Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-63/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; güzəştli iş stajını təsdiq edən arayış yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra – cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)-851/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuş, 01.09.1975-ci il tarixindən 29.04.1976-cı il tarixinədək X1 Deposunda fəhlə vəzifəsində işləmiş, 03.05.197630.06.1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 03.08.1978-ci il tarixindən 01.02.2018-ci il tarixinədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir.
2. İddiaçı ərizə ilə 24.07.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 06.08.2019-cu il tarixli *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinaya səbəb kimi iddiaçının 01.01.2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşı tamam olan tarixdən, yəni 20.02.2015-ci ildən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il tarixdən 01.02.2018-ci il tarixinə kimi X1 deposunda mexanik və rəhbər mexanik vəzifəsində çalışıb. Refrijerator vaqonlarını istehsal edən ölkə, insanın fiziki imkanlarını nəzərə alaraq iş vaxtı briqada üzvlərinin 3 və ya 4 nəfərdən ibarət olmasını tələb etmişdir. Yəni iş vaxtı 1 rəhbər, 2 və ya 3 mexanik nəzərdə tutulur. Belə olan təqdirdə rəhbər mexanik öz funksiyasını, mexaniklər isə öz funksiyalarını yerinə yetirirlər. Ona görə də pensiyaya çıxarkən mexanikə güzəştli şərtlə pensiyaya vaxtından tez çıxmaq hüququ verilir. Həmin qanunda bildirilir ki, əgər briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və 1 mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməlidir. İddiaçı da həmişə 1 mexaniklə işdə olub və mexanikin də funksiyasını yerinə yetirib. Onun orqanizminin qəbul etdiyi zərərli qaz olan freonu və insanın sağlamlığına ziyan vuran maddələri bir yerdə qəbul ediblər. 2015-ci ildən pensiyaya çıxmalı olduğu halda, bu vaxtadək əlaqədar təşkilatlara müraciət etsə də heç bir müsbət cavab almamışdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26.12.2019cu il tarixli qərarı ilə (hakim – Ş.Ə.Süleymanova) iddianın təmin edilməsi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20.02.2015-ci il tarixindən, 57 yaşdan əmək peysiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişd ir ki, iddiaçının 38 il 8 ay 1 gün ümumi iş stajı, 19 il 5 ay 14 gün güzəştli iş stajı mövcuddur və bu səbəbdən də iddia tələbi əsaslıdır.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 21(103)-851/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, 26.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquq i mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 08.09.2020-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan 08.10.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)851/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad etməkdə haqlı olmayıb. Belə ki, həmin Qanunun tətbiqi üçün iddiaçının 01.01.2006-cı ilədək ümumi və güzəştli iş stajını toplamış olması zəruri idi. Lakin iddiaçı özü idd ia ərizəsində qeyd edir ki, güzəştli iş stajı saydığı peşədə 15.12.1995ci il tarixindən çalışmağa başlayıb. Aydındır ki, bu halda iddiaçının 01.01.2006-cı ilədək 12 il 6 ay güzəştli iş stajını toplaması obyektiv olaraq mümkün deyildir. Odur ki, məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq etməklə maddi hüquq pozuntusuna yol verib.
15. Bundan başqa, məhkəmənin istinad etdiyi Siyahıdakı peşə “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” peşəsidir. Məhkəmə “mexanik” və “rəhbər mexanik” peşələrini eyniləşdirmişdir. Halbuki, Siyahının özünün tərtib edilmə üsulundan aydın olur ki, Nazirlər Kabineti Siyahıdakı peşələr üzrə fəhlə və rəhbərləri fərqli qruplar altında toplamışdır. Məhkəmənin istinad etdiyi peşə “fəhlə” qrupu altında toplanmış peşələrə aiddir, buna görə də “rəhbər mexanik” peşəsi orada nəzərdə tutulmayıb. Eyni zamanda, “X2” QSC-nin *** saylı, 26.08.2020-ci il tarixli məktubu “refrijerator deposunun mexaniki” və “refrijerator deposunun rəhbər mexaniki” peşələrinin eyni xarakterli olduğunu demək üçün kifayətedici deyildir. Ona görə ki, işəgötürən “X2” QSC hansı səbəbdən belə bir təsnifat aparıldığını, yəni “mexanik” və “rəhbər mexanik” peşələrinin fərqləndirildiyini əsaslandırmayıb. Odur ki, iddiaçının 19 il 5 ay 14 gün güzəştli iş stajına malik olması barədə məhkəmənin qənaəti əsaslı deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan ların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağı r olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddəyə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;
23. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
22. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses işti rakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, hazırkı qərarın 19-22-ci bəndlərində sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şərtlərin ödənildiyi qənaətinə gəlmiş və bu zaman “X3” MMC Şərq Vaqon Deposunun 02.04.2019-cu il tarixli ** nömrəli və 03.12.2019-cu il tarixli ** nömrəli arayışlarına istinad etmişdir. Halbuki, həmin arayışlarla iddiaçının güzəştli iş stajının 12 il 6 ay olması təsdiq olunmur.
29. Cavabdeh in bununla bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 27.06.1997-01.02.2018-ci illərdə refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda öz əksini tapmamışdır.
30. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının istinad etdiyi “X2” QSC-nin 03.01.2012-ci il tarixli vəzifə təlimatları isə yalnız refrijerator seksiyası mexanikinin və refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borclarını müəyyən edən sənəddir. Hazırkı qərarın 22-ci bəndində qeyd olunan normaların tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün vəzifə təlimatı yox, məhz güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına əsas ola bilər.
31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, eyni zamanda, işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, bununla da hazırkı qərarın 23-cü bəndində qeyd olunan prosessual normaların tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
32. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan həmin kassasiya şikayəti təmin edilə bilməz.
33. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
34. İşə təkrar baxan məhkəmə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını tələb edərək iş materiallarına əlavə etməli, həmin arayış əsasında iddiaçının zəruri güzəştli iş stajının (12 il 6 ay) olub-olmamasını qiymətləndirməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 21(103)-851/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.