Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-634/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi; neft və qaz yataqlarının geoloji kəşfiyyatında geoloq, mühəndis və ekspedisiya rəisi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən iddiaçıya 52 yaşından “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2788/19 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən ona 52 yaşından “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilm əsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iş həmin məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (bundan sonra mətndə birinci instansiya məhkəməsi) tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, 1984-1986-cı illərdə hərbi xidmət dövrünə, 1984-1991-ci illər ərzində əyani təhsil dövrü və 1 991-ci ildən hazıradək əmək kitabçasına əsasən dənizdə işləmiş kişilərdən xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajını artıqlanması ilə toplamışdır. Bu səbəbdən də 52 yaşından əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Lakin, həmin qanuna əsasən pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Məhkəmə praktikası və “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiyası 52 yaşından təyin olunmasına icazə verilir. Belə ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi geoloq, mühəndis və rəis vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrinvə göstəric ilərinsiyahılsı”na əsasən öz əksinitapmışdır. Cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2826/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddiaçının cavabdehə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən iddiaçıya 52 yaşından “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin q eyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2788/19 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-2826/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, iddiaçıya, 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən, güzəştli şə rtlərlə əmək pensiyası təyin olunması və ötən dövr üzrə yaranmış pensiya fərqinin, ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən imtina cavabı almadan məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanlanmış cavab məktubunda iddiaçıya pensiya təyin olunmasından imtina edilmir, sadəcə ona lazımi sənədlərlə birlikdə cavabdehin qəbul mərkəzinə yaxınlaşmaq tövsiyə edilir. Məhkəmələr hüquqları olmadan işə baxaraq iddia tələbini təmin etməklə ciddi prosessual pozuntuya yol vermişdir və buna görə də, hesab edilir ki, əslində, hazırkı halda, iddia tələbi müm künsüz sayılmalıdır. Belə ki, iddiaçının işlədiyi “Xəzərdənizneftqaz” X3 dəniz geoloji kəşfiyyat idarəsinin kəşfiyyat partiyasında geoloq peşəsi 1100000b— 17541 kodu altındakı quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: geoloqlar peşəsinə, “Dənizdə Neft və X2 neft və qaz yataqlarının geoloji kəşfiyyat şöbəsindəki 12-ci dərəcəli mühəndis peşəsi 1100000b— 17541 kodu altındakı “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mühəndisləri” peşəsinə, ekspedisiya rəisi vəzifəsi də quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbəri vəzifəsinə uyğun gəlmir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2788/2019 saylı qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də m əhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı cavabdehdən imtina cavabı almadan məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanlanmış cavab məktubund a iddiaçıya pensiya təyin olunmasından imtina edilmir, sadəcə ona lazımi sənədlərlə birlikdə cavabdehin qəbul mərkəzinə yaxınlaşmaq tövsiyə edilir. Məhkəmələr hüquqları olmadan işə baxaraq iddia tələbini təmin etməklə ciddi prosessual pozuntuya yol vermişdir və buna görə də, hesab edilir ki, əslində, hazırkı halda, iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçının işlədiyi “Xəzərdənizneftqaz” X3 dəniz geoloji kəşfiyyat idarəsinin kəşfiyyat partiyasında geoloq peşəsi 1100000b—17541 kodu altındakı quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: geoloqlar peşəsinə, “Dənizdə Neft və X2 neft və qaz yataqlarının geoloji kəşfiyyat şöbəsindəki 12-ci dərəcəli mühəndis peşəsi 1100000b—17541 kodu altındakı “quyularda geofiziki təd qiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mühəndisləri” peşəsinə, ekspedisiya rəisi vəzifəsi də quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbəri vəzifəsinə uyğun gəlmir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321 -İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997- ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 52 yaş həddinə çatmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri qaydasında, iş materialları tədqiq olunduqda, onun xx.xx.2006-cı ilə qədər 20 ildən çox ümumi iş stajının, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsu silə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 N°-li Siyahısında nəzərdə tutulan vəzifələrdə ən azı 10 il əmək stajının mövcudluğu müəyyən edilir. İş materiallarına əlavə olunmuş əmək kitabçasının, hərbi biletinin və diplomundan göründüyü kimi, iddiaçının 1984 - 1991-ci illərdə Azərbaycan Neft və Kimya institutunda ali təhsil müddəti (Həmin müddət daxilində onun Sovet Ordusu sıralarına çağırılmış və xx.xx.1984 - xx.xx.1986-cı illərdə həqiqi hərbi xidmətidə olmuşdur) - 7 il; xx.xx.1991 - xx.xx.1996-cı illərdə «Xəzərdənizneftqaz» İstesalat Birliyində xx.xx.1991-xx.xx.1992-ci dövrü üzrə laborant - 9 ay 4 gün); xx.xx.1992 - xx.xx.1996-cı illərdə geoloq - 4 il 5 ay xx. xx.1996 - xx.xx.2003-cü illərdə ARDNŞ-in Dənizdə Neft və X1 neft və qaz yataqlarının geoloji kəşfiyyat şöbəsində 12-13-cü dərəcəli mühəndis - 6 il 4 ay 29 gün; xx.xx.2003-xx.xx.2006-cı illərdə «Azneft» X4 X5 İdarəsində Kəsfiyyat ekspedisiyasının rəisi - 2 il 8 ay 28 gün stajı vardır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilə qədər olan əmək fəaliyyəti üzrə 20 ildən çox iş stajı toplanır ki, həmin müddətin də 10 ildən çoxunu neft və qaz yataqlarının geoloji kəşfiyyatında geoloq, mühəndis və ekspedisiya rəisi kimi vəzifələrdə çalışmışdır. Hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «SOCAR» Geofizika və İdarəsinin xx xxxxxx 2019-cu il tarixli izahlı arayışında qeyd olunmuşdur ki, onun xx.xx.1992-ci il tarixindən - xx.xx.2012-ci il tarixinədək olan dövrlərdə işlədiyi vəzif ələr - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 1 №-li Siyahısının 43-cü səhifəsində 1100000b-17541 şriftinə uyğun gəlir. 1 N°-li Siyahının adıçəkilən «1100000b-17541» şriftinə daxil olan vəzifələr araşdırıldıqda «1100000b—17541» şriftində - «quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları.» vəzifələr təsbit olunur. Göründüyü kimi, quyularda geofiziki tədqi qatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəisləri mühəndisləri və geoloqları 1 №-li Siyahı üzrə güzəştli pensiya hüququ verən, xüsusilə zərərli və ağır iş şəraiti olan rəhbər vəzifələr sayılır. İddiaçının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbi baxımından xx.xx.2006-cı il tarixinə 20 il ümumi iş stajı və ən azı 10 il xüsusilə zərərli və ağır işlərdə iş stajının mövcudluğu sübuta yetirildiyindən onun 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranır (2000-ci ilin avqust ayının 1-din yaş həddi 52-yə yüksəlmişdir). Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən «güzəştli iş stajını təsdiq edən sənəd təqdim etməklə, 60 yaşının tamam olduğu gündən müraciət etməsi tövsiyə olunması» iddiaçı ya 52 yaşından pensiya təyin olunmasından imtinası onun qanunla qorunan hüquqlarını pozmuş olur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2788/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-634/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-634/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver