Məhkəmə qərarları › İş №2-1(102)-634/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-634/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-634/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-634/2019) Bakı şəhəri 06 mart 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə qarşı ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2510/2018 saylı inzibati iş üzrə 31 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı1 (bundan sonra - iddiaçı) xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) İşdə olan 16.02.2010-cu il tarixli, 166538 saylı vəsiqəyə əsasən, iddiaç ı uşaqlıqdan 3-cü qrup əlil, 05.06.2014-cü il tarixli, 187535 saylı vəsiqəyə əsasən ümumi səbəblərdən 2-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 24 oktyabr 2016-cı il tarixdə verilmiş 2WLİEGY004 seriyalı təkrar müayinədən keçən əlillər üçün arayışdan görünür ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının atası X1 16.06.1944-cü il tarixdə əmək fəaliyyətinə başlamış (25 yanvar 1946-cı il tarixli əmək kitabçası), 29.07.1985-ci ildə vəfat etmiş və bu barədə, ölüm haqqında akt qeydləri kitabında 1985-ci ilin iyul ayının 30-cu günündə 662 nömrəsi ilə qeyd aparılmışdır. (İİİ ЖГ seriyalı, 321640 nömrəli ölüm haqqında şəhadətnamə) İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək ona “ailə başçısını itirməyə görə” əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh 29 yanvar 2017-ci il tarixdə 11/0374 saylı məktubla ona imtina cavabı verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan uşaqların “ailə başçısını itirməyə görə” əmək pensiyası hüququ vardır. İddiaçı İİ qrup ümumi xəstəliyə görə sosial pensiya aldığından “ailə başçısını itirməyə görə” ona əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, atasının pensiyasını almaq üçün ona köməklik göstəril məsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hər iki ayaqdan və başqa üzvlərdən şikəstliyinə görə İİ qrup əlildir. Anadangəlmə əlil ayaqlarında süni daxili protezlər var. 55 manat pensiya alır. Dəhşətli həyat şəraiti var. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yoxdur. Qanunun 14-cü maddəsində göstərilmişdir ki, vəfa t etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. İddiaçıya ilkin əlillik dərəcəsi 08.09.2005-ci il tarixdən, yəni 21 yaşdan verildiyi üçün onun ailə başçısının itirməyə görə əmək pensiyası almaq hüququ yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tаrixli, 2-1(82)1117/2018 nömrəli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh t ərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2510/2018 saylı iş üzrə 31 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: C.A.Yusifov və V.M.Ağayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2-1(82)-1117/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2510/2018 saylı iş üzrə 31 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qay tarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.İddiaçı İİ qrup əlil kimi ümumi xəstəliyə görə sosial pensiya aldığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Lakin, hər iki instansiya məhkəməsi cavabdehin iddia ərizəsinə etdiyi etiraza, habelə apellyasiya şikayətinə məhəl qoymayaraq əsassız qərar qəbul etmişlər. Beləliklə də cavabdeh hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmi şdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tələblərini nəzərə almamış, heç bir əsas olmadan ərizəni təmin etmiş, madd i hüquq normalarını pozmuşdur. Göstərilən əsasları qanunsuz hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.(3.1-ci maddə). Ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşa ğıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları (18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək); ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısı nın bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. (17.1-ci maddə). “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü ki mi, qanunvericiliyin tələblərinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər vəfat edənin öhdəsində olduğu təqdirdə ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və s osial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarında olan və cavabdehin özü tərəfindən həqiqiliyi təsdiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona TibbiSosial Ekspert Komissiyasının 08.09.2005-ci il tarixli, SER TSE-01 seriyalı 035028 saylı arayışında iddiaçıda əlilliyin uşaqlıqdan mövcud olduğu göstərilmişdir. Yəni, komissiya tərəfindən iddiaçıya əlillik dərəcəsi 18 yaşı tamam olduğu vaxtdan sonra təyin edilsə də, onun əlliyinin uşaqlıqdan mövcud olduğu müəyyən olunmuşdur. (iş vər 46) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əllilik dərəcəsinin 18 yaşından sonra verilməsi onun uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olması faktını istisna etmir. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı g ündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. (maddə 31.1, 32.3) Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasına əsas olmuş hallar, yəni iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), iddiaçının ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi barədə inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM73.1). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2510/2018 saylı iş üzrə 31 oktyabr 2018-ci il tarixli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar