Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-628/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-628/19 Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 İdarəsinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 Departamentinin baş direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2-1(103)-2790/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” **********474400 saylı qərarının, “Vergi borcunun ödənilməsi”nə dair **********2 saylı və **********3 saylı bildirişlərin və onun hesablarından pul vəsaitlərinin silinməsi barədə **********3A və **********2A saylı sərəncamların ləğv edilməsi və icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2-1(82)154/20 18 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) iddia tələbi vergi borcunun ödənilməsinə dair **********2 saylı və **********3 saylı bildirişlərin və iddiaçının hesablarından pul vəsaitlərinin silinməsi barədə **********3A və **********2A saylı sərəncamların icraatına xitam verilməsi hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2018-ci il tarixli, 2-1(103)-1116/2018 saylı qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Sərvət Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunm aqla iş həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(102)-1748/2018 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2-1(103)-2790/2018 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya m əhkəməsinin qərardadı ləğv olunmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 20 fevral 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmasına dair qərardadlarından şikayətlərin verilməsi inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin edilmiş vaxta qədər kassasiya şikayətinin geri götürülməsi barədə ərizənin təqdim olunması cavabdehə təklif edilmiş dir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək apellyasiya məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 99.2-ci maddəsində hansı qərardadlardan kassasiya şikayətinə yol verilməməsi sadalanmış, lakin onların sırasında iddianın mümkün sayılması barədə qərardadlardan şikayətin verilməsinin istisna olunduğu göstərilməmişdir. Bu əsasla hesab edirlər ki, tərəflərindən verilmiş kassasiya şikayəti mümkün sayılmaqla baxılmalıdır. Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdirlər. İclasın vaxtı və yeri barədə iddiaçı tərəfə məlumat üçün bildirilmişdir. İd diaçının vəkili tərəfindən məhkəməyə ünvanlanmış müraciətlə iclasda üzürlü səbəbdən iştirak edilməməsi barədə bildirilmiş və onun təxirə salınması xahiş olunmuşdur. İclasın cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı olduğu nəzərə alınmaqla, iddiaçı tərəfin iştirakı olmadan məsələyə baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər; - 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin verilib-veilməməsi məsələsi də daxılidir, çünki Məcəllədə şikayətin verilməsini istisna edən hallar nəzərdə tutulmuşdur. Bu hallardan birinə həmçinin iddian ın mümkünlük məsələsi həll olunarkən, onun mümkün sayıldığı təqdirdə qəbul edilmiş qərardaddan şikayətin verilməməsi aiddir. Bundan fərqli olaraq iddia mümkün sayılmadığı təqdirsə isə qəbul edilmiş qərardaddan şikayətin verilməsi imperativ qaydada müəyyən edilmişdir. Eyni zamanda, yekun məhkəmə qərarı qəbul ediləndən sonra iddianın mümkünlük məsələsini qaldıran tərəf onu qərardan verilmiş şikayətdə mübahisələndirə bilər. İşin yuxarıda əks olunmuş prosessul vəziyyətindən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, şikayət əsasında işə baxan apellyasiya məhkəməsi isə məsələ üzrə hüquqi qiymətləndirmə aparmış, o cümlədən iddiaçıya hüquqi yardımın edilməsi barədə göstəriş verməklə sonrakı prosessual hərəkətlərin aparılması üçün işi həmin məhkəməyə göndərmişdir. Qanunv ericiliyin yuxarıda əks olunmuş müddəalarına əsaslanmaqla hesab edirəm ki, iddianın mümkünlük məsələsini həll edən apellyasiya məhkəməsinin qərardadından şikayətin verilməsi istisna edildiyindən, cavabdeh tərəfinən verilmiş kassasiya şikayəti mümkün hesab edilməməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizədə Azərbaycan Respublikası İPM-nin 99.2-ci maddəsinə istinad etməklə, iddianın mümkün hesab edilməməsi barədə qərardadın ləğv olunmasına dair qərardaddan kassasiya şikayətinin verilməsinin qanunvericiliklə istisna edilmədiyi bildirilmişdir. Cavabdehin mövqeyi aşağıdakılara əsasən prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməməlidir. Belə ki, istinad edilən Azərbaycan Respublikası İPM-nin 99.2-ci maddəsində hansı hallarda məhkəmənin qərardadlarından kassasiya şikayətinin v erilə bilməməsi sadalanmış, o cümlədən 99.2.6-cı maddədə müəyyən olunmuşdur ki, bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda. Maddədə göstərilmiş “digər hallar” dairəsinə isə yuxarıda istinad edilmiş Azərbaycan Respublikası İPM-nin 90.1, 35.3 və 83.4-cü maddələrində müəyyən edilmiş hallar da daxil edilməlidir. Həmin maddələr üzrə yuxarıda verilmiş qiymətləndirməyə əsasən, yalnız iddianın mümkün hesab edilməməsi barədə qərardadlardan şikayətin verilməsi müəyyən edilmişdir. İddianın mümkün hesab edilməsinə yönəlmiş bu və ya digər qərardadlardan isə şikayətin verilməsi nəzərdə tutulmamışdır. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət qanunvericiliklə onun verilməsi nəzərdə tutulmayan məhkəmə qərardadından verilmişdir. Habelə, yuxarıda göstərilmiş Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsində nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə cavabdehə müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər kassasiya şikayətinin geri götürülməsi barədə ərizənin verilməsi təklif olunmuşdur. Lakin, cavabdeh kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim etməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İPM- nin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər t utaraq, qərara aldım: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X1 Departamentinin baş direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2-1(103)-2790/2018 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-628/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-628/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver