Məhkəmə qərarları › İş №2-1(102)-630/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-630/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-630/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-630/2024 (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması; işin hallarının lazımi qaydada araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3746/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 280 nömrəli qərarına əsasən Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsinin icarə yə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqavilə 49 il müddətinə bağlanmışdır.

2. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 546 nömrəli qərarına əsasən Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında İddiaçı mülkiyyətinə verilmişdir.

3. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən bələdiyyə mülkiyyətində olan Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsini “satan” Binəqədi Bələdiyyəsinin sədri X1 fəaliyyəti ilə məşğul olmaq üçün alıcıya təklif edir, alıcı İddiaçı torpaq sahəsini qəbul edir. Müqavilədə bələdiyyənin xx.xx.2006-cı il tarixli Pr N 13 nömrəli qərarına i stinad edilmişdir. 4. 29 dekabr 2006-cı il tarixli AJV 039539 nömrəli kassa mədaxil orderinin qəbzinin surətinə əsasən alqı-satqı müqaviləsi üçün 5600 manat ödənilmişdir.

5. Situasiya planından görünür ki, İddiaçı ayrılan sahənin situasiya planı bələdiyyə tərəfindən təsdiq edilmişdir.

6. Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsində binanın tikilməsinə razılıq verilmişdir.

7. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, istehsalat və inzibati binanın tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma eskiz həlli razılaşdırılmışdır.

8. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubl a təqdim etdiyi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 192 nömrəli sərəncamına əsasən İddiaçı Binəqədi rayonu, 3105-ci məhəllədə yerləşən 1120 kv.m torpaq sahəsində istehsalat və inzibati binanın tikintisinə icazə verilmişdir. 9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən İddiaçı məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105 saylı məhəllədə yerləşən 1120 kv.m qeyri-yaşayış sahəsi 6kV-luq şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törə dilmədiyi bildirilmiş və qeydiyyata alınmasına etiraz edilməmişdir.

10. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi sənədlər toplusuna əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” A zərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 280 saylı qərarı ilə iddiaçıya icarəyə verilmiş, 29 dekabr 2006-cı il tarixli 546 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli ərizə ilə mülkiyyətinə verilmişdir. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 192 saylı sərəncamı ilə ona istehsalat və inzibati binanın tikintisinə icazə verilmişdir. Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi binanın tikilməsinə razılıq vermişdir. Hazırda ona məxsus sahənin sağ qonşu, sol qonşuları sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınıb, lakin onun sahəsi qeydiyyata alınmı r, halbuki qeyd etdiyi qonşularda eyni onda olan sənədlər əsasında çıxarış alıblar. Sənədlərinin hamısı hüquqi cəhətdən düzgündür və əsalıdır, hesab edir ki, onun hüquqları qeydiyyata alınmalıdır.

13. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqısatqı aktı təqdim edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi sənədlər toplusuna əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttin in mühafizə zonasında yerləşir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi sənədlər toplusuna əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-c i maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

14. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) 2-1(112)-9932/2023 saylı, 01 avqust 2023-cü il il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

15. Birin ci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 1120 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı bələdiyyə torpaq fondundakı 1120 kv.m torpaq sahəsi ayrılmışdır. Binəqədi bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə planı təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Cavabdehin imtinası (hərəkətləri) qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

16. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3746/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: K.H.Əkbərov, hakimlər: M.Ə.Rüstəmli və N.Ş.Cəfərov) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibat i Məhkəməsinin 2-1(112)-9932/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində imtina məktubunun, iddia ərizəsinə etiraz və apellyasiya şikayətininin dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023cü il tarixli, 3-48-2F/2-035596/2023 saylı məktubla bildi rilmişdir ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 546 saylı qərarı (qeyd olunan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair) və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur və qərar V.M.Əfəndiyevin mülkiyyətində olan torpaq sahəsinin Bələdiyyənin ehtiyat fonduna qaytarılması və həmin torpaq sahəsinin vət. X3 mülkiyyətinə verilməsi haqqındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanun: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları üçün aşağıdakılar əsas hesab olunur: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.... Maddə

7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrin in perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; … 23.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hü quq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda 24.Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 25.Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 27.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. 28.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. 29.Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. 30.Hazırki inzibati iş üzrə mübahisə predmeti Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 546 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi ilə bağlıdır. 31.İddiaçı tərəfindən təqdim edilmiş Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 546 nömrəli qərarın surətindən görünür ki, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında İddiaçı mülkiyyətinə verilmişdir. 32.Kollegiya qeyd ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-035596/2023 saylı məktubunda Binəqədi rayonu Binəqədi bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 546 saylı qərarı və ona əlavə edilmiş digər sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin qərarda İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. 33.Həmin məktuba əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 546 saylı, xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı ümumi iclasının qərarına əsasən vət. X2 xahişi təmin edilərək Binəqədi rayonu, Goradil bağ massivində bağ evi torpaq sahəsi üçün onun mülkiyyətinə ayrılmış 500 kv.m torpaq sahəsində istifadə etməyə maddi imkanı olmadığından Bələdiyyənin xx.xx.2016-cı il tarixli, 317 saylı qərarı ləğv edilərək qüvvəsi itirilmiş hesab edilmiş və onunla bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmiş, vət. X3 müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, Goradil bağ massivində bağ evi torpaq sahəsi üçün göstərilən 500 kv.m+250 kv.m (cəmi 750 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə (hər kv.m üçün 2 man. 24 qəp ödəmək şərtilə) ayrılmışdır. 34.Göründüyü kimi Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 546 saylı qərarı İddiaçı barəsində deyil, X5 Binəqədi rayonu, Goradil bağ massivində bağ evi torpaq sahəsi üçün göstərilən 500 kv.m+250 kv.m (cəmi 750 kv.m) torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə (hər kv.m üçün 2 man. 24 qəp ödəmək şərtilə) ayrılması barədə olmuşdur. 35.Dövlət Arxivinin Bakı Filialı xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 280 nömrəli qərarına əsasən Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqavilə 49 il müddətinə bağlanmışdır. 36.Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin 27 iyun 2008-ci il tarixli 192 saylı Binəqədi rayonu, 3105-ci məhəllədə yerləşən və vətəndaş İddiaçı icarəsində olan torpaq sahəsində təqdim olunan layihə əsasında istehsalat və inzibati binanın tikintisinə icazə verilməsi barədə Sərəncamından görünür ki, Binəqədi Bələdiyyəsinin 280 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə 49 il müddətinə bağlanmış d/661 saylı xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən vətəndaş İddiaçı icarəsinə verilmiş sözügedən torpaq sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən memarlıq-planlaşdırma eskiz həlli razılaşdırılmış layihə əsasında istehsalat və inzibati binanın tikintisinə icazə verilmişdir. 37.Qeyd olunan sərəncamda da tikintisinə icazə verilmiş torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2006-cı il tarixli 546 saylı qərarına istinad olunmamışdır. 38.Bundan başqa, iş materiallarına əlavə olunmuş müxtəlif işlər üzrə məhkəmə qətnamələrində yalnız Binəqədi Bələdiyyəsinin 280 saylı, xx.xx.2006-cı il tarixli qərarına istinad olunmuşdur. 39.Məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi bələdiy yənin xx.xx.2006-cı il tarixli, 546 saylı qərarında İddiaçı Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsinin ayrıldığı, arxiv idarəsi tərəfindən təqdim edilmiş eyni tarixli və nömrəli digər bələdiyyə qərarında isə X5 Binəqədi rayonu, Goradil bağ massivində 750 kv.m torpaq sahəsinin ayrıldığı göstərilmişdir. 40.Məlumatların ziddiyyətli olması əsası ilə onların həqiqiliyinin şübhəli olmasına gəlincə məhkəmə kollegiyası bildirir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının ad ından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). 41.Lakin göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl etməmiş, cavabdehin fərqli mövqelərini aradan qaldırmaq üçün ona verilmiş səlahiyyətlər həddində tam hüquqlu məhkəmə kimi davranmamışdır. 42.Məhkəmə kollegiyası qeyd edir ki, ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin yuxarıda göstərilən məsələ ilə bağlı mövqeyi aydınlaşdırılmalı və həmin torpaq sahəsinin bələdiyyənin xx.xx.2006-cı il tarixli, 546 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilməsi yoxlanılmalıdır. 43.İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olması qeyd edilmiş, apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı araşdırma aparmamışdır. 44.O da qeyd olunmalıdır ki, Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqavilədə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2006-cı il tarixli Pr N 13 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsini “Alıcı”ya təklif edildiyi qeyd olunsa da, apellyasiya məhkəməsi bu zidiyyətləri, yəni torpaq sahəsinin həqiqətən mülkiyyətə bələdiyyənin xx.xx.2006-cı il, yoxsa xx.xx.2006-cı il tarixli qərarı ilə verilməsini aydınlaşdırmamışdır. 45.Ayrılan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdehə həvalə edilməsi barədə iddianı təmin edən məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına uyğun araşdırma aparmamış, torpaq sahəsinin qanuni əsasla iddiaçının xüsusi mülkiyyətinə verilməsini yoxlamamışdır. 46.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, i ş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində əsaslı sayılmamalıdır. 47.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3746/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar