Məhkəmə qərarları › İş №2-1(102)-631/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-631/2025

16.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-631/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1143/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış 26 aprel 2018-ci il tarixli məktubundan görünür ki, təkrar ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına idxal olunan nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst XİF MN görə 8409 99 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük İdarəsinə göndərdiyi 181-12/xx-xx/002095 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubu qüvvədən düşmüş hesab edilmişdir.

2. İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 30 aprel 2018-ci il tarixli məktubundan görünür ki, 19 Aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsa sən X2 İdarəsinə 23 Aprel 2018-ci il tarixli müraciət ilə bağlı və X2 İdarəsindən 26 Aprel 2018-ci il tarixli cavab məktubuna əsasən **********155 nömrəli bəyannaməyə dəyişiklik edərək 6552.67 manat artıq ödədikləri məbləği avans hesabına bərpa edilməsini xahiş etmişdir.

3. İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021ci il tarixli müraciətlərindən görünür ki, “04 noyabr 2020-ci il tarixli, 1400-012/0xxxx/008480 nömrəli məktublara əsasən qarşılıqlı təftiş aparılmış və qeyd etdiyi nöqsanlar həqiqətən aşkar edilmiş, lakin eyni zamanda onlara qarşı olan nöqsan da onun tərəfdən aşkar edilmişdir. Belə ki, **********1555 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən idxal rüsumu yanlışlıqla qeyd edilmişdir, buna sübut olaraq 26 aprel 2018-ci il tarixdə, 181-12/01 - 24/002214 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin rəyinə əsasən (məktuba rəyin nüsxəsi əlavə edilir) sıfır dərəcəli idxal rüsumuna cəlb edilməlidir, yanlış gömrük kodu qeyd edildiyi üçün o, 7000 manata yaxın əlavə rüsumlar ödəmişdir. Aparılan təftiş birtərəfli deyil, ikitərəfli aparılsın, bəyannamədə müvafiq düzəlişlər edilsin və artıq ödənilən vəsait onlara geri qaytarılsın.”

4. Cavabdeh inzibati orqan tərəfindən sorğuya 19 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli “artıq ödədiyi məbləğin avans hesabına bərpa olunması” barədə məktubu iddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2018-ci il tarixdən bu günədək təqdim olunmamışdır. Sorğu məktubunda qeyd olunan İddiaçı MMC-nin xx.xx.2020-ci il, xx.xx.20 21-ci il və xx.xx.2021-ci il tarixli məktubları ilə əlaqədar olaraq qeyd olunur ki, Bakı Baş Gömrük İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020 və xx.xx.2020-ci il tarixli gömrük borcunun ödənilməsi barədə məktublarından sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı məktubla müraciət edərək qarşılıqlı təftiş apardıqlarını və 7000 manata yaxın rüsumun tərəflərindən artıq ödənildiyini bildirərək geri qaytarılmasını xahiş etmişlər. Bununla da sübut olunur ki, iddiaçı iddia müddətini ötürməklə artıq ödənilmiş məbləğin tələb edilməsinə dair subyektiv hüququnu etirazda qeyd etdiyi normativ hüquqi aktla itirmişdir.

5. Bakı Baş Gömrük İdarəsinin iddiaçının elektron poçt ünvanına cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 16 iyun 2023-cü il tarixli xx/xx/027196 qeydiyyat nömrəsi ilə daxil olmuş elektron müraciətə baxılmışdır. Müraciətlə əlaqədar aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş “Vikars” nişanlı “Smart 4” adlı qaz avadanlığının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Bakı Baş Gömrük İdarəsindən 20 aprel 2018-ci il tarixli 141-13/xx-xx/002969 nömrəli məktubla X2 İdarəsinə müraciət olunmuş, sonuncu tərəfindən 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubunda sözügedən malın yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” ad lı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8708 99 970 0 (5% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi bildirilmiş, gömrük ödənişləri ödənildikdən sonra həmin malların 24 aprel 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması təmin olunmuşdur. İddiaçı MMC tərəfindən 23 aprel 2018ci il tarixli xx/xx/002353 nömrəli məktubla təkrar ekspertizanın aparılması məqsədilə X2 İdarəsinə edilmiş müraciət əsasında qeyd edilən mallara gömrük baxışı keçirilmiş, ilkin ekspertiza zamanı təqdim olunmayan texniki sənədlər tədqiq edilməklə yenidən ekspertiza aparılmış, sözügedən mal yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8409 99 000 0 (0% göm rük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyində qeyd olunaraq Cəmiyyətin sorğusu cavablandırılmış, həmçinin həmin rəydə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubu qüvvədən düşmüş hesab edilmiş, lakin 26 aprel 2018-ci il tarixli 181-12/xxxx/002214 nömrəli ekspert rəyi həmin dövrdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçı MMC-yə ünvanlanmış 4 aprel 2020-ci il tarixli 1400-012/0xx-xx/008480 nömrəli məktuba cavab olara q tərəflərindən 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X2 İdarəsinin 26 aprel 2018-ci il tarixli 18112/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən müddət ərzində gömrük orqanın a müraciət edilmədiyi səbəbindən hazırkı müraciətdə qaldırılan iddianın təmin olunması mümkün olmamışdır. Araşdırmanın nəticəsi ilə razı olmadığı təqdirdə müraciətdə qaldırılan iddianı məhkəmədə mübahisələndirmək hüququ vardır.

6. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 00100/20000082 nömrəli Hesabdan çıxarışdan görünür ki, iddiaçıya 104.06 AZN idxal rüsumu, 206.03 AZN əlavə dəyər vergisi, 310.09 AZN dəbbə pulu olmaqla, ümumilikdə 423.27 AZN gömrük borcu hesablanmışdır.

7. İddiaçı MMC-nin 4.11.2020-ci il tarixli 00100/200000251 nömrəli Hesabdan çıxarışdan görünür ki, iddiaçıya **********0066 nömrəli gömrük bəyannaməsinə əsasən 100.00 AZN gömrük yığımları və 18.00 AZN əlavə dəyər vergisi, **********155 nömrəli gömrük bəyannaməsinə əsasən 275.00 AZN gömrük yığımları və 49.50 AZN əlavə dəyər vergisi olmaqla, ümumilikdə 442.50 AZN gömrük borcu hesablanmışdır.

8. Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, aparılmış təftiş zamanı "xxxx" MMC-nin ünvanına 2016-cı ildə Litva Respublikasından idxal olunan mallara tərtib edilmiş **********7691 sorğu nömrəli gömrük bəyannaməsində malın invoys dəyəri üzrə valyutası səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Odur ki, qeyd edilən gömrük bəyannaməsi üzrə 104.06 AZN idxal rüsumu, 206.03 AZN əlavə dəyər vergisi, 310.09 AZN dəbbə pulu olmaqla, ümumilikdə 423.27 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur.

9. Bakı Baş Gömrük İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış 4 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, aparılmış təftiş zamanı "xxxx" MMC-nin ünvanına 20172018-ci illərdə idxal olunan mallara tərtib edilmiş **********2066 və **********1555 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli, 168 nömrəli qərarının 1.4 bəndinin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, həmin gömrük bəyannamələrində gömrük rəsmiləşdirilməsinə görə tutulan gömrük yığımları səhv hesablanmışdır. Odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 375.00 AZN gömrük yığımları, 67.50 AZN əlavə dəyər vergisi olmaqla, ümumilikdə 442.50 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC cavabdehlər Bakı Baş Gömrük İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq **********1555 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.000 manat məbləğində artıq gömrük rüsumunun iddiaçıya geri qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən qaz avadanlıqları İddiaçı MMC adlı şirkəti tərəfindən idxal edilmişdir. Həmin qaz avadanlıqlarının gömrük kodu ********** alt yarım mövqeyində sinifləşərək 0% idxal rüsumuna düşməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin inspektoru X1 İdarəsinə (MGEİ) kodun dəqiqləşdirilməsi üçün müraciət etmişdir. Bir gün sonra MGEİ idxal etdiyi qaz avadanlıqlarının ********** alt yarım mövqeyinde sinifləşdirilərək 5% gö mrük rüsumuna cəlb edilməsi üçün yanlış bir kodu təsdiqləyərək Bakı Baş Gömrük İdarəsinə ünvanlamışdır. Sonra BBGİ idxal etdiyi yükün idxal kodunu ********** nömrəli kod ilə dəyişməyi tələb etdi. Beləliklə o, MGEİ-nin rəyi ilə razılaşmadığı üçün dərhal 21 aprel 2023-cü il tarixində təkrar ekspertiza aparılması məqsədi ilə, rüsum ödəyərək və bütün əsaslandırıcı sənədlər ilə birlikdə avadanlıqların özlərini də MGEİ-nə təqdim etməklə yenidən ekspertizanın keçirilməsini xahiş etdi. MGEİ-nin əməkdaşı şifahi bildirdi ki, cavab bir aya qədər uzana bilər. Bu səbəbdən nəqliyyat vasitəsinin boş dayandığı hər gün üçün 150 ABŞ dolları əlavə xərc və terminal xərclərini ödəməmək üçün məcburiyyət qarşısında yanlış olan gömrük kodu ilə 5% rüsum və 5 % rüsumdan əmələ gələn 18 % əlavə dəyər vergisini ödəmək lə avadanlıqları gömrükləmək məcburiyyətində qaldı. Əlavə olaraq avadanlıqların terminalda qaldığı ümumi 4 gün ərzində hər gün üçün 150 ABŞ dolları olmaqla ümumi 600 ABŞ dolları boş dayanma haqqı ödədi. Gömrükləmədən sonra 181-12/xx-xx/002214 nömrəli, 26 Aprel 2018-ci il tarixli MGEİ-nin cavabı təqdim edilmişdir. Təkrar ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına idxal olunan nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst XFİ MN görə 840999 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük idarəsinə göndərdiyi 181-12/xx-xx/002095 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubu qüvvədən düşmüş hesab edilsin. Lakin artıq, o, yükü gömrükləyərək İpək Yolu terminalından çıxartmışdır. BBGİ -nə əlavə ödənilən 6552.67 manat məbləğin qaytarılması ilə əlaqədar 30 Aprel 2018ci il tarixində məktub yazıb imzalayaraq Bakı Baş Gömrük İdarəsinə getdi və bu məktubu girişdə sol tərəfdə ümumi məlumatlar olan yerdə əyləşən 4 inspektordan qapı ilə üzbəüz əyləşən qadın inspektora təqdim etdi, məktubu ondan qəbul edib dedilər ki, artıq ödədiyi məbləğ hesaba qayıdacaqdır. Ay ərzində və il ərzində çoxlu sayda yüklərin idxalı ilə məşğul olduğu üçün və hər zaman avans ödədiyi üçün həmin məbləğin hesaba geri qaytarıldığını düşünmüşdü, lakin 4 noyabr 2020-ci il tarixində, 1400-012/0xx-xx/008480 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinin rəis müavini cənab Zaur Bağırov məktub ünvanlamışdır və bu məktubda 2017-2018-ci illərə aid iki bəyannamə üzrə iki qat xidmət haqqı ödəməli olduğu halda yanlışlıq la bir qat ödədiyi üçün o illərdən borclu qalan məbləğin ödənilməsini tələb etmişdir. Bu məktubdan sonra araşdırma aparılması üçün 2017-ci ildən etibarən bütün gömrük sənədlərinin audit edilməsinə qərar verdi və yoxlamağa başladı. Yoxlama əsasında məlum oldu ki, 2018-ci ildə olan qaz avadanlıqlarına dair artıq ödədiyi 6552.67 manat məbləğ hesaba geri qaytarılmamışdır. Bu səbəbdən 20 noyabr 2020-ci il tarixində cənab Zaur Bağırova cavab ünvanladı və xahiş etdi ki, aprel 2018-ci ildə artıq ödəməni hesaba qaytarılmasında köməklik etsinlər. Lakin heç bir cavab gəlmədi. 14 yanvar 2021-ci il tarixində yenidən müraciət etdi, 18 oktyabr 2021-ci ildə yenidən müraciət etdi. 15 iyun 2023-cü il tarixində BBGİ-dən idxal etdiyi yükü saxladılar, yəni yükü buraxmadılar. O, problemin nə ilə əlaqəli olmas ını öyrənmək məqsədi ilə BBGİ-nə zəng etdi və bildirdilər ki, 2017 və 2018-ci illərdə 2 bəyannamə üzrə 375 manat borcu vardır, elektron olmaqla 16 iyun 2023-cü il tarixində yenidən rəsmi müraciət etdi ki, 19 aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən artıq ödəmə hesaba geri qaytarılsın. Son məktubdan sonra 22 iyun 2023-cü il tarixində BBGİnin əməkdaşı ona telefon zəngi etdi və bildirdi ki, ilk öncə 2017 və 2018-ci illərdə bəyannamələrdə borclu qaldığınız 375 manat məbləği ödəyin və biz sizə dərhal 6552.67 manat artıq ödədiyiniz məbləği hesabınıza bərpa edək. Beləliklə, 22 iyun 2023-cü il tarixində dərhal 375 manat BBGİ-nin hesabına ödənildi və təsdiqedici sənəd BBGİ-nin əməkdaşının elektron poçt ünvanına göndərildi. Lakin, daha sonra Gömrük Komitəsinin Daxili Təh lükəsizlik İdarəsinin rəisi cənab Rəşad Zalov 05 iyul 2023-cü il tarixində elektron poçt vasitəsi ilə cavab ünvanlayır: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. "Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətinizdə qaldırdığınız iddianın təmin olunması mümkün olmamışdır. Odur ki, iddiaçı bu barədə məhkəməyə müraciət etmək m əcburiyyətində qalmışdır.

12. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “19 aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsasən Bakı Baş Gömrük İdarəsinə BBGİ tərəfindən haqsız hesablanma nəticəsində BBGİ-nin hesablarına artıq ödənilən idxal vergisi 5574.92 azn, əlavə dəyər vergisi 942.35 azn və DGK-nın “Azterminalkompleks” Birliyinə ödənilən 35.40 azn olmaqla cəmi 6552.67 manat məbləğinin İddiaçı MMC-nin elektron hesab səhifəsinə avans olaraq bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi” qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən vəsatət təqdim edilmiş və vəsatət onunla əsaslandırılır ki, artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir. "Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-cı bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənddə göstərilir ki, ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiz iki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Müəyyən olunmuşdur ki, iddia qaldırılanadək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə inzibati orqana müraciət etməli olsa da bu müraciəti formal şəkildə etmiş, həmçinin “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndində göstərilmiş müddəti ötürmüşdür. Beləliklə hesab edirik ki, iddiaçı artıq ödəmələrin gen qaytarılması ilə bağlı müraciət müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır.

14. Bakı İnzibati Məhkəməsinin (hakim L.S.Musayeva) 2-1(112)-12804/2023 saylı, 2 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı malları (qaz avadanlıqları) ölkəyə xx.xx.2018-ci il tarixdə idxal etmişdir. 1 (bir) illik müddət ödəyicinin pozulmuş hüquqlarının bəyanı üçün qanunvericiliklə müəyyən edilmişdir. İşin hallarından, həmçinin iddiaçının məhkəmə iclaslarında qeyd edilənlərə əsasən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə artıq ödənilmiş məbləğin qaytarılması barədə ərizə tərtib etsə belə, həmin ərizəni cavabdeh quruma lazimi qaydada təqdim etməmişdir. İddiaçı yalnız Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçı MMC-yə ünvanlanmış 4 a prel 2020-ci il tarixli 1400-012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X2 İdarəsinin 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qaytarılmasını xahiş etmişdir. Odur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə idxal edilmiş mallar üzrə artıq ödənilmiş hesab edilən gömrük ödənişinin geri qaytarılmasını tələb etmək hüququnu qanunvericilikdə müəyyən olunmuş müddət ötdüyünə görə itirmişdir. Bu səbəbdən, cavabdeh qurumun imtinası əsaslı olduğundan, iddia rədd edilməlidir.

16. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinə iddiaçının hazırki iddianı qaldırmaqla bağlı hüquqi marağına uyğun olaraq iddia tələbini dəqiqləşdirməyi təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş cəmi 6552,67 manat məbləğin geri qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.S.Şirinov) 2-1(103)-1143/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 30 aprel 2018-ci il tarixli “artıq ödədiyi məbləğin avans hesabına bərpa olunması” barədə məktubunun həqiqətən cavabdeh orqana göndərilməsi, ona çatdırılması iş üzrə təsdiqini tapmır. O ki qaldı iddiaçının xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “artıq ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı məktublarına, həmin məktublarla müraciətlər oluns a belə, iddiaçı bəyannamənin verildiyi 2018-ci il tarixdən artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı qanunla tələbetmə müddətini ötürmüşdür. Belə olan halda iddiaçının “gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən artıq ödənilmiş cəmi 6552,67 manat məbləğin geri qaytarılması ilə bağlı rəyin tərtib edilməsi” barədə tələbi qanunla müəyyən edilmiş tələbetmə müddəti ötdüyünə görə əsassızdır və təmin oluna bilməz.

20. İddia tələbinin apellyasiya instansiyası məhkəməsində dəqiqləşdirilməsi məsələsinə münasibətdə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinə müraciət edərkən qoyduğu iddia tələbi apellyasiya baxışında qoyduğu iddia tələbi ilə tam əhatə olunduğundan, onun apellyasiya baxışında qoyduğu iddia tələbinin hüquqi marağına daha çox ca vab verdiyi üçün birinci instansiya məhkəməsinin iddia tələbinin bu yöndə dəqiqləşdirilməsi hüququnu iddiaçıya izah etməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilmir, buna görə də məhz bu səbəblə qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaranmır.

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, konkret işin hallarından görünür Dövlət Gömrük Komitəsi tərəfindən hüquqi şəxsin ödəməli olduğu gömrük rüsumu yanlış hesablanmaqla ondan artıq məbləğdə gömrük rüsumu tutulmuşdur. İlk başdan dövlət orqanının hərəkəti nəticəsində şəxsin etimad hüququ pozulmaqla ondan artıq məbləğdə gömrük rüsumu tutulmuşdur. Lakin iddiaçı bu tutulmanın geri qaytarılması ilə bağlı 30 aprel 2018-ci il tarixində məktub tərtib edərək nümayəndəsinin məhkəmə sənədlərin və iclaslarında dediyi kimi Bakı Baş Gömrük İdarəsində xidmət sektorunda əyləşənə 4 nəfərdən biri olan adını bilmədiyi xanım əməkdaşa təqdim etmiş, o isə narahat olmamasını və ödənişin ona geri qaytarılacağını bildirmişdir. İddiaçının qanuni təmsilçisi haqlı olaraq dövlət orqanına və onun səlahiyyət verdiyi əməkdaşına etimad edərək ödənişin onun təmsil etdiyi hüquqi şəxsin hesabına qayıdacağına ümid etmişdir. Bundan sonra isə hüquqi şəxs öz fəaliyyətini davam etdirmiş digər idxal ixrac əməliyyatları ilə məşğul olmuşdur. Bu səbəbdən art ıq tutulmuş gömrük rüsumunun hesaba qayıdıb-qayıtmamasına diqqət edilməmişdir. Nəhayət Bakı Baş Gömrük İdarəsi xx.xx.2020-ci il tarixində borclu olduğu xidmət haqlarının ödənilməsi ilə bağlı bildiriş gəldikdə hüquqi şəxsdə 2017-ci ildən aparılmış əməliyyatlarla bağlı audit keçirilmiş və 30 aprel 2018-ci il tarixli məktubu ilə geri tələb edilən artıq gömrük rüsumunun da Gömrük Komitəsi tərəfindən ödənilmədiyi aşkar edilmiş və 20 noyabr 2020-ci il tarixində bu barədə Bakı Baş Gömrük İdarəsinə məktub ünvanlamışdır. Öz növbəsində isə cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş bir illik müddətin ötürülməsinə istinad edərək məbləği geri qaytarmaqdan imtina etmişdir. Halbuki ödəmənin həyata keçməməsi iddiaçıya 2020-ci ildə məlum olmuşdur. Bu hissədə də dövlət orqanına hüquqi şəxsin onun hərəkətlə rinə və praktikasına olan etimad hüququnu zədələmişdir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi bu məsələyə diqqət yetirmədən formal olaraq müddətin ötürülməsinə istinad etməklə iddianı rədd etmiş və şikayəti təmin etməmişlər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə formalaşdırılan mövqeyə əsasən tam əşya hüququnun iddia müddətinə tabe olmaması hüququn hamılıqla qəbul edilən prinsipidir. Konkret halda iddiaçıdan artıq tutulmuş gömrük rüsumu onun mülkiyyətində olan vəsaitdir və tam əşya hüququ ilə ona məxsusdur. Bu halda iddiaçının vəsaitinin qaytarılması ilə bağlı Gömrük Məcəlləsində və Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılmas ı Qaydaları”nda nəzərdə tutulan 1 (bir) illik müddət həm Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda qeyd edilən maddələrinə, qanunvericiliyin tərkib hissəsi sayılan, heç kəs tərəfindən şərh edilə bilməyən Konstitusiya Məhkəməsinin qərarı ilə formalaşdırılan hüquqi mövqe ilə daban-dabana ziddiyyət təşkil edir. Bütün bunlara baxmayaraq qeyd edilən nüanslar nə birinci instansiya nə də apellyasiya instansiyası tərəfindən nəzərə alınmamış, formal olaraq 1 (bir) illik müddət tələbi nəzərə alınaraq iddia rədd edilmiş və apellyasiya şikayəti təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişi ni, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtda n başlanır. Maddə 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Maddə 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Maddə 250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişlə ri əhatə edir. Maddə

267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ö dənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə mü raciət edə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” 1.1-ci bənd. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2-ci bənd. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydal arı" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1-ci bənd. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənd. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab e tdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı iş materialları ilə müəyyən edilir ki, iddiaçı 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş cəmi 6552,67 manat artıq ödənişin qaytarılmasını tələb edir.

34. İddiaçının tələb etdiyi məbləğin artıq ödənişlərə aid edilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

35. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin iddiaçının elektron poçt ünvanına cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 16 iyun 2023-cü il tarixli xx/xx/027196 qeydiyyat nömrəsi ilə daxil olmuş elektron müraciətə baxılmışdır. Müraciətlə əlaqədar aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş “Vikars” nişanlı “Smart 4” adlı qaz avadanlığının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Bakı Baş Gömrük İdarəsindən 20 aprel 2018-ci il tarixli 141-13/xx-xx/002969 nömrəli məktubla X2 İdarəsinə müraciət olunmuş, sonuncu tərəfindən 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubunda sözügedən malın yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəal iyyətin mal nomenklaturası üzrə 8708 99 970 0 (5% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi bildirilmiş, gömrük ödənişləri ödənildikdən sonra həmin malların 24 aprel 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması təmin olunmuşdur. İddiaçı MMC tərəfindən 23 aprel 2018ci il tarixli xx/xx/002353 nömrəli məktubla təkrar ekspertizanın aparılması məqsədilə X2 İdarəsinə edilmiş müraciət əsasında qeyd edilən mallara gömrük baxışı keçirilmiş, ilkin ekspertiza zamanı təqdim olunmayan texniki sənədlər tədqiq edilməklə yenidən ekspertiza aparılmış, sözügedən mal yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8409 99 000 0 (0% gömrük rüsum dərəcəsi) alt yarımmövq eyində sinifləşdirildiyi 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyində qeyd olunaraq Cəmiyyətin sorğusu cavablandırılmış, həmçinin həmin rəydə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubu qüvvədən düşmüş hesab edilmiş, lakin 26 aprel 2018-ci il tarixli 181-12/xxxx/002214 nömrəli ekspert rəyi həmin dövrdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçı MMC-yə ünvanlanmış 4 aprel 2020-ci il tarixli 1400-012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq tərəflərindən 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X2 İdarəsinin 26 aprel 2018-ci il tarixli 18112/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətdə qaldırılan iddianın təmin olunması mümkün olmamışdır. Araşdırmanın nəticəsi ilə razı olmadığı təqdirdə müraciətdə qaldırılan iddianı məhkəmədə mübahisələndirmək hüququ vardır.

36. Gömrük qanunvericiliyinə aid müddəalardan görünür ki, gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

37. İddiaçı 30 aprel 2018-ci il tarixdə artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması cavabdehə müraciət etdiyini bildirsə də, qeyd olunan məktubun cavabdeh orqana göndərilməsi və rəsmi qaydada ona çatdırılması hazırkı işin halları ilə təsdiqini tapmamışdır. İddiaçı bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.

38. İddiaçının x x.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “artıq ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı müraciətlərinə dair isə qeyd edilməlidir ki, həmin müraciətlərin edildiyi zaman isə artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı qanunla tələbetmə müddətini -1 illik müddəti ötürmüşdür.

39. Beləliklə, cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1143/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar