Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-633/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar X6 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021ci il tarixli, 2-1(103)-2844/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail Bələdiyyəsinin 208 nömrəli, 6 oktyabr 2004-cü il tarixli və 1330 nömrəli, 30 dekabr 2004-cü il tarixli sərəncamları ilə Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən, hər biri 600 kv.m. olan torpaq sahələri əlavə olunmuş cizgilər əsasında alğısatqı qaydasında İddiaçı2 və İddiaçı1 adına sənədləşdirilməsinə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 0,112 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı ilkin qeydiyyatın ləğv edilməsi, RX seriyalı ******* saylı 2 iyun 2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində X10 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması:
3. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ün vanında yerləşən 1200 kv.metr (0.12 ha) torpaq sahəsinin 600 kv.metr hissəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 208 saylı 06 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən birgə iddiaçılardan İddiaçı2, digər 600 kv.metr hissəsi isə həmin bələdiyyənin 1330 saylı 30 dekabr 2004-cü il tarixli Sərəncamına əsasən İddiaçı1 satılmışdır. Sonradan məlum olmuşdur ki, bitişik olan həmin torpaq sahəsi (yəni ümumilikdə 0.112 ha) tanımadıqları X3 mülkiyyətinə verilmiş, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarış mövcuddur.
4. Müraciətlər nəticəsində əldə edilmiş sənədlərdən X3 adına çıxarışın verilməsi üçün hüquqverici sənəd qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamının olduğu, lakin həmin sərəncamda X3 adına verilməsi nəzərdə tutulan torpaq sahəsinin tamamilə başqa bir ərazidə, yəni Salyan şosesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahəsində olduğu, sərəncamda torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədi və eskiz layihəsinin (planının) olmadığı, həmin torpaq sahəsinin mübahisə dövründə X7 tərəfindən mübahisədən yayınmaq məqsədi ilə AN seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi (natamam müqavilə) əsasında X2 və sonuncuya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış verildiyi müəyyən edilmişdir.
5. İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 208 saylı 06 oktyabr 2004-cü il tarixli Sərəncamı, habelə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, şosesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 1330 saylı 30 dekabr 2004-cü il tarixli Sərəncamı bu günədək qüvvədədir.
6. Aparılan araşdırmalar zamanı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli sərəncamında X4 ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədinin (planının) olmadığı (habelə sərəncama əlavə edilmədiyi) müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.metr, torpaq sahəsinin 600 kv.m., hissəsinin Bakı şəhəri Səbail Bələdiyyəsi nin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamına əsasən İddiaçı2, digər 600 kv.m., hissəsinin isə həmin bələdiyyənin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamına əsasən İddiaçı1 satılması ilə bağlı toplanmış materiallardan görünür ki, həmin torpaq sahələri iddiaçıların adına qanun normalarına müvafiq surətdə sənədləşdirilmiş, eləcə də həmin torpaq sahələrinin təsdiq edilmiş planı mövcuddur. X4 münasibətdə qanuni əsasın, yəni torpaq sahəsinin planının mövcud olması faktı bu günədək müəyyən edilməmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli sərəncamı üzrə X4 torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsinə dair heç bir sənəd - sübut olmadığı halda iddiaçılara aid olan torpaq sahəsi cavabdeh tərəfindən ta m qanunsuz surətdə göstərilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Göstərilənlər baxımından cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamı ilə İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı sərəncamı ilə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və iddiaçılara müvafiq çıxarışların verilməsini xahiş etmişlər, müraciət əsasında aparılan “yerində yoxlama işləri” zamanı cavabdehin nümayəndəsi (əraziyə baxış keçirmiş mühəndis), iddiaçılara ayrılaraq satılmış Bakı şəhəri, Salyan şosesi 32 ünvana gələrək torpaq sahəsinə baxış keçirdikdən sonra mübahisəli ərazinin iddiaçılara verilmiş torpaq sahələri olduğunu bildirmişdir. Cavabdeh bu günədək yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli müraciətə cavab verməmiş və hüquqlarının qeydə alınması üçün heç bir tədbir görməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6522/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qeydiyyat Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına əsasən aparıldığı halda, iddiaçılar əvvəlcə həmin qeydiyyatın aparılmasının əsasını təşkil edən sərəncamı mübahisələndirməmişlər. Həmin sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın ləğvinə dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda, aktın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 4 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Beləliklə, hazırki işdə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır.
10. İddiaçılar həmin qərardadd an apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-2844/2021 nömrəli qərardadı ilə (hakimlər: X14 /sədrlik edən və məruzəçi/, X15 və X16) Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı məzmunda iddiaçıların subyektiv hüquqları yoxdur. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli (iddiaçılara ayrılmış) torpaq sahələrinin nə ayrılan zaman, nə də hazı rda Səbail Bələdiyyəsinin mülkiyyətində olması, həmçinin bələdiyyə tərəfindən həmin torpaq sahələrinin ayrılması qaydalarına riayət edilməklə iddiaçılara verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
13. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın dəyişdirilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
15. Bundan başqa, şikayətdə qeyd edilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru C.Mansurovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyul 2017-ci il tarixli qərarında da X17 Rayon İcra Hakimiyy əti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin tamamilə başqa ünvana aid olması öz əksini tapmışdır ki, bu hal həmin iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir.
16. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 1997-ci il tarixli 506 nömrəli Sərəncamı üzrə X4 torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsinə dair heç bir sənəd və sübut olmadığı halda, onlara aid olan torpaq sahəsi öz koordinatlarına uyğun şəkildə cavabdeh tərəfindən tam qanunsuz surətdə göstərilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
17. İşin bütün bu hallarına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq nəinki iş materiallarında, ümumiyyətlə mövcud olmayan bir sübut a da istinad etmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Kamal Zamanxanovun adına rəsmiləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verildiyi torpaq sahəsinin Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən “Köhnə bağ” sahələri olduğu qeyd olunmuşdur... ” Hansı ki, iş materiallarında olan dövlət arxiv arayışlarından da görünür ki, Səbail RİHB-nın 11 aprel 1997-ci il tarixli 506 saylı X1 barədə heç bir sənəd əlavə edilməmişdir. Yəni yuxanda qeyd edildiyi kimi, X5 hər hansı bir torpaq sahəsinin yerdə (naturada) ayrılması barədə heç bir sənəd mövcud deyil.
18. Xüsusilə qeyd edilməlidir ki, müddətlə bağlı ərizə iddiaçı tərəfin nümayəndəsinin iradəsi əsasında yox, iş üzrə keçirilən iclasda mə hkəmənin tələbi əsasında qısa vaxt, yəni 5 dəqiqə ərzində əlyazma şəklində tərtib edilərək təqdim edilmişdir. Həmin ərizədə hansı iddia müddətinin ötürülməsi göstərilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası ötən müddət ərzində iddiaçılar tərəfindən hüququn müdafiəsi ilə bağlı edilmiş hərəkətləri və atılmış addımları nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının i ddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası, ilk növbədə hazırkı mübahisəyə iddia müddətinin tətbiqinin əsassızlığı ilə bağlı şikayətin dəlili ilə razılaşır. Belə ki, öhdəliyin icrası ilə bağlı iddianın verilməsi üçün İPM-də müddət nəzərdə tutulmamışdır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası iddianın digər əsasla mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır.
25. Apellyasiya ins tansiyası əsaslı olaraq qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli sərəncamında Kamal Zamanxanovun adına rəsmiləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verildiyi torpaq sahəsinin “Bibiheybət” qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən Bibiheybət qəsəbəsi ünvan ünvanda yerləşən “Köhnə bağ” sahələri olduğu qeyd olunmuş və həmin şəxsin adına verilmiş, hazırda ləğv olunması tələb olunan ******* saylı 2 iyun 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da torpaq sahəsinin ünvanı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32” göstərilmişdir.
26. Beləliklə, iddia olunan qeydiyyatların ləğvi Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı 11 aprel 1997-ci il tarixli Sərəncamı ilə verilmiş hüquqa təsir etmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli 2-1(103)-2844/2021 nömrəl