Məhkəmə qərarları › İş №2-1(102)-627/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-627/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-627/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-627/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)1976/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx 2007-ci il tarixdə "xxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 50 b ünvanında yerləşən 1 girişli binanın 13-cü mərtəbəsində ümumi sahəsi 97.62 kv.m olan 58 saylı mənzilə dair müqavilə bağlayaraq həmin mənzilin dəyərini tam ödəyərək maliyyə arayışı aldığını, uzun müddət həmin yaşayış sahəsindən istifadə etdiyini, xxx 2018-ci il tarixdə cavabdehə müraciət edərək, halhazırda yaşadığı və qeydiyyatda olduğu mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata dair çıxarışın verilməsini xahiş etdiyini, sonuncu, xxx 2018-ci il tarixli məktubla ünvan 2 ünvanında yerləşən mənzillərin üzərinə qadağa qoyulması haqqında Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-6055/2012 saylı, xxx 2012-ci il tarixli icra vərəqinin İdarəyə daxil olduğuna, həmin mənzilin “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyinə və mənzilə d air sənədlərin MMC tərəfindən təsdiq edildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, Binəqədi Rayon Məhkəməsinin 2(001)-585/2013 saylı xxx 2013-cü il tarixli iddianın təmin tədbirinin ləğv olunmasına dair qərardadla mənzilin üzərindən həbsin götürüldüyünü bildirərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 50 b ünvanda yerləşən 1 girişli binanın, 13-cü mərtəbəsində ümumi sahəsi 97,62 kv.m olan 58 saylı mənzilə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)2126/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 50 b ünvanında yerləşən 1 girişli yaşayış binasının, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 97.62 kv.m olan 58 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1976/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin аpellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq mənzilə dair çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə xxxx 2018-ci il tarixdə poçt vasitəsilə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq mənzil “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləş ir və mənzilə dair sənədlər mənzil tikinti kooperativi tərəfindən deyil, “xxxx” MMC tərəfindən təsdiqlənmiş, “xxxx” MMC-nin mənzil-tikinti kooperativinə keçməsi barədə hər hansı sənəd təqdim edilmədiyindən, müvafiq mənzil əvvəlcə “xxxx” MMC-nin adına ilkin qeydiyyata alınmalı, yalnız bundan sonra MMC ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmalıdır, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-6055/2012 saylı, xxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzillərin üzərinə qadağa qoyulmuş, lakin müvafiq qadağanın götürülməsi barədə hər hansı yekun məhkəmə qərarı İdarəyə daxil olmadığından, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1ci, Azərbayc an Respublikası Mənzil Məcəlləsinin 113.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018- ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1976/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MTK təsisçilərinin ümumi iclasının xxxx 2017-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı MTK-ya üzv qəbul edilmiş və MTK-nın Bakı şəhəri, Mətbuat pro spekti 50 b ünvanında yerləşən 1 girişli binasının 13-cü mərtəbəsində, ümumi sahəsi 97.62 kv.m olan 58 saylı mənzilinin payçısı olması təsdiq edilmiş,«xxxx» MMC-nin xxxx 2017ci il tarixli maliyyə arayışına görə həmin mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur, yaşayış binası xxxx 2011-ci ildə müvafiq aktla istismara qəbul edilmiş, iddiaçı, həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ünvan 2 ünvanında yerləşən mənzillərin üzərinə qadağa qoyulması haqqında Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-6055/2012 saylı, xxxx 2012-ci il tarixli icra vərəqəsinin İdarəyə daxil olduğuna, mənzilin “x xxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyinə və mənzilə dair sənədlərin “xxxx” MMC tərəfindən təsdiq edildiyinə, həmin qadağa götürüldükdən və yaşayış binasına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqları reyestrdən qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notariat təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə onun mülkiyyət hüquqlarının qeydiyyatının aparıla bildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı yaşayış sahəsinin dəyərini tam ödədiyindən, dəyərini ödəmiş olduğu yaşayış sahəsi üzərində sərəncam hüququnun yaranma əsası olan daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldırmaq hüququ vardır, lakin cavab deh tərəfindən hərəkətsizliklə ifadə olunan imtina nəticəsində iddiaçının göstərilən yaşayış sahəsi üzərində sərəncam hüququnun qeydə alınmasından imtina edilmiş, eyni zamanda cavabdeh inzibati orqanın istinad etdiyi həbs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8916/2017 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” MMC-nin və “xxxx” MMC-nin nümayəndələri tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2012-ci il tarixli qərardadı ilə görülmüş, ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binanın, ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli binanın, Bakı şəhəri, H.ünvan 8ən çoxmərtəbəli binanın cavabdehlərə məxsus hissəsinin üzərində sərəncam verilməsinin qadağan edilməsi, “xxxx” MMC-yə və “xxxx” MMC-yə məxsus tamamlanmış və istehsal fəaliyyətinə mane olmayan maliyyə sənədlərinin üzərinə həbs qoyulması” məzmunlu iddianı təmin tədbirləri ləğv olunmuş, həmin qərardad qüvvədədir və “xxxx” MMC-yə məxsus mənzillərə dair reyestrdə qeydiyyatın aparılması, dəyişdirilməsinə və s. heç bir maneə, qadağa mövcud deyildir, həmçinin iddiaçı vicdanlı alıcı kimi “xxxx” MMC tərəfindən mənzil payçısı kimi tanınmış və o, mənzilə dair pay haqqını tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmiş, MMC tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş mənzilin özgəninkiləşdirilmə qaydalarına əməl edilməməsi iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzilə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz, beləliklə, cavabdeh, imtinanın qanunvericiliklə nəzərdə tutulmuş konkret əsaslarının heç birinə istinad etmədən iddiaçının hüququnun qeyd iyyatından imtina etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1 -ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mən zil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi mü vafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti k ooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən hazırlanan çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsinə əsasən əvvəllər yaranmış hüquqlar qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması ba rədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin xxx 2018-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xxx 2012-ci il tarixli qərardadının ləğv edilərək, ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli binanın, ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli binanın, Bakı şəhəri, H.ünvan 8ən çoxmərtəbəli binanın cavabdehlərə məxsus hissəsinin üzərində sərəncam verilməsinin qadağan edilməsi, “xxxx” MMC-yə və “xxxx” MMC-yə məxsus tamamlanmış və istehsal fəaliyyətinə mane olmayan maliyyə sənədlərinin üzərinə həbs qoyulması” məzmunlu iddianın təmini tədbirlərinin ləğv olunduğunu, həmin qərardadın qüvvədə olduğunu və “xxxx” MMC-yə məxsus mənzillərə dair reyestrdə qeydiyyatın aparılması, dəyişdirilməsinə və s. heç bir maneə, qadağanın mövcud olmadığını, həmçinin iddiaçı vicdanlı alıcı kimi “xxxx” MMC tərəfindən mənzil payçısı kimi tanındığını və mənzilə dair pay haqqını tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etdiyini, beləliklə, cavabdeh orqanın əsassız olaraq çıxarış verilməsindən imtina etdiyini və onun imtinasının qanunvericiliyin müddəalarına uyğun olmadığını nəzərə alaraq kassasiya şik ayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1 və 113.1-ci maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı mübahisə hər hansı kooperativin yaradılması, yenidən təşkili və ləğvi ilə əlaqədar yaranmamış, iddiaçı qanuni əsaslarla əldə etdiyi və dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmiş çoxmənzilli binada əldə etdiyi yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq məqsədilə məhkəməyə müraciət etmiş və yaşayış sahəsini aldığı hüquqi şəxsin təşkilati hüquqi formasında baş vermiş dəyişikliklər isə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçı vicdanlı alıcı kimi “xxxx” MMC tərəfindən mənzil payçısı kimi tanınmış və o, mənzilə dair pay haqqını tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmiş, qanunvericiliklə bu cür müqavilələrin MTK ilə bağlanılmasının nəzərdə tutulması, MMC-nin belə bir hüququnun olmaması barədə cavabdehin dəlilləri əsassızdır, MMC tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş mənzilin özgəninkiləşdirilmə qaydalarına əməl edilməməsi iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzilə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməs i tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1976/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1976/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar