Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-632/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bərpa edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayand ırıldığı xx.xx.2015-ci il tarixdən avqust 2019cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-712/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixindən hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. xx.xx.2015-ci il tarixdə iddiaçı yenidən xidmətə daxil olmuş, ona təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə m üraciət edərək xx.xx.2015-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə və birdəfəlik ona ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesa blanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1.960,90 manat fərq məbləğinin (178,26 manat maddi yardım fərq məbləği ilə birlikdə) cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 980,4 5 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə ona hərbi qulluqçu, xüsusi rütbəli şəx s kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə o, yenidən xidmətə daxil olmuşdur. Xidmətə qayıtdıqdan sonra ona təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. O, pensiya ödənişinin nə üçün dayandırıldığını pensiya təyinatını aparan orqandan soruşduqda isə ona izah olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən yenidən xidmətə qəbul olunmuşdur və bu səbəbdən də pensiyanın ödənişi dayandırılmalıdır. O da inzibati orqanın cavabına etimad göstərmişdir.
8. Sonradan ona məlum olmuşdur ki, vaxtilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o, yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi.
9. O, xx.xx.2022-ci il tarixdə cavabdehə yenidən ərizə ilə müraciət edərək xx.xx.2015-ci il ta rixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə və birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edilsə də keçmiş müddət üçün üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Cavabdehin etirazları:
10. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 49 nömrəli məlumat vərəqinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona xx.xx.2013-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. xx.xx.2015-ci il tarixindən yenidən xidmətə cəlb olunmuşdur. Bununla əlaqədar olaraq ona pensiya ödənişi həmin tarixdən dayandırılmışdır. 11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. 12. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci i lin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. 13. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olm amaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
14. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 22.103,43 manat fərq məbləği və 425,81 manat maddi yardım məbləği hesablanıb. Cari ilin avqust ayında həmin fərq məbləğinin 597,39 manat hissəsi və 425,81 manat maddi yardım məbləği, daha sonra sentyabr ayında isə 597,39 manat hissəsi ona ödənilib. Qalan 20.908,65 manat hissəsinin isə onun Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin oktyabr, noyabr və dekabr aylarında hissə-hissə (hər ay 6.969,55 manat) pensiyanın üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub.
15. Eyni zamanda, xx.xx.2022-ci il tarixində id diaçının yenidən xidmətdən ehtiyata buraxılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş xx.xx.2022-ci il tarixli 666 nömrəli yeni məlumat vərəqinə əsasən pensiyası yenidən hesablanaraq 1.458,49 manat məbləğində müəyyən edilmiş və xx.xx.2022-ci il tarixindən yenidən hesablanmışdır.
16. Qeyd olunanları nəzərə alaraq, onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1.960,90 manat fərq məbləğinin (178,26 manat maddi yardım fərq məbləği ilə birlikdə) cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 980,45 manat) pensiyasını n üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. 17. 01.01.2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-145,85 manat maddi yardım ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1327/2023 saylı qərarı ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün al ınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, qanunvericiliyin tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının h ansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir.
20. İddiaçı tələbin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)- 712/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(118)1327/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən ödən ilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir.
25. Beləliklə, cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan xx.xx.2013-cü il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xid mətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
28. Cavabdeh əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qər ardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
29. Qanunvericiliyin tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021 -ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər ob yektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
31. Qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələri iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki sözügedən Qanunun qeyd olunan müddəaları əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. İddiaçının cavabdehə müraciətinin əsasını isə pensiyanın təyin olunması deyil, artıq təyin edilmiş pensiyanın bərpa edilməsi, pensiya məbləğinin dayandırıldığı vaxtdan tam şəkildə hesablanaraq ödənilməsi olmuşdur.
33. Bundan başqa, cavabdeh kassasiya şikayətində göstərir ki, iddiaçıya xx.xx.2015ci il tarixdən avqust 2019-cu il tarixinədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
34. İddiaçı qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (105)-712/2023 saylı qərarında alınmamış məbləğin birdəfəlik ödənilməsi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı iş ə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Cavabdeh təsdiq edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.1120.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.
42. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya ödənişini dayandırmaqda haqlı olmadığını müəyyən etmiş və pensiya ödənişini bərpa etmişdir. Lakin cavabdeh ödənişi onun dayandırıldığı vaxtdan deyil, iddiaçının bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki üç il müddət üçün nəzərə almış, b unun hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin həmin istinadını əsaslı hesab etməmişdir. Belə ki, hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (xx.xx.2017-ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nə ticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-712/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.