Məhkəmə qərarları › İş №2-1(102)-633/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-633/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-633/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2813/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 və İstismarı Birliyinin 99 saylı xx.xx.2005-ci il tarixli vətəndaşların notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə protokolundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 233 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Novxanı ərazisindəki 1105c saylı bağ İddiaçı adına sənədləşdirilmişdir.

2. Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X5 ərazisindəki 1105c saylı bağın istifadəyə verilməsi haqqında 35432 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Birlik, Binəqədi rayonunun Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1105c saylı bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İddiaçı verilmiş və o, həmin bağı istifadəsinə götürmüşdür.

3. X18, X19 və X10 xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizələrindən görünür ki, onlar hər biri ayrı-ayrılıqda ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

4. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraci ət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə “torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinə digər şəxslərin müraciətinin mövcud olması” səbəbi ilə dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35432 saylı müqavilə əsasında iddiaçıya verilmiş Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan “1105c” nömrəli bağ sahəsi iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə onun arasında olan xx.xx.2005-ci il tarixli, 35432 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0.12 ha ölçüdə “1105c” nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi 2005-ci il tarixdən hazırkı vaxta kimi qanuni əsaslarla iddiaçının sahibliyində və daimi istifadəsindədir. Həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün, o, ərizə ilə cavabdehə müraciət etmiş, laki n cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu ilə torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinə digər şəxslərin müraciəti mövcud olması səbəbi ilə dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. O, qanunla tələb edilən sənədləri təqdim etsə də, cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. Onun iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmin vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə və ya hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Cavabdehin qanunsuz və əsassız imtinası nəticəsində iddiaçının qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. O, qanunla tələb edilən sənədləri təqdim etsə də, lakin cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əmlakının qeydiyyatını aparmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. Cavabdeh Bakı Ərazi İdarəsi şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsaslansa da, lakin həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların onun hazırkı işi ilə heç bir əlaqəsi yoxdur. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim etdiyi sənədlərə etinasız yanaşaraq imtina məktubu vermişdir. Cavabdehin etirazları:

8. İş üzrə cavabdeh inzibati orqan tərəfindən id diaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı daşınmaz əmlaka texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, ümumi əraziyə digər şəxslərin müraciətləri mövcuddur.

9. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur.

10. Bu barədə iddiaçıya **********77 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır.

11. Bundan əlavə, göstərilən sahə arxiv cizgisinə uyğun gəlmir.

12. Həmçinin iddiaçı tərəfindən təqdim edilən sənədlər surətdir. 13. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublika sı Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş q aydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına k eçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2056/2023 saylı qərarı ilə iddianın təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan “1105c” nömrəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanını n 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

17. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətya nı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

18. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barəd ə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 21. “Torpaq islahatı haqqın da” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşı nmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

24. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2813/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2056/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə cavab olaraq aşağıdakıları qeyd etmişdir.

27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Novxanı ərazisində 0,12 ha torpaq sahəsində yerləşən bağ sahələrinin koordinatlarından görünür ki, 1105c (1200,0 kv.m) və 1106ı (1084,0 kv.m) saylı bağlar İddiaçı, 1102M (1200,0 kv.m) saylı bağ X13, 1106H (1200,0 kv.m) saylı bağ X11 və 1102L (1200,0 kv.m) saylı bağ X12 məxsusdur.

28. İşə birinci instansiya qaydasında baxılarkən ayrı-ayrı notariat ofislərində verilmiş və təsdiq edilmiş ərizələrdən görünür ki, X18, X19, X21, X6, X3, X14, X15 və X4 ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı adına öz əlləşdirilməsinə etiraz etməmişlər.

29. İşin apellyasiya baxışı zamanı aparılan araşdırmalar və cavabdehin nümayəndəsinin verdiyi izahatdan müəyyən olunmuşdu ki, cavabdehin imtinasında göstərilən “başqa şəxslərin müraciətlərinin olması” barədə dəlili əsassızdır. Belə ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ torpaq sahəsi yalnız ona ayrılmış, onun faktiki istifadəsindədir, başqa şəxslərə məxsus ayrı-ayrı torpaq sahələri ilə bir hasar daxilində olsa da, həmin şəxslərin iddiaçıya qarşı ona ayrılmış torpaq sahəsi ilə bağlı hər hansı tələbi yoxdur.

30. Bundan başqa, həmin şəxslərdən X8, X10 və X9 onlara ayrılmış bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciətləri olmuş, lakin cavabdeh eyni əsaslarla həmin şəxslərin də tələblərinin təmin olunmasından i mtina etdiyi üçün həmin şəxslərin cavabdeh orqana qarşı məhkəmədə iddiaları olmuşdur, hansı ki, həmin iddialar da vətəndaşların xeyrinə yekunlaşmışdır.

31. Göründüyü kimi, adıçəkilən şəxslərin məhz iddiaçının torpaq sahəsi ilə bağlı müraciətlərinin olması iş materialları ilə müəyyən edilmir.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. Şikayətin dəlillərinin əsası imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

34. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxemat ik xəritədə qeyd edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən iddiaçının göstərdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil etməsi faktı ilə əlaqədar mütəxəssis rəyi almamış, ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət i səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati İcraat qaydasında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallarla malik olan müxtəlif işlər üzrə fərli qərarların qəbul edilməsi qadağandır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.

37. Göstərilənləri nəzərə alaraq, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2813/2023 saylı qərarınin qüvvədə saxlanılması barədə qərar qəbul edəsiniz. TƏTBİQ EDİLƏN HÜ QUQ 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə k assasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad et diyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

47. Bakı şəhəri İcra Hakimiyyətinin 233 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Novxanı ərazisindəki 1105c saylı bağ İddiaçı adına sənədləşdirilmişdir.

48. Həmçinin Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X5 ərazisindəki 1105c saylı bağın istifadəyə verilməsi haqqında 35432 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Birlik, Binəqədi rayonunun Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1105c saylı bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İddiaçı verilmiş və o, həmin bağı istifadəsinə götürmüşdür.

49. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

50. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2813/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar