Məhkəmə qərarları › İş №2-1(102)-632/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-632/2019

26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-632/2019 26.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1875/2018 saylı iş üzrə 21 avqust 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri polis əməkdaşı X1 oğlunun 18.01.2013-cü il tarixdə işlədiyi idarədə keçirilən fiziki və peşə hazırlığı dərsləri zamanı vəfat etməsi ilə əlaqədar sığorta məbləği əvəzi olaraq onun 5 illik əmək haqqı məbləğində indeksasiya nəzərə alınmaqla kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri «Azərneftyağ» Neft Emalı zavodunun Mühafizəsi İdarəsinin əməkdaşı, poli s kapitanı X1 oğlu 18.01.2013-cü il tarixdə idarədə keçirilən peşə və fiziki hazırlıq dərsi zamanı vəfat etmişdir. Ərinin ölümündən sonra Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edib sığorta ödənişi verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti cavab olaraq bildirmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsi «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığotası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əməkdaşlarını sığortalamamışdır və bu səbəbdən sığorta ödənişi verməkdən imtina etmişdir. Buna görə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib cavabdeh DİN-nin Baş Mühafizə İdarəsinin sığorta ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmiş və qanuna uyğun olaraq 5 illik əmək haqqı məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərinin vəfat etməsini sığorta hadisəsi hesab etməyərək, 14 sentyabr 2015-ci il tarixli qərarı ilə iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında şikayətinə baxılarkən DİN-nin Baş Mühafizə İdarəsinin əsasnaməsi tələb olunmuşdur. Əsasnamə öyrənilərkən müəyyən olunmuşdur ki, Baş Mühafizə İdarəsi dövlət büdcəsindən maliyyələşməyən və müstəqil balansa malik olan DİN-nin müstəqil strukturudur. Əsasnamədən Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq kimi vəzifəsi müəyyən edilməmişdir. Qanuna əsasən hüquq-mühafizə orqanları işçiləri hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına sığortalanmalıdırlar. Yəni, sığortalanmanı müstəqil balansa malik olan Baş Mühafizə İdarəsi yox, dövlət büdcəsindən maliyyələşən Daxili İşlər Nazirliyi aparmalıdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi 08 iyun 2016-cı il tarixli qərarla apellyasiya şikayətini təmin etməmişdir. Lakin apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, ərinin fiziki hazırlıq zamanı ölməsi sığorta hadisəsidir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərinin fiziki hazırlıq zamanı ölməsini sığorta hadisəsi kimi müəyyən etməməkdə haqlı olmamışdır. Odur ki, sığorta ödənişinin alınması ilə əlaqədar 23.07.2016-cı il tarixli ərizə ilə ətraflı izah etməklə cavabdehə müraciət edib sığorta əvəzi olaraq kompensasiya ödəməsini xahiş etmişdir. Lakin cavabdeh heç bir əsas olma dan ərizəni baxılması üçün Baş Mühafizə İdarəsinə göndərmiş, sonuncu isə müraciətinin mahiyyətinə uyğun olmayan səthi cavab verməklə kifayətlənmişdir. Mərhumərinin 18.01.2013-cü ildə işlədiyi idarədə keçirilən fiziki və peşə hazırlığı dərsləri zamanı vəfat etməsi sığorta hadisəsidir, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığotası haqqında» Azərbaycan Respublikasının Qanunu 3-6-cı, 9-cu maddələrinə əsasən mərhum əri X1 oğlu məhz DİN-nin səhlənkarlığı nəticəsində sığortalanmadığından sığorta məbləğinə görə kompensasiya ödəmək vəzifəsi Daxili İşlər Nazirliyinin üzərinə düşür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1262/2018 saylı, 07 may 2018-ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə i ddia təmin edilməmişdir. Məhkəmə özünün mövqeyi belə əsaslandırmışdır ki, iddiaçının ərinin ölümü xidməti vəzifəsinin icrası ilə əlaqədar olmamaqla yanaşı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həmin Nazirliyin Baş Mühafizə İdarəsinin saxlanılması üçün vəsait ayrılmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1875/2018 saylı, 21 avqust 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər - E.E.Nağıyeva və X.Ə.Sarıyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının 21 avqust 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Apellyasiya məhkəməsi iddianı rədd edərkən dörd səbəb göstərmişdir. Birinci səbəb kimi məhkəmə göstərmişdir ki, ölüm sığorta hadisəsi deyildir, iddiaçının əri xidməti vəzifələrinin icrası zamanı deyil, peşə hazırlığı dövründə vəfat etmişdir. Məhkəmənin bu qənaəti əsaslı deyildir, çünki peşə hazırlığı məhz xidmətin yüksək təşkil olunması və aparılması məqsədilə mütəmadi keçirilən təlimdir. Peşə təliminin keçirilməsi bilavasitə xidmətin yüksək səviyyədə aparılmasının təşkil ol unması məqsədilə həyata keçirilir. Bunun üçün xüsusi təlim şəraiti, təlimi keçən mütəxəssislər, xüsusi təlim və texniki vasitələr və s. təşkil olunur. Belə olan halda, peşə hazırlığı dövrünün xidməti vəzifələrin icrasına aid edilməməsi məntiqsiz mühakimədir. “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 43-cü maddəsinə əsasən daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Həmin Əsasnamənin 33-cü maddəsinin 1-ci bəndinə əsasən yuxarı vəzifəyə təyin olunma başqa kefiyyətlərlə yanaşı peşə hazırlığının olması da mühüm şərt kimi nəzərdə tutulmuşdur. Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının xüsusi döyüş və fiziki hazırlığı mütəmadi olaraq yoxlanı lır. Apellyasiya məhkəməsi iddianı rədd edirkən ikinci səbəb kimi ona istinad etmişdir ki, iddiaçının mərhum ərinin ölümü ilə peşə hazırlığı zamanı vəzifəsini icra edərkən göstərdiyi fəaliyyət arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Xəstəliklə bağlı ölüm halları sığorta hadisəsi sayılmır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə ölümün səbəbi məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən olunur. Mərhumun adına olan ölüm haqqında şəhadətnamədə onun ölümünün səbəbi xəstəlik yox, «qəfil ölüm kimi» göstərilmişdir. Mərhumun meyiti məhkəmə-tibb ekspertizasından keçirilməmiş və bu barədə rəy yoxdur. Ərinin ölümü ilə bağlı aparılmış və idarənin rəisi tərəfindən təsdiq olunmuş 28 yanvar 2013-cü il tarixli rəydən görünür ki, onun ölümünün səbəbini müəyyən etmək üçün ekspertiza keçirilməmişdir. Halbuki, bu məsələ birbaşa polisin və ölümlə bağlı araşdırma aparmış vəzifəli şəxslərin vəzifələrinə aiddir. Ailə üzvü olaraq onlar meyitin məhkəmə-tibb ekspertizasından keçirilməsinə narazılıq etməmiş, buna hərhansı qaydada mane olmamışlar. Hazırkı inzibati işdə ölümün səbəbi ilə bağlı araşdırma aparılmadığı və bu barədə müvafiq rəyin olmamasına baxmayaraq məhkəmə, məhkəmə-tibb ekspertinin səlahiyyətini mənimsəyib ölümlə peşə hazırlığı zamanı vəzifələri icra edərkən göstərilmiş fəaliyyət arasında səbəbli əlaqənin müəyyən edilməməsi barədə qənaətə gəlmiş və bununla da, tibb ekspertizasının səlahiyyətlərini mənimsəmişdir. Ərinin ölümünün xəstəliklə əlaqələndirilməsi də düzgün qənaət deyildir. Çünki, o, sığlığında heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Onu n xəstə olması və hansısa xəstəlikdən əziyyət çəkməsi barədə işdə heç bir sənəd və sübut olmadığı halda, məhkəmə onun xəstəlikdən ölməsini vurğulamaqda haqlı olmamışdır. Apellyasiya məhkəməsi üçüncü səbəb kimi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli qərarında ölümün sığorta hadisəsi olması faktı kimi müəyyən edilməmiş və məhkəmə qərarı ilə təsdiq edilməmişdir.... Məhkəmə ölümün sığorta hadisəsi olmasını birmənalı şəkildə müəyyən etməmişdir. Odur ki, qərarın təsviri hissəsində göstərilənlər hazırkı iş üçün pereyudisial əhəmiyyətə malik deyildir. Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə çıxarılmışdır. H əmin qərarla bağlı apellyasiya şikayətinin əsasını ərinin ölümünün sığorta hadisəsi olmaması təşkil etmişdir. Apellyasiya məhkəməsi şikayətin əsası ilə razılaşmış, lakin həmin iş üzrə Baş Mühafizə İdarəsini cəlb etməyin düzgün olmadığı qənaətinə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsində araşdırma aparılarkən Baş Mühafizə İdarəsinin Əsasnaməsi tələb olunmuş və İdarənin müstəqil balansa malik olması əsas gətirilib nəticə etibarı ilə şikayəti təmin edilməmişdir. Sığorta hadisəsisin olub-olmamasına qiymət verən məhkəmə birinci instansiya məhkəməsinin qərarını nəticə etibarı ilə düzgün hesab etsə də, işin və şikayətin əsasını təşkil edən sığorta hadisəsi üzrə «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında» Qanunun 5-ci maddəsinin düzgün tətbiq olunmadığını vurğulamışdır. Bu səbəbdən məhkəmə apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağı cavabdehin düzgün seçilməməsi ilə əlaqələndirmişdir. Həmin qərarda başqa əsas (o cümlədən sığorta hadisəsinin olmaması əsası) müəyyən edilməmişdir. Bunu apellyasiya məhkəməsi nəzərə almamış və preyudisiya kimi qüvvəyə malik olmadığını göstərmişdir. Halbuki, işin məzmunundan açıq-aydın görünür ki, müdahisə məhz sığorta hadisəsi olub-olmaması ilə bağlıdır və bundan başqa mübahisə aparılmır. Apellyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi dördüncü əsas isə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi 19.04.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh Baş Mühafizə İdarəsi tam təsərrüfat hesabı əsasında fəaliyyət gös tərir və dövlət büdcəsindən həmin Baş İdarənin saxlanılmasına vəsait ayrılmır. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, mərhum əri polis əməkdaşı olmuşdur və qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarının sığorta olunmasını təmin etmək vəzifəsi dayışır. Buna görə də, DİN müvafiq dövlət orqanlarından, eləcə də Maliyyə Nazirliyindən və ya digər dövlət orqanlarından qanundan irəli gələn vəzifələrinin icra olunmasını tələb və təmin etməli idi. Lakin, DİN üzərinə düşən vəzifələrini yerinə yetirməyərək əməkdaşlarını sığortalamamışdır. Nəticə də isə o, ərinin vəfat etməsi ilə bağlı sığorta hadisəsinə görə sığorta ödənişi almaqdan mərhum olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini n təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının mərhum əri X1 oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunda Mühafizə İdarəsinin növbətçi hissəsinin məsul növbətçisi və polis mayoru olmuş, 18 yanvar 2013-cü ildə ölümü ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 yanvar 2013-cü il tarixli rəydə X1 oğlunun 18 yanvar 2013-cü il tarixdə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən halının qəflətən pisləşməsi ilə əlaqədar xəstəxanaya aparıldığı və vəfat etdiyi göstərilmiş, xidmət vaxtı vəfat etməsi təsdiq olunmuşdur. Mərhum X1 oğlunun həyat yoldaşı İddiaçı ərinin xidməti vəzifələrinin icrası zamanı həlak olması halından çıxış edərək “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulmuş sığorta ödənişini almaq üçün Azərbaycan Res publikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişi verməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, DİN-in Baş Mühafizə İdarəsinin yerli (şəhər) mühafizə şöbələri Dövlət Sığorta Kommersiya şirkətinin yerli (şəhər) filialları ilə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” müqavilə bağlanmısını təmin etməmişlər. Buna görə də, mərhum polis əməkdaşı İ.Ə.Bayramov sığortalı hesab olunmadığı üçün onun varislərinə qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Əvvəlcə məhkəmələr Cavabdeh hazırkı sığorta ödənişinin əvəzi olaraq kompensasiya ödənilməsi tələbi üzrə cav abdeh qismində çıxış edə bilməyəcəyi qənaətinə gələrəkiddianı mümkün saymamışlar (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-293/2017 saylı iş üzrə 11 yanvar 2017-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 mart 2017-ci il tarixli 2-1(103)-683/2017 saylı qərardadı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 mart 2017-ci il tarixli 2-1(103)-683/2017 saylı qərardadı ləğv edilməklə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarında kassasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq icra hakimiyyəti orqanlarının, o cümlədən hazırkı iş üzrə cavabdeh olan Daxili İşlər Nazirliyinin öz işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onların siyahısını sığortaçıya təqdim etmək öhdəliyi və beləliklə, dövlət vəsaiti hesabına sığorta etdirmək öhdəliyi mövcuddur. Eyni zamanda məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının mərhum ərinin polis mayoru olmasını və Cavabdeh əmri ilə vəfatı ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıl ması faktını nəzərə alaraq, AR Daxili İşlər Nazirliyinin müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbləri baxımından iddiaçının mərhum ərinə münasibətdə öz öhdəliyini yerinə yetirib yetirməməsini araşdırmadan iddianın mümkün hesab edilməməsi qənaətinə gəlmişdir. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməl iyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları, müvafiq məhkəmələr və Azərbaycan Respublikası Prokurorluğu (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığorta etdirənlər məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün işçilərin siyahısını sığortaçıya təqdim etməklə onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələ b olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. “Polis haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. “Azər baycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 92-ci maddəsinə görə isə daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. Kollegiya qanunvericiliyin sadalanan müddəalarını, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1491/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qərarında artıq ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığını “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalamaq öhdəliyi mövcuddur. Bu öhdəlik qanunda irəli gəlir və o cümlədən, iddiaçının mərhum ərinin çalışdığı Baş Mühafizə İdarəsinin əməkdaşlarını da əhatə edir. DİN Baş Mühafizə İdarəsinin saxlanılması üçün dövlət büdcəsindən vəsaitin ayrılmaması və həmin İdarənin özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi halı da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini öz tabeliyindəki struktur vahidi olan Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyindən azad etmir. Çünki, Baş Mühafizə İdarəsinin saxlanılması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsaiti hesabına aparılıb-aparılmaması məsələsi ilə həmin İdarənin əməkdaşlarının sığortalanması məsələsi bir-birindən tamamilə fərqli məsələlərdir. Qanunvericilikdə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsərrüfat hesablı fəaliyyət göstərdiyi üçün Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyi daşımadığına dair hər hansı norma yoxdur. Əksinə, yuxarıda sadalanan qanunvericilik normaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını, o cümlədən iddiaçının mərhum ərinin çalışdığı Baş Mühafizə İdarəsinin əməkdaşlarını sığortalamaq öhdəliyi daşığıdını müəyyən edir. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə həmin Nazirliyin Baş Mühafizə İdarəsinin saxlanılması üçün vəsait ayrılmadığı əsasından çıxış etməklə apellyasiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamış, bu zaman qanunverici liyin yuxarıda sadalanmış normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini həmçinin iddiaçının mərhum ərinin peşə hazırlığı zamanı vəfat etməsinin sığorta hadisəsi hesab oluna bilməyəcəyi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçının mərhum əri polis mayoru İntiqam Əmiraslan oğlu Bayramov xidməti vəzifələrinin icrası zamanı deyil, peşə hazırlığı dövründə vəfat etmişdir. Bundan başqa, onun ölümü ilə peşə hazırlığı zamanı vəzifəsini icra edərkən göstərdiyi fəaliyyət arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamən in 1-ci bəndinə görə daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 43-cü bəndinə əsasən isə daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və təliminin təşkili məqsədi ilə əməkdaşların peşə hazırlığı həyata keçirilir. Daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığına ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq, xüsusi, döyüş və fiziki hazırlıq, xüsusi təyinatlı və digər aidiyyəti təhsil müəssisələrində mütəxəssislərin hazırlığı daxildir. Daxili işlər orqanları əməkdaşlarının xüsusi, döyüş və fiziki hazırlığı mütəmadi yoxlanılır. Peşə hazırlığının təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfin dən müəyyən edilmiş qaydada təlim tədris planına və proqramlarına uyğun aparılır. Göründüyü kimi polis əməkdaşlarının peşə hazırlığı qanunvericilikdə onların daxili işlər orqanlarında xidmət keçmələrinin tərkib hissəsi kimi təsbit edilmişdir. Apellyasiya məhkəməsi peşə hazırlığı dövründə vəfat etmə halını xidməti vəzifələrin icrası zamanı vəfat etməyə aid etməməklə maddi normaların tətbiqində səhvə yol vermişdir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 yanvar 2013-cü il tarixli rəydə də X1 oğlunun 18 yanvar 2013-cü il tarixdə keçirilən peşə və fiziki hazırlıq dərsində iştirak edərkən halının qəflətən pisləşməsi ilə əlaqədar xəstəxanaya aparıldığı və vəfat etdiyi göstərilmiş, xidmət vaxtı vəfat etməsi təsdiq olunmuşdur. Beləliklə, iddiaçının mərhum həyat yoldaşının xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi müəyyən olunur. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunan normanın tələbindən çıxış etməklə iddiaçı cavabdehdən yol verdiyi hərəkətsizliyə yəni, mərhum həyat yoldaşını “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqı nda” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalamaq öhdəliyini yerinə yetirmədiyinə görə kompensasiya ödənilməsini tələb etmək hüququna malikdir. Belə kompensasiyanın məbləği isə «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən hərəkətlə Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən müəyyən oluna bilər. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında,, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanunlar ı və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Mülki Məcəllənin 897.3-cü maddəsində isə təsbit edilmişdir ki, əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1875/2018 saylı iş üzrə 21 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar