Məhkəmə qərarları › İş №2-1(102)-627/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-627/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-627/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beş uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadına yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 oktyabr tarixli 2-1(105)-387/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məh kəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1961-ci il 25 may tarixdə doğulmuş, 1985-ci il 1 mart tarixdə əmək fəaliyyətinə başlamış, həmin tarixdən 1987-ci il 1 may tarixədək və 1988-ci il 1 iyun tarixdən 2005-ci il 30 dekabr tarixədək x aptekdə işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2016-cı il 16 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının əmək kitabçasında qeyd olunan 1992-2005-ci illər ərzindəki məcburi dövlət sosial sığorta üzrə ödənişlərin aparılmadığı və 1992-ci il tarixədək qanunla tələb olunan 10 il sığorta stajının olmadığı göstərilmişdir. İddiaçı 2017-ci il 8 iyun tarixdə Sumqayıt İnziba ti-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1985-ci il 1 mart tarixdən 1987-ci il 1 may tarixədək və 1988-ci il 1 iyun tarixdən 2005-ci il 30 dekabr tarixədək x aptekdə sanitar vəzifəsində işlədiyi müddətin siğorta stajı kimi nəzərə alınması və yaşa görə hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1985-ci il 1 mart tarixdə əmək fəaliyyətinə başlamış, həmin tarixdən 1987-ci il 1 may tarixədək və 1988-ci il 1 iyun tarixdən 2005-ci il 30 dekabr tarixədək x aptekdə sanitar vəzifəsində işləmiş və işlədiyi dövrə dair qeydlər onun əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası K onstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 31.1 və 37.7-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdiyi tarixdə qüvvədə olmuş qanunun müddəalarına əsasən, beş uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlar azı 10 il siğorta stajına malik olduqda, onlara yaşa görə əmək pensiyası təyin edilir. İddiaçının sığorta stajı onun işlədiyi müəssisədən və ya həmin müəssisənin sənədlərinin təhvil verildiyi arxivdən onun iş stajı və aldığı əmək haqqı barədə arayışın təqdim olunduğu halda təsdiq oluna bilərdi. İddiaçının işlədiyi aptekin əmr kitablarının, əmək haqqı cədvəllərinin harada olması müəyyən olmamış, aptek tərəfindən məcburi dövlət sosial siğorta haqlarının ödənilib ödənilməməsinin araşdırılması, habelə iddiaçının sığorta stajının düzgünlüyünün qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 oktyabr tarixli 2-1(85)2613/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1985-ci il 1 mart tarixdən 1987ci il 1 may tarixədək və 1988-ci il 1 iyun tarixdən 2005-ci il 30 dekabr tarixədək Qonaqkənd kəndində 65 saylı aptekdə işlədiyi dövrün sosial siğorta stajı kimi nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının sosial siğorta stajına daxil olunmasını tələb etdiyi dövr üzrə sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına görə müəyyən edilir. İddia olunan dövr iddiaçının əmək kitabçasında öz əksini tapdığından və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən iddiaçının əmək kitabçası onun işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi üçün mötəbər sübut hesab olunmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(105)-103/2018 nömrəli qər arı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(102)-870/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,məhkəmələr tərəfindən i ddiaçının 1992-ci il 1 yanvar tarixdən 2005-ci il 30 dekabr tarixədək işlədiyi dövrə münasibətdə aptekin təşkilati-hüquqi forması müəyyən edilməli və bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə və Vergilər nazirliklərinə müvafiq sorğular göndərilməlidir. Eyni zamanda, həmin müəssisənin cavabdeh qurumda uçota durması və müvafiq olaraq “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulmuş qaydada hesabatların təqdim edilib-edilməməsi məsələləri araşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 oktyabr tarixli 2-1(105)-387/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının 1985-ci il 1 mart tarixdən 1987-ci il 1 may tarixədək və 1988-ci il 1 iyun tarixdən 2005-ci il 30 dekabr tarixədək xaptekdə sanitar vəzifəsində işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla ona 2016cı il 25 may tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi iş materialları ilə təsdiq olunur. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 27 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 13 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onl arın iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyi işin materialları ilə təsdiq olunur. Belə olduğu təqdirdə iddiaçının çoxuşaqlı ana kimi yaşa görə pensiya hüququ 55 yaşının tamam olduğu 2016-cı il 25 may tari xdə yaranmış olur. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı 1985-ci il 1 mart tarixdə x aptekdə sanitar vəzifəsinə qəbul edilmiş, 1987-ci il 1 may tarixədək həmin aptekdə işləmiş, 1988-ci il 1 iyun tarixdə yenidən həmin aptekə sanitar vəzifəsinə qəbul edilmiş, 2005-ci il 30 dekabr tarixədək həmin vəzifədə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçının 1985-ci il 1 mart tarixdən 1992-ci il 1 yanvar tarixədək işlədiyi dövr onun sığorta stajına daxil edilməlidir. Bu zaman iddiaçının hansı əmək haqqının alınması əhəmiyyətə malik deyildir və bu dövrə münasibətdə cavabdehin bildirdiyi dəlilin hüquqi əsası yoxdur. İddiaçının 1992-ci 1 yanvar tarixdən sonrakı dövrə münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, 1992-ci ildə qəbul edilmiş və iddiaçının 1993-cü il 1 yanvar tarixdən 2005-ci il 30 dekabr tarixədək əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Cavabdehin mübahisələndirdiyi iş dövrü iddiaçının əmək kitabçasının məlumatlarına əsasən təsdiq edilir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin nizamnaməsinə əsasən müəyyən etmişdir ki, Cəmiyyət 2010-cu il 01 dekabr tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. Nizamnamədən, həmçinin görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X4 təşkilat strukturuna daxil edilən müstəqil təsərrüfat subyektidir. Cəmiyyətin təs isçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 1998-ci il 6 mart tarixdə D-147 № ilə dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********; SUN **********1) qeydiyyata durmuş, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada hesabatlar təqdim etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durma sı, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının işlədiyi müəssisənin fəaliyyəti ilə bağlı məlumatların tam şəkildə saxlanılmaması iddiaçının məsuliyyəti kimi qiymətləndirilə bilməyəcəyi üçün, onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2019-cu il 21 oktyabr tarixli 2-1(105)-387/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar