Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-635/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üz ərinə öhdəlik qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2642/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Nərimanov RPİ əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə247-001-20 nömrəli əmrinə əsasən iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov RPİ-nin Post-patrul xidməti bölüyünün sabiq polis nəfəri İddiaçı barədə xx.xx.2020-ci il tarixdə DİN-in xx.xx.2021-ci il tarixli Ə247-001-20 nömrəli əmri Nərimanov RPİ-yə daxil olmuş və İdarənin xx.xx.2020-ci il tarixli Ə21ş/h-078-21 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə RPİ-nin Kadrlar qrupuna dəvət edilərək DİN-in müvafiq əmri ona elan edilmiş və xx.xx.2020-ci il tarixdə isə keçirilmiş RPİnin əməliyyat müşavirəsində (14 №-li protokol) şəxsi heyətə elan olunmuşdur. DİO-da xidmətdən xaric olunması ilə əlaqədar digər sənədlər 11-16 mart 2020-ci il tarixdə İddiaçı təqdim edilmiş və müvafiq qeydiyyatlar aparılmışdir. Məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhv il-təslim vərəqəsindən görünür ki, iddiaçı Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli Ə21ş/h-078-21 nömrəli əmri əsasında təhvil-təslim işlərinə imza etmiş, ona aid olan 173885 nömrəli əmək kitabçasını xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin Kadrlar qrupundan təhvil almış, xx.xx.2020-ci il tarixdə qəbzi imzalamaqla SX seriyalı № ******* saylı hərbi biletini almış və 7 gün müddətində Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə getməyinin zəruriliyi ona izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ərizəyə əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən əmr iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən iddia müddəti ötürülməmiş, ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsini xahiş etmişdir.
4. Cavabdeh inzibati orqanın nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (ela n) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. Bu baxımdan İddiaçı müəyyən edilmiş müddəti ötürərək 7 ay 20 gün sonra qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünə görə İddiaçı iddiasının baxılmamış saxlanılması, baxılacağı təqdirdə Daxili İşlər Nazirliyinə qarşı iddiasının rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)- 1666/2021 saylı iş) 28 avqust 2021-ci il tarixli qərardadı ilə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vax tdan 30 gün müddətinə qaldırıla bilər. İş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçı əmr ona elan olunmaqla və təhvil-təslim sənədlərinə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
7. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X7, 2-1(103)-2642/2021 saylı iş) 21 dekabr 2021-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır.
9. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
10. İddiaçı məhkəmə qərardadı ilə məhkəmə müdafiəsi hüququndan məhrum edil mişdir. O, başqa əsasla işdən çıxarılsaydı gələcəkdə müəyyən karyera qurmaq olardı. İddiaçı məhz narkotik maddə qəbul etmə əsası ilə işdən çıxarılmışdır. Əslində isə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, o, qətiyyən narkotik maddə qəbul etməmişdir. Onun heç bir günahı olmadığı halda bütün gələcək karyerası məhv edilmişdir. Müddətlə bağlı məsələ həll edilərkən müddətin axımının başlandığı və müddətin axımının dayandığı vaxt müəyyənləşdirilməlidir. Məhkəməyə müraciət edilən andan müddətinin axımı dayandırılır. İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin tarixdə müddətin axımı dayandırılmışdır.
11. Müddətin axımının başlanması ilə bağlı bildirilir ki, əmrin ləğv edilməsi və işə bərpa edilmə barədə iddialarda müddətin axımı şəxsə əmr təqdim edildiyi vaxtdan hesablanmalıdır. Cavabdeh qurum əmrin surətini ona vaxtında təqdim etməmişdir. O, işdən çıxarılma haqqında əmri almaq üçün cavabdeh quruma sorğu verməyə məcbur olmuşdur. Sorğunun cavabı olaraq Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, “vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əmrin surətinin təqdim edilməsi barədə müraciəti aidiyyəti üzrə baxılması üçün sizə göndərilir”. Habelə, Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, “Bakı şəhəri BRİ-nin xx.xx.2020-ci il tarixli məktubu ilə daxil olmuş, DİN-in rəhbərliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq, daxili işlər orqanları nda xidmətdən xaric olmağınız barədə Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli şəxsi heyət üzrə əmrindən çıxarış Sizə təqdim olunur”. Qeyd edilən məktublardan belə başa düşülür ki, mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixədək ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilir ki, “qeyd olunan əmr (DİN-in xx.xx-2020-ci il tarixli Ə247-001-20 nömrəli əmri) xx.xx-2020-ci il tarixdə Nərimanov RPİnin şəxsi heyətinə elan edilərək həmin tarixdə arayışla RPİ-nin dəftərxanasında işə alınmışdır”. Etirazda xx.xx.2020-ci il tarixli əmrin ona elan edildiyi vaxt kimi qiymətləndirilir. Lakin, onun işə çıxdığı sonuncu gün xx.xx.2021-ci ildir. Əmrin ona elan edilməsi tam yalan informasiyadır. O, xx.xx.2021-ci il tarixdə işdən çıxdığı halda necə ola bilər ki, xx. xx.2020ci il tarixdə işə çıxa bilər? Xüsusilə qeyd etməyi vacib bilir ki, əmrin ona şəxsən elan edilməsi barədə heç bir quruma hər hansı bir yazılı qeyd (qəbz) verməmişdir. Ona görə də cavabdeh əmrin ona elan edilməsini sübut edə bilməz. Müddətin axımının başlanması məhz əmrin elan edildiyi vaxt kimi qiymətləndirilməlidir. Əslində söhbət əmrin elan edilməsindən yox, məhz əmrin ona təqdim edilməsindən getməlidir. Digər tərəfdən əmrin Nərimanov RPİ-nin şəxsi heyətinə elan edilməsi hələ o anlama gəlmir ki, həmin əmr məhz ona elan edilmişdir. Bildirir ki, işin xüsusilə vacibliyini nəzərə alaraq əmr ona vaxtında təqdim edilməli idi. Çünki qeyd edilən əmrlə onun bütün karyerası, bütün həyatı məhv olmuşdur. Belə bir ciddi məsələyə qeyri-ciddi münasibət bildirilməsini əsassız hesab edir. Habelə, ə mrin şifahi elan edilməsi pozulmuş hüququnun bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanı verə bilməz. Çünki, əmr ona təqdim edildiyi təqdirdə əmrdə göstərilənlərin düzgün olmamasını iddia ərizəsində əsaslandıra bilərdi. Əks təqdirdə həmin əmri mübahisələndirmək mümkün deyil. Nəhayət, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə o, dəfələrlə əmrin surətinin ona təqdim edilməsini cavabdeh qurumdan xahiş etmişdir. Digər tərəfdən məhkəməyə təqdim etdiyi ərizənin surətindən də görünür ki, atası və o, dəfələrlə X8 cənab Vilayət Eyvazova və digər vəzifəli şəxslərə ərizə ilə müraciət edərək onun işə bərpa edilməsini xahiş etmişdir. Həmin ərizələrin cavabları ona çatdıqdan sonra o, 30 günlük iddia vermə müddətini itirməmişdir. Habelə, iş materiallarından da görünür ki, o, təkrar eksp ertiza keçirilməsi barədə dəfələrlə cavabdeh quruma müraciət etmişdir. Nəhayət, təkrar ekspertiza keçirilmiş və məlum olmuşdur ki, onun qan və sidik nümunələrində heç bir narkotik maddə aşkar edilməmişdir. Həmin ekspert rəyi alındıqdan sonra onun işdən qanunsuz çıxarıldığı təsdiq edilmişdir. O ki qaldı əmək kitabçasının ona təqdim edilməsi bununla bağlı bildirməlidir ki, o, nə qədər ki, əmrin ləğv edilməsinin məhkəmədən xahiş etmişdir, əmrin ona təqdim edilməsi zəruri idi. Göründüyü kimi müddət onun təqsiri olmadan buraxılmışdır. Ona görə də buraxılmış müddət bərpa edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “İnzibati icraat haqqında” Qanun: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul e dilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. (-)
14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi i lə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haq qında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (1 iyul 2020-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk nö vbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növ ləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mübahisə açdığı daxili işlər orqanlarından xidmətdən xaric edilmə barədə əmr ona rəsmi təqdim edilmədiyindən qanunda nəzərdə tutulan iddia müddətini buraxmamışlar.
20. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
21. Prosessual qanunveric iliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
23. İstinad edilən qərarda Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır.
24. İddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmr mübahisələndirilmişdir.
25. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nərimanov RPİ-nin Post-patrul xidməti bölüyünün sabiq polis nəfəri İddiaçı barədə xx.xx.2020-ci il tarixdə DİN-in xx.xx.2020-ci il tarixli əmri Nərimanov RPİ-yə daxil olmuş və İdarənin xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə RPİ-nin Kadrlar qrupuna dəvət edilərək DİN-in müvafiq əmri ona elan edilmiş və xx.xx.2020-ci il tarixdə isə keçirilmiş RPİ-nin əməliyyat müşavirəsində (14 №-li pro tokol) şəxsi heyətə elan olunmuşdur. DİO-da xidmətdən xaric olunması ilə əlaqədar digər sənədlər 11-16 mart 2020-ci il tarixdə İddiaçı təqdim edilmiş və müvafiq qeydiyyatlar aparılmışdir. 26. 13 mart 2020-ci il tarixli təhvil-təslim vərəqəsinə əsasən iddiaçı Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli əmri əsasında təhvil-təslim işlərinə imza etmiş, ona aid olan 173885 nömrəli əmək kitabçasını 16 mart 2020-ci il tarixdə Nərimanov RPİ-nin Kadrlar qrupundan təhvil almış, 13 mart 2020-ci il tarixdə qəbzi imzalamaqla SX seriyalı № ******* saylı hərbi biletini almış və 7 gün müddətində Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə getməsinin zəruriliyi ona izah olunmuşdur.
27. Hərbi biletinin iddiaçıya təqdim edilməsi barədə 13 mart 2020-ci il tarixli qəbzdə açıq-aşkar qeyd edil mişdir ki, iddiaçı Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. İddiaçı 13 mart 2020-ci il tarixdə həmin qəbzi imza etməklə, Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilməsi barədə əmrdən də xəbərdar olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi tə kzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.
29. Mübahisələndirilən əmr 13 mart 2020-ci il tarixdə elan olunmasına baxmayaraq iddiaçı iddia ərizəsi ilə 2020-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmiş, nəticədə iddia müddətini buraxmışdır.
30. İddiaçı qanunda nəzərdə tutulmuş müddəti təqsiri olmadan buraxılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
31. Odur ki, iddia müddəti buraxıldığına görə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.
32. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
33. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kolle giyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2642/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.