Məhkəmə qərarları › İş №2-1(102)-631/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-631/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-631/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2-1(107)328/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarına əsasən iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycan DRES”-nin Elektrik sexində 3-cü, 4-cü dərəcəli elektrik mon tyoru vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən yenidən “Azərbaycan DRES”-in Elektriki sexində elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixədək həmin sexdə elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-ci il tarixədək Elektrik və X1 Avadanlıqlarının Quraşdırılması və Sazlanması sexinə 3-cü qrup usta vəzifəsində, xx.xx.1999-ci il tarixindən xx.xx.2005-ci il tarixədək Elektrik və X1 Avadanlıqlarının Quraşdırılması və Sazlanması sexində 1-ci qrup usta vəzifəsində işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Elektrik sexinə Elektrotexniki laborator iyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda aparıcı mühəndis vəzifəsində, xx.xx.2009cu il tarixdən hal-hazıradək Elektrik sexinin Elektrotexniki laboratoriyasının “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda 1-ci qrup böyük usta vəzifəsində işləyir.

2. İddiaçının işlədiyi illər ərzində xx.xx.1986-cü il tarixdən xx.xx.1986-cu il tarixədək elektrik montyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il tarixədək və xx.xx.2009-cu il tarixindən hal hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 24-cü bilmə sinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin(vəzifə kodu 2140000a- 18455). gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. İddiaçının zərərli iş şəraitində işlədiyi iş stajı 31 il 07 ay 25 gün təşkil edir.

3. Arayış müvafiq peşələr üzrə vəzifə təlimatları, sexlərin əsasnamələri, texniki istismar qaydaları, əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi və enerji blokunun avadanlıqlarının texniki xarakteristikaları əsasında tərtib edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi "xxxx" A SC "xxxx" MMC-nin ona dair 28 dekabr 2021-ci il tarixli 07-74, 07-75, 07-76 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan DRES”-nin Elektrik sexində elektrik montyoru, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində elektrik çilingəri və xx.xx.1995-ci il tarixindən bu günədək usta və böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi elektrik sexi yuxarıda qeyd olunan sahələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 15 mart 2022-ci il tarixdə ca vabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı “Azərbaycan DRES”-də əmək fəaliyyəti müddətini və həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmasını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, idd iaçının “Azərenerji" ASC "xxxx" MMC-də işlədiyi elektrik montyoru, elektrik çilingərləri, usta və böyük usta peşələri "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarın 24-cü bəndinin “a” və “b” yarımbəndlərində nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 5 avqust 2022-ci il tarixli, 21(116)-1053/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.20 21-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, 25 ildən az olmayan ümumi iş stajı, 12 il 6 ay müddətdən artıq güzəştli stajı vardır. İddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək elektrik montyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il tarixinədək və xx.xx.2009-cu il tarixindən halhazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin Elektrik stansiy aları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin (vəzifə kodu 2140000a18455) gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmi ri üzrə ustalar, böyük ustalar(qazanxana, turbin (buxar-qaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Bundan başqa, işdə olan güzəştli arayışdan da görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə 8 saatlıq iş günü ərzində səs-küy, qaynaq tozu faktorları mövcud olmuş, iddiaçıya süd və süd məhsulları, əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/ V.İ.Məlikov və G.İ.Cavadova) 2 noyabr 2022-ci il tarixli, 21(107)-328/2022 nömrəli qərarı ilə cav abdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti işin hallarına və iddiaya dair etiraza uyğun tərtib edilmişdir.

15. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (4.12.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

23. İddiaçının ümumi staja və tələb edilən pensiya kapitalına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir.

24. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan DRES”-nin Elektrik sexində elektrik montyoru, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində elektrik çilingəri və xx.xx.1995ci il tarixindən bu günədək işlədiyi usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır.

25. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarına əsasən, onun işlədiyi illər ərzində xx.xx.1986-cü il tarixdən xx.xx.1986-cu il tarixədək elektrik montyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il tarixədək və xx.xx.2009-cu il tarixindən hal hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qəra rı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda (2140000a-18455; 2140000a-19834; 2140000a-19923; 2140000b-23362) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı. a) fəhlələr: - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; - gərgi nlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); - gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) və b) rəhbərlər və mütəxəssislər: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz-turbin) yanacaq ötürmə, tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur. İddiaçının zərərli iş şəraitində işlədiyi iş stajı 31 il 07 ay 25 gün təşkil edir.

26. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu 4.12.2021-ci il tarixə ümumi stajı 25 ildən və güzəştli stajı 12 il 6 aydan çoxdur.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 21(107)-328/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar