Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-633/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun məxsusluğu barədə arayış verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: X11 və Mingəçevir Bələdiyyəsi) qarşı "Təhsil Ş öbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)433/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:******-**-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X4 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır.
2. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. 3. cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X7 adı qeyd edilmişdir.
4. A 277731 nömrəli X19 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X1 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edil mişdir. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış araşdırma nəticəsində Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərin siyahılarında X1 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur. Həmin məktuba əlavə olunmuş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısından görünür ki, sıra nömrəsi 153 olan X8 adının qarşısında “qanuni istifadəsində olan bağ sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun adının qarşısında “bağların sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, yekun (dürüstləşdirilmiş) subyektlər siyah ısında isə sıra nömrəsi 1158 olan X1 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir.
6. Cavabddehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X13”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilm işdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X19 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür.
7. X21 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X12 ayrılmış torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının ü zvləri siyahısında sıra nömrəsi 59 olan X7 torpaq sahəsinin nömrəsi 59-dur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X12 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianı dəyişdirmiş və məhkəməyə "İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə" verərək iddia tələbini "Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli q ərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X12 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə X1 adına verilmiş **********497 reyestr nömrəli "X19 və ölçüsü"nün ləğv edilməsi, X7 adına "X19 və ölçüsü" hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir.
10. Şəki inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-588/2022 nömrəli qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəx sin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
11. Şəki inzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 22-1(116)-588/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
12. Şəki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
13. İddiaçının vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərək, Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazır lanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 onun atasıdır. O, 19 avqust 2008-ci ildə vəfat etmişdir. X22 Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşlığından 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin nömrəsi 59-dur. Orada yaşayış evi inşa etdirmişdir. Atası vəfat etdikdən sonra o, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Bu əsaslarla da cavabdeh orqana m üraciət edib torpağa mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmişdir. Oradan isə 05 oktyabr 2021-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada göstərilmişdir ki, sənədləşdirmək istədiyi naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X19 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir. Qeyd edir ki, torpaq sahəsi onun istifadəsindədir və orada başqa şəxsin hüquqlarının qeydə alınması mümkün deyildir. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)-5/2024 nömrəli qərarı i lə (hakim V.Musayev) iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
17. Məhkəmə hesab etmişdir ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X7 adı mövcuddur. Bununla belə "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında sıra nömrəsi 153 olan X8, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun və yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında sıra nömrəsi 1158 olan X1 adına 0.05 ha torpaq sahəsinin olması ilə bağlı qeydlər icra edilmişdir. Təqdim edilmiş siyahılardan görünür ki, 0.05 ha torpaq sahəsinin həm iddiaçının, həm X16, həm də üçüncü şəxsin qanuni istifadəsində olması göstərilmişdir. Odur ki, məhkəmə tərəfindən sözügedən siyahılar ayrı-ayrılıqda tədqiq edilərək hüquqi qiymət verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum X14 şəhər Təhsil şöbəsi nin "Maarif bağçılıq təsərrüfatının üzvü olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında da, məhz onun adı mövcuddur. Üçüncü şəxs X1 adı qeyd olunan siyahı isə xx.xx.1997-ci ildə tərtib edilmişdir. Üçüncü şəxsin mövqeyinə görə torpaq sahəsi ilkin olaraq atasına ayrılsa da, sonradan həmin torpaq sahəsi onun adına keçirilmiş, buna görə də həmin siyahıya onun adı daxil edilmişdir. Məhkəmə tərəfindən üçüncü şəxsin həmin dəlili yoxlanılmış və X21 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X12 ayrılmış torpaq sahəsinə dair çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixdə 59 sıra nömrəsi ilə Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının ü zvləri siyahısında X15 qeyd edilmişdir. Yəni, üçüncü şəxsin adının qeyd olunduğu, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıdan sonrakı dövrə (xx.xx.1999) aid olan sənədlərdə yenə də, Şəmil Zeynalov bağçılığın üzvü olaraq göstərilmişdir. Başqa sözlə, Şəmil Zeynalov tərəfindən torpaq sahəsinin bağçılığa qaytarılması və həmin torpaq sahəsi ilə bağlı bağçılıq üzvlərinin subyekt tərkibinin dəyişdirilməsi baş verməmişdir. İddiaçının özünün də adının qeyd olunduğu yekun dürüstləşdirilmiş siyahı isə 2008- ci ildə tərtib edildiyindən ümumiyyətlə həmin siyahıda iddiaçının adının olması sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına səbəb ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlar ının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara məhz 2007-ci il mayın 22-dək ayrılmış bağ sahələrinə dair verilmiş yuxarıda sadalanan sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, iddiaçının və üçüncü şəxsin adına müvafiq siyahılarda torpaq sahəsi ilə bağlı qeydlərin mövcudluğu həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratmır. X16 adı isə ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında olduğundan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsus olmuşdur.
18. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-433/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və V.Məlikov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına müvafiq plan ölçü sənədinin hazırlanması üçün əsas olmuş müvafiq sərəncam mübahisələndirilmədən hazırkı iddia tələbinin mümkünlüyünə qiymət verilmədən iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, işə baxan inzibati kollegiya mötəbərliyi şübhə doğurmayan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ "xxxx" MMC-dən əldə edilmiş kağız daşıyıcıda torpaq sahəsinin sıra nömrəsi belə qeyd edilmiş 500 kv.m torpaq sahəsinin X7 istifadəsində olmasını təsdiq edən Siyahını deyil, heç bir imza və möhürlə təsdiq edilməyən, ən əsası hansı torpaq sahəsinə hüququ olması göstərilməyən elektron daşıyıcıda Mehman Zeynalova məxsus torpaq sahəsinin olmasına istinad etməsi əsassız olmuşdur. Həmin elektron siyahının 1997-ci ildə tərtib edilməsi göstərilsə də həmin yazının kim tərəfindən yazılması məlum deyildir. X23 həmin plan və ölçünü atasının ölümündən sonra əldə etməsi işin mübahisə doğurmayan halıdır.
23. Hər bir halda məhkəmə kollegiyasının göstərdiyi kimi İddia çı Mehman Zeynalovun adına verilmiş X19 və ölçüsünün ləğvi tələbini qaldıra bilməsi üçün həmin torpaq sahələrinin üst-üstə düşməsi tələb olunur ki, iddianı irəli sürə bilməsi üçün subyektiv hüquq yaransın.
24. Məhkəməyə cavabdeh orqan tərəfindən 26 iyul 2022-ci il tarixdə təqdim olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən 01 iyun 1999-cu ildə 03/53 saylı «vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki» Pasportundan görünür ki, idarədə tərtib olunmuş və Şəmil Zeynalovun şəxsi imzası olan bağın inventarlaşdırma vərəqəsində bağ sahəsində olan yaşayış evinin X10 öz şəxsi vəsaiti hesabına inşa etdiyi göstərilmişdir. Məhkəmə kollegiyasının həmin bağ pasportunu görməməsi mümkün de yildir, çünki həmin halı apellyasiya şikayətinə verilmiş etirazda da göstərmişdir.
25. Aydındır ki, məhkəmə kollegiyası hansı səbəbdən 95 manat dövlət rüsumu ödəmədən alınması mümkün olmayan mütəxəssis rəyini niyə nəzərə almaq istəməmişdir.
26. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdeh orqan imtinasında həmin torpaq sahəsində başqa şəxsə **********497 reyestr nömrəli X19 və ölçüsü verilməsi göstərsə də, mütəxəssis rəyində həmin plan və ölçünün koordinatlarının Şəmil Zeynalova ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi barədə rəy daxil olduğundan qərardan apellyasiya şikayəti verməmişlər. Çünki cavabdehin imtinasının əsası aradan qalxmışdır.
27. Əvvəla iddia öhdəliyin icrası barədə iddia olmuşdur. Məhkəmə araşdırması da bu yöndə olmuşdur. Göstərmişdir ki, Mingəçevir şəhər İcra H akimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli Sərəncamı ümumiyyətlə şəhər sakinlərinin mənafeyi üçün verilmiş bir Sərəncam olmuşdur. Həmin Sərəncamın hər hansı bəndində Mehman Zeynalova torpaq sahəsinin verilməsinə dair bənd mövcud deyildir.
28. Torpağın planı və ölçüsü isə torpağın koordinatı ilə bağlı məlumatı özündə əks etdirir və inzibati akt deyildir.
29. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 161 saylı Sərəncamla atam Şəmil Zeynalov və mənim hər hansı hüququma toxunulmamışdır. Həmin Sərəncam əsasında tərtib edildiyi göstərilən X19 və ölçüsü sənədində də həmin sənədin Şəmil Zeynalova məxsus torpaq sahəsi ilə bir sahə olmasına dəlalət edən hər hansı mötəbər sübut mövcud deyildir.
30. Digər tərəfdən X2 adına X15 19 avqust 2008-ci ildə vəfat etdikdən sonr a 29 iyun 2010-cu ildə tərtib edilmiş plan və ölçünün «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən olmamasını məhkəmə kollegiyası nəzərə almamışdır.
31. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, torpaq sahəsinin koordinatları göstərilməyən elektron siyahıda Mehman Zeynalovun adının olması, məhz iddia olunan torpaqla eyni torpaq sahəsi olmasına dəlalət edən hal deyildir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borclud ur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Apellyasiya instansiyası məhkəməsini hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(107)-433/2024 saylı qərardadla yuxarıda göstərilmiş nəticəyə gələrkən, belə hesab etmişdir ki, “Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına müvafiq plan ölçü sənədinin hazırlanması üçün əsas olmuş müvafiq sərəncam mübahisələndirilmədən hazırkı iddia tələbinin mümkünlüyünə qiymət verilmədən iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır.”
37. Həmçinin apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
38. Bununla əl aqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi sözügedən hüquqi mövqeyi ilə razılaşmamaqla, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin həll olunmasına səthi, formal və birtərəfli yanaşmış, yəni iddiaçının iddia tələbinin mümkün olmaması məsələsini qabardaraq, istiqamətində yalnız məhz məhkəmə təhqiqatını aparmış, halbuki işdə olan sənədlər dərin, tam və hərtərəfli araşdırılmalı, əlavə sübutlar tələb edilməli, işin halları daha ətraflı, müqayisəli şəkildə araşdırıldıqdan sonra qanuni və əsaslı məhkəmə aktı qəbul edilməli idi.
39. Lakin apellyasiya məhkəməsi bunu etməyərək, İPM-in 12, 58.7., 68-ci maddələrinin tələblərinə riayət etməmiş, nəticə etibarı ilə də düzgün olmayan məhkəmə aktı çıxarmışdır.
40. Belə k i, iş materiallarından göründüyü kimi, iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək iddia tələbi 2 dəfə dəyişdirmiş, nəhayət iddiaçının iddia tələbi “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində məhkəməyə təqdim edilmiş, Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.
41. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, “Araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X7 adı qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacaq, naturada olan faktiki istifadə olunan torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X19 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət q eydiyyatına alınması ilə ziddiyyət təşkil edir.”
42. Üçüncü şəxs X11 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “İddiaçı onun doğma qardaşıdır və o, iddia ərizəsində göstərir ki, guya o, mübahisələndirdiyi torpaq sahəsinin istifadəçisidir və həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Məlumat üçün bildirir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif" bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X17 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X12 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəs aiti ilə 2 mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan hal-hazıradək bu torpaq sahəsindən və yaşayış evindən o, ailə üzvləri ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizas iya aparılan müddətdə 2008-ci ilin mayiyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah elədilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X19 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə (siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələ b olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X19 və Ölçüsü verilmişdir.”
43. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 3-cü şəxsin iddiaya dair səsləndirdiyi etirazın üzərində çox ətraflı dayanmasının səbəbi, apellyasiya məhkəməsi tərəfindən orada göstərilmiş dəlillərin faktiki olaraq araşdırılmamasıdır, belə ki, 3-cü şəxs torpağa dair sənədin atası tərəfindən onun adına rəsmiləşdirilməsinə razılıq verdiyini bildirsə də, belə bir yazılı razılıq işdə, o cümlədən cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə mövcud deyildir.
44. Həmçinin 3-cü şəxsin deməsinə görə torpaq sahəsinə dair onun adının (ailə üzvləri ilə birlikdə) dürüstləşdirilmiş si yahıda olması da iş materialları ilə təsdiq olunmur, belə ki, cavabdehin özünün məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda (İ cild, iş səh.143) göstərilmişdir ki, “Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı təsdiq edilmiş aktın və yekun (dürüstləşdirilmiş) siyahısının ilkin kağız variantı Ərazi İdarəsində mövcud deyildir. Həmin siyahını əldə etmək üçün X6 Filialına müraciət olunması tövsiyə olunur.”
45. İşdə olan (İ cild, səh. 130) X6 filialının xx.xx.2022-ci il tarixli Arxiv arayışında yazılmışdır ki, “Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamının 1-ci bəndində qeyd olunan komissiyanın aktı sərəncama əlavə olunsa da, adlı siyahı filiala mühafizə edilmək üçün təhvil verilməmişdir.”
46. Eyni zamanda işdə İ cild olan (iş səh. 160) publik hüquqi şəxs olan "xxxx" MMCnin məhkəməyə göndərdiyi məktubunda göstərilmişdir ki, “Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərinin siyahılarında X1 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur.”
47. Digər tərəfdən işdə olan (İ cild, iş səh.162) həmin Arxivin verdiyi siyahıya görə X9 bağın nömrəsi 153, istifadə olunan torpaq sahəsinin ölçüsü 0,05 hektar göstərilmiş, sözügedən siyahıda İddiaçı Şamil oğluna verilən bağ sahəsinin nömrəsi 1160, torpaq sahəsinin ölçüsü 0,05 hektar qeyd edilmiş (İ cild, iş səh.163), elektron variantında olan versiyada X5 verilən torpaq sahəsi 0,05 hektar faktiki isə 0,0403 hektar yazılmış bağın nömrəsi isə göstərilməmişdir (İ cild, 164 səh.).
48. Bununla yanaşı məhkəmə kolle giyası qeyd etməyi zəruri hesab edir ki, işdə (İ cild, səh.117-119) olan Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamında və həmin İcra Hakimiyyətinin yaratdığı Komissiyanın xx.xx.2008-ci il tarixli aktda ümumiyyətlə konkret olaraq iddiaçının və 3-cü şəxsin mərhum atasının, eləcə də onların özlərinin heç birinin adı, soyadı göstərilməmişdir.
49. Sözügedən sərəncam və akt Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi barədədir.
50. Lakin apellyasiya məhkəməsi yuxarıda göstərilmiş sənədlərin heç birini tam və hərtərəfli araşdırmamışdır.
51. Eyni zamanda Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin “maarif” bağçılıq yoldaşlığından X12 Mingəçevir -Xaldan şosesinin sol tərəfindən 59 nömrəli, 500 kv. m. olan torpaq sahəsi ayrılmışdır.
52. AZ-İ 362442 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.
53. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:***-*****-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X4 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır.
54. Lakin apellyasiya instansiyası məhkəməsi həmin vərəsəlik işinin nə ilə nəticələndiyini araşdırmamışdır.
55. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X7 adı qeyd edilmişdir.
56. A 277731 nömrəli X19 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X1 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir.
57. Halbuki mərhum Şəmil Zeynalova 500 kv.m. torpaq sahəsi ayrılmışdır.
58. Cavabddehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X13”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X19 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv.metr hissəsi **********24-11 301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür.
59. Göründüyü kimi, işdə biri digərinə zidd olan sənədlər mövcuddur ki, onlar da apellyasiya məhkəməsi tərəfindən müqayisəli şəkildə araşdırılmamış, onlar faktiki olaraq nəzərə alınmamış və sübut kimi qiymətləndirilməmişdir.
60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza təyin edilməsi və iddiaçının iddia tələbinin konkret şəkildə hansı torpaq sahəsinə yönəldilmiş olması müəyyən edilməlidir.
61. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən tə min edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(107)433/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.