası müəyyən olunmuşdur. Məhkumun şəxsi işi ilə tanış olmaq hüququ vardır. Baxılan işdən görünür ki, iddiaçıya barəsində olan qərar elan olunmuş, lakin bu barədə imza etməkdən imtina etdiyinə görə həbsxana əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Qərarda məhbusun qərardan şikayət vermə hüququ və qaydası da əksini tapmışdır. Məhbusun şəxsi işi ilə tanış olmaq üçün müraciət etməsi və həbsxa na müdiriyyətinin bundan imtina etməsi iş materialları ilə müəyyən edilmir.

23. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

24. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetm ə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

25. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

26. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olara q məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

27. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərd ən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. İddiaçının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna istinadən irəli sürdüyü dəlillər əsassızdır. Çünki həmin qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin qanunun məqsədləri üçün həbs yerləri dedikdə, tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı müvəqqəti saxlama yerləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtları və istintaq təcridxanaları nəzərdə tutulur (Qanunun giriş hissəsi və 4-cü maddəsi).

29. İddiaçının saxlandığı yer həbsxana olduna görə, hazırki mübahisənin həllinə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun müddəaları tətbiq edilə bilməz. 30.Həmçinin iddiaçının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 30.06.2015-ci il tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Penitensiar müəssisələrində həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat işinin təşkilinə dair Təlimat”a istinadı da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir. Çünki bu Təlimat, həbs edilmiş şəxslərin və məhkumların qəbulu, saxlanılması ilə bağlı sənədlərin tərtibi, uçotu, bir yerdən başqa yerə göndərilməsi, azad olunması, məhkəmələrin hökmlərinin və qərarlarının icrası üzrə istintaq təcridxanalarının və cəzaçəkmə qeydiyyat qurumlarının fəaliyyətini tənzimləyir. Bundan başqa, iddiaçının şəxsi işi ilə tanış olma hüququnun təmin edilməməsi barədə hər hansı dəlil irəli sürülməmişdir.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2020-ci il tarixli 2-1(103)-1370/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar