Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-63/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (üçüncü şəxslər X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, 13 saylı Notariat Kontorunun notariusu Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmdən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (üçüncü şəxslər X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, 13 saylı Notariat Kontorunun notariusu Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) qarşı iş üzrə “xüsusi qərardad çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)-2192/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı 3-cü şəxslər X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, 13 saylı Notariat Kontorunun notariusu Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi işə cəlb edilməklə Azərbaycan Respublikasının Baş Prokurorluğuna xüsusi qərardad göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-5212/2021 nömrəli qərardadı ilə (hakim Aygün Abdullayeva) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdehə qarşı konkret tələbi göstərilmədiyindən iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə
4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-5212/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci tarixli 21(103)-2192/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Azər Hüseynov, hakimlər – Səadət Bəktaşi və Vidadi Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-5212/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İdd iaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci tarixli 2-1(103)-2192/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə İPM-in 12, 13, 14, 34, 35, 83-cü maddələrinin, həmçinin Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının göstərişlərinə əməl etməmiş və lazımı araşdırma aparmamışdır. İddiaçı məhkəmədə vəkillə təmin olunmamış və məhkəmə iclasında şəxsən iştirak etməmişdir. Bu səbəbdən iddia tələbinin qeyri-dəqiq olması mümkündür. Lakin iddia tələbinin qeyri-müəyyən və ya qeyri-dəqi q olması onun mümkün sayılmamasını şərtləndirən amil deyil. İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən xətaların aradan qaldırılmasında məhkəmənin iddiaçıya yardım etmək vəzifəsi olduğu göstərilir. Məhkəmə iddiaçını şəxsən dinləmədən, hüquqi təkliflər vermədən, lazımi yardım etmədən, iddia tələbini müdafiə üçün şərait yaratmadan, iclasda şəxsən iştirakını təmin etmədən iddia tələbini mümkünsüz saymaqla yanlış qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərin in münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı Bənd 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübah isənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar va sitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 11-ci bəndində göstərilən hüquqi mövqeyindən görünür ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılm ası üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır.
16. Hazırkı iddia tələbi İPM-in 2.2.1-2.2-9-cu maddələrində qeyd olunan iddia növlərindən heç biri ilə uyğunluq təşkil etmədiyindən işə baxan birinci instansiya məhkəməsi hazırkı qərarın 10-cu maddəsində qeyd olunan məhkəmənin “yardım etmək” vəzifəsinə, bu vəzifə ilə bağlı Ali Məhkəmə Plenumunun göstərişlərinə uyğun olaraq iddiaçıya “hüquqi yardım” göstərsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə heç bir ərizə verməmişdir.
17. Kassator məhkəmənin iddiaçıya yardım etmədiyini, işə onun iştirakı olmadan və izahatı tələb edilmədən baxıldığını bildirsə də, 04.05.2021-ci il tarixli məhkəmə iclasının pro tokolundan (iş v.11-13) görünür ki, məhkəmə hazırlıq iclası 12:15-də açıq elan edilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, telefon rabitəsi vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclasının həmin gün saat 15:00-a təxirə salınmasını xahiş etmişdir.
18. Məhkəmə fasilə elan etmiş, saat 15:00-da iddiaçının məhkəmə iclasında iştirakı təmin olunaraq izahatı dinlənilmişdir. Bundan sonra məhkəmə iddiaçı ilə işin hallarını müzakirə etmiş, İPM-in 13-cü və 48-ci maddələrinə müvafiq olaraq yardım edərək əlavə və vəsatətlərinin olub-olmamasını soruşmuş, iddiaçı əlavə və vəsatət təqdim etməmişdir.
19. Göründüyü kimi, kassasiya şikayətində məhkəmənin “yardım etmək” vəzifəsinə əməl etmədiyi qeyd edilsə də, yuxarıda göstərilən hallar iddiaçının kassasiya şikayətinin dəlillərini təkzib edir.
20. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən də məhkəmə tərəflərə 04.08.2021-ci il tarixli bildiriş (iş v.23) göndərərək məhkəmə iclasının vaxtı və yeri barədə onları xəbərdar etmiş, iclasa gəlmədikləri halda İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir.
21. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi də öz vəzifələrinə əməl etmiş, məhkəmə iclasından 20 gün əvvəl tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş, buna baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, iddiaçının məhkəmə iclasında iştirak etmədiyi halda məhkəmənin işə baxması prosessual pozuntu hesab edilə bilməz. Hazırkı halda, tərəflərin iştirakı olmadan apellyasiya instansiyası m əhkəməsinin işə baxması İPM-in 62.3-cü maddəsinin məzmununa uyğundur.
22. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci tarixli 2-1(103)-2192/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci tarixli 21(103)-2192/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.