Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-633/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; iddianın verilməsi müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Bab ək rayon, Yarımca kəndində 0,13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(108)-42/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə verilmiş Babək rayon Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə uyğun, dəqiqləşmədən əvvəlki vəziyyətə uyğun) dəqiqləşmədən əvvəlki vəziyyətdə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Babək rayonu, Yarımca kəndində özünə məxsu s fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. Onun adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə Babək rayon Yarımca kəndində 0,13 ha torpaq sahəsi verilmiş və həmin qərar əsasında iddiaçının adına JN-159A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə verilmişdir. Eyni zamanda həmin şəhadətnamə əsasında həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evi tikən zaman evin arxa tərəfindən 39 metr uzunluğunda və 3 metr enində boş sahə saxlamış, həmin boş sahəni də kommunikasiya xətləri üçün saxlamış, fərdi yaşayış evi üçün həmin sahəyə baxan 4 ədəd pəncərə açmışdır. Sonradan təxminən 2005-ci ildə müvafiq inzibati orqanın əm əkdaşları tərəfindən torpaq sahələrində dəqiqləşmələr aparılmış və yuxarıda qeyd edilən torpaq sahəsi hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətinə verilmiş, buna dair həmin şəxslərə hüquqi sənəd təqdim edilmişdir. Aparılmış dəqiqləşmələrdən iddiaçının xəbəri və məlumatı olmamış, buna dair hər hansı bir rəsmiləşmə (akt, protokol və s.) aparılmamışdır. İddiaçı buna görə də öz mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən məhrum olmuş, həmin sahədən faktiki olaraq istifadə edə bilmir. Qeyd edilən ölçüdə torpaq sahəsi hal-hazırda JN-159A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Halbuki hazırki iş üzrə üçüncü şəxslərin iddiaçıdan sonra həmin ərazidə özləri üçün fərdi yaşayış evi tikmişdirlər. Yəni iddiaçı isla hat gedən vaxt və sonralar faktiki olaraq həmin torpaq sahəsinin qanuni istifadəçisi olmuş və ilk olaraq 2000-ci ildə şəhadətnamələr verilərkən də məhz həmin sahə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı da hər zaman həm hüquqi baxımdan, həm də faktiki olaraq həmin torpaq sahəsini özününkü bilmiş və həmin sahədən özü üçün istifadə etmişdir. Yuxarıda qeyd edilən dəqiqləşmə işləri hazırki cavabdeh inzibati orqan olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti olmuşdur. Yəni dəqiqləşmə aparılan zaman da hazırki inzibati iddia üzrə mübahisə predmeti olan torpaq sahəsində yenidən səhvlərə yol verilmişdir. Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli Qərarı hazırki iş üzrə iddiaçı olan İddiaçı münasibətdə dəqiqləşmə zamanı düzgün icra olunma mışdır. Yəni 2000-ci ildə verilmiş şəhadətnamə düzgün tərtib olunmuşdur. 25 avqust 1998-ci il tarixli qərar ilk olaraq qəbul edilib icraya yönəldilən zaman düzgün icra olunmuş və bu düzgün icra nəticəsində 2000-ci ildə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.
3. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim S.H. Novruzov) 21 oktyabr 2022-ci il tarixli 2-1(122)-129/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi nəticəni əsaslandıraraq ona istinad etmişdir ki, iddiaçının qeyd olunan torpaq sahəsinin hüquqi rejimi ilə 17 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının həmin torpaq sahəsinə üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticə yə gəlmək çətindir. İddiaçıya ərizəsi əsasında 12 dekabr 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ölçmə işləri aparılaraq 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Belə olan təqdirdə iddiaçının mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olduğundan xəbərsiz olması ağlabatan deyildir.
5. İnzibati orqanın mübahisələndirilən hərəkəti 2005-ci il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənirdi. İnzibati Prosessual Məcəllə qüvvəyə m inənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan, 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay mü ddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin məcəllənin 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. İnzibati Prosessual Məcəllə onun qüvvə yə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və hərəkətlərə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(108)42/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: F.M. Abbasov -sədrlik edən, Y.S.Qurbanov və Ə.M. Xıdırov) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim S.H. Novruzov) 21 oktyabr 2022-ci il tarixli 2-1(122)-129/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubuna əsaslanaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxan məhkəmə bir neçə dəfə hazırlıq iclasları keçirmiş, lakin “yardım etmək” vəzifəsinə əməl etməmiş və işə mahiyyəti üzrə baxmamışdır. Bu hal işə baxan apellya siya instansiya tərəfindən də nəzərə alınmamışdır. Məhkəmə sonuncu məhkəmə iclasından əvvəlki iclasda hazırki iclasla bağlı ekspertiza təyin olunacağını qeyd etmiş, lakin sonuncu iclas isə əksinə müşavirəyə gedərək iddianı mümkün saymamışdır. Halbuki müvafiq ekspertiza ilə iddiaçının hansı tarixlərdə mübahisə olunan hissədə yaşadığı, hətta mübahisə olunan hissənin ona məxsusluğunu tam sübut oluna bilərdi. Həmin hissədə iddiaçı çəpər çəkmiş və iddiaçının faktiki sahibliyində olmuşdur. 2005-ci ilədək isə həmin hissə hüquqi baxımdan da iddiaçıya aid olmuşdur. Lakin yuxarıda qeyd olunduğu kimi məhkəmə işin mahiyyətinə varmadan iddianı mümkün saymamışdır.
11. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci i l tarixli Qərarının3.1, 3.3, 3.4 maddələrinin tələblərini pozaraq iddiaçıya yardım etmək vəzifəsini icra etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kasasiya şikayətinə dair etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Prosessual Məcəllə: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) Maddə
296. Ərizənin verilməsi Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə mür aciət etmək hüququna malikdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b)Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, 5 sayı qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir i ddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmək lə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunveric iliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Ona görə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(108)42/2022 nömrəli, 15 dekabr 2022-ci i l tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.