Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-628/2025 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “birdəfəlik pul mükafatı” və “məzuniyyət pulu” məbləğlərinin pensiya təyinatı üçün nəzərdə tutulan təminat xərcliyinə daxil edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “iddiaçının təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli, 2-1(103)-928/2024-012 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına, həmçinin bu məbləğlərdən məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləğinin yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarla müraciətin təmin olunmasından imtina edilmişdir (iş v.5-8).
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş h ərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Azərbaycan Xidmətində, Dövlət üzrə Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikası Xüsusi X1 Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikas ının qanunvericiliyi ilə yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Müraciətinizdə qeyd etdiyiniz birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçula ra ödənilən əlavə pul təminatı” daimi ödəniş növləri hesab olunmadığından, onların “Məlumat vərəqi”ndə göstərilməsi qanuna müvafiq deyildir (iş v.7-8). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına görə, həmçinin bu məbləğlərdən məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləğinin yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 01 mart tarixli, 2-1(114)-516/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-2022-ci illərdə hərbi xidmətdə olmuş və 12 iyun 2022-ci il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. O, hazırda əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun adına məlumat vərəqəsi tərtib edilmiş və həmin məlumat vərəqinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin sözügedən məlumat vərəqəsində məcburi dövlət sosial sığorta haqqı ödənilən bütün əlavələr tam göstərilməmişdir. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 misli miqdarında məzuniyyət pulu ödənilir. Bu ödənişlər 2020-ci ildən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğundan, onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh onun aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. İddiaçı pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hi ssəsinin nəzərə alınması xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 31 may 2022-ci il tarixli və 26 sentyabr 2022-ci il tarixli cavab məktubları ilə müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdeh birdəfəlik pul mükafatı və məzuniyyət pulunun məbləğlərinin orta aylıq hissəsini təminat xərcliyinə əlavə etməkdən qanunsuz olaraq imtina etmişdir.
7. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş etirazında bildirilir ki, hərbi qulluqçuların pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanma sı, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» ilə müəyyən edilmiş “məlumat vərəqi” əsasında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə AR Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müvafiq olaraq aybaay aldıqları pul təminatına aylıq təminat xərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır və aş ağıda adları qeyd olunan ödəniş növlərindən ibarətdir: aylıq vəzifə maaşı, aylıq rütbə maaşı, uzun müddət xidmətə görə faiz əlavəsi, o cümlədən vəzifə maaşından hesablanan əlavələr, məharət (ixtisas) dərəcəsinə görə əlavə, Azərbaycan Respublikasının iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə xidmətə görə faiz əlavəsi, şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik pul əlavəsi, kəşfiyyat fəaliyyəti subyektlərinə məxfiçiliyə görə ödənilən vəzifə maaşına əlavə, xarici dilləri bilmək üçün verilən üstəlik pul əlavəsi, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən vəzifə maaşının 20 faizi miqdarında əlavə, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında v ə Ermənistanla dövlət sərhədində, həmçinin işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara ödənilən əlavə, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş əməliyyat (komando) hərbi hissələrində və X4 tərkibində olan xüsusi təyinatlı briqadalarda xidmət edən hərbi qulluqçulara ödənilən əlavə, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş pilotsuz uçuş aparatlarını idarə edən və idarəetməsində iştirak edən, həmçinin onlara xidmət göstərən hərbi qulluqçulara ödənilən əlavə, elmi dərəcə və fəxri adlara görə əlavələr, təmsilçiik xərci, AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş Kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına əlavələr, həmçinin vəzifə maaşından hesablanan xidmətin xüsusi şəraitinə görə əlavələr, tankların, özüyeriyən artilleriya qurğularının, PDMlərin, tank şassiləri üzərində özüyeriyən zenit qurğularının, DKDM-lərin və özüyeriyən haubitsaların ekipajlarına, ZRK-ların özüyeriyən buraxma qurğularının və bu komplekslərin aşkaretmə və yönəltmə özüyeriyən stansiyalarının heyətlərinə daxil olanlara, aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə, aviasiya hərbi hissələrində uçuşların təhlükəsizliyini təmin edən aviasiya mütəxəssisləri vəzifələrində xidmət edənlərə, üzən, təmirdə və konservasiyada olan gəmilərin ekipajlarında, gəmilərdə müəyyən edilmiş qaydada daimi yerləşdirilmiş birləşmələrin idarə hey ətlərində xidmət edənlərə, uçuş heyəti vəzifələrində xidmət edən və döyüş hazırlığı planlarına əsasən uçuşlar həyata keçirənlərə, hərbi tibb hissələri, müəssisələri və bölmələrində sağlamlıq üçün təhlükəli və ağır iş şəraiti olan hərbi qulluqçulara. Bu siyahıdan göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq pul təminatının tərkibində öz əksini tapmamışdır. Bundan başqa, «Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli qərarı ilə aşağıda qeyd olunan üstəlik pul tə minatı növləri təsdiq edilmişdir: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazır lığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul mükafatı, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmətetmə p ulu, ev kirayəetmə pulu. Bu qərardan da göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri, adlarında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyırlar. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ə rzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd edildiyi kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı" ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyildirlər və aybaay ödənilmirlər. Bundan başqa, «Sosial sığorta haqqında» Qanuna əsasən hərbi qulluqçulara verilən bütün ödəniş növlərindən (“hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım’’ istisna olmaqla), o cümlədən “qoşunların yüksək döyüş ha zırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı’’ ödəniş növündən tutulan məcburi sosial sığorta haqları hərbi qulluqçuların fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalında formalaşır və onlara pensiya təyin edilən zaman nəzərə alınır. Belə ki, hərbi qulluqçuların əmək pensiyaları iki hissədən: sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. Məcburi sosial sığorta haqları hesabına toplanaraq və müvafiq qaydada hesablanaraq sığorta hissəsini təşkil edən pensiya məbləğləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qulluq stajına görə əlavəni təşkil edən pensiya məbləğləri isə dövlət büdcəsindən maliyyələşdirilərək ödənilir. Nəticədə hesab edilir ki, İddiaçı aylıq təminat xərcliyinə “hərbi qulluqçulara birdəfəlik ve rilən maddi yardım" və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı" ödəniş növlərinin də daxil edilməsini nəzərə alınmaqla əks etdirən yeni “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur (iş v.43).
8. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli), 2023-cü il 25 sentyabr tarixli, 2-1(112)-8697/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sabiq hərbi qulluqçu kimi xidmət dövründə əmək haqqına müəyyən edilən müvafiq əlavə kimi müvafiq mükafat və məzuniyyət pulu məbləğlərini aldığından və həmin məbləğlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun barəsində həmin məbləğlər əks olunmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana (DSMF-yə) göndərilməsindən imtina etməkdə haqlı olmamışdur.
10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə birdəfəlik ödəniş növlərinə aid olunan birdəfəlik maddi yardım, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatlarının aylıq təminat xərcliyinə və vəzifə maaşından hesablanan digər əlavələrə daxil olmadığını nəzərə almamış, normativ aktlarda ayrı kateqoriyaya aid olan anlayışlar arasında fərq qoymadan onların əsasında təminat xərcliyinin yenidən hesablanmasını qərara almışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya məxsus pensiya işində olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiya təyin edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqəsində olan məlumatlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə) görə tərxis olunmuş (təqvimi xidmət illəri 25 il 05 ay 03 gün, güzəştli xidmət illəri 10 il 09 ay 14 gün, cəmi iş stajı və xidmət illəri 36 il 02 ay 17 gün), pul təminatı (təminat xərcliyi) olaraq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, «Usta» məharət dərəcəsinə görə, Prezident əlavəsinə görə faizlər göstərilmişdir (iş v.110-119).
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırki iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (iş v.126-127).
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və Ş.A.Məmmədova) 2024-cü il 11 sentyabr tarixli, 2-1(103)-928/2024-012 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8697/2023 nömrəli, 2023-cü il 25 sentyabr tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunması və iddianın rədd edilməsi qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunv ericilik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Təminat xərcliyinə daxil olan məbləğlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçının təminat xərcliyinə daxil edilməsini xahiş etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri həmin maddədə göstərilməmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında hazırkı iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin məbləğlərin Məlumat vərəqində göstərilməsi mümkün deyildir. Cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun iddia ərizəsi və a pellyasiya şikayətinə qarşı verdiyi etirazında irəli sürdüyü dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı ə vəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindək i sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokuro rluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesabl anır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pen siya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. 21. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu.
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Mad də 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Hazırkı işdə iddiaçının tələbi sabiq hərbi qulluqçu kimi xidməti dövründə ona hər il birdəfəlik ödənişlər formasında ödənilmiş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun təminat xərcliyinə daxil edilərək cavabdeh tərəfindən məlumat vərəqinə qeyd edilməsi və pensiya təminatının məbləğinin yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinə göndərilməsidir.
27. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının “birdəfəlik pul mükafatı” və “məzuniyyət pulu” məbləğlərinin pensiya təyinatı üçün nəzərdə tutulan təminat xərcliyinə daxil edilməsi barədə tələbi əsassızdır və rədd edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xidmət dövründə bu pulları (mükafatları, məzuniyyət ödənişlərini) qanuni şəkildə aldığını əsas gətirərək onlar da daxil edilməklə pensiyanın yenidən hesablanmasını istəyir. Lakin, nəzərə alınmalıdır ki, qanunverici imperativ qaydada hərbi qulluqçuların pensiyasının onlara xidmət dövründə ödənilən bütün ödənişlər əsasında deyil, yalnız pensiya hesablanması üçün baza "təminat xərcliyi" adlanan xüsusi qaydada müəyyənləşdirilmiş məbləğ əsasında hesa blanacağını təsbit etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsi hərbi qulluqçuların pensiyasının hesablanması üçün əsas götürülən “təminat xərcliyi”-nin tərkibini qəti şəkildə müəyyən etmişdir. Qanunverici bu maddədə pensiya hesablanması üçün yalnız aşağıdakı ödənişləri əsas kimi qəbul edir: aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ.
29. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, bu maddədə sadalanan ödəniş növləri "aylıq" və "mütəmadi" xarakter daşıyır. İddiaçının tələb etdiyi “birdəfəlik pul mükafatı” və “məz uniyyətə çıxarkən ödənilən əlavə pul təminatı” isə öz mahiyyəti etibarilə daimi aylıq ödəniş deyil, birdəfəlik xarakterli ödəmələrdir və Qanunun 1.0.5-ci maddəsindəki siyahıya daxil edilməmişdir. Odur ki, hətta iddiaçı hərbi xidmətdən buraxılarkən həmin məbləğləri almış olsa belə, bu hal sözügedən məbləğlərin təminat xərcliyinə daxil edilməsi üçün əsas yaratmır. Çünki, bu hal həmin birdəfəlik ödəmələrin aylıq və mütəmadi olmamasını dəyişmir.
30. Məhkəmə kollegiyası vurğulayır ki, inzibati orqan iddiaçıya "Məlumat vərəqi"ni öz mülahizəsinə görə tərtib edə bilməz. Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2-ci bəndi birmənalı şəkildə müəyyən edir və birbaşa imperativ (məcburi) tələb qoyur ki, hərbi qulluqçuların təminat xərcliyi həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Cavabdeh "Məlumat vərəqi"-ni tərtib edərkən bu Qaydalara riayət etməyə borcludur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulmayan hər hansı bir ödənişin, o cümlədən birdəfəlik mükafatların və məzuniyyət pulunun "Məlumat vərəqi"-nə daxil edilməsi cavabdeh tərəfindən səlahiyyət həddinin aşılması və qanunvericiliyin tələbinin pozulması olardı. Buna görə də, cavabdehin həmin məbləğləri vərəqəyə daxil etməkdən imtinası qanunauyğundur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli qərarının 1-ci bəndi ilə bağlı əsaslandırması ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin məbləğlərin Məlumat vərəqində göstərilməsi mümkün deyildir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə nəticəyə gətirib çıxarır ki, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli qərarının 1-ci bəndində nəzərdə tutulan birdəfəlik mükafatlar və digər birdəfəlik ödəmələr pensiya təminatı xərcliyində nəzərə alına və məlumat vərəqəsinə daxil edilə bilər, lakin həmin qərarın 1-ci bəndində iddiaçının hazırda tələb etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu nəzərdə tutulmadığı üçün məhz həmin ödəmələrin məlumat vərəqində göstərilməsi mümkün deyildir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli Qərarı hərbi qulluqçuların təqaüddə deyil, aktiv hərbi xidmətdə olduqları dövrdə aldıqları aylıq maaşlara nisbətən faiz miqdarı ilə müəyyən edilmiş məbləğlərdə üstəlik verilən əlavələri, eləcə də digər birdəfəlik mükafatları, kompensasiyaları və yardımları tənzimləyir. Qərarın məqsədi hərbi qulluqçuların xidmət dövründə sosial-maddi vəziyyətini yaxşılaşdırmaqdır. Yə ni bu, pensiya sistemini deyil, xidmət dövründəki maaş və mükafatlandırma sistemini tənzimləyən aktdır. Yuxarıda qeyd edildiyi kimi, hərbi qulluqçu təqaüdə çıxdıqda onun pensiyası yalnız “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində sadalanmış məbləğlərə əsasən hesablanır. Bu maddə pensiyanın hesablanması üçün "təminat xərcliyi" adlanan xüsusi bir baza müəyyən edir və bura birdəfəlik ödənişlər deyil, yalnız daimi (aylıq) xarakter daşıyan konkret sadalanmış ödənişlər daxildir.
33. Buna görə də, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli qərarının 1-ci bəndində nəzərdə tutulmuş xidmət etdiyi dövrdə ödənilmiş hər hansı pul təminatları əgər daimi (aylıq) xarakter daşıyırsa, onlar pensiyanın hesablanması üçün tərtib edilən təminatı xərcliyinə daxil edilməlidir. La kin birdəfəlik mükafatlar, kompensasiyalar və digər yardımlar mahiyyətləri etibarilə daimi (aylıq) xarakterli ödənişlər olmadıqlarından təminatı xərcliyinin tərkibinə daxil olunmamalıdır.
34. Beləliklə, hərbi qulluqçu xidmətdə olarkən 19 oktyabr 1992-ci il tarixli, 562 nömrəli Qərara və digər qanunvericilik aktlarına əsasən nəzərdə tutulmuş birdəfəlik mükafatları və digər birdəfəlik ödəmələri ala bilər. Lakin o, pensiyaya çıxdıqda həmin birdəfəlik ödəmələrin təminat xərcliyinə daxil edilməsini tələb etmək hüququna malik deyildir.
35. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının aldığı birdəfəlik pul mükafatı və məzuniyyət pulu “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsindəki qəti siyahıda nəzərdə tutulmadığından Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına əsasən “Məlumat vərəqəsi”-nə daxil edilə bilməz. Odur ki, əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli, 2-1(103)-928/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.