Məhkəmə qərarları › İş №2-1(102)-635/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-635/2019

19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-635/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra c avabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2239/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı -ci il təvəllüdlü olmaqla 60 yaşını XXX-ci il tarixdə tamamlamışdır. İddiaçı əmək kitabçasına və “SOCAR”-ın 05.03.2018-ci il tarixli arxiv arayışına, “X6 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən verilmiş 27.03.2018-ci il tarixli arayış, 000635 saylı əmək müqaviləsinə əsasən 01.09.1975-22.06.1979-cu il tarixlərdə ali təhsil almış, 10.10.1979-cu ildə əmə k fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 24.09.2004-cü ildən30.09.2010-cu ilədək “Qum adası” NQÇİ-də çilingər vəzifəsində, 01.10.2010-07.01.2014cü ilədək İstismar avadanlıqların təmiri və kirayə sexində təmirçi-çilingər, 07.01.201414.04.2016-cı ilədək mexanik-çilingər, 14.04.2016-cı il tarixdən hal-hazıradək qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində çilingər-quraşdırıcı peşəsində işləyir və 8 % zərərli iş əmsalı ödənilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.04.2018-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsus i sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı 13 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə iddiaçıya onun 24 sentyabr 2004-cü il tarixdən 3 aprel 2006-cı ıl tarixədək “Qum adası” NQÇİ-nin istismar avadanlıqlarının təmiri və kirayəsi sexinin “Qum adası” yatağına xidmət edən 2 saylı briqadasına mədən avadanlıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli çilingər, 3 aprel 2006-cı il tarixdən 1 iyul 2008-ci il tarixədək mədən avadanlıqlarının təmiri və xidməti üzrə 3-cü dərəcəli çilingər, 1 iyul 2008-ci il tarixdən 30 sentyabr 2010-cu il tarixədək 5-ci dərəcəli təmirçi-çılingər, 1 oktyabr 2010-cu il tarixdən 7 yanvar 2014-cü il tarixədək “X6 Company Limited” Şirkətinin İstismar avadanlıqlarının təmirı və kirayəsi sexində təmirçiçilingər, 7 yanvar 2014-cü il tarixdən 14 aprel 2016-cı ıl tarixədək Tikinti Departamentinin Mexaniki təmir və tikinti şöbəsində mexaniki-çilingər, 14 aprel 2016-cı il tarixdən halhazıradək həmin Departame ntin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində çilingər-quraşdırıcı vəzifələrində işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla, 5 mart 2017-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi çilingər, təmirçi-çilingər, mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin “a” yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və 1 0.2-ci bəndinin “b” yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifələrinə uyğun olmaqla zərərli peşələr hesab olunur. İddiaçı 12 il 06 aylıq güzəştli iş stajını toplamışdır. Belə olan halda cavabdehin iddiaçının 60 yaşı tamam olduğu XXX-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsaslı olmamış, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.2017-ci il 1 iyul tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmaya raq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2154/2018 saylı iş) 29 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun 24 sentyabr 2004-cü il tarixdən 3 aprel 2006-cı il tarixədək “Qum adası” NQÇİ-nin istismar avadanlıqlarının təmiri və kirayəsi sexinin “Qum adası” yatağına xidmət edən 2 saylı briqadasına mədən avadanlıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli çilingər, 3 aprel 2006-cı il tarixdən 1 iyul 2008-ci il tarixədək mədən avadanlıqlarının təmiri və xidməti üzrə 3-cü dərəcəli çilingər, 1 iyul 2008-ci il tarixdən 30 sentyabr 2010-cu il tarixədək 5-ci dərəcəli təmirçiçılingər, 1 oktyabr 2010-cu il tarixdən 7 yanvar 2014-cü il tarixədək “X6 Company Limited” Şirkətinin İstismar avadanlıqlarının təmirı və kirayəsi sexində təmirçi-çilingər, 7 yanvar 2014-cü il tarixdən 14 aprel 2016-cı ıl tarixədə k Tikinti Departamentinin Mexaniki təmir və tikinti şöbəsində mexaniki-çilingər, 14 aprel 2016-cı il tarixdən hal-hazıradək həmin Departamentin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində çilingərquraşdırıcı vəzifələrində işlədiyi illər Sığorta stajı kimi nəzərə alınmaqla, 5 mart 2017-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda əks olunan işlərdə 12 il 6 aydan art ıq iş stajı onun əmək kitabçası və işlədiyi qurumlardan alınmış arayışlarla təsdiqlənir. Belə olan halda məhkəmənin qənaətinə görə, əmək kitabçasında qeyd olunmuş iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh tərəfindən imtina edilməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (X1-məruzəçi, X7 və X4, 2-1(103)-2239/2018 saylı iş) 24 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 noyabr 2018-ci il tarixdə qərarın surətini almı ş, 10 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. 01.07.02017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş də yişikliyə əsasən 60 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 il 6 ayını ağır və zərərli peşələrdə tam iş günü ərzində çalışdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. İşçinin güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. İddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan “Siyahı”da nəzərdə tutulmadığından bu peşələrdə çalışmaq güzəştli şərtlərlə yaş a görə pensiya hüququnun yaranmasına səbəb ola bilməz. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarş ı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlə pensiya hüququnun yarandığını hesab edir. İddiaçının 60 yaş 5 mart 2017-ci il tarixdə tamam olmuşdur. Cavabdehin mövqeyinə görə iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmadığından onun yaşa görə pensiya hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda v ə bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması tələb olunur. Əmək kitabçasının surətindən, eləcə də “SOCAR”-ın 05.03.2018-ci il tarixli arxiv arayışından, “X6 Company Limited” Şir kətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən verilmiş 27.03.2018-ci il tarixli arayış, 000635 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı, 01.09.1975-22.06.1979-cu ilədək ali təhsil almış, 10.10.1979-cu ildə əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 24.09.2004-cü ildən-30.09.2010-cu ilədək “Qum adası” NQÇİ-də çilingər vəzifəsində, 01.10.201007.01.2014-cü ilədək İstismar avadanlıqların təmiri və kirayə sexində təmirçi-çilingər, 07.01.2014-14.04.2016-cı ilədək mexanik-çilingər, 14.04.2016-cı il tarixdən hal-hazıradək qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində çilingər-quraşdırıcı peşəsində işləyir və 8 % zərərli iş əmsalı ödənilir. İddiaçının işlədiyi çilingər, təmirçi-çilingər, mexanik vəzifələri Azərbaycan Respublikası Nazir lər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndinin “a” yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və 10.2-ci bəndinin “b” yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifələrinə uyğun olmaqla zərərli peşələr hesab olunur. Bundan başqa, adı çəkilən Siyahının 10.5.1-ci bəndində təmir çi-çilingər peşəsi də güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin Siyahısında qeyd edilmişdir. Yuxarıda qeyd edilən sənədlərə əsasən iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu təsdiq edilir. Cavabdeh mübahisə açmasa da, iddiaçının əmək kitabçasına görə onun 60 yaşının tamam olduğu vaxta 25 ildən çox ümumi stajının olması təsdiq edilir. Qanunvericiliyə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğundan, iddiaçının 60 yaşı tamam olanadək azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərə rli və ağır olan işlərdə çalışdığından iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının pensiya hüququ yarandığından cavabdehin imtinası qanuni olmamış və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsini n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2239/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar