Məhkəmə qərarları › İş №2-1(102)-632/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-632/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-632/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; iddia vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şərur rayon İcra Hakimiyyətinə qarşı “Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Kom issiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X9, X16 və X10 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)47/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-283B seriyalı, 10204028 kodlu, 2000-ci il tarixli şəhadətnaməyə əsasən Şərur rayonu Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0.25 hektar torpaq sahəsi Şərur rayonu Mahm udkənd kəndində yaşayan X11, X3, X2, X5 və X6 mülkiyyətinə verilmişdir.

2. İddiaçı1 cavabdehə müraciət edərək, Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarında dəyişiklik edilməsini xahiş etmişdir.

3. Cavabdehin 17 sentyabr 2022-ci il tarixli, 117 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının mübahisələndirilməsi bizim səlahiyyətlərimiz çərçivəsində olmadığından, məsələ ilə əlaqədar “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar 10 oktyabr 2022-ci il tarixdə iddia ərizəs i ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının, həmçinin Şərur Rayon Aqrar İslahat Komissiyasına təqdim edilən Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısının X9, X16 və X10 münasibətdə ləğv olunması və həmin hissədə yazı ad qeydinin İddiaçı1 və İddiaçı2 aid olmasına dair müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1990-cı il tarixdə nikah qeydiyyatından keçməklə Şərur rayon Mahmudkənd kənd sakini X11 fərdi yaşayış evində məskunlaşmış və hazıradək həmin fərdi yaşayış evində yaşayırlar.

6. Birgə nikahdan övlad ları - 1993-cü ildə X18, 1993-cü ildə X13 və 1996-cı ildə X21 doğulmuşdur.

7. Qeyd edilən fərdi yaşayış evində yaşamağa başladıqları müddətdən hazıradək mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tərəflərindən bir sıra tikinti, təmir, bərpa işləri görülmüşdür. İddiaçı1 atası X19 2000-ci ildə, anası X7 isə 2005-ci ildə vəfat etmişdir. 8. 2022-ci ilin birinci rübündə mərhum atası X8 miras qalmış payı vərəsəlik hüququ əsasında adına rəsmiləşdirmək üçün müvafiq torpaq sənədlərini nəzərdən keçirərkən müəyyən etmişdir ki, 1998-ci il tarixdə verilmiş JN-283B və JN-283A kod 10204028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə (0.05 və 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir; reyestr kitabında 308 və 309 nömrə ilə qeyd edilməklə) atasının ailə-təsərrüfat üzvü kimi X9 və övla dları X16 və X12 adları qeyd edilmişdir.

9. X9, X16 və X6 adlarının hansı hüquqmüəyyənedici sənəd əsasında müvafiq şəhadətnamələrdə qeyd edilməsi barədə məlumatın, eləcə də Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının surətinin əldə olunması üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğular göndərilmişdir. Müvafiq sorğulara cavab olaraq kənd icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim edilən (Cəlilkənd İcra Nümayəndəliyi tərəfindən) Mahmudkənd kəndində torpaq almaq hüququ olan subyektlərin adlı siyahısı əsas olaraq göstərilmişdir.

10. İddiaçıların və övladlarının X11 təsərrüfat üzvü kimi birlikdə yaşayaraq təsərrüfat idarə etsələr də, qeyd edilən adlı siyahıda onların adlarının əvəzinə səhvən X9, X16 və X6 adları göstərilmişdir.

11. X9 iddiaçının qardaşı X14 arvadı, X16 və X17 onların uşaqlarıdır. X17 xx.xx.1997-ci il tarixdə vəfat etdiyi halda, onun adı 1998-ci ildə verilmiş yuxarıda qeyd edilən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də ailə üzvü kimi qeyd edilmişdir.

12. İddiaçının qardaşı X22 1993-cü ildən Bakı şəhərində yaşayır və ailə üzvləri arvadı X9 və qızı X16 ilə özlərinə məxsus Bakı şəhəri, C.Naxçıvanski küçəsi, 102-saylı evin, 2 nömrəli mənzilində qeydiyyata alınmışlar.

13. Müvafiq məsələ ilə bağlı cavabdehə müraciət olunmuş və cavabdehin 17 sentyabr 2022-ci il tarixli, 117-nömrəli məktubunda Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 04 nömrəli qərarının mübahisələndirilməsində səlahiyyətli olmadıqlar ı və müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir.

14. Məhkəmə tərəfindən iddiaçılara və iddiaçıların vəkili Vəkil 10 oktyabr 2022-ci il tarixli, 2-1(122)-252/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia tələbinin qeyrimüəyyən ifadə olunduğu, belə olan təqdirdə, məhkəmə tərəfindən cavabdeh inzibati orqana qarşı konkret iddia tələbinin nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmadığı, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalı olduğu halda, qanunvericiliyin göstərilən tələbinə riayət olunmadığı bildirilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən 03 noyabr 2022-ci il tarixədək cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur.

15. Məhkəmənin 10 oktyabr 2022-ci il tarixli yardım məktubu iddiaçılar və iddiaçıların vəkili tərəfindən 13 oktyabr 2022-ci il tarixdə imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-252/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim S.H.Novruzov) iddia mümkün sayılmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçılar tərəfindən iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı konkret tələbinin nədən ibarət o lduğunu müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə, iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunun (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən edilməsi mümkün deyildir.

18. Həmçinin, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşlər. 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmad ıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X4 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X4 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissi yası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

20. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir.

21. Hazırki iş üzrə iddiaçılar tərəfindən cavabdeh qismində göstərilmiş Şərur Rayon İcr a Hakimiyyətinin Aqrar İslahat Komissiyasının qərarını ləğv etmək, dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək və bununla da üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsini vətəndaşın mülkiyyətinə vermək səlahiyyəti yoxdur.

22. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanına əsasən "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edildiyindən, bununla da ölkədə aparılan islahat başa çatdığından və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilmədiyindən hazırki iddia ərizəsində qeyd olunan tələblərin üzərinə qoyulması mümkün olan cavabdeh inzibati orqan mövcud deyildir.

23. İdd iaçılar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-47/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.D.Allahverdiyev /sədrlik edən və məruzəçi/, Y.S.Qurbanov və Ə.M.Xıdırov) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 21(122)-252/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Kollegiya JN-283B seriyalı, 10204028 kodlu şəhadətnamənin 2000-ci ildə tərtib olunduğunu və bi r nüsxəsinin həmin vaxt X15 verildiyini, iş üzrə iddiaçıların 1990-cı ildə ailə həyatı qurduqları vaxtdan etibarən X11 fərdi yaşayış evində yaşamaqla birgə təsərrüfat idarə etdiklərini, eyni zamanda, iş üzrə İddiaçı1 atası X11 2000-ci ildə, anası X1 isə 2005-ci ildə vəfat etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçıların keçən bu müddət ərzində baş verən bu prosesdən xəbərdar olmamaları ağlabatan görünmür və hər bir halda maraqlı olduqları bu əmlaka dair prosesdən 01 yanvar 2011-ci ilədək xəbərdar olmuşdurlar. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanların, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddə ti 1 sentyabr 2000-ci ilə qədər Azərbaycan SSR Mülki Məcəlləsi ilə, MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz”.

26. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarından da aydın olur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçılar hazırkı tələb barədə məhk əmədə iddia qaldırmamışdırlar. Yuxarıda da qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiklərindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməzlər”. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, iddiaçı şikayətdə Mülki Məcəllənin 384-cü maddəsinin müddəalarına istinad edərək qeyd edir ki: 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. b. kassasiya şikayətinə dair etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquql arının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə b u inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələrin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə istinadları əsaslı olmamışdır. Belə ki, həmin norma mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı prosedur qaydaları tənzimləyir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilməsi də vəziyyəti iddiaçının zərərinə dəyişmir.

33. Aqrar islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyətinin başa çatması və islahat komissiyalarının hüquqi varisinin müəyyən edilməməsi barədə məhkəmələrin qənaətinə gəldikdə, əvvəla, nəzərə alınmalıdır ki, idarəetmə (icra) orqanının yuxarı orqan t ərəfindən ləğvi nəticəsində hüquq varisinin müəyyən edilməməsi fiziki və hüquqi şəxslərin həmin orqanların vaxtilə qəbul etdikləri qərarların məhkəmədə mübahisələndirilməsi ilə bağlı hüquqlarına təsir etmir. Aqrar islahat komissiyaları yuxarı icra hakimiyyətinin qərarı ilə ləğv edildiyindən, həmin komissiyaların qərarları ilə bağlı onların aid olduqları ərazi üzrə səlahiyyətli orqan kimi yerli icra hakimiyyətinə qarşı tələb irəli sürməkdə iddiaçı haqlı olmuşdur.

34. Bu qənaət, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli, Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti nin 24 avqust 2002-ci il tarixli, 760 №-li Fərmanından irəli gəlir.

35. Həmin Fərmanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə"nin 6-cı bəndinin birinci hissəsində "rayon aqrar islahatı komissiyası" sözləri "yerli icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmiş; Fərmanın 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyul tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 28-ci maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda 13-cü yarımbənd əlavə edilmişdir: "13) qa nunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək.".

36. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyul tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 28-ci maddəsinin 1-ci bəndinin 13-cü yarımbəndində nəzərdə tutulmuş səlahiyyət (qanunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Yerli İcra hakimiyyəti haqqında Əsasnamə"nin 4.16.7-ci yarımbəndində də təsbit olunmuşdur (Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək).

37. Bununla yanaşı, yuxarıda qeyd olunanlar ape llyasiya instansiyası məhkəməsinin ləğvinə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbi ilə iddianın mümkünsüzlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslin də (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

39. İddiaçılar istinad edilən qərarın mübahisələndirilməsi (qərarın ləğvi və ya dəyişdirilməsi barədə iddia qaldırmaq) imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.

40. Artıq formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

41. İddiaçının şikayətində Mülki Məcəllənin 384-cü maddəsinin müddəalarına (384.0.4 və 384.0.5-ci maddələr) istinad da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, həmin normalar ehtimal olunan (gözlənilən) mülkiyyət hüququnun deyil, real (faktik i) mövcud olan əmlak üzərində mülkiyyət hüququnun müdafiəsi üzrə iddia müddətlərini nəzərdə tutur. Hazırkı halda, iddiaçılar onların mülkiyyətində olmayan (hüquqmüəyyənedici sənədlərdə onların mülkiyyəti kimi göstərilməyən) əmlaka iddia edərək həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərin məzmununun dəyişdirilməsini (etibarsızlığını deyil) tələb edirlər.

42. Digər tərəfdən, Mülki Məcəllənin 384-cü maddəsinin qeyd olunan müddəalarının yalnız 1 yanvar 2011-ci il tarixədək tətbiqi imkanı nəzərdən keçirilə bilərdi. Hazırkı halda, həmin normanların inzibati hüquq münasibətlərinə tətbiqi imkanı istisna edilir.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)47/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar