Məhkəmə qərarları › İş №2-1(102)-628/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-628/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-628/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3535/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının 509 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Lökbatan qəsəbəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsinin təmin olunmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.20222-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir və həmin ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Həmçinin torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar olunmuş. Bundan əlavə, hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 600.0 kv. m. qeyd edilsə də, faktiki ölçüsü 551.0 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000-ci il tarixli 509 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 0,0 551 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sərəncam dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkə məsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-5405/2023 nömrəli qərarı ilə (hakim: O.Həsənov) iddia təmin edilmiş, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyun 2000-ci il tarixli 509 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış torpaq sahəsinin 0,0551 ha hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bunu təsdiq edən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş i şləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdeh iddia edir ki, mübahisəli torpaq sahəsi dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir və ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Cavabdeh istinad olunan hallar ilə bağlı hər hansı mötəbər dəlil (xəritədən çıxarış və ya ortofoto) dəlil təqdim edə bilməmişdir. Bunun tam əksinə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş məktubu təqdim edərək imtina əsasında göstərilən halların əsassız olduğunu təsdiq etmişdir. Belə ki, "xxxx" QSC tərəfindən qeyd olunmuşdur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində iddiaçıya məxsus torpaq sahəsi dəmir yolunun Abşeron-Puta mənzili 513 km pk 4-də yolun kilometr artım istiqamətinin sol tərəfində təhkim zolağından kənara düşür.

9. Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsi, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi sferasında fəaliyyət göstərən "xxxx" QSC-nin özü də idd iaçının istifadəsində olan torpaq sahəsinin təhkim zolağından kənara düşdüyü təsdiq etmişdir. Bundan başqa cavabdeh iddia olunan torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığını iddia etsə də, məhkəmə araşdırılması zamanı Qaradağ rayon İcra Hakimiyyətinin başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün sərəncamla ayrılmış torpaq sahəsinin ətrafında fərdi yaşayış evlərinin mövcud olduğunu təsdiq etmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 202 3-cü il tarixli, 2-1(103)-3535/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə -sədrlik edən, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139.1, 139.3, 146.2, 157.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.1, 12.1, 15.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3, 5 və 6-ci bəndlərinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək h əmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərara, Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na, eləcə də İPM-in 12.1-ci maddəsinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şika yətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmun u qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusi lə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0551 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail ol maqdan ibarətdir.

29. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətinin təkrar edən dəlilləri ondan ibarət olmuşdur ki,

1. Torpaq sahəsinin bir hissəsindən 6kV-luq elektrik hava xətti keçməklə, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir; 2.Torpaq sahəsi dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşir;

3. Torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstərilən ölçüdən azdır.

30. İmtinanın birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zolağına düşdüyü hallarda qanunvericilikdə həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, qeyd olunan hal şəxsə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasını istisna edən hal kimi qiymə tləndirilə bilməz.

31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7).

32. Göründüyü kimi, elektrik şəbəkələrinin müh afizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.

33. Torpaq sahəsi dəmir yolu stansiyasına gedən ümumi istifadədə olan ərazidə yerləşməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut, dəlil (xəritədən çıxarış və ya ortofoto) təqdim edilməmiş, əksinə iddiaçı bu dəlilin əsassız olması barədə "xxxx" QSC-nin məktubunu təqdim etmişdir. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində iddiaçıya məxsus torpaq sahəsi dəmir yolunun AbşeronPuta mənzili 513 km pk 4-də yolun kilometr artım istiqamətinin sol tərəfində t əhkim zolağından kənara düşür.

34. Məhkəmə kollegiyası həmçinin cavabdehin torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstərilən ölçüdən az olması dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı hazırkı işin hələ birinci instansiya məhkəməsinin icraatında olan zaman iddia tələbini dəqiqləşdirmiş və torpaq sahəsinin məhz 0,0551 ha hissəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasınıı xahiş etmişdir. 35. həmçinin nəzərə alınmalıdır ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçıya ayrılmış torpaq sahəsinə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində təsbit edilmiş hüquqmüəyyənedici sənədin mövcud və etibarlı olduğu, eləcə də həmin sahənin iddiaçının faktiki istifadəsində olduğu və b aşqasının adına qeydiyyata alınmadığı, həmin sahə ilə bağlı hər hansı mübahisənin olmadığı görünür. Bu baxımdan cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillər mübahisəli daşınmaz əmlaka çıxarışın verilməsində imtinaya səbəb ola bilməz. Hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarının həmçinin Ali Məhkəmənin analoji işlər üzrə formalaşmış hüquqi mövqeyinə və məhkəmə təcrübəsinə uyğun olduğu da nəzərə alınmalıdır.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 1719(a)-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3535/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar