Məhkəmə qərarları › İş №2-1(102)-628/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-628/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-628/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına iş üzrə Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (7.06.1961-ci il təvəllüdlü; FİN OWE5SSFZ) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)797/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsuz 22 aprel 1980-cı il tarixli, NZ seriyalı, ******* saylı hərbi biletə əsasən, o 22 aprel 1980-cı ildən 5 iyun 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus İT-İ seriyalı,0343179 saylı, 14 iyul 1978-ci il tarixli əmək kitabçasının sur ətinə əsasən, İddiaçı 25 noyabr 1977-ci ildə “Naxçıvansutikinti” tresti İliç Su Tikinti Quraşdırma İdarəsində fəhlə, 9 mart 1979-cu ildən 20 aprel 1980-cı ilədək qaynaqçı vəzifəsində işləmiş, 22 iyun 1982-ci ildən 27 mart 1989-cu ilədək “Naxçıvansutikinti” trestinin TQİ-də qaynaqçı, 27 mart 1989-cu ildən 27 may 1989-cu ilədək “NST” trestində çilingər, 26 iyun 1989-cu ildən 6 dekabr 1991-ci ilədək “Naxçıvan” MKİ-də qaynaqçı, 6 dekabr 1991-ci ildən 30 dekabr 1992-ci ilədək “Şərur subarteyizan quyuları istehslalı” İdarəsində elektro-montyor, 1 noyabr 1993-cü ildən 23 dekabr 1996-cı ilədək 3 saylı Tütünçülük sovxozunda qaz qaynaqçısı, 26 dekabr 1996-cı ildən Azərbaycan Respublikası Rayonlararası TəmirTikinti Birliyində çilingər, 21 noyabr 1997-ci ildən 19 noyabr 2002-ci ilədək əl ilə elektrik qaynaqçısı, 15 yanvar 2003-cü ildən 28 dekabr 2003-cü ilədək "xxxx" DK-nə Şəhərlərarası və X1 Müəssisəsinin mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı, 29 may 2004-cü ildən 30 iyul 2005-ci ilədək “X2” şirkətində qaynaqçı, 12 iyun 2006-ci ildən 12 fevral 2007-ci ilədək “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı, 14 fevral 2007-ci il tarixdən 19 aprel 2007-ci il tarixə kimi “Xəzərdəniznefiqaztikinti” Trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyində elektrik qaynaqçısı, 24 aprel 2007-ci il tarixdən 26 avqust 2015-ci il tarixə kimi “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı (23 may 2008-ci ildə əl ilə qaynaqda elektrik qaynaqçısı adlandırılıb) peşəsində işləmişdir. 27 a vqust 2015-ci il tarixdən hal-hazıra kimi “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsində əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdehin **********1 saylı, 2 oktyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı tərəfindən idarəyə təqdim edilmiş İT-İ seriyalı, ******* saylı, 14 iyul 1978-ci il tarixli əmək kitabçasında qeyd olunan 25 noyabr 1977-20 aprel 1980-cı illərdə onun “İliç Sutikinti” Quraşdırma İdarəsində işlədiyi “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda onun 26 dekabr 1996 19 noyabr 2002-ci illərdə “Azərbayca n Respublikası Rayonlararası Təmir-Tikinti Birliyi”ndə və 15 yanvar 2003 – 28 oktyabr 2003-cü illərdə "xxxx" DK “Şəhərlərarası və X3 Avtonəqliyyat Müəssisəsi”ndə işlədiyi arxiv arayışları ilə təsdiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşdan, yəni 7 iyun 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahi ş etmişdir.

6. İddiaçı ərizəsində qeyd etmişdir ki, onun 1 yanvar 2006-cı il tarixə 25 ildən artıq ümumi əmək stajı mövcuddur və həmin müddətin 12 il 6 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsində (ümumi peşələr) nəzərdə tutulmuş qaynaqçı peşəsində işləmişdir. Lakin cavabdeh orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən bütün zəruri sənədləri, o cümlədən əmək stajını təsdiq edən əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir. Cavabdeh qaynaqçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olub-olmadığını ümumiyyətlə araşdırmamış və əsassız qənaətə gəlmişdir. Odur ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı deyildir.

7. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 11 sentyabr 2019-cu il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş 14 iyul 1978-ci il tarixli əmək kitabçasında iddiaçının 25 noyabr 1977 – 20 aprel 1980-cı illərdə “İliç Sutikinti” Quraşdırma İdarəsində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi həmin peşə yuxarıda qeyd olunan Siyahıda göstərilməmişdir. Eyni zamanda iddiaçının 26 dekabr 1996 - 19 noyabr 2002-ci illərdə “Azərbaycan Respublikası Rayonlararası Təmir-Tikinti Birliyi”ndə və 15 yanvar 2003 - 28 oktyabr 2003-cü il tarixlərində "xxxx" DK “Şəhərlərarası və X3 Avtonəqliyyat Müəssisəsi”ndə işlədiyi arxiv arayışları ilə təsdiq edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını g üzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir.

8. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli, 2-1(112)-888/2020 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçasında göstərilən “Naxçıvansutikinti” Trestinin “İliç Su Tikinti Quraşdırma” İdarəsində qaynaqçı peşəsi Azər baycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli,320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasının xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-797/2021 nömrəli qərarı ilə (hakimlər X. Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və X.Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli, 2-1(112)-888/2020 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 7 iyun 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün (7 iyun 2018-ci il tarixdən) pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək xüsusi iş stajı, onun 9 mart 1979-cu ildən 20 aprel 1980-ci il tarixinədək (1 il 1 ay 11 gün) və 22 iyun 1982-ci ildən 27 mart 1989-cu il tarixinədək (6 il 9 ay 5 gün) “elektrik qaynaqçısı”, 21 noyabr 1997-ci ildən 19 noyabr 2002-ci il tarixinədək (4 il 11 ay 28 gün) və 15 yanvar 2003-cü ildən 28 oktyabr 2003-cü il tarixinədək (9 ay 13 gün) “əl ilə elektrik qaynaqçısı” işlədiyi dövrlər nəzərə alınmaqla, 12 il 6 aydan artıqdır. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisələrdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın “Ümumi peşələr” adlanan XXXİİİ bölməsinin 23200000-1990 6 saylı şifrinə-əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərt - 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi iş stajı iddiaçı tərəfindən tam olaraq toplanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı oxşar funksiyaların həyata keçirildiyi müəssisə tərəfindən təsdiq olunur.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri imtinanın və iddiaya etirazın dəlillərinə u yğundur. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, iş materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iddiaçının əmək kitabçasındakı müvafiq qeydlər üzrə işləmiş olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır və həmin Siyahıdakı kodlara uyğun deyildir. Bundan əlavə, iddiaçının işlədiyini iddia etdiyi vəzifələr üzrə qeydlər müvafiq arxiv materialları ilə təsdiqini tapmır. Lakin qeyd olunan hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resp ublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutu lmuşdur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fund amental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hallar ı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-797/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar