Məhkəmə qərarları › İş №2-1(102)-63/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-63/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-63/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi"; iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.9.2022-ci il tarixli, 2-1(107)-172/2022 nömrəli qərarından üçüncü şəxslər "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 51 nömrəli sərəncamına əsasən, 142 nömrəli texniki peşə məktəbinə təlim-təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nöm rəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş xx.xx.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır.

2. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmiş və həmin təsərrüfat xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.

3. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənəddə 50 ha torpaq sahəsinin sxemi göstərilmişdir.

4. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X2 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir.

5. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sa hilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmişdir.

6. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. 7. "Amil-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X3 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir.

8. Ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmi şdir. Təsərrüfat təsisçilərinin xx.xx.2004-cü il tarixli 01 nömrəli ümumi yığıncaq qərarına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış, həmin MMC-nin nizamnaməsi təsdiq edilmişdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamına əsasən, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır.

10. Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax Bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-c i ildə 13 nömrəsi ilə uçota alınmışdır.

11. Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax Bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

12. Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli protokoluna əsasən, Yevlax Bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı Bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq h ərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır.

13. Keçirilmiş müsabiqə əsasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına 044788 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.

14. Həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

15. Həmin torpaq sahəsinə "Xalq Bank” ASC-nin ipoteka hüququ xx.xx.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin 50 ha torpaq sahəsi Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən o na verilmiş, lakin 2016-cı ildə "xxxx" MMC-nin əməkdaşları onlara məxsus torpaq sahəsini onların əlindən almışlar. Sonradan məlum olmuşdur ki, onların zəbt etdiyi torpaq sahəsinə xx.xx.2011-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya qarşı xx.xx.2019-cu il tarixli **********69 nömrəli etirazında bildirmişdir ki, Yevlax Bələdiyyəsinin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının t orpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2011-ci il tarixli iclas protokolları və buna əsasən verilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi xx.xx.2011ci ildə ********** qeydiyyat nömrəsi ilə İdarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınarkən heç bir qanun pozuntusu olmamış və qeydiyyat qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Halhazırda daşınmaz əmlak üzərində mülkiyyət hüququ Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Yevlax filialının xeyrinə 120 ay müddətinə yüklü edilərək xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

19. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-296/201 9 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" Bank ASC və Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər.

20. Üçüncü şəxs Yevlax Bələdiyyəsi xx.xx.2019-cu il tarixli 60 nömrəli etirazında bildirmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatına verilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi xx.xx.2010-cu ilədək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında və istifadəsində olmuşdur. Bu faktlar sübut edir ki, qeyd olunan torpaq sahəsinin iddiaçının istifadə sində olması heç bir yerdə qeydiyyatdan keçməmişdir. Bundan sonra Yevlax Bələdiyyəsi tərəfindən "xxxx" MMC-nin müraciətinə əsasən, qeyd olunan torpaq sahəsi hərrac və müsabiqə ilə ona satılmışdır. Hərrac və müsabiqənin qalibi sənədləri əsasında torpaq sahəsi xx.xx.2011-ci ildə çıxarışla "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Bütün əməliyyatlar mülki, torpaq və bələdiyyə torpaqlarına aid qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Sənədlərdən aydın olur ki, mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə satılmasından 7 (yeddi) ildən çox müddət keçib.

21. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiası mümkün sayılmamışdır.

22. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsində birinci icraat

23. X7 Məhkəməsinin icraatında olduğu vaxt "Elşən-96" kəndli (fermer) təsərrüfatının başçısı X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır və hazırda torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə Yevlax Bələdiyyəsinin qərarının ləğv olunmasını istəyir, bu baxımdan da hazırkı ərizəsinin qəbul edilərək təmin olunmasını xahiş edir.

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-335/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. birinci instansiyası məhkəməsindəki ikinci icraat

25. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh kimi Yevlax Bələdiyyəsini, üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini və "xxxx" MMC-ni göstərmiş, iddia tələbini isə "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" kimi ifadə etmişdir.

26. Üçüncü şəxs "xxxx" Bank ASC xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının kəndli fermer təsərrüfatı yaratmaq səlahiyyəti olmadığı halda bu barədə qanunsuz inzibati akt qəbul etmiş, qanunda göstərilən digər prosedur qaydalarını pozmuşdur. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı hüquqi baxımdan ümumiyyətlə mövcud deyil, onun kəndli (fermer) təsərrüfatı kimi fəaliyyəti və mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun olmasını iddia etməsi qanunsuzdur.

27. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Yevlax Bələdiyyəsi ilə əvəz edilmişdir.

28. İddiaçı "xxxx" MMC xx.xx.2019-cu il tarixdə cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

29. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan 20 ha torpaq sahəsi hərrac vasitəsilə "xxxx" MMC-yə satılmış və Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə qeydiyyata alınmaqla çıxarış verilmiş və həmin 20 ha sahə də daxil olmaqla 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Göründüyü kimi, Bələdiyyənin qərarı ilə hərraca çıxarılan torpaq sahəsi həmin vaxt onun istifadəsində olmuşdur.

30. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmiş və işin nömrəsi 2-1(116)-4/2022 olmuşdur: 1) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adın a verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiasına dair 21(116)-1/2022 nömrəli iş; 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-4/2022 nömrəli iş.

31. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

32. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tari xli qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, xx.xx.2019-cu il tarixli protokol qərardadı isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsinə dair hissədə ləğv edilmiş, eləcə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Yevlax Bələdiyyəsinin məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

33. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə “Mübahisələndirmə haqqında iddia üzrə mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəti cələrin aradan qaldırılması tələbinə dair əlavə ərizə” təqdim edərək mübahisələndirdiyi Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının icra olunması nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci ildə "xxxx" MMC-nin adına verilmiş ******* nömrəli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha hissədə ləğv olunmasını da xahiş etmişdir

34. Şəki İnzibati Məhkəməsinin 26.4.2022-ci il tarixli qərardadı ilə iddiaçı "Elşən96" kəndli (fermer) təsərrüfatının iddianı dəyişdirməsinin qəbulundan imtina edilmişdir.

35. Hazırkı işdə iddiaçı qismində "Elşən-96" kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC, cavabdeh qismində Yevlax bələdiyyəsi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində "xxxx" MMC, adi cəlbetmə qaydasında üçüncü şəxs qismində Açıq Səhmdar Cəmiyyəti "xxxx" iştirak edirlər. Hər iki iddiaçının iddia tələbi Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının qismən - müvafiq olaraq 50 ha və 20 ha torpaq sahələrinə aid hissələrdə ləğv edilməsi barədədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

36. Şəki İnzibati Məhkəməsinin 26.4.2022-ci il tarixli, 2-1(116)-4/2022 nömrəli qərarı ilə (hakim V.Qasımov) iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilmiş, cavabdeh Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A-00 0332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin üstüstə düşən 35,3 ha hissəsində, iddiaçı "xxxx" MMC-nin adına olan A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsi ilə üst-üstə düşən 20 ha hissəsində ləğv edilməsi, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiasının qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

37. Məhkəmə qeyd etmişdir ki, hər iki iddiaçının adına ayrı-ayrı dövlət aktları verilmiş və bununla da torpaq sahəsi üzərində onların hüququ yaranmışdır. Hazırda Qanunun qüvvədə olduğu müddətdə, nə də ondan sonra ötən dövrdə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsi barədə hər hansı qərar verilmə mişdir. Belə olan halda, iddiaçıların adına verilmiş dövlət aktları öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin sənədlərdə göstərilmiş koordinatlar müvafiq olaraq İddiaçı2 kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsinin və "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planlarına uyğundur. Göstərilən koordinatlar məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək, onların üst-üstə düşüb-düşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Alınmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstər ilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də ("Elşən-96" kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35,3 ha torpaq sahəsi cədvəl 3-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80,1 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir.

38. Üçüncü şəxslər "xxxx" Bankı ASC və "xxxx" MMC həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsindəki icraat

39. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 15.9.2022-ci il tarixli, 2-1(107)-172/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, M.Əsədli və Ə.Məcidov) iş üzrə üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26.4.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

41. Üçüncü şəxslər "xxxx" Bankı ASC və "xxxx" MMC apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Üçüncü şəxs "xxxx" Bank ASC-nin kassasiya şikayətinin dəlilləri

42. Üçüncü şəxsin kassasiya şika yətində qeyd edilir ki, İddiaçı2 KFT tərəfindən iddia müddətinin ötürülməsi barədə Bankın apellyasiya şikayətinin dəlillərinə Qərarda hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi (bundan sonra “Mühəndis”) tərəfindən imzalanaraq məhkəməyə təqdim olunmuş 2 ədəd sxemin və həmin sxemlərdə göstərilmiş döngə nöqtələrinin koordinatlarının müvafiq olaraq İddiaçı2 KFT-yə ayrılmış 50 ha torpaq sahəsinin və "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planlarına uyğun olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunun, habelə həmin sxemlərdə göstərilmiş koordinatların Yevlax Bələdiyyəsinin müvafiq qərarı ilə "xxxx" MMC-yə satılmış 80 ha torpaq sahəsi ilə üstüstə düşməsi ("Elşən-96” KFT-yə ayrılmış torpaq sahəsinə münasibətdə qismən, "xxxx" MMC-yə ayrılması torpaq sahəsində münasibətdə isə tam üst-üstə düşməsi) barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin qeyri-mötəbərliyinə dair Bankın apellyasiya şikayətinin dəlillərinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Qərarda hər hansı münasibət bildirilməmişdir.

43. Hesab edilir ki, bu, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bankın apellyasiya şikayətində göstərilən sözügedən məsələlərin arasdırılmamasından irəli gəlmişdir. Çünki, apellyasiya instansiyası məhkəməsi Qərarında yalnız Səki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-4/2022 №-li qərarında göstərilən məsələləri təkrarlamaqla kifayətlənmiş və Bankın apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirməmişdir. Üçüncü şəxs ”Lalə Tekstil” MMC-nin kassasiya şikayətinin dəlilləri

44. Şikayətin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini yerinə yetirməmişdir.

45. Apellyasiya instansiya məhkəməsi işdə iddiaçıların adına olan torpaq sahələrinin koordinatlarının mövcud olmadığı və həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığı barədə işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubları və Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin rəylərini nəzərə almadan və çətinlik çəkmədən məsələni 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisinin tərtib etdiyi sxemlə həll etmiş, Yevlax şəhərində fəaliyy ət göstərən həmin mühəndisin tərtib etdiyi iki sxemi əsas götürərək, tamamilə qanunsuz və əsassız qərar qəbul etməklə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunan mühəndisin öz sxemini tərtib edərkən hansı sənədlərə istinad etdiyi nədənsə apellyasiya instansiya məhkəməsinin hakimləri üçün maraqlı olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçılar üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişlər ki, hər iki instansiya məhkəmələri işin hallarına və tərəflərin təqdim etdikləri sübutlara uyğun olaraq Azərbaycan Respublikası İPM-nin 2.2.3., 34.1, 38.1., 68, 69, 87.6., 89, 90.1 və 94.1-ci, "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respub likası Qanunun 11, 13 və 19-cu, "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 4.1ci, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci, "İnzibati icraat haqqında" Qanunun 67.1, 67.2, 67.3-cü maddələrini düzgün tətbiq etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də ("Elşən-96" kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35.3 ha torpaq sahəsi cədvəl 3-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80.1 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 6 nömrəli qərarı qəbul edilərkən maddi hüquq norm alarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz, əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

47. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Şikayətlər qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli g əlir.

51. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış və onun adına bu barədə A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmiş, habelə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamı ilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış və onun adına bu barədə A004865 nömrəli "Torpağa mülkiyyət, sahi blik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən, Bələdiyyənin 80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi və s. qərara alınmışdır. Daha sonra həmin 80 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.

52. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi tərəfindən imzalanmış iki sxem məhkəməyə təqdim edilmişdir. Həmin sxemlərin biri "Yevlax şəhəri "Elşən-96" kəndli (fermer) təsərrüfatı (kənd təsərrüfatı 50,0 ha) Miqyası 1:10000", digəri isə "Yevlax şəhəri "Amil" kəndli (fermer) təsərrüfatı (kənd təsərrüfatı 20,0 ha) Miqyası 1:10000" adlanır və hər iki sxemdə torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin sənədlərdə göstərilmiş koordinatlar müvafiq olaraq "Elşən-96" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsinin və "xxxx" MMC-yə ayrılmı ş 20 ha torpaq sahəsinin yerquruluşu planlarına uyğundur... Göstərilən koordinatlar məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək, onların üst-üstə düşüb-düşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Alınmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də ("Elşən-96" kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35,3 ha torpaq sahəsi cədvəl 3də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80,1 ha torpaq sahəsi ilə üst-üstə düşür.

53. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir.

54. Bu qənaətin hüquqi əsası kimi apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin iddiaçılara ayrıldığı zaman qüvvədə olmuş "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinə, 13-cü və 19-cu maddələrinə istinad etmişdir.

55. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə görə, torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir.

56. Həmin Qanunun 13-cü maddəsinin müddəalarına görə, kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir (1-ci bənd). Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir (2-ci bənd).

57. Həmin Qanunun 19-cu maddəsində isə kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti tərəfindən xitam verilməsinin əsasları təsbit olunmuşdur.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və həmin qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

59. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Qanunun müddəalarından göründüyü kimi, həmin normalar kəndli təsərrüfatının bilavasitə mülkiyyətinə verilmiş torpaq sahələri ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı işdən göründüyü kimi, iddiaçıların adlarına tərtib edilmiş Dövlət aktlarında mübahisəli 50 ha və 20 ha torpaq sahələri iddiaçıların adlarına daimi istifadə hüququ ilə qeydə alınmışdır. Belə olduğu halda, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə işin faktiki hallarını iddiaçıların iddia etdikləri torpaq sahələrinə istifadə hüquqlarını müəyyən edən normativ aktların tələblərinə uyğun olaraq araşdırmalı və qiymət verməli idi.

60. Kassasiya şikayətlərində haqlı olaraq qeyd olunur ki, mübahisəli torpaq sahələrinin üst-üstə düşmələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndir ən üçüncü şəxslərin apellyasiya şikayətlərindəki dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir (İPM-in 87.8-ci maddəsi).

61. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinin üst-üstə düşmələri ilə bağlı birinci instansiya məhkəməsinin qərarındakı əsaslara istinad etsə də, həmin hallarla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyinə üstünlü k verməsinin səbəblərini qərarında əsaslandırmamışdır.

62. Bundan başqa, əgər apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia olunan (mübahisələndirilən) torpaq sahələri ilə bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatlarının tam və ya qismən üst-üstə düşdüyünü qəbul edirsə, bu halda, o, həmin torpaq sahələrinin (o cümlədən, iddiaçıların istifadəsində olmuş mübahisəli torpaq sahələrinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.9.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə verilmiş 128,0 ha torpaq sahəsinin tərkibində olduğunu da qəbul etməli idi.

63. Məhkəmə kollegiyası nəzərə alır ki, torpaqdan daimi istifadə hüququna qanunla müəyyən edilmiş hallarda və qaydada xitam ver ilə bilər (Torpaq Məcəlləsinin XV fəsli), həmçinin əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının (o cümlədən, istifadə hüququnun) xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158-ci maddəsi).

64. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verildiyini qərarında qeyd etsə də, həmin sərəncamın mübahisənin düzgün həlli üçün hansı əhəmiyyət kəsb etdiyinə (mübahisəli torpaq sahələrinə münasibətdə hansı hüquqi nəticələ r yaratdığına) münasibət bildirməmişdir.

65. Beləliklə, İPM-in 12.1,, 58.7, 82, 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

66. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. 67.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.9.2022-ci il tarixli 2-1(107)172/2022 nö mrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayətləri qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar