Məhkəmə qərarları › İş №2-1(102)-626/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-626/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-626/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “ Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının xx.xx.2002-ci il tarixli 06 nömrəli protokolundan çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 372 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 21(103)-2893/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının xx.xx.2002-ci il tarixli 06 nömrəli protokolu ilə X1 yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, 7a nömrəli özbaşına tikilmiş evə qeydiyyata alınması və qeydiyyat vəsiq əsinin verilməsi qərara alınmış və protokoldan çıxarış Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 372 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

2. Bakı şəhəri, ünvan 2nda yerləşən fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci ildə qeydiyyata alınmış və adına MA seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır.

3. Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 14-18/15 nömrəli məktubu ilə müəyyən olunur ki, ünvan 1 ünvanı ilə ünvan 2 tam fərqli ünvanlardır və üst-üstə düşmür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının xx.xx.2002-ci il tarixli 06 nömrəli protokolundan çıxarışın və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 372 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Həmin evin sənədləri, yəni ev kitabı və layihəsi ilə çıxarış almaq istədikdə məlum olmuşdur ki, mübahisə predmeti olan sənədlər əsasında başqa şəxsin adına çıxarış verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) xx.xx.2022-ci il tarixli 2-1(112)12343/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hak im: H.A.Ağalarov) xx.xx.2023-cü il tarixli 2-1(112)2454/2023 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adı cəlbetmə qaydasında cəlb edilmişdir.

8. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 17 may 2023-cü il tarixli, 21(112)-2454/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qeydiyyatda olduğu və yaşadığı evə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıldığı barədə iddia irəli sürərək, buna əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirir. İ lk növbədə qeyd olunmalıdır ki, iddiaçının qeydiyyatda olmaqla yaşadığı evin üçüncü şəxsin adına qeydiyyatı aparılmış ev olması öz təsdiqini tapmır. Belə ki, iddiaçının istinad etdiyi ev kitabında və Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsində evin ünvanı kimi “Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti (küçəsi) 3” göstərilsə də, üçüncü şəxsin adına olan sənədlərdə, o cümlədən çıxarışda ev ünvanı “ünvan 6, ev 7A (Azadlıq prospekti 7A)” göstərilmişdir. Bundan əlavə, iddiaçının yaşadığı evə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə imtina verilsə də, həmin evə dair başqa şəxsin (X1) adına reyestrdə qeydiyyatın aparıldığına istinad edilməmişdir. Məktubda göstərilmişdir ki, fərdi yaşayış ev inin yerləşdiyi torpaq sahəsi Binəqədi RİH-in sərəncam ilə "xxxx" MMC-yə ayrılmış ərazidə (çoxmərtəbəli yaşayış binasının həyətində) yerləşir və tikililərin yerləşdiyi torpaq sahəsinə digər fiziki şəxsin adına kadastr planının elektron məlumatı mövcuddur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı nə özünün qeydiyyatda olmaqla yaşadığı, nə də üçüncü şəxsin mülkiyyətində olan əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə və ya tikiliyə dair hüquqmüəyyənedici sənəd qismində çıxış etməyən ev kitabına əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gə lmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2893/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(112)-2454/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərə k, qərardadın ləğv edilməsi və iddianın icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələr yalnız iddia ərizəsinə əlavə edilmiş formal sənədlərə formal hüquqi qiymət verməklə kifayətlənmiş, həmin sənədlərə ətraflı diqqət yetirməmiş və mübahisənin düzgün həlli üçün bütün faktiki halları araşdırmamışlar. Cavabdeh tərəfindən təqdim edilmiş məlumatların doğruluğu şübhə altındadır və reallığı əks etdirmir. Məhkəmə ünvanların üst-üstə düşməməsi barədə qənaətə gəlmək üçün yalnız icra nümayəndəsinin məktubu ilə kifayətlənmiş, həmin məlumatın doğruluğu ilə bağlı əlavə sorğular göndərməmiş, beləliklə də işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bə lədiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazı lı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaql a onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə mün asibətdə əvvəla onu qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin möv cudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmə nin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

27. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Rəsu lzadə qəsəbəsi, Azadlıq prospekti (küçəsi) 3” ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin evin hazırda mübahisələndirdiyi protokoldan çıxarış və sərəncam əsasında üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirir.

28. Buna baxmayaraq iş materialları ilə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı ev Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 1-ci döngə, ev 7A (Azadlıq prospekti 7A) ünvanında yerləşir.

29. Eyni zamanda, Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 14-18/15 nömrəli məktubu ilə müəyyən olunur ki, ünvan 1 ünvanı iddiaçın evinin ünvanı) ilə ünvan 9nı tam fərqli ünvanlardır və üst-üstə düşmür.

30. Göründüyü kimi, iddiaçının qeydiyyatda olduğu fərdi yaşayış evinin yerləşdiyi ünvanla, üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ünvanlar fərqlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv edilməsini tələb etdiyi inzibati aktları mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, hazırkı iş üzrə həmin inzibati aktların qəbulu nəticəsində iddiaçının hər hansı hüquqlarının pozulması halı öz təsdiqini tapmır. İddianın mümkünlük şərti ödənilmədiyindən iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikay ət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2893/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar