Məhkəmə qərarları › İş №2-1(102)-632/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-632/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-632/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2-1(103)2344/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Şəxsiyyət vəsiqəsi AZE ********, fin – xxxxxxx) xx.xx.1965-ci il tarixdə Ermənistan, Mehri rayonunda anadan olub, Bakı şəh., Nərimanov rayonu, AK.H.Əliyev küç., ev 106, m. 45 də qeydiyyatdadır.

2. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində yarandığı gündən 20.06.2011-ci il tarixədək zabit kimi hərbi xidmət keçib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X1 20.06.2011-ci il tarixli, 0171 №-li əmri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “mühəndis şöbəsinin rəisi” vəzifəsindən “Hər bi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə ) ehtiyata buraxılıb və ona ehtiyata buraxılarkən aldığı pul təminatı xərcliyi (aylıq pul təminatı) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Ehtiyata buraxıldığı DSX-nın mühəndis şöbəsinin əsasında yaradılan DSXnın mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir.

4. Cavabdeh 01.02.2021-ci il tarixli, 10/2 nömrəli məktubla bildirmişdir ki, Dövlət Sərhəd Xidməti Aparatında aparılmış dəyişikliklərlə bağlı müəyyən edilmiş aylıq vəzifə maaşları ehtiyata buraxıl mış hərbi qulluqçulara şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılarkən xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin mühəndis şöbəsinin əsasında yaradılan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir..

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Onun ehtiyata buraxıldığı zaman tutduğu vəzifənin vəzifə maaşında 2018-ci ilin avqustunda aparılmış təşkilatı-ştat dəyişikli kləri ilə əlaqədar artım baş vermişdir. Belə ki, ehtiyata buraxılarkən tutduğu vəzifənin adı - “Azərbaycan Respublikasının DSX-nın mühəndis şöbəsi” “Azərbaycan Respublikası DSX-nın mühəndis idarəsi” adına dəyişdirilmişdir. Bununla əlaqədar həmin vəzifənin vəzifə maaşında da artım baş vermişdir. Lakin bu artım onun aldığı pensiyada öz əksini tapmamışdır. Belə ki, ehtiyata buraxıldığı qurum - Dövlət Sərhəd Xidməti ehtiyata buraxılarkən tutduğu vəzifənin vəzifə maaşında baş vermiş artımı nəzərə almaq şərti ilə barəsində yeni məlumat vərəqi tərtib edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməli olduğu halda bunu etməmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə imtina məktubunun məzmununa uyğun olaraq yazılı etiraz təqdim etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq artımlar nəzərə alınaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 20.06.2011-ci il tarixdə təyin olunmuş pensiya hərbi qulluqçunun ehtiyata buraxıldığı günə xidmət etdiyi son vəzifəyə uyğun yenidən hesablanmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-4423/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Günel Sevdimalıyeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 av qust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1 və 2-ci bəndlərinə istinadən hesab etmişdir ki, pensiya təminatı zamanı hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə olan vəzifəsi üzrə təminat xərcliyini nəzərə alınır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2-1(103)-2344/2021 nömrəli qərarı ilə (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-2344/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmaqla işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Belə ki, o ehtiyata buraxılarkən xidmət etdiyi AR DSX-nin aparat ının strukturuna daxil olan ştat vahidinin “mühəndis şöbəsinin rəisi” vəzifəsinin adında dəyişiklik olunaraq ''mühəndis idarəsi” adlandırılmışdır. Bununla əlaqədar olaraq həmin vəzifənin vəzifə maaşında da artım baş vermişdir. Lakin bu artım onun aldığı pensiyada öz əksini tapmamışdır. 15. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülk işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 205-24 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlə t qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarix) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 oktyabr tarixli 29614 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 173-13 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” AR NK-nin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə “AR DSX-nin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilmişdir. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət etmiş hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyalarının qa nunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydalarının: 1-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin h esablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasında n, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir

19. İnzibati Prosessual Məcəllənin: - 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. - 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. - 96.8-ci maddəsinə əsasən Şikayət əsassız dırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. - 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Hazırkı qərarın 14-cü bəndində göstərilən kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, ştat strukturunda edilmiş sonrakı dəyişiklik əmək pensiyaçısının pensiya təminatına təsir etmir.

24. İşin hallarından göründüyü kimi iddiaçı Dövlət Sərhəd Xidmətinin mühəndis şöbəsinin əsasında yaradılan Dövlət Sərhəd Xidmətinin mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabd ehə həvalə olunmasını məhkəmədən xahiş etsə də, həmin tələbi hər hansı hüquqi norma ilə əsaslandırmamışdır.

25. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə yuxarıda sözügedən vəzifələrin uyğunlaşdırılması ilə bağlı maddi hüquq norması nəzərdə tutulmayıb.

26. Hazırkı qərarın 15-ci bəndində göstərilən kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 01.03.2018-ci il tarixinədək olan təminat xərcliyinin (1588,70 manat) ilə 01.09.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2104,95 manat) arasındakı fərq məbləğinin (516,25 manat) 83,66 faizi-431,90 manat 01.03.2018-ci il tarixinədək olan pensiyanın (1556,93 manat) üzərinə əlavə olunmaqla 1988,83 manat məbləğində əmək pensiyası mü əyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı ehtiyata buraxılarkən onun pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun təyin olunmuşdur. Odur ki, bununla bağlı da kassatorun dəlilləri əsassızdır.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi vəzifədə işləməsinin son müddəti 20.06.2011-ci il tarixdə olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçıya pensiya təyin edilən zamanı onun Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşı üzrə pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun 2011-ci ildən bəri mütəmadi olaraq yenidən hesablanmış, iddiaçının təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanma aparılmışdır.

28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2-1(103)-2344/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar