Məhkəmə qərarları › İş №2-1(102)-629/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-629/2019

26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-629/2019 26.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və fərdi hesaba ödənilmiş sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti ilə əlaqədar olaraq İddiaçı ünvanlanmış 1703/60 saylı 01 mart 2018-ci il tarixli məktubda göstərilmişdir ki, ona 01.01.2016-cı ilədək 29 il 10 ay 19 gün sığorta stajı və 01.01.2006-cı ildən 01.01.2016-cı ilədək fərdi hesabın sığorta hissəsində toplanmış 7532,08 manat pensiya kapitalı müqabilində 1 1.01.2016-cı ildə 227,64 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı sərəncamlarına uyğun olaraq pensiyasının sığorta hissəsi indeksləşdirilərək 01.01.2018-ci ildən 259,15 manata çatdırılmışdır. Bununla yanaşı, ona həm də bildirilmişdir ki, 19701975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əyani təhsil dövrü qanunvericilikdə nəzərdə tutulmadığı üçün sığorta stajına daxil edilməmişdir, eyni zamanda, 01.09.2008-ci ildən 01.01.2012-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmamışdır. İddiaçı imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət etməklə 01.09.197031.08.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil e dilməsi və 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiya hesablanarkən 01.09.1970-31.08.1975-ci illərdə ali məktəbdə (Azərbaycan Politexnik İnstitutu) əyani təhsil aldığı müddət (5 il) əmək stajına daxil edilməmişdir. Halbuki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş «Dövlət pensiyaları» haqqında SSRİ Qanunun 1-ci maddəsinin «v» bəndinəəsasən ali məktəblərdə oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Bundan başqa, 1992-ci il tarixdə qəbul olunmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə görə də ali məktəbi bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bundan əlavə, pensiya təyinatı zamanı 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında yerləşən və səhmlərinin 76%-i Azərbaycan Respublikasına (51% ARDNŞ, 25% «Azərsun»), 24%-i Gürcüstan Respublikasına məxsus «xxxx» MMC-dəki əmək fəaliyyəti nəzərə alınmamışdır. Gürcüstanda işlədiyi həmin dövr ərzində o, fərdi hesabına 58107,37 gürcü larisi sosial sığorta haqqı ödəmişdir. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 03 fevral 1993-cü il tarixli Sazişə əsasən Gürcüstanda işləyərkən həyata keçirdiyi ödəmələr ona pensiya təyin edilərkən nəzərə alınmalıdır. Cavabdeh id diaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 saylı, 30 may 2018-ci il tarixli qərarı (hakim - M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilərək İddiaçı 01.09.1970-31.08.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsinin cavabdeh DSMF Səbail RŞ-nə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı, 01 noyabr 2018 -ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – K.N.Abiyeva və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iddiaçının əyani təhsil dövrü ilə əlaqədar qərar qəbul edərkən 01.10.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixinədək qüvv ədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununa istinad etmişdir. Belə ki, həmin Qanunun 1-ci maddəsinin “v” bəndində görə ali təhsil müəssisələrində oxuyanların dövlət pensiyası almaq hüququ təsbit olunmuşdur. Məhkəmə kollegiyası bunu onunla əsaslandırmışdır ki, hüquqi münasibətləri olan dövrdə həmin qanun qüvvədə olmuşdur. Düşünürük ki, bu yanaşma doğru deyildir. Apellyasiya məhkəməsinin qərarının əsas arqumenti onun bağlıdır ki, iddiaçı oğlu ali təhsilini 1970-75-ci illərdə almışdır və həmin dövr qüvvədə olan “Dövlət pensiyaları haqqında” SSRİ Qanununda ali təhsil müddəti iş stajına daxil edilirdi. Vətəndaşların pensiya hüquqlarının bu şəkildə tövsifi düzgün deyildir. Pensiya konstitusion hüquq olan sosial təminat hüququnun ən vacib tərkib hissədir. Pensiya təminatı sosial sığorta ya əsaslanır, sığorta prinsiplərini özündə ehtiva edir, yalnız müəyyən şərtlər baş verdikdə (sığorta hadisəsi) həyata keçirilir. Şəxsin pensiya hüquqları ilə bağlı normalar onun pensiya almaq hüququ əldə etdiyi zaman (sığorta hadisəsi baş verdikdə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Hüquq münasibətlərin sabitliyi prinsipi baxımından da qanuna bu cür yanaşmaq daha doğrudur. Belə ki, pensiya, xüsusilə də yaşa görə pensiya uzunmüddətli riskin sığortalanmasıdır, şəxslər yalnız müəyyən yaşa çatdıqdan sonra pensiyaya çıxa bilir. Pensiya təminatı qanunvericiliyi isə birbaşa dövlətin iqtisadi və fiskal siyasəti ilə əlaqədar olduğu üçün daimi dəyişikliklərə məruz qalır, bu baxımdan yalnız pensiya hüququ yarandığı zaman qüvvədən olan qanuna istinad etmək hüquq münasibətlərin in sabitliyi prinsipi baxımından da düzgün olardı. Belə ki, əks halda qanunvericinin iş stajı, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, pensiya kapitalı və s. bağlı etdiyi mütəmadi dəyişikliklərlə əlaqədar qanunların icrasında kolliziyalar meydana çıxa bilər. Məhkəmə 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında yerləşən “xxxx” MMC-də iddiaçının işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı qərar çıxararkən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 03 fevral 1993-cü il tarixli Sazişə istinad etmişdir. Həqiqətən də, bu Sazişə görə tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyat a keçirilir. Lakin qeyd etmək lazımdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmamışdır. Bu da onu göstərir ki, Sazişdə göstərilən hesablaşmalar həyata keçirilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişrində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3 -cü maddəsi). Bununla yanaşı, iddiaçı məhkəmə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə mübahisə iddiaçının 01.09.1970-31.08.1975-ci illər ərzində Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilib-edilməməsi və 01.09.2008-17.12.2011-ci illərdə Gürcüstan Respublikasında “xxxx” MMC-də işləyərkən Gürcüstan Respublikasının müvafiq dövlət orqanlarına edilmiş sosial sığorta ödənişlərinin əmək pensiyasının hesablanmasında nəzərə alınıb-alınmamsı ilə bağlıdır. Apellyasiya məhkəməsi bu hissədə iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun v) bəndinə və 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən təhsil müddəti iş stajına dax il edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbi olmaqla bu hüquq iddiaçı tərəfindən artıq qazanılmışdır. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əy ani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdir lər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüv vəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bunun la bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzim ləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Kollegiya hesab edir ki, məhkəmə iddiaçının 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsini cavabdehə həvalə etməklə bağlı olaraq da düzgün nəticəyə gəlmişdir. Belə ki, işdəki materiallardan müəyyən olunur ki, iddiaçı həqiqətən də həmin illərdə Gürcüstan Respublikasında “xxxx” MMC-də işləmişdir və işləyərkən aldığı əmək haqqından Gürcüstan Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər tutulmuşdur. Kollegiya aşağıda göstərilənlərə əsasən cavabdehin bildirdiyi iddiaçının həmin dövrdə qazandığı əmək haqqında məh z Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarının ödənilmədiyinə dair dəlilləri əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” 03 fevral 1993-cü il tarixli Sazişinə 2-ci maddəsinə əsasən tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyata keçirilir. Pensiya verilişinə çəkilən xərclərin ödənilməsi Tərəflərin səlahiyyətli orqanları vasitəsilə onların ərazisində qazanılmış staja mütənasib olaraq hər hansı vətəndaşın Tərəflərin ərazisində pensiya alması hüququna əməl etməklə təmin olunur. Həmin Sazişin 3-cü maddəsinə görə bu Saziş Tərəflərin qanunve riciliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək pensiya təminatının bütün növlərinə şamil edilir. Həmin Sazişin 4-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərin vətəndaşlarına pensiya təyinatı onların yaşayış yeri üzrə aparılır. Pensiya təminatı hüququnu, o cümlədən imtiyazlı şərtlərlə, xidmət illərinə görə pensiya təminatı hüququnu müəyyən etmək üçün iş stajına hər iki Tərəfin ərazisində olan iş müddəti (sığorta haqqı ödənilən dövr) nəzərə alınır. Pensiyaların hesablanması əmək (sığorta haqqı ödənilən dövr) stajına hesablanan iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Tərəflərdən hər hansı birində milli valyuta tətbiq olunarsa, əmək haqqının (gəlirin) miqdarı pensiya təyin edilərkən müəyyən edilmiş rəsmi kursa əsasən nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Res publikasının Qanununun 2-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd edilən normaların tələblərini nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının 01.09.2008-17.12.2011-ci illərdə Gürcüstan Respublikasında “xxxx” MMC-də işləyərkən aldığı əmək haqqından Gürcüstan Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən Sazişə əsasən o, Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tələb edə bilər. İddiaçının həmin dövrdə qazandığı əmək haqqından məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarını ödəməməsi vəziyyəti dəyişmir. Çünki Sazişin istinad olunan müddəalarına, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq iddiaçının halı ümumi qaydadan istisnanı təşkil edir. Buna görə iddiaçı Gürcüstanda sosial sığorta haqqı ödəməklə işlədiyi dövrün ona Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınmasını tələb edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları ap ellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2112/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar