Məhkəmə qərarları › İş №2-1(102)-627/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-627/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-627/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinın iştirakı ilə) iş üzrə QƏRARİ Açar sözlər: (öhdəliyin icrası) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin iştirakı ilə) müəssisəyə aid sənədlə rin surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1781/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi, İşin halları

1. İddiaçı “xxxx” MMC-nin təsisçisi X5 xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin iştirakı ilə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət ed ərək, “xxxx” MMC-nin 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə əlavə dəyər vergisi bəyannamələri və əlavələrinin, 2011-ci il üzrə və 2016-cı il və xx.xx.2017-ci ildə aparılmış səyyar vergi yoxlama Aktlarının surətlərinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, “xxxx” MMCnin balansından 7.579.767,36 manat xalis mənfəətin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan 2.525.509 manat dividendin və MMC-nin 2004-cü ilə qədər tək təsisçisi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirindən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividenddən 86.397 manat borc məbləğinin MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamələrdə və onlara əlavələrdə qanunsuz olaraq göstərilməməsi, 402.000 manat məbləğində əvəzləşdirilməli olan ƏDV-nin əvəzləşdirilməsindən yayınılması, ödəmə mənbəyindən tutulub dövlət büdcəsinə ödənilməli olan 757.000 manat X1 vergi dövlət büdcəsindən yayındırılması faktları üzrə hərəkətsizlyinə son qoyaraq həmin faktlar üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada etməli olduğun hərəkətlərin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 “xxxx” MMC-nin (bundan sonra – MMC) nizamnamə kapitalında 33,3% paya malik olmaqla qurumun üç təsisçisindən biridir. Digər təsisçilər X6 (33,3% payla) və X3r (33,3% payla). E.Vəlibəyov 2006-cı ildən müəssisənin idarəetməsindən adıçəkilən digər təsisçilər tərəfindən qanunsuz olaraq uzaqlaşdırılmışdır və müvafiq olaraq bütün bu illər ərzində müəssisəni n idarəetməsində faktiki olaraq iştirak edə bilməmişdir. Bu illər ərzində müəssisənin fəaliyyətini faktiki rəhbərlik həmin digər iki təsisçi tərəfindən həyata keçirilmiş və müəssisənin fəaliyyəti ilə bağlı ona bu illər ərzində digər iki təsisçi və müəssisənin icra orqanı tərəfindən məlumat verilməmişdir. xx xxxxxx 2015-ci il tarixli yazılı müraciətin əsasında 6 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi xx xxxxxx 2015-ci il tarixli məktubuna əlavə etməklə MMC-nin 6 saylı Ərazi Vergilər İdarəsində olan 2011 – 2014-cü il üzrə mənfəət vergisi və həmin illərin bütün rübləri və 2015-ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyində vergi bəyannamələrinin təsdiqlənmiş surətlərini ona təqdim etmişdir. Bundan sonra o, xx xxxxxx 2016-cı il tarixli ərizə ilə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək aşağıdakı sənədlərin surətlərinin təqdim olunmasını xahiş etmişdir: 2013 – 2015-ci illərin ƏDV bəyannamələri və əlavələri, 2015-ci ilin 4-cü rübü üzrə ÖMTV bəyannamələri və onun əlavələri, 2015-ci ilin mənfəət vergisi bəyannaməsi və əlavələri, 2011 – 2016-cı illər üzrə şəxsi hesab vərəqəsinin surətləri, 2011 – 2015-ci illər üzrə səyyar vergi yoxlaması aktlarının surətləri. İdarənin xx xxxxxx 2016-cı il tarixli məktubu ilə x xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək təqdim edilmiş bəyannamələrin, şəxsi hesab vərəqəsinin və vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması aktlarının surətləri E.Vəlibəyova təqdim olunmuşdur. 6 saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, MMC-nin fəaliyyətində çoxlu qanun pozuntularına yol verilmişdir. S ənədlərdən aydın göründüyü kimi, MMC-nin fəaliyyəti 2016-cı ilin sonlarında ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və zərurət olmadan dayandırılmış, bu zaman müəssisənin balansından böyük məbləğdə vəsait qanunsuz yolla silinmiş, MMC-nin fəaliyyətindən ona ödənilməli olan divident və MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirdən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan məbləğ mənimsənilmiş, əvəzləşdirilməli müvafiq məbləğdə ƏDV əvəzləşdirilməmiş, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli olan müvafiq vergi məbləği büdcədən yayındırılmışdır. 6 saylı Ərazi Vergilər İdarəsindən əldə olunmuş sənədlər tam olmadığından, o, həmin İdarəyə yenidən müraciət edərək 20112012-ci illər üzrə ƏDV bəyann amələrinin və əlavələrin, 2011 və 2016-cı illər üzrə səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim olunmasını xahiş etmişdir. Lakin ona İdarədən aşağıdakı məzmunda cavab məktubu ünvanlanmışdır: AR Vergi Məcəlləsinin 30.2-ci maddəsinə görə vergi ödəyicisinin bəyannamə məlumatları və səyyar vergi yoxlaması aktı kommersiya (vergi) sirri hesab olunur. Vergi Məcəlləsinin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Çağrı Mərkəzinə və ya 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət oluna bilər. Cavab məktubunu aldıqdan sonra məktubda göstərilənlərin qanunsuz olduğu, təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olmadığı, təsişçi olduğundan tələb olunan sənədlərin ona verilməli olduğu, habelə MMC-nin fəaliyyətinin ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və buna hər hansı zərurət olmadan dayandırılması, bu zaman müəssisənin balansından vəsaitin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan dividentin MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirin ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan borc məbləğinin mənimsənilməsi, ƏDV əvəzləşdirilməsindən yayındırma, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli məbləğdən ibarət vəsaitin dövlət büdcəsindən yayındırılması ilə bağlı Vergilər Nazirliyinə və onun struktur bölmələrinə dəfələrlə müraciətlər edərək baş vermiş qanun pozuntuları ilə bağlı qanu namüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin müraciətlərə verilən cavablarda Vergilər Nazirliyi və onun aidiyyəti struktur bölmələr tərəfindən eyni məzmunlu qanunsuz cavablar göndərilmiş, tələb olunan sənədlərin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmiş, müraciətdə qeyd olunan MMCnin fəaliyyətindəki qanun pozuntularına göz yumulmuş, bu qanun pozuntularının qarşısının alınması, dövlət büdcəsindən yayındırılmış məbləğlərin ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. Belə ki, 6 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş sonuncu – xx xxxxxx 2020-ci il tarixli məktubla ona aşağıdakı məzmunda cavab verilmişdir: MMCnin sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında müraciətlərin təsdiq olunmuş surətləri təqdim edilir. Bundan əvvəl 6 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuş eyni məzmunlu müraciətlərə baxılmış və nəticəsi barədə Baş İdarənin məktubu ilə cavab verilmişdir. Göründüyü kimi, cavabdeh və onun struktur bölmələri tərəfindən ona nizamnamə kapitalının 33,3% hissəsinin sahibi olduğu MMC-nin bundan əvvəl əksər illər və rüblər üzrə bəyannamələrinin və səyyar vergi yoxlama aktlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə baxmayaraq, 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə ƏDV bəyannamələrinin və əlavələrinin, həmçinin səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim edilməsindən həmin sənədlərin MMC-nin kommersiya (vergi) sirri olması, onun təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olması əsasları ilə imtina edilmişdir. Hesab olunur ki, cavabd ehin və onun struktur bölmələrinin bu imtinasının əsası yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə, «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının müddəalarına, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.6-1, 23.1.12, 24.0.1, 24.0.2, 24.0.5-1, 24.0.11, 24.0.12, 30.2, 30.8, 38, 50, 54, 56, 61, 85-ci maddələrinə, İPM-in 33, 34, 37-ci maddələrinə əsaslanaraq, müəssisəyə aid sənədlərin (bəyannamələr və onların əlavələr, yoxlama aktları) surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli ) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «İnzibati icraat haqqında» Qanunun 1, 2.0.1, 2.0.2, 2.0.6, 4.1-ci maddələrini, İnzibati Prosessual Məcəllənin 1.2, 2.2.3, 13, 27, 35.1, 35.3, 50.3-cü maddələrinə istinad edərək belə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz.

5. İddiaçı “xxxx” MMC-nin təsisçisi E.Vəlibəyov həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya mə hkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)4431/2020 nömrəli qərardadının ləgv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1781/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Valeh Ağayev) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4431/2020 nömrəli qərardadinın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə, Ali Məhkəmənin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının müddəalarına istinad edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının qaldırdığı məsələlərin həlli istər vergi qanunvericiliyi, istərsə də vətəndaşların müraciətləri haqqında qanunvericiliyin normaları baxımından hazırkı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin deyil, onun tabeliyindəki ərazi vergi orqanının vəzifələri sırasına daxildir. İddiaçı tərəf cavabdehin dəyişdirilməməsində israrlı olduğundan məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini rəhbər tutub cavabdehin dəyişdirilməsini məqbul qiymətləndirməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından iddia mümkün sayıla bilməzə qənaətini, digər tərəfdən belə bir qanunsuz və əsassız qənaətin apelyasiya instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilməsini, ümumiyyətlə başa düşmək mümkün deyil.

9. Əvvəla, əgər iddiaçı tərəf cavabdehin dəyişdirilməsini istəmirsə, onda məsələnin həlli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada həll edişməlidir. Bu isə o deməkdir ki, məhkəmə iddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddiaya məhz cavabdehə qarşı irəli sürülmüş tələblər həddində baxmalıdır. Əgər sonda həqiqətən müəyyən edilərsə ki, hazırkı iddiaya cavab verməli olan şəxs cavabdeh deyil, bu halda cavabdehə qarşı qaldırılmış iddia tələbi təmin edilməməlidir.

10. Lakin aşağı instansiya məhkəmələri bunu etmək əvəzinə, iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə təsbit edilmiş məhkəmədə və inzibati qaydada hüquqlarının müdafiəsinə təminat hüququnu pozaraq qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışlar.

11. İşdən iddiaçının hansı hüquqlarının pozulmuş olduğu açıq-aşkar görünür. İddiaçı 33,3% təsis payı ilə təsisçilərindən biri olduğu müəssisənin vergi orqanlarına təqdim etdiyi rəsmi bəyannamələri, onlara əlavələri, ap arılmış səyyar vergi yoxlamalarının aktlarını cavabdehdən və onun struktur bölməsindən ala bilmədiyindən, habelə məhz cavabdehin bununla bağlı sonrakı qanunsuz hərəkətlərindən, hərəkətsizliyindən məhkəməyə şikayət etmişdir.

12. İddiaçının təsisçilərindən biri olduğu müəssisədə, digər iki təsisçinin və icra orqanının vergi orqanlarının iştirakı ilə törətdikləri vergi cinayətləri ilə bağlı tədbir görülməsi üçün cavabdehə müraciət etmək hüququ vardır. Həmin qanun pozuntularının əks olunduğu, məhz müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş rəsmi sənədlərin, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamalarının aktlarının surətlərinin də ona təqdim edilməsini cavabdehdən tələb etmək hüququ vardır. Cavabdehin isə vergi ödəyicisi olan müəssisədə həm yol verilmiş vergi cinayətlərini n qarşısının alınması, həm təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, həm dövlət büdcəsindən yayındırılmış xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün qanunamüvafiq tədbirlər görməsi, həm də bütün bunlar barədə iddiaçıya məlumat vermək kimi qanunla üzərinə qoyulmuş vəzifəsi vardır, Cavabdeh bu vəzifələrindən hər hansı birini etməmişdir.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(103)1781/2020 saylı qərardadını ləğv edib iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərard adları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

15. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək, apelyasiya instansiya məhkəməsinin xx xxxxxxx 2020-cı il tarixli 2-1(103)-1781/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlamasını xahiş etmişdir. Əsaslandırıcı hissə:

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassız hesab etməklə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı «xxx x» MMC-nin təsisçisi X5 xx xxx 2020-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinın iştirakı ilə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «xxxx» MMC-nin 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə əlavə dəyər vergisi bəyannamələri və əlavələrinin, 2011-ci il üzrə və 2016-cı il və xx xxxxxx 2017-ci ildə aparılmış səyyar vergi yoxlama Aktlarının surətlərinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, «xxxx» MMC-nin balansından 7579767,36 manat xalis mənfəətin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan ******* manat dividendin və MMC-nin 2004-cü ilə qədər tək təsisçisi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis g əlirindən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividenddən 86397 manat borc məbləğinin MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamələrdə və onlara əlavələrdə qanunsuz olaraq göstərilməməsi, 402000 manat məbləğində əvəzləşdirilməli olan ƏDV-nin əvəzləşdirilməsindən yayınılması, ödəmə mənbəyindən tutulub dövlət büdcəsinə ödənilməli olan 757000 manat X1 vergi dövlət büdcəsindən yayındırılması faktları üzrə hərəkətsizliyinə son qoyaraq həmin faktlar üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada etməli olduğun hərəkətlərin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Beləliklə, iddiaçı E.İ.Vəlibəyov, vergi qeydiyyatında ********** saylı VÖEN-lə olan hüquqi şəxs «xxxx» MMC-nin təsisçilərindən biri olmaqla yuxarıda göstərilmiş iddia tələbl əri ilə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir.

21. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbləri vergi orqanının qeydiyyatında ********** saylı VÖEN-lə olan hüquqi şəxs «xxxx» MMC ilə bilavasitə və birbaşa bağlı olduğundan, iddiaçı özü isə həmin MMC-nin 3 təsisçisindən biri olduğundan və VÖEN-ə malik olmadığından, iddiaçı ilə cavabdeh arasında vergi sahəsində heç bir hüquqi münasibət yaranmamış, yarana da bilməzdi, yəni, belə olan halda cavabdeh iddiaçının MMC-nin, VÖEN-i olmayan və buna görə də vergi orqanı ilə vergi hüquq münasibətlərinə daxil olması da mümkün olmayan 3 təsisçilərin biri olan şəxslə, yəni, iddiaçı E.İ.Vəlibəyovun hər hansı bir hüquqlarını poza bilməzdi və işdə buna dair hər hansı sübutların mövcud olmaması bunu bir daha sübut edir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. İddiaçının iddia tələblərinə gəldikdə isə, o, həmin tələblərdə qaldırdığı məsələləri, sözügedən MMC-nin təsisçilərindən biri kimi «xxxx» MMC ilə həll etmək hüququna malikdir.

24. Həmçinin qeyd edilməlidir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə istinadən iddiaçıya iddianın dəyişdirilməsi təklif edilsə də, iddiaçı buna razılıq verməmişdir.

25. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallard a cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunve ricilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 21(103)-1781/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar