Məhkəmə qərarları › İş №2-1(102)-630/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-630/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-630/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-630/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili X4 oğlunun, cavabdehin nümayəndəsi V5, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2358/2018 saylı qərarından İddiaçı və onun vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci ildə anadan olduğunu, 1978-ci ilin xx ayından 1992-ci ilin xx ayı da daxil olmaqla Şamaxı rayonunun 1-ci Çaylı kəndində yerləşən Cəfər Cabbarlı adına Sovxozda işlədiyini, bu fak tın arxiv arayışının surəti ilə təsdiq edildiyini, xxxx 1983cü il tarixində anadangəlmə nitq qüsurlu və əlil övladı X1 anadan olduğunu, qızının xüsusi qulluğa ehtiyacı olduğu üçün 8 (səkkiz) yaşı tamam olduqdan sonra, 1992-ci ilin dekabr ayının sonuncu günü öz xahişi ilə ərizə yazaraq, işdən azad olunduğunu, 3 (üç) uşaq anası olduğunu, hazırda övladlarının hər üçünün də ailəli olduğunu, cavabdeh inzibati orqana pensiya təyin edilməsi barədə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla sığorta stajı barədə sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, sağlamlıq imkanları məhdud olan qızının təxminən 15 ildən artıq himayəsində qaldığını, «Əmək pensiyaları haqqında» Qanunun 8.2-ci maddəsinə əsasən onun 50 yaşından əmək pensiyası hüququnun yarandığını bildirərək, ona xxxx 2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)2764/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 50 yaşdan, yəni xxxx 2012-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim - Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2358/2018 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Ta ğızadə və Ü.A.Mayılov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinin apellyasiya şikayəti təminedilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili X4 oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki. apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, qanunvericiliyə görə iddiaçının 50 yaşdan güzəştli yaşa görə əmək pensiya sı almaq hüququnun olması 20 il sığorta stajının olması və 8 yaşınadək 2-ci qrup əlil uşağa qulluq etməsi ilə yaranmış, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları’nın 2.1.8-ci bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin-ümumi və güzəştli əmək stajının "Vətəndaşların pensiya təmina tı haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanuna xxxx 1997-ci il tarixli, 32-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın-yaşın isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmiş, Qanunun bu tələbinə görə onun 50 yaşdan güzəştli yaşa görə əmək pensiyası almaq hüququnun olması iddiaçının 5 il (faktiki 20 il) sığorta stajının və 8 yaşınadək 2-ci qrup əlil uşağa qulluq etməsinin tamam olması həmin qanunun qüvvədə olduğu zaman yarandığına görə, 50 yaşının sonradan, artıq həmin qanunun qüvvədə olmadığı vaxtda tamam olmasından asılı olmayaraq, 2006-cı ildən qüvvədə olan «Əmək pensiyaları haq qında» Qanunun 8.2- ci maddəsinin tələblərinə uyğun olaraq xxxx 2012-ci il tarixdən təyin edilməli idi, sonradan qəbul edilən qanun və ona edilən dəyişiklik onun vəziyyətini ağırlaşdırdığı üçün onların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla, geriyə qüvvəsi yoxdur. Tərəflərin izahatları İddiaçının vəkili X4 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə və vəki li Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili X4 oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-l(103)2358/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxxx 1962-ci ildə anadan olmuş İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla «Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajınınəmək kitabçasına əsasən müəyyən edildiyinə, sığorta stajı barədə sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının xxxx 1983-cü il təvəllüdlü qızı Nazirə Mustafayevanın uşaqlıqdan ikinci dərəcəli əlil olması və iddiaçının onu səkkiz yaşınadək tərbiyə etməsi işin mübahisələnd irilməyən hallarına aid olmaqla, xxxx 2005-ci il tarixli, 1 13756 saylı vəsiqə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı MKİS-nin 1636 saylı, xxxx 2018-ci il tarixli arayışı ilə təsdiq edilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X2 313 saylı, xxxx 2018-ci il tarixli arxiv arayışlarına görə İddiaçı (Eyvazova) 1978-ci ildən 1992-ci ilədək Şamaxı rayonunun Çaylı kəndində “C.Cabbarlı” adına sovxozda işləmiş və əmək haqqı almış, həmçinin iddiaçı izahatında Azərbaycan Respublikasının xxxx 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək sağlamlıq imkanları məhdud olan uşağının səkkiz vaşı tamam olması nəzərə alınmalı və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8.2- ci maddəsinə sonradan edilmiş dəyişiklik onun vəziyyətini ağırlaşdırdığı üçün tətbiq olunmamalı, ona Qanunun əvvəlki redaksiyasının tələbinə əsasən 50 yaşının tamam olduğu vaxtdan əmək pensiyası təyin edilməli olduğunu bildirsə də, iddiaçının 50 yaşının tamam olduğu vaxt (2012-ci ildə) sağlamlıq imkanları məhdud övladını səkkiz, yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan anaların 50 yaşından əmək pensiyası hüququnu nəzərdə tutan maddi hüquq norması artıq qüvvədə olmamış, «Əmək pensiyaları haqqında» AzərbaycanRespublikası Qanunun 8.2-ci maddəsinin 2012-ci ildə olan redaksiyasının tələbinə görə isə 50 yaşından əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsasl ı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən (xxxx 2009-cu il tarixli 904-111QD saylı Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyası) sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşma çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (01 yanvar 2010-cu ildə qüvvəyə minmiş və 2012-ci ildə qüvvədə olan redaksiyası) 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 i) azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə (01 yanvar 2010-cu ildə qüvvəyə minmiş və 2012- ci ildə qüvvədə olan redaksiyası) əsasən 62 yaşma çatmış kişilərin və 57 yaşma çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il xxxx başlayaraq 2012-ci ilin xxxx, qadınların yaş həddi 2010-cu ilin xx.başlayaraq 2016-cı ilin xx İ-dək hər il altı ay artırılır. İş materiallarına əsasən apellyasiya məhkəməsində xxxx 2018-ci ildə keçirilən iclas zamanı iddiaçının nümayəndəsi N.Mustafayev vəsatət verərək, 50 yaşından deyil, qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq iddia tələbinin dəqiql əşdirilməsi üçün vaxt verilməsini xahiş etmiş, bununla əlaqədar məhkəmə iclası xxxx 2018-ci il tarixə təxirə salınsa da, nümayəndə məhkəmədən verilmiş iddia üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Apellyasiya iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materiallarına əsasən, iddiaçının xxxx 1983-cü il təvəllüdlü, uşaqlıqdan ikinci dərəcəli əlil qızı Nazirə Mustafayevanı səkkiz yaşınadək tərbiyə etdiyinin təsdiq edildiyini, arxiv arayışlarına əsasən İddiaçı 1978-ci ildən 1992-ci ilədək Şamaxı rayonunun Çaylı kəndində “C.Cabbarlı” adına sovxozda işlədiyini və əmək haqqı aldığı təsdiq edilsə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəs inin 2012-ci ildə olan redaksiyasına görə 50 yaşından əmək pensiyasının təyin edilməsinin nəzərdə tutulmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, 50 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi barədə hazırkı iddia tələbinin təmin edilməməsi, bu iş üzrə müəyyən edilmiş faktiki hallar nəzərə alınmaqla, iddiaçının, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci və 8.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi barədə məhkəməyə yenidən müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya q aydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2358/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2358/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar