Məhkəmə qərarları › İş №2-1(102)-626/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-626/2022

22.04.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-626/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-626/2022) (Açar sözlər: əlilliyi olan şəxsin mənzillə təmin edilməsi; adambaşına düşən uçot norması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlavə bir otaqlı mənzil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021ci il tarixli 2-1(103)-2667/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********; Fin: xxxxxxx) 7 avqust 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı, 28 yanvar 2010-cu il tarixdən müddətsiz İİ qrup əlildir.

3. Nizami Rayon İcra Hakimiyyəti başçısının 369 nömrəli 28 iyun 2000-ci il tarixli sərəncamına əsasən, iddiaçı 4 nəfər ailə tərkibi ilə mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə alınmışdır.

4. İddiaçı 24 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, N izami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada iki otaqlı mənzillə təmin edilmişdir.

5. İddiaçı ona verilmiş mənzilin otaqlarının sayının az olması, qanunvericiliklə ona düşəcək otaq sayının 2 deyil, 3 olması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə 11 mart 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçı mənzillə təmin olunmuşdur və mənzillərin imtiyazlı şəxslər arasında bölgüsü püşk atma ilə həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat

6. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “bir otaqlı mənzil verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 28 iyun 2000-ci il tarixdən mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində ev növbəsinə alınmışdır. 2005-ci ildə maddi vəziyyəti ağır olduğundan, arvadı X1 adına olan Nizami rayonu, Nəsimi küçəsi, 22 saylı evin 27 kv.m. ölçüsü olan 2 saylı mənzili satmış və ailəsi ilə birlikdə kirayədə qalmalı olmuşdur. 24 dekabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəlləsində yerləşən şəhid ailələri və Qarabağ əlillərinə ölkə başçısının iştirakı ilə mənzillər paylanmış, 26 dekabr 2019-cu il tarixdə ona həmin ünvanda iki otaqlı ev verilmişdir. Onun ailəsi 4 nəfərdən ibarətdir: özü, arvadı, 1991-ci il təvəllüdlü qızı Telli Süleymanova və 1989-cu il təvəllüdlü oğlu Sənan Süleym anov. İki otaqlı evə razı olmadığı üçün bununla bağlı müraciət etmişdir. Fevral ayına qədər qeyd olunan mənzilə köçməmişdir. Bakı şəhəri Nizami RİH Maliyyə şöbəsinin rəisi onunla telefon əlaqəsi saxlayaraq mənzillə təmin olunduğundan, hər ay verilən kirayə pulunun dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, məcbur qalıb yeni mənzilə köçmüşdür. Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun ev məsələləri üzrə şöbəsinin rəhbərinin qəbuluna yazılmışdır. 10 yanvar 2020-ci ildə şöbənin əməkdaşları onu qəbul etmişlər. Ona məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. Lakin indiyədək heç bir məlumat verilməmişdir. O, ƏƏSMN nazirinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, ƏƏSM Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq mənzillə təmin olunmuşdur. Mənzillər nö vbəlilik əsasında paylanmalıdır. Lakin ondan sonra 2004-cü ildən növbədə olan digər şəxs evi ola-ola üç otaqlı ev almışdır. Ona 2018-ci il Lökbatan qəsəbəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən üç otaqlı mənzil təklif olunmuşdur. Lakin indi ona iki otaqlı mənzil verilmişdir. Mənzil Məcəlləsinin 56.1 və 57.1-ci maddələrinin məzmununa görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duran vətəndaşlara yaşayış sahələri növbəlilik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Cavabdeh tərəfindən isə göstərilən normaların tələbləri pozulmuşdur.

8. Cavabdeh iddia tələbinə etiraz e dərək bildirmişdir ki, Azərbaycan Respublikasında əlil və şəhid ailələrinin mənzillə təmin edilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə dair sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətlərində mövcud olan siyahı əsasında mənzillərin paylanılması həyata keçirilir. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m. müəyyən edilmişdir. İddiaçıya da göstərilən şərtlərə uyğun ev verilmişdir. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarında da qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

9. Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli 2-1(112)-4266/2020 nömrəli qərardadına əsasən (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından iddia mümkün sayıla bilməz.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli 2-1(103)-1831/2020 nömrəli qərardadına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Elmira Nağıyeva və Xəyalə Cəmilova) Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli 2-1(112)-4266/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə müraciətlər etdiyi, cavabdehin bu müraciətlərin icrasında imtina etdiyi və iddiaçının iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etdiyi tarixlərdə əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək Fondun vəzifələrinə aid idi. Lakin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 nömrəli Fərmanının 1 iyul 2020-ci il tarixində qüvvəyə minməsi ilə, yəni iddia məhkəmənin icraatında olduğu dövrdə, sözügedən səlahiyyətlər Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə daxil edilmişdir ki, bu məsələlərə qərardadda hüquqi qiymət verilməmişdir. Bundan əlavə, “iddiaçının... hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin öz təsdiqini tapmaması” iddianın mümkünlüyü ilə yox, mahiyyəti ilə bağlı məsələdir. c. Birinci instansiya məhkəməsində ikinci icraat

14. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli 2-1(112)-3966/2021 nömrəli qərarına əsasən (hakim Orxan Həsənov) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə qeyd et mişdir ki, iddiaçıya verilmiş mənzilin ümumi sahəsi təxminən 83 kv.metrdən bir qədər artıqdır. İddiaçı 28 iyun 2000-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınmışdır ki, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur. Belə olan halda, iddiaçıya təqdim edilmiş mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından artıqdır. Göründüyü kimi, ailə tərkibi 4 nəfərdən ibarət olaraq qeydiyyata alınmış və normaya uyğun yaşayış sahəsi ilə təmin olunmuş iddiaçıya 2 otaqlı mənzilin verilməsi qanuni olmuşdur.

16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək yeni qərar çıxarılmasını xahiş edilmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Həmid Həmidov) 1 dekabr 2021-ci il tarixli, 21(103)-2667/2021 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli 2-1(112)-3966/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 1.1-ci maddəsində “vətəndaşların mənzil hüquqların ın həyata keçirilməsinə şərait yaradılması” və “mənzil münasibətlərində bərabərliyin tanınması” kimi hüquqi göstərişlər vardır. Lakin iddiaçının qanuni tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. İddiaçının dörd nəfərdən ibarət ailə üzvü olduğu halda, onun iki otaqdan başqa, əlavə olaraq bir otaq da verilməsi tələbi təmin edilməsə də, belə anoloji hallar zamanı qəbul edilən qərarla hüquq bərabərliyi pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 12 noyabr 2021-ci il tarixli, 2-1(103)2510/2021 nömrəli qərarla analoji işlə bağlı tələbi təmin etmişdir. Hazırkı işə baxan məhkəmə isə Mənzil Məcəlləsinin 4.0.2, 50.1, 50.1.2, 56.1, 57-ci maddələrini işin hallarına düzgün tətbiq etməyərək iddiaçının mənzillə təmin olunma hüququnu, eləcə də İnzibati Prosessual Məcəllənin 14.3, 52, 68.2-ci maddələrində göstərilən prosessual tələbləri pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

23. Mənzil Məcəlləsi Maddə

48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə

49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-) 51.4. Uçota alınma haqqında ə rizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. (-) Maddə

52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

24. Azərbaycan Respublikası Na zirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27.11.2019-cu il tarixli, 459 nömrəli qərarı (-) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

25. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşin hallarından məlumdur ki, iddiaçıya 24 dekabr 2019-cu il tarixdə iki otaqlı mənzil verilmişdir. İddiaçının hazırkı tələbi ona bir otaqlı mənzil verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun sahəsi 84,17 m2 olan iki otaqlı mənzillə təmin edilməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmiş, məhkəmələr isə iddia tələbini təmin etməmişdir.

30. Hazırkı qərarın 22-24-cü bəndlərində sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı 22 iyun 2000-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 84,17 m2 olmaqla 2 otaqdan ibarətdir. Göründüyü kimi, iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından (16 m2) artıqdır.

32. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddi açı ona cavabdeh tərəfindən əlavə olaraq bir otaqlı mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən uçot normasının (16 m2) nəzərə alındığı, bu səbəbdən də sahəsi 84,17 m2 olan 2 otaqlı mənzilin verildiyi, əlavə olaraq birotaqlı mənzilin də verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir.

33. Kassasiya şikayətində iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 12 noyabr 2021-ci il tarixli, 2-1(103)2510/2021 nömrəli qərarı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin iş üzrə iddiaçı X4 ona daha bir otaqlı mənzilin verilməsi vəzifə sinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi X2 ona birotaqlı mənzil verilməsi ilə bağlı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə öhdəlik qoymuşdur.

34. Göründüyü kimi, həmin inzibati iş üzrə də iddiaçının tələbi tam təmin edilməmiş, bununla bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur.

35. Belə olan halda, hazırkı iş üzrə İddiaçı tələbinin təmin edilməməsi onun bərabərlik hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində istinad edilən oxşar iş üzrə məhkəmənin hüquqi mövqeyi hazırkı iş üzrə qəbul edilmiş qərarla ziddiyyət təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

36. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2-1(103)2667/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 21(103)-2667/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar