Məhkəmə qərarları › İş №2-1(102)-633/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-633/2019

19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-633/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 İdarəsinin Cavabdehyə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 İdarəsinin (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2545/18 saylı, 21 noyabr 2018-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 31.10.2016-cı il tarixli bildirişlə cavabdehə 27.148,29 manat borcunun olmasını bildirərək, həmin borcun 5 iş günü müddətində ödənilməsini tələb etmişdir. Bildiriş sifarişli poçtla 02.11.2016-cı il tarixdə cavabdehə təqdim edilmişdir. Bundan sonra borcun ödənilməsi ilə bağlı cavabdehin “xxxx” ASC-də və “xxxx” ASCdə olan hesablarına 188/********** və 188/********** saylı sərəncamlar qoyulsa da, qe yd edilən sərəncamlar bildirişdə tələb edilən 5 günlük müddət bitdikdən dərhal sonra deyil, 11.11.2016-cı il tarixdə qoyulmuşdur. 26.01.2017-ci il tarixli məktubla iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir. Qeyd edilən xəbərdarlıq cavabdehə poçtla 30.01.2017-ci il tarixdə çatdırılmışdır. İddiaçı 31 mart 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 1 oktyabr 2016-cı il tarixə 27.148,29 manat (əsas borc-20.517,08 manat, penya-6.631,21 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia əsaslandırılarkən Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 909 nömrəli Fərmanının 5-ci bəndinə, “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2767/2017 saylı iş) 5 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin 1 oktyabr 2016-cı il tarixə 27.148,29 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun fəaliyyətinin dayandırılması və əmlakının satılması hesabına iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə borcu yarandığını, 26.01.2017-ci il tarixdə borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddia qa ldırılacağı barədə xəbərdarlıq edildiyini, lakin həmin borcun ödənilməsini təmin etmədiyini əsas gətirərək iddia tələbini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X4 və X3, 2-1(103)-2545/18 saylı iş) 21 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, cavabdehin hesablarına qoyulan sərəncamlar qanunvericiliyə uyğun olaraq iki vəzifəli şəxs - DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanmamış, eləcə də həmin sərəncamların icraya qəbul edilməsini təsdiq edən icraçı ba nkın məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənməsi müəyyən olunmamışdır. Belə ki, iddia ərizəsinə sərəncamların yalnız DSMF orqanının rəhbər şəxsi tərəfindən imzalanmış və həmin orqanın möhürü ilə təsdiqlənmiş nüsxəsi əlavə edilmişdir. Cavabdehə edilən xəbərdarlıq qanunla nəzərdə tutulmuş sərəncamın verildiyi 11.11.2016-cı il tarixdən 90 günlük müddətin bitməsi gözlənilmədən 30.01.2017-ci il tarixdə cavabdehə çatdırılmışdır ki, bununla da iddiaçı qanunla müəyyən olunmuş xəbərdarlıq müddətini pozmuşdur. Beləliklə, iddiaçı ona qanunla müəyyən edilmiş hərəkətləri ardıcıllıqla yerinə yetirmədən, qanunla verilmiş hüquqlardan isə tam istifadə etmədən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 7 dekabr 2018-ci il tarixdə qərardadın surətini almış, 11 dekabr 2018-ci il tarixdə kas sasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair Bildiriş (əlavə №1) sifarişli poçtla göndərilmiş və cavabdehin qəbul etməsindən 5 iş günündən (istirahət günü çıxılmaqla) sonra cavabdehin aktiv bank hesabı “xxxx” ASC-də və “xxxx” ASC-də olduğu üçün tərəflər arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən 11 noyab r 2016-ci il tarixli 188/********** və 188/********** nömrəli elektron sərəncam göndərilmiş nəticədə Bank tərəfindən icraya qəbul edilmişdir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən, (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) 16 yanvar 2017-ci il tarixdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq (Əlavə №3) göndərilmişdir. “Qaydalar”ın 6.2-ci bəndinə əsasən sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq (Əlavə №3) göndərilir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, “Məcburi dövlət sosial sığorta haqqının topl anması Qaydaları”na əsasən, sərəncamın qoyulmasından 90 gün keçdikdən sonra yox, 60 gün sonra məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş və məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq sifarişli poçtla, sərəncam isə elektron göndərilmişdir. Göründüyü kimi, məhkəməqeyd olunan pretenziya qaydalarını ümumiyyətlə araşdırmamış, iddiaçı tərəfindən cavabdehin bank hesabına qoyulmuş icrası barədə və bank hesablarının olması barədə hər-hansı bir sorğu verilməmiş nəticədə iddiaçının iddiasını mümkünsüz etmişdir. əsaslandırma hissəsi: İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə göndərərək xaricə olması ilə əlaqədar məhkəm ə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkilinin məhkəmə iclasında iştirak etməməsi məhkəmə iclasının təxirə salınması üçün əsas ola bilə bilməz. İddiaçının vəkilinin iştirakı olmadan da işə baxılması mümkündür. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 9 4.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia tələbi cavabdehin 1 oktyabr 2016-cı il tarixə 27.148,29 manat (əsas borc20.517,08 manat, penya-6.631,21 manat) məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədədir. İddiaçı hesab edir ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun cavabdehdən borcun tutulması ilə bağlı hərəkətlər edilmiş, lakin borc ödənilməmişdir. “Sosial sığ orta haqqında” Qanunda məcburi dövlət sosial sığorta haqlarının yığılması ilə bağlı bir sıra dəyişikliklər edilmişdir və məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş adı çəkilən Qanunun müddəaları tətbiq edilməlidir. “Sosial sığorta haqqında” Qanunun: - 8-ci maddəsinə əsasən, sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir; - 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlar ı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: (1) sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; (2)... məcburi dövlət sosial sığorta haqları üzrə borclar... sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda,... müvafiq icra hakimiyyəti orqanı sığortaedənin... hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların... müvaf iq icra hakimiyyəti orqanı hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; (3) məcburi dövlət sosial sığorta haqları üzrə borcların....sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır; - 18-ci maddəsinə əsasən,....müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılması nı qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır (4). Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli, 568 saylı və 19 yanvar 2005-ci il tarixli, 176 saylı Fərmanlarının 2-ci bəndlərinə əsasən, bu maddələrdə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın: -6.1.2-ci bəndinə əsasən, hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam (Əlavə №2) verir. Sərəncam DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanır. Sərəncamların DSMF orqanında uçotu xüsusi qaydada qaytanlanmış və möhürlə təsdiq edilmiş kitabda aparılır. Sərəncam 4 nüsxədən ibarət tərtib olunur (1-ci nüsxə vəsait ödəyicinin hesabından silmək üçün əsas olur və icraçı bankda və ya digər kredit təşkilatında qalır, 2-ci nüsxəsi sərəncamın icraya qəbul olunması barədə iltizam kimi icraçı bankın və ya digər kredit təşkilatının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir və DSMF orqanına qaytarılır, 3-cü nüsxəsi sərəncam tam və ya qismən icra olunduqdan sonra DSMF orqanına qaytarılır, 4-cü nüsxə sığortaedənə təqdim olunur); -6.1.8-ci bəndinə əsasən, hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları bankda və ya digər kredit təşkilatında hesabı olmayan sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur. -6.2-ci bəndinə əsasən, DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fə aliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq (Əlavə №3) göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir. Xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortae dənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə həmçinin xəbərdarlıq məktubu, məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini sübut edən sənəd (poçt qəbzi) əlavə olunur. Bu tələblərin məzmununa görə də, qanun qüvvəli maddələrdə nəzərdə tutulduğu kimi, cavabdehin məcburi dövlət sosial sığorta haqqı üzrə borcların ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ yalnız müəyyən edilmiş iddia tələbi çərçivəsində həyata keçirilməlidir. Bu tələb ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borcun ödənilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh qanunvericiliyin qeyd edilən müddəalarını pozaraq aşağıdakı səhvlərə yol vermişdir: -cavabdeh sərəncamı bildiriş sifarişli poçtla cavabdehə 2 noyabr 2016-cı il tarixdə təqdim edildikdən 5 gün müddət bitdikdən dərhal sonra deyil, 11 noyabr 2016-cı il tarixdə qoymuşdur; -sərəncamlar iki vəzifəli şəxs-DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanmamış, eləcə də həmin sərəncamların icraya qəbul edilməsini təsdiq edən icraçı bankın məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsinə yalnız DSMF orqanının rəhbər şəxsi tərəfindən imzalanmış və həmin orqanın möhürü ilə təsdiqlənmiş nüsxəsi əlavə edilmişdir. İş materiallarında olan 26.01.2 017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X7 İdarəsi tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir; -xəbərdarlıq cavabdehə poçtla 30.01.2017-ci il tarixdə çatdırılmışdır. Xəbərdarlıq qanunla nəzərdə tutulmuş sərəncamın verildiyi 11.11.2016-cı il tarixdən 90 günlük müddətin bitməsi gözlənilmədən 30.01.2017-ci il tarixdə cavabdehə xəbərdarlıq çatdırılmışdır ki, bununla da iddiaçı qanunla müəyyən olunmuş xəbərdarlıq müddətini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanmış qanunvericiliyin ümumiləşdirilmiş təhlilinə görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər sosial sığorta edən şəxslərdir və onlar mü vafiq sığorta haqlarını ödəmədikdə, iddiaçı tərəfindən ödənişlərin aparılması ilə bağlı 5 gün müddətində bildiriş göndərilməli (1), müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır (2). Daha sonra həmin sərəncamdan 90 gün ərzində də borc ödənilmədikdə (3), onun məhkəmə qaydasında alınması üçün iddiaçı qurum ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi barədə iddia qaldırmaq hüququna malik olur (4). İstinad edilmiş normalara riayət edilməsi zəruriyyəti isə onunla bağlıdır ki, iddiaçı cavabdehin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmazdan əvvəl cavabdehin məhz ödəmə qabi liyyəti olmayan olduğunu sübuta yetirməlidir. Bu halın sübuta yetirilməsi isə qanunda nəzərdə tutulmuş ardıcıl olan prosedur qaydalara riayət edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi özü də qeyd etmişdir ki, iddiaçı qanunvericilikdə olan müddətlərə əməl etmişdir, yəni qanunda və qaydalarda göstərilən müddətlər gözlənilmişdir. Lakin iddiaçı həmin müddətlər keçdikdən dərhal sonra yox, daha sonra cavabdehin bank hesabına sərəncam qoymuşdur. Qanunda bu halın pozuntu kimi qəbul etməsi nəzərdə tutulmamışdır. Bundan başqa, apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı 90 günlük müddəti gözləmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da məhkəmə düzgün nəticəyə gəlməmişdir. Sərəncamın 11.11.2016-cı il tarixdən verilməsi nəzərə alınsa, ondan 90 gün sonra 11 fev ral 2017-yə təsadüf edir, iddia ərizəsi isə 28 fevral 2017-ci il tarixdə imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi sərəncamların iki vəzifəli şəxs-DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanmadığını və sərəncamların icraya qəbul edilməsini təsdiq edən icraçı bankın məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənməsinin müəyyən olunmadığını bildirsə də, İPM-in 12.1-ci maddəsinə uyğun bu halı araşdırmamış, lazımi sübutları tələb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qə rarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2545/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qərardadıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar